Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
26-08-2025, 17:30
Yeni tələbələrin nəzərinə! - Təhsil kreditində yenilik var


Yeni tələbələrin nəzərinə! - Təhsil kreditində yenilik var

Təhsil Tələbə Krediti Fondunun fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirən Himayəçilik Şurası orta ixtisas və ali təhsil pillələrinə yeni qəbul olmuş tələbələrə dair qərarlar qəbul edilib.
Bu barədə Fond məlumat yayıb.
Belə ki, orta ixtisas təhsili müəssisələrində standart növ təhsil tələbə kreditindən yararlanmaq üçün subbakalavriat səviyyəsində abituriyentin topladığı balın minimum həddi 110-dur. Qərara əsasən, orta ixtisas təhsili pilləsinin subbakalavriat səviyyəsində xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olan tələbələr üçün birinci tədris ilinin ilk semestrində tələb olunan minimal bal həddi 40 bal olaraq müəyyən edilib.
Qeyd edək ki, bu minimal bal tələbi yalnız standart növ təhsil tələbə kreditindən yararlanmaq istəyənlərə şamil olunur. Sosial növ təhsil tələbə kreditində isə belə bir bal limiti mövcud deyil. Digər yenilik Sxolastik Qiymətləndirmə Testi (Scholastic Aptitude/Assessment Test - SAT) imtahanı nəticələri ilə ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrlə bağlıdır. Belə ki, bu tələbələrə də birinci tədris ilinin ilk semestrində standart tələbə krediti almaq imkanı yaradılıb. SAT imtahanı üzrə minimal bal həddi 1200 bal olaraq təsdiqlənib.
Bildirilib ki, qəbul edilən qərarlar tələbələrin təhsil imkanlarının genişləndirilməsi, sosial bərabərliyin təmin olunması və daha çox gəncin təhsilə cəlb olunması baxımından çox əhəmiyyətlidir.
26-08-2025, 17:22
Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların ümumi həcmi


Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların ümumi həcmi

2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsi dünyanın diqqətini özünə cəlb edib. Bu müharibə Ukraynada şəhərlərin dağılmasına, dinc insanların qaçqın-köşkünə çevrilməsinə, humanitar problemlərlə üzləşməsinə səbəb olub. Azərbaycan müharibə başlayan ilk vaxtlardan Ukraynaya humanitar yardımlar göstərib.
Azərbaycan Respublikası hərbi əməliyyatlar başlayandan indiyədək Ukraynaya ümumi maliyyə həcmi təxminən 75 milyon AZN-dən (44 milyon ABŞ dolları) çox humanitar yardım göstərib.
Azərbaycan Ukraynaya dərman vasitələri, tibbi sərfiyyat ləvazimatları və tibbi avadanlıqlar, ərzaq məhsullarından ibarət yardımlar yollayıb.
Eləcə də, Ukraynanın müharibədən zərər çəkmiş ərazilərinin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək məqsədilə ölkəmiz tərəfindən müxtəlif zamanlarda Ukraynaya müvafiq elektrik avadanlıqlarından ibarət yardımlar göndərilib.
Bununla yanaşı, Ukraynanın bərpası və həyata keçirilən yenidənqurma işlərinə dəstək məqsədilə İrpen şəhərində əhəmiyyətli işlər görülüb, hərbi əməliyyatların zərər verdiyi ərazilərdə humanitar minatəmizləmə fəaliyyətinin aparılmasına töhfə verilib. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine” 2023-cü ildə İrpen şəhərindəki Zərifə Əliyeva adına 12 nömrəli məktəbin bərpası prosesində iştirak edib. Bundan əlavə, Zərifə Əliyeva adına Dostluq parkının abadlaşdırılması istiqamətində də bir sıra işlər görülüb. Parkın su təchizatı maliyyələşdirilib.
Bununla yanaşı, Azərbaycan müharibədən zərər çəkmiş ukraynalı uşaqların sosial-psixoloji reabilitasiyasına önəm verən ölkələr sırasında öndə gedir. Müharibə başlayan gündən bu yana mütəmadi olaraq ukraynalı uşaqların ölkəmizdə müvafiq dəstək alması təşkil olunur. Bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib. Həmin uşaqlar Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük reabilitasiya proqramı çərçivəsində tibbi, sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin ediləcəklər.
Onlar üçün peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, eləcə də yoqa və rəqs terapiya məşğələləri təşkil olunacaq. Məqsəd onların emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərməkdir. Həmçinin uşaqlar üçün Qəbələ və Şəkidəki istirahət mərkəzlərinə, tarixi-memarlıq abidələrinə ekskursiyalar da təşkil olunacaq.
26-08-2025, 17:15
Stiven Douti Bakıdan sonra İrəvana getdi


Stiven Douti Bakıdan sonra İrəvana getdi

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Douti Azərbaycana səfərindən sonra Ermənistana gedib.
Bu barədə Ermənistan XİN rəhbərinin müavini Vahan Kostanyan özünün “X” platformasındakı bildirib.
O, Böyük Britaniyanın dövlət naziri ilə görüşüb.
“Biz geniş spektrli mövzular üzrə əhatəli müzakirələr apardıq və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə razılığa gəldik”, - Kostanyan qeyd edib.
26-08-2025, 16:36
MDB oyunlarında 10 ölkənin iştirakı təsdiqlənib - RƏSMİ


MDB oyunlarında 10 ölkənin iştirakı təsdiqlənib - RƏSMİ

Azərbaycanda keçiriləcək III MDB Oyunlarında 10 ölkədən 1605 idmançının iştirakı təsdiqlənib.
Bu barədə III MDB Oyunlarının Kommunikasiya üzrə meneceri Şəfiqə Əfəndiyeva bildirib.
O qeyd edib ki, nümayəndə heyətinin sayı bu günə olmaqla 2330 nəfər təşkil edir. Onlardan idmançı sayı 1605 təşkil edir.
Oyunlarda Azərbaycandan 340, Rusiyadan 262, Belarusdan 240, Özbəkistandan 254, Qazaxıstandan 147, Tacikistandan 144 , Qırğızıstandan 126, Türkiyədən 38, Türkmənistandan 48, Küveytdən isə 6 idmançı iştirak edəcək.
Qeyd edək ki, yarışlar 23 idman növü (kamandan oxatma, badminton, 3x3 basketbol, boks, kanoe, çövkən, qılıncoynatma, futbol U-16, yunan-Roma güləşi, cüdo, karate, bədii gimnastika, avarçəkmə, sambo, güllə atıcılığı, stend atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvondo, batut gimnastikası, voleybol, qadın güləşçi, sərbəst güləş) üzrə 12 məkanda keçiriləcək.
Yarışın ikinci mərhələsində MDB ölkələri ilə yanaşı yarışda xüsusi dəvət əsasında iştirak edən ölkələrin nümayəndə heyətləri üçün aparılır.
III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Yarışın açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.
26-08-2025, 16:31
Ramiz Rövşənin səhhəti pisləşib? -  AÇIQLAMA


Ramiz Rövşənin səhhəti pisləşib? - AÇIQLAMA

Xalq şairi Ramiz Rövşənin səhhətinin pisləşdiyi, hərəkətinin ağırlaşdığı barədə məlumatlar yayılıb. Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza mətbuata deyib ki, Xalq şairi yaxın günlərdə xəstəxanaya müraciət edəcək.
Ramiz Rövşənin kürəkəni saytımıza açıqlamasında bildirib ki, hazırda onun səhhəti yaxşıdır:
"Bəli, Ramiz müəllimin səhhəti ilə bağlı problemi var. Lakin bu, elə də böyük problem deyil. Mütəmadi olaraq həkim yoxlanışından keçir. Lakin onun vəziyyəti mətbuatda yazıldığı kimi deyil. Yaşlı olduğu üçün müəyyən narahatlıqlar özünü göstərir".

26-08-2025, 16:19
Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA


Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA

Naxçıvan nəqliyyat dəhlizi üçün hazır vəziyyətə gətirilməlidir.
Bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.
O bildirib ki, Zəngəzur dəhlizi açılandan sonra Naxçıvanın tarixi təcridi bitəcək: “Zəngəzur dəhlizi həm də Naxçıvanın iqtisadi inkişafını maksimal sürətlə həyata keçirməsinə kömək edəcək. Bu dəhliz Azərbaycanın iqtisadi gücünü artıracaq yeni mərhələnin başlanğıcı olacaq”.
Fuad Nəcəfli qeyd edib ki, Naxçıvan sakinləri Azərbaycanın əsas hissəsi ilə maneəsiz gediş-gəlişin təmin olunacağı günün yaxınlaşmasından böyük sevinc hissi duyur: “Azərbaycan qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir. Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün yeni dövrün başlanğıcı, Naxçıvan üçün isə tarixi təcridin ləğvi olacaq”.
Baş nazirin müavini Şahin Mustafayev isə qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Transxəzər Beynəlxalq Nəqliyyat Marşturunun (Orta Dəhliz) ötürücülük qabiliyyətini ildə 15 milyon ton artıracaq.
"Dəhliz Azərbaycanın əsas ərazisini Türkiyə və Mərkəzi Asiya ilə bağlayan strateji körpüdür. Eyni zamanda, dəhliz Cənub-Şərqi Asiya və Fars körfəzini Şimali Avropa ölkələri ilə əlaqələndirən yeni arteriya rolunu oynayacaq”, - deyə o qeyd edib.
26-08-2025, 15:35
Minsk Qrupu bu tarixdə LƏĞV EDİLİR


Minsk Qrupu bu tarixdə LƏĞV EDİLİR

ATƏT-in Minsk Qrupu və əlaqədar strukturlarının bağlanması ilə bağlı müraciət ATƏT ölkələri arasında yayılıb
Bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir qeyd edib ki, iştiakçı dövlətlər qərarın qəbulu üçün lazımı prosedurları dəstəkləməyə çağırılıb.
Ceyhun Bayramovun sözlərinə görə, 1 sentyabrda qərarın qəbulu gözlənilir.
Xatırladaq ki, avqustun 8-i keçirilən Vaşinqton görüşü zamanı Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidentinin şahidliyi ilə ATƏT Minsk Qrupunun və əlaqədar strukturların buraxılması ilə bağlı qərar qəbul edib. Azərbaycan Xarici İşlər Nazirliyi artıq iki ölkənin ATƏT katibliyinə birgə müraciət etdiyi barədə ictimaiyyətə məlumat verib.
ATƏT-dən isə bildirilib ki, qurumun fəaliyyətdə olan sədri kimi Finlandiya Minsk prosesi və əlaqəli strukturların bağlanması ilə bağlı birgə müraciətinə cavab olaraq iştirakçı dövlətlərlə müzakirələrə rəhbərlik edəcək.
Prezident İlham Əliyev ötən gün Kəlbəcər şəhər sakinləri ilə görüşdə də Minsk Qrupu ilə bağlı məsələyə toxunub.
“Biz istədiyimizə nail olmuşuq, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır”, - Dövlət başçısı vurğulayıb.
26-08-2025, 12:23
Layihəyə Kürdəmirdə yekun vuruldu

Layihəyə Kürdəmirdə yekun vuruldu

25 avqust 2025-ci il tarixində Kürdəmir Rayon Gənclər Evində “Milli baş geyimi və örtükləri” layihəsinin yekun tədbiri keçirilib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi tərəfindən icra olunan bu layihənin sonuncu – beşinci tədbiridir.

Tədbirdən öncə qonaqlar milli baş geyimləri və örtüklərindən ibarət sərgi ilə tanış olublar. Zəngin nümunələrin nümayiş olunduğu sərgi tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin müqəddəs xatirəsi ehtiramla yad edilib və dövlət himni səsləndirilib. Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı layihənin əsas məqsədi, görülən işlər və əldə olunan nəticələr barədə ətraflı məlumat verib. O, milli geyim ənənələrinin, xüsusilə də baş geyimlərinin araşdırılması və təbliğinin mədəni irsimizin qorunmasında və gələcək nəsillərə ötürülməsində mühüm rol oynadığını xüsusi vurğulayıb.

Kürdəmir Rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəyyam Səlimov, “Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Nicat Ağarəhimov, filologiya üzrə fəlsəfə doktoru, dosent Yaqut Bahadurqızı, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədr müavini Vüsal Sehranoğlu, idarə heyətinin üzvləri Azadə Quliyeva və Səringül Sadə, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədr müavinləri Vidadi Şabanov və Mübariz Orucov, Əbədi Tədbirlər Birliyi layihəsinin rəhbəri Polad Ağa İbrahimov və Əbədi Tədbirlər Birliyinin üzvləri Kamal Məmmədov, Fərhad Nərimanlı, Zəhra Babayeva, Sənan Namazəliyev və Mahir Dünyamalıyev öz fikirlərini bölüşüblər. Çıxışlarda milli-mənəvi dəyərlərin, xüsusilə də geyim mədəniyyətinin xalqımızın kimliyindəki önəmli yeri olduğu qeyd olunub. Bildrilib ki, belə layihələr təkcə tarixi yaddaşın yaşadılmasına deyil, həm də gənclərin milli kimlik şüurunun formalaşmasına güclü töhfə verir. Onlar bu təşəbbüsün davamlı olmasının vacibliyini xüsusi olaraq diqqətə çatdırıblar.

Tədbirin mədəni proqram hissəsi xüsusi rəng kəsb edib. İfaçılar Aşıq Nərmin Cəlal, Aşıq Həqiqət Xəlilova və Aşıq Babək Kürdəmirli çıxışları ilə iştirakçılara yaddaqalan anlar yaşadıblar. Poeziya və musiqi ilə zəngin bu proqram tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Həmçinin, layihə çərçivəsində hazırlanmış “Milli baş geyimi və örtükləri” mövzusunda videoçarx nümayiş olunub və iştirakçılara milli baş geyimləri sahəsinə həsr olunan maraqlı məqamlar təqdim edilib.

Sonda Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı layihənin həyata keçirilməsində dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, həmçinin Kürdəmir Rayon İcra Hakimiyyətinə, “Kürdəmir Gənclər evi”nə və bütün iştirakçılara minnətdarlığını bildirib.

26-08-2025, 00:45
ABŞ Çini təhdid etdi


ABŞ Çini təhdid etdi

ABŞ Prezidenti Donald Tramp Çini 200 faiz vergi ilə təhdid edib.
Jurnalistlərə açıqlamasında o, Çini ABŞ-a maqnit verməli olduğunu deyib. “Əks halda, onlara 200 faiz tarif və ya başqa bir şey tətbiq etməliyik",- deyə Tramp bildirib.
Qeyd edək ki, Çin ABŞ-ın tarif artımlarına cavab olaraq aprel ayında ixrac məhdudiyyətləri siyahısına bir neçə nadir torpaq elementi və maqniti əlavə edib.
26-08-2025, 00:08
Laçına qovuşduğumuz gün...


Laçına qovuşduğumuz gün...

Bu gün Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür.
Laçın şəhəri, Zabux və Sus kəndləri 2022-ci avqustun 26-da Azərbaycanın nəzarəti altında keçib.
Prezident İlham Əliyev 31 iyul 2022-ci ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, 26 avqust – Laçın Şəhəri günü kimi təsis edilib.
Şəhər günləri təntənəli şəkildə qeyd olur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2023-cü il avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər. Dövlət başçısı tədbirdə çıxış edib.
Qeyd edək ki, Azərbaycanın Vətən müharibəsində döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də təsdiqini tapıb, Ermənistan Ağdam və Kəlbəcərlə yanaşı, Laçın rayonunu da boşaltmaq məcburiyyətində qalıb.
Vətən müharibəsində əldə edilən Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verilib.
Lakin Laçın dəhlizi Laçın şəhərindən keçdiyindən şəhər Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında qalıb.
Alternativ yolun istifadəyə verilməsindən sonra Azərbaycan Ordusu 26 avqust 2022-ci ildə Laçın şəhərinə yerləşib, eyni zamanda, Zabux və Sus kəndləri nəzarətə götürülüb, Laçın şəhərində Azərbaycan bayrağı ucaldılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!