Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
17-03-2025, 17:20
Köçkünlərin "çörəkpulu" nə vəxt kəsiləcək? - Deputat AÇIQLADI


Köçkünlərin "çörəkpulu" nə vəxt kəsiləcək? - Deputat AÇIQLADI

Azərbaycanda "çörəkpulu" verilən keçmiş məcburi köçkünlərin sayı xeyli azalıb. Torpaqlarımız işğaldan azad edildikdən sonra "çörəkpulu"nun verilməsinin dayandırılması ilə bağlı fikirlər səsləndirilir. Nazirlər Kabinetinin ötən həftə açıqladığı hesabata görə, 2024-cü il il ərzində keçmiş məcburi köçkünlərin siyahılarında aparılmış dürüstləşmələr nəticəsində “çörəkpulu” alanların sayı 39100 nəfər azalıb.
2024-cü ilin sonuna dövlətdən vahid aylıq müavinət (“çörəkpulu”) alan keçmiş məcburi köçkünlərin sayı 408 400 nəfər olub. Həmin şəxslərdən 50 200 nəfər 33 manat, 358 200 nəfər isə 60 manat müavinət alanlardır.
Bu məqsədlə dövlət büdcəsindən keçmiş məcburi köçkünlərə ümumilikdə 287 207,7 min manat məbləğində vəsait xərclənib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, mövcud qaydalara əsasən, keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıtdıqdan sonra 3 il ərzində malik olduqları imtiyazlardan istifadə edə bilirlər:
"Keçmiş məcburi köçkünlərə verilən müavinət Nazirlər Kabinetinin qərarları ilə tənzimlənir. Hazırda mövcud qaydalara əsasən, keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıtdıqdan sonra 3 il ərzində malik olduqları imtiyazlardan istifadə edə bilirlər. Uzun müddət işğal altında olmuş ərazilərimizdən məcburi köçkün düşmüş və hazırda digər ərazilərimizdə məskunlaşan vətəndaşlarımız da bu imtiyazlardan istifadə etmək hüququna malikdirlər. Onların "çörəkpulu" adlandırılan müavinəti almaq hüquqları var. Bununla bağlı qaydalarda dəyişiklik yoxdur. Nazirlər Kabinetinin qaydalarına uyğun tənzimləmələr həyata keçirilir".
Deputat vurğulayıb ki, ötən il sahibkarlıq fəaliyyəti ilə məşğul olan keçmiş məcburi köçkünlərə sosial müavinətin, yəni "çörəkpulu"nun verilməsi dayandırılıb. Eyni zamanda aşağıdakı kateqoriyalardan olanların da müavinəti kəsilib:
"Adına şəxsi mənzil olan, dövlət qulluğunda çalışan, o cümlədən bir müddət xaricdə yaşayan keçmiş məcburi köçkünlərin də sosial müavinətləri artıq ödənilmir. Amma yenə deyirəm ki, hazırda imtiyaza malik olan keçmiş məcburi köçkünlərimiz öz ata-baba yurdlarına qayıtdıqdan sonra 3 il müddətində "çörəkpulu" alacaqlar".
17-03-2025, 17:16
Polis əməkdaşlarının maaşları ilə bağlı qərar


Polis əməkdaşlarının maaşları ilə bağlı qərar

Nazirlər Kabineti “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının, dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və xüsusi rütbəsi olan əməkdaşlarının xüsusi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” qərar verib.
Qərara əsasən, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” və “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının xüsusi rütbəyə görə maaşlarının məbləğləri” yeni redaksiyada təsdiqlənib.
Maliyyə Nazirliyi Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması ilə əlaqədar cari ilin sonunadək tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2025-ci ilin dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirməlidir.
Daxili İşlər Nazirliyi Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla, bu qərarda nəzərdə tutulmayan vəzifələr üzrə aylıq vəzifə (tarif) maaşlarını müəyyənləşdirməlidir.
Qeyd olunmuş tədbirin həyata keçirilməsi məqsədilə Daxili İşlər Nazirliyi Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, yeni mühafizə xidməti tariflərinin təsdiq edilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin büdcədən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərini müəyyənləşdirməlidir.
Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
17-03-2025, 17:15
DİM sertifikasiya imtahanı modeli hazırlayıb


