Azərbaycanda ZƏLZƏLƏ .....                        Almaniyada qatar relsdən çıxdı - Ölənlər var .....                        63 yaşlı kişi qətlə yetirildi .....                        Qardaş ölkə alovlar içində - FOTO .....                        Bilgəhdə dənizdə batan var .....                        Meşə yanğınları Fransanı da ağuşuna aldı .....                        Sahibə Qafarova Cenevrəyə getdi .....                        Əməkdar məşqçi vəfat etdi .....                        Kamboca və Tailand arasında atışma yenidən başladı .....                       
16-10-2024, 16:38
Türkiyədə güclü zəlzələ: 187 nəfər yaralandı


Türkiyədə güclü zəlzələ: 187 nəfər yaralandı

Türkiyənin Malatya vilayətində baş verən zəlzələ nəticəsində xəsarət alanlar var.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Malatyada, Şanlıurfada və Elazığda 3 binada qismən çökmