57 min nəfər tələbə adını qazanıb .....                        MİQ-də müsahibə mərhələsi yekunlaşdı .....                        Yeni tələbələrin nəzərinə! - Təhsil kreditində yenilik var .....                        Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların ümumi həcmi .....                        Stiven Douti Bakıdan sonra İrəvana getdi .....                        ABŞ Çini təhdid etdi .....                        Laçına qovuşduğumuz gün... .....                        Mehriban Əliyevanın doğum günüdür .....                        Qəzzada döyüşlər dayanır? - Tramp tarix açıqladı .....                       
9-12-2024, 16:20
Zamanımızın “MOLLA NƏSRƏDDİN”i

Zamanımızın “MOLLA NƏSRƏDDİN”i

Böyük Azərbaycan dramaturqu, çılğın təbiətli şair, mahir rejiissor, aktyor, əməkdar incəsənət xadimi Cəfər Cabbarlı ədəbiyyat, teatr və kino tariximizdə özünəməxsus bir irs yaratmış, iz qoymuşdur. Onun ölümsüz əsərlərində biz bir-birindən tamam fərqli, lakin cəmiyyət üçün lazımlı və əhəmiyyətli müxtəlif konseptlər görə bilərik: sosial bərabərsizlik, ictimai-siyasi məsələlər, insan mənəviyyatı və əxlaqı, ailə-məişət mövzuları, Azərbaycan tarixi, türk xalqının qəhrəmanlığı və onların yadellilərə qarşı cəsur mübarizəsi, həmin dövrdə qadına münasibət, qadın azadlığı və hüquqsuzluğu və sairə...
Biz isə ədibin 1930-cu ildə qələmə aldığı “Almaz” pyesi haqqında danışacağıq. Pyes 1931-ci ildə tamaşaya qoyulub və geniş auditoriya tərəfindən bəyənilib. Əsərin mövzusu sosializm quruculuğu dövrünün, 1929–1930-cu illərin əsas ictimai məsələlərindən biri – kənd təsərrüfatının kollektivləşdirilməsi idi. Almazın simasında yazıçı sosializm cəmiyyəti üçün xarakterik olan bir gəncin surətini yaratmışdır. C.Cabbarlı ömrünün sonlarına yaxın fəaliyyətini kino sahəsinə həsr edir. O, bir neçə film təcrübəsindən sonra “Almaz”ını da lentə almağa qərar verir və bunun üçün faktiki işlər də görür: kinossenari hazırlayır, filmin çəkilişlərinə başlayır. Ancaq yazıçının ömrü vəfa eləmir... C.Cabbarlı qəflətən dünyasını dəyişir. Bu haqda onun ömür-gün yoldaşı Sona xanım xatirələrində yazır:
“Burada da qəhrəman rolunu, yəni Almazı İzzət xanım oynayırdı. Təəssüf ki, Cəfər bu quruluşu başa çatdıra bilmədi. Amansız ölüm onu bu işindən də vaxtsız ayırdı. Cəfərin sənət dostları "Almaz" filmini Cəfərsiz çəkib qurtardılar və 1935-ci ilin axırında, onun ölümünün birinci ildönümündə işi müvəffəqiyyətlə qurtardıqları haqqında məzarı üstündə raport verdilər”.
Və düz 90 il sonra Cəfər Cabbarlının “Almaz”ı Azərbaycan televiziya məkanına, televizorlarımızın ekranlarına yenidən çıxarıldı... Bir qədər fərqli formatda, fərqli adla, fərqli ssenari ilə, amma “Almaz” əsərinin motivləri əsasında... – “Vətəndaş A”...
12 seriyalıq teleserialı “SFN Film” şirkəti istehsal edib. Serialın ssenarisini Asiman Ağa Rövşən C.Cabbarlının "Almaz" pyesindən təsirlənərək yazıb. Prodüseri Sevinc Əliyeva olan "Vətəndaş A" rejissor Elvin Rüstəmzadə tərəfindən ekranlaşdırılıb. Dram janrında olan serial 21 Sentyabr 2024-cü ildən etibarən İctimai telekanalında yayımlanmağa başlayıb. Əsərin baş rolunu istedadlı aktrisa Günəş Tegin canlandırır. Serialın digər qəhrəmanlarına Azərbaycan Respublikasının xalq artistləri Qurban İsmayılov və Şamil Süleymanlı, əməkdar artist Nəsibə Eldarova, Zülfiyyə Qurbanova, Əlibəy Məmmədli, Nigar Mürsəlova və s. həyat verir.
Yəqin ki, bir çoxları təsdiqləyər ki, Azərbaycan teleməkanının tamaşaçı auditoriyası faydalı, ibrət götürə biləcəyi, maarifləndirici proqramlara tamarzı qalıb…Televiziyamızda keyfiyyətli teleserial anlayışından da ki söhbət gedə bilməz(di). Lakin bu gün “Vətəndaş A” serialına, onun çatdırmaq istədiyi ideyalara, verdiyi sosial mesajlara – bütövlükdə sağlam kollektivin ortaya qoyduğu işə baxanda insan deyir ki, ümid var…
Təəssüflər olsun ki, qlobal dünyada yaşasaq da, bu qlobal dünyanın pərdə arxasında hələ də köhnə fikirlilikdən, gerilikdən, cəhalətdən əziyyət çəkən bütöv bir nəsil var. Adətən, insanlar fikirləşir ki, tək gənc nəsil bu geriliklə ayaqlaşa bilmir. Fəqət biz “Vətəndaş A” serialının əks etdirdiyi tipik Abdalbəyli kəndinin timsalında görürük ki, məhz gənc nəsil yox, elə orta və yaşlı nəsil də zamanın ən qaranlıq dərinliklərindən gəlmiş bu adətlərlə, insanların qəlblərinin ən dibində özünə yuva qurmuş pis xislətlərlə, niyəsini bilmədikləri əmrlər və “qanun”larla “yaşamaqdan” əziyyət çəkir…
Sadə və təbii, eləcə də peşəkar aktyor heyyətinin canlandırdığı obrazların hər bir replikasında, davranışında bir satira müşahidə olunur. Tənqidi ədəbiyyatda buna tipi özünə güldürmək, öz dili ilə ifşa deyilir. Obrazların ironik nitqlərində bu çox aydın başa düşülür. Uşaqlara təhsilin lazımsız olduğunu düşünən, qızlarını erkən yaşda məktəbdən yayındırıb ərə vermək istəyən valideynlər, övladları “tərbiyəsiz böyüyər, pozular” deyə gözüaçıq yetişdirməmək, onlara öz gələcəkləri barədə heç bir seçim haqqı tanımamaq və həyati mövzularda qərarları sadəcə ailə böyüklərinin verməsi, müəllimlərin vəzifə öhdəliklərini vicdanla yerinə yetirməməsi, din pərdəsi altında yolverilən ədalətsizliklər, bu ədalətsizliklərə gözyuman avam cəmiyyət, sosial baxımdan aşağı təbəqədən olan insanların və qadınların hüquqsuzluğu, başqasının namusuna göz dikən insanların namus anlayışı üstündə dava etməsi, qan tökməsi, yeniyetmə nəslin dünyagörüşsüz böyüdülməsi, oğlan uşaqlarının guya “kişi kimi” yetişdirilməsi və bunun üçün onların kriminal aləmə meyl etməsi, öz dilində danışmayan və dilinin qanunlarını bilməyən bir kütlə… Və daha bir çox mövzuların sarkazmı…
Bu müşahidələrim zamanında ağlıma bir sual gəldi: “Sanki mən bu şeyləri haradasa görmüşəm…Harada?” Hə… “Molla Nəsrədin”də!... Vaxtilə “Molla Nəsrəddin” də cəmiyyətdəki əyriləri, çatışmayan şeyləri, düzəlmək istəməyən beyinləri və görüşləri tənqid edirdi, onları islah olunmağa çağırırdı. Görünür, dövrümüzdə də bu öhdəliyi “Vətəndaş A” öz üzərinə götürüb.
Böyük ümidlər bəsləyirik ki, zamanında yatmışları oyadan “Molla Nəsrəddin” kimi, “Almaz” da Abdalbəyli kəndinin sakinləri timsalında cəmiyyətimizin yatmışlarını oyadacaq və onlara hidayət yolunu göstərəcək…

Lalə TURAN
9-12-2024, 12:41
Suriyadan gətirilən azərbaycanlı uşaqların sonrakı aqibəti - Komitədən AÇIQLAMA

Suriyadan gətirilən azərbaycanlı uşaqların sonrakı aqibəti - Komitədən AÇIQLAMA

Suriya ərazisində yerləşən düşərgələrdəki azərbaycanlı uşaq və qadınların ölkəmizə repatriasiyası son illər dəfələrlə həyata keçirilib. Azərbaycan Respublikasının vətəndaşları olan həmin uşaq və qadınlar vaxtilə Suriya ərazisinə müxtəlif yollarla gediblər. Bəs ölkəmizə gətirilən həmin şəxslərin sonrakı aqibəti necə olur? Valideynlərini itirən uşaqlar kimin yanına verilir?
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2020-ci ildən etibarən bu sahədə aktiv fəaliyyəti var:
“İraq və Suriyadan gətirilən vətəndaşlarımıza yardım göstəririk. Azərbaycan Respublikası uşaqları ölkəyə gətirir və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi onlara müvafiq yardım göstərir. Uşaqlar gətirilməzdən əvvəl Xarici İşlər Nazirliyi tərəfindən bizə müvafiq siyahılar təqdim olunur. Bu siyahılar əsasında komitə işinə başlayır. Regionlarda, Bakıda yaşayan ailələr araşdırılır, vəziyyətləri barədə məlumat toplanır. Ailələr maddi və mənəvi cəhətdən tam şəkildə araşdırıldıqdan sonra rayon icra hakimiyyətlərinin komissiyalarına məktubla müraciət edilir. Bundan sonra repatriasiya olunan uşaqların harada yerləşdiriləcəyi ilə bağlı cavab məktubu göndərilir”.
Verilən məlumata görə, bu proses başa çatdıqdan sonra uşaqlar Azərbaycana gətirilir:
“Bu zaman Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin koordinasiyalı fəaliyyəti ilə müvafiq qurumlar həmin uşaqlarla iş aparır. Uşaqların sənədlərinin hazırlanması, sağlamlığı, təhsili ilə bağlı məsələlər həmin qurumlar tərəfindən həll edilir. Qanunvericiliyimizdə xaricdə yaşayan vətəndaşların repatriasiyası öz əksini tapıb”.
Sonda qeyd edilib ki, gətirilən uşaqlar arasında valideynlərini itirənlərin əksəriyyəti digər yaxın qohumlarına təhvil verilir:
“Həmin uşaqların çoxu ilk növbədə nənə və babalara verilir. Əvvəlcədən DNT testi nəticəsində qohumluq sübut edildikdən sonra həmin uşaqlar yaxın qohumlarının himayəsinə də verilir”.

9-12-2024, 12:26
Suriya səfirliyində müxalifətin bayrağı qaldırıldı

Suriya səfirliyində müxalifətin bayrağı qaldırıldı

Suriyanın Rusiyadakı səfirliyinin binasında müxalifətin bayrağı qaldırılıb.
Bu barədə TASS məlumat yayıb.
Qeyd edək ki, dünən Suriyanın Moskvadakı səfirliyinin binasından bayraq və diplomatik missiyanın adı yazılmış lövhə götürülüb.
Suriyanın hazırkı bayrağından fərqli olaraq müxalifətin istifadə etdiyi bayraqda qırmızı zolaq əvəzinə yaşıl zolaqdan istifadə edilib. Həmçinin bayrağın ortasında 3 ədəd qırmızı ulduz var.
9-12-2024, 12:17
Fransa səfirindən Azərbaycana qarşı yeni təxribat

Fransa səfirindən Azərbaycana qarşı yeni təxribat

Fransanın Ermənistandakı səfiri Olivye Dekotini növbəti dəfə Ermənistan-Azərbaycan sərhədinə gəlib.
Bu barədə Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki missiyasının məlumatında bildirilib.
"Biz Fransanın Ermənistandakı səfirini qərargahımızda qəbul etməkdən şərəf duyuruq", - Aİ missiyası bildirib.
Səfirə missiyanın işi barədə məlumat verilib.
“O, həmçinin yerlərdə fəaliyyətimizə nəzarət etmək üçün Xaçık kəndinin patrul dəstəsinə qoşulub”, - missiyanın açıqlamasında deyilir.
Qeyd edək ki, Olivye Dekotini bundan əvvəl də Ermənistan-Azərbaycan sərhədinə gələrək, Azərbaycan ərazilərini müşahidə etməklə təxribata əl atıb.
9-12-2024, 11:48
“Moskva dostlarına xəyanət etmir” - Rusiyadan Əsədlə bağlı açıqlama

“Moskva dostlarına xəyanət etmir” - Rusiyadan Əsədlə bağlı açıqlama

Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəsi Mixail Ulyanov Suriyanın devirilən prezidenti Bəşər Əsəd və ailəsinin Moskvaya gəlişini şərh edib.
M.Ulyanov bildirib ki, Rusiya çətin vəziyyətdə olan dostlarına xəyanət etmir və bununla da ABŞ-dan fərqlənir.
“Bəşər Əsəd və ailəsi Moskvadadır, Rusiya çətin vəziyyətdə olan dostlarına xəyanət etmir”, - deyə Ulyanov öz Telegram kanalında yazıb.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Suriya prezidenti Bəşər Əsəd Suriya münaqişəsinin bir sıra iştirakçıları ilə danışıqlardan sonra vəzifəsindən istefa vermək qərarına gəlib və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstərişlər verərək Suriyanı tərk edib, Rusiya isə danışıqlarda iştirak etməyib.
Bəşər Əsədlə birgə onun yüksək rütbəli heyəti də ölkədə qaçıb. Müdafiə naziri Əli Mahmud Abbas, daxili işlər naziri Məhəmməd Rəhmun, xarici işlər naziri Bessam Sabbağ və hakim Bəss partiyasının bir sıra yüksək rütbəli rəhbərlərinin də Rusiyaya sığındığı barə məlumatlar yayılıb.
9-12-2024, 10:52
Polisə tabesizlik göstərən sürücü həbs edildi

Polisə tabesizlik göstərən sürücü həbs edildi

Baş Dövlət Yol Polisi İdarəsinin Şəmkir rayonu ərazisində yerləşən stasionar postunda Rəvan Əhmədovun idarə etdiyi “Daewoo” markalı avtomobil işıq cihazları nasaz olduğu üçün saxlanılıb.
Sürücünün narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr yarandığından o, müayinədən keçməyə dəvət edilib. Lakin, R.Əhmədov məsuliyyətdən yayınmaq məqsədilə sərnişini Tayfun Nəcəfovla birgə polisə tabesizlik göstərib, özünə xəsarət yetirməklə süni gərginlik yaratmağa calışıb.
Tibbi müayinə zamanı hər iki şəxsin narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Ərazi polis orqanına təhvil verilən R.Əhmədov barəsində müvafiq inzibati tənbeh tədbiri görülüb, üzərindən narkotik vasitə götürülən T.Nəcəfov isə məhkəmənin qərarı ilə 20 gün müddətində inzibati qaydada həbs olunub.
Baş Dövlət Yol Polisi İdarəsi hüquqazidd əməllər törədən sürücülərin məsuliyyətdən yayınmaq cəhdlərinin əbəs və qanunazidd olduğunu bir daha xatırladır və belə hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

9-12-2024, 10:34
Bakı-Sumqayıt ekspres avtobusu istifadəyə verildi

Bakı-Sumqayıt ekspres avtobusu istifadəyə verildi

Bu gündən Bakı-Sumqayıt istiqamətində 594 nömrəli yeni ekspres avtobus marşrutu istifadəyə verilib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər verir.
Məlumata görə, marşrut üzrə müasir və komfortlu avtobuslar fəaliyyət göstərir.
"Sumqayıt Avtovağzalından yola düşən avtobusların son dayanacaq məntəqəsi “20 Yanvar” metrostansiyası müəyyən edilib. Əks istiqamətə isə avtobuslar “20 Yanvar” metrostansiyasının digər çıxışında (Sumqayıt istiqamətinə olan çıxışın yaxınlığında) dayanır. Gedişhaqqı 0,80 qəpik müəyyən olunub",- deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Sumqayıta 595 nömrəli ekspres avtobuslar fəaliyyət göstərir.
9-12-2024, 10:16
ABŞ Suriyaya zərbələr endirdi

ABŞ Suriyaya zərbələr endirdi

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) döyüş təyyarələri Suriyada İŞİD terror təşkilatının mövqelərinə yüksək dəqiqlikli zərbələr endirib.
Bildirilib ki, hava zərbələri nəticəsində 75-ə yaxın hədəf vurulub.
Amerikanın “The New York Times” qəzeti isə yazıb ki, Suriyada hakimiyyətə gələn silahlı müxalifət Ağ Ev administrasiyasını İŞİD-in fəaliyyətlərinə icazə verməyəcəyinə inandırıb.
9-12-2024, 10:14
Cənubi Koreya Prezidentinin ölkədən çıxışına qadağa qoyuldu

Cənubi Koreya Prezidentinin ölkədən çıxışına qadağa qoyuldu

Cənubi Koreyanın korrupsiya araşdırması agentliyi ölkə prezidenti Yoon Seok-yeola səyahət qadağası barədə göstəriş verib.
Bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Dekabrın 3-də Cənubi Koreya prezidenti Yun Seok-yeol respublikada hərbi vəziyyətin tətbiq olunduğunu elan edib. O, qərarını “Şimali Koreyayönlü qüvvələrin kökünü kəsmək və azad konstitusiya quruluşunu qorumaq” zərurəti ilə izah edib. Eyni zamanda jurnalistlər dövlət başçısının hərəkətlərini onun siyasi rəqiblərinin ona qarşı impiçment proseduru həyata keçirmək cəhdləri ilə əlaqələndiriblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!