DİM sertifikasiya imtahanı modeli hazırlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) mütəxəssislərlə birgə “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və sertifikasiya imtahanı modeli hazırlayıb.
Bunu “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın sınaq versiyası üçün hazırlanan onlayn platformanın təqdimatında DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
Sədr imtahan modelinin dil üzrə bilik və bacarıqların ölçülməsi ilə bağlı alətlərin hazırlanmasında istifadə olunan ümum-Avropa çərçivə sənədi əsasında və Azərbaycan dilinin xüsusiyyətləri nəzərə alınaraq ərsəyə gətirildiyini qeyd edib. Sədr imtahanın Azərbaycan dili üzrə bilik və bacarıqların qiymətləndirilməsi üçün etibarlı mexanizm kimi fəaliyyət göstərəcəyinə əmin olduğunu diqqətə çatdırıb. O, hər kəsi bu prosesdə aktiv iştirak etməyə çağırıb:
“İstəyərdik ki, Yazıçılar İttifaqının üzvləri də bu platformada qeydiyyatdan keçsinlər və bizə öz fikirlərini bildirsinlər. DATA üçün bizə ən azı hər bir yaş həddinə aid 2 min nəfərin məlumatı lazımdır. Ümidvaram ki, bu addımımızı Azərbaycan ictimaiyyəti qiymətləndirəcək”.
17-03-2025, 16:42
Azərbaycanda bu imtahan ödənişsizdir


Azərbaycanda bu imtahan ödənişsizdir

Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanında iştirak etmək ödənişsizdir.
Bu barədə "Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı”nın onlayn platformasının təqdimatına həsr olunan tədbirdə məlumat verilib.
Bildirilib ki, bu imtahanda hər kəs iştirak edə bilər.
"Sertfikatın etibarlılıq müddəti 2 ildir"- deyə qeyd edilib.
17-03-2025, 16:36
Qarabağda “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb


Qarabağda “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb

Martın 17-ə Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Lyova Mnatsakanyan deyib ki, Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb.
O, dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən qondarma rejimin “müdafiə naziri” olduğu vaxt, ondan əvvəl və sonra işğal altındakı ərazilərdə bu silahları görmədiyini bildirib.
Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam edir.
17-03-2025, 16:28
Sülh müqaviləsində Ermənistan üçün təhlükə yoxdur - Simonyan


Sülh müqaviləsində Ermənistan üçün təhlükə yoxdur - Simonyan

“Sülh müqaviləsi layihəsində Ermənistan üçün təhlükəli məqamlar yoxdur”.
Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bu gün, martın 17-də jurnalistlərlə söhbətində deyib.
“Orada bütün məqamlar ikitərəflidir. Təhlükəli məqam olduğunu deyirsənsə, o, Azərbaycan üçün də eyni dərəcədə təhlükəlidir”.
Sülh sazişinin mətninin nə vaxt dərc olunacağı ilə bağlı danışan spiker deyib: “Nəşrin vaxtını və məntiqini anlayıb məqamı çatanda dərc edəcəyik. Məsələ Azərbaycanın bunu dərc edib-etməyəcəyində deyil.
Müxtəlif yollarla mövcud olan problemlərdən, qorxulardan özümüzü sığortalaya biləcəyimizə qərar verdik və həllini tapdıq".
"Nəşrlə bağlı müzakirələr olacaq, Ermənistanın Azərbaycana atəş açmadığını, Ermənistanın ərazi ambisiyalarının olmadığını, Ermənistanın beynəlxalq tərəfdaşlar üçün də etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirmək üçün birtərəfli qaydada heç nə etmək istəmirik”, - Alen Simonyan bildirib.
17-03-2025, 16:19
Tramp Putinlə sabah danışacaq - Peskov detalları açıqlamadı


Tramp Putinlə sabah danışacaq - Peskov detalları açıqlamadı

Kreml Rusiya prezidenti Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında gözlənilən söhbətin təfərrüatlarını əvvəlcədən açıqlamayacaq.
Bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Biz heç vaxt bunu etmirik, heç vaxt özümüzdən irəli getmirik. Danışıqlar həqiqətən hazırlanır. Amma bizim anlayışımıza görə, təbii ki, iki prezidentin danışıqlarının məzmunu hər hansı apriori müzakirəsinə məruz qalmır. Ona görə də biz bunu etməyəcəyik”, - Kreml sözçüsü brifinqdə deyib.
TASS-ın sualını cavablandıran Peskov təsdiqləyib ki, Putinlə Tramp arasında söhbət martın 18-i çərşənbə axşamına hazırlanır.
ABŞ prezidenti ötən gün jurnalistlərə bildirib ki, çərşənbə axşamı Rusiya lideri ilə danışmağı planlaşdırır və söhbət zamanı Ukrayna münaqişəsi çərçivəsində ərazi və infrastruktur məsələlərinə xüsusi diqqət yetirmək niyyətindədir.
17-03-2025, 16:05
Türkiyədə Azərbaycan dili kursları açılıb


Türkiyədə Azərbaycan dili kursları açılıb

Azərbaycanın Ankaradakı səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyənin Qazi Universitetində Azərbaycan dili kursları fəaliyyətə başlayıb.
İlk dərs günü keçirilən tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzi, səfirlik əməkdaşları və kurs tələbələri iştirak ediblər.
Tədbirdə çıxış edən Mərkəzin direktoru Samir Abbasov Azərbaycan Prezidentinin sərəncamı ilə Türkiyədə milli mədəniyyətimizi, tariximizi, dilimizin təbliği məqsədilə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradıldığını bildirib.
O, Mərkəz tərəfindən ana dilimizin təbliği ilə bağlı bir sıra layihələr həyata keçirdiyini, dilimizin tədrisinin qardaş ölkədə maraqla qarşılandığını söyləyib. Samir Abbasov məhz bu marağı nəzərə alaraq, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Qazi Universitetində Azərbaycan dilinin tədrisi ocağının yaradıldığını söyləyib. O, dərslərin yalnız dil bacarıqlarının inkişafı ilə məhdudlaşmayacağını, eyni zamanda Azərbaycan mədəniyyəti və tarixinin öyrənilməsi baxımından da böyük əhəmiyyət daşıdığını, müxtəlif mədəniyyət proqramları və görüşlərlə zənginləşdiriləcəyini qeyd edib.
Qeyd edək ki, Qazi Universitetində açılmış Azərbaycan dilinin tədrisi ocağında Azərbaycan türkcəsinin tədrisi ilə yanaşı, Azərbaycana, dövlət rəmzlərinə dair guşələr və mini kitabxana da yaradılıb.
Daha sonra Ankaradakı səfirliyimizin humanitar məsələlər üzrə birinci katibi İslam Quliyev çıxış edərək yeni ocağın ana dilimizi öyrətməklə yanaşı, qardaş ölkənin gənclərinin tariximiz, ədəbiyyatımız və ölkəmizə dair daha çox məlumat almağa imkan yaradacağına ümid etdiyini bildirib.
Diplomat yaradılan dil kurslarında Türkiyədəki tələbələrlə yanaşı, bütün kateqoriyalı insanların iştirak etməsi və dərslərdə müasir informasiya texnologiyalarının tətbiqinin yüksək dəyərləndirib.
Azərbaycan türkcəsinin tədrisi üzrə təlimçi-pedaqoq, Qazi Universitetinin doktorantı Şəhla İbişova tədris ocağının Türkiyədə ana dilimizin tələbələrə öyrədilməsi ilə bağlı əsas tələbləri və şərtləri açıqlayıb. O, həftədə üç dəfə keçiriləcək dərslər üçün dərslik və metodik vəsaitlərin Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təmin ediləcəyini söyləyib.
17-03-2025, 16:01
Hər il Ermənistandan 7-8 min hərbi çağırışçı Qarabağa göndərilirdi - Mnatsakanyan


Hər il Ermənistandan 7-8 min hərbi çağırışçı Qarabağa göndərilirdi - Mnatsakanyan

Martın 17-ə Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Lyova Mnatsakanyan bildirib ki, hər il Ermənistandan 7-8 min nəfər hərbi çağırışçı Azərbaycanın işğal olunmuş ərazilərində müddətli hərbi xidmətə göndərilib.
O, ildə iki dəfə hərbi çağırış olduğunu, hər çağırış zamanı 3500-4000 Ermənistan vətəndaşının işğal edilmiş ərazilərə gətirildiyini deyib.
Onun sözlərinə görə, qondarma rejimin “ordusu”nda xidmət edənlərin təxminən 70 faizi Ermənistan vətəndaşları, digər 30 faizi isə Qarabağda yaşayan erməni sakinlər olub.
Təqsirləndirilən şəxs daha sonra deyib: “Xidmət zamanı onların arasında fərq qoyulmurdu, onlar eyni komandanlığa tabe olurdular və hərbi geyimləri də eyni idi".
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
17-03-2025, 15:32
Aeroport bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək


Aeroport bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

Heydər Əliyev Beynəlxalq Aeroportu, qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə, 20-31 Mart 2025-ci il tarixlərində fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirəcək.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Qeyd edilib ki, bayram mövsümündə sərnişin axınının əhəmiyyətli dərəcədə artacağını nəzərə alaraq, xidmət keyfiyyətinin və operativliyin təmin edilməsi məqsədilə bir sıra əlavə tədbirlər həyata keçiriləcək. Xüsusilə, qeydiyyat, təhlükəsizlik yoxlanışı və baqaj emalı kimi əsas xidmət sahələrində iş proseslərinin optimallaşdırılması üçün əlavə işçi heyəti cəlb olunacaq.
“Sərnişinlərə səfərlərini öncədən planlaşdırmaq, hava limanına uçuşdan ən az 2 saat əvvəl gəlmək və uçuş cədvəlləri ilə bağlı yenilikləri müvafiq aviaşirkətlərin rəsmi mənbələrindən izləmək tövsiyə edilir” - məlumatda qeyd edilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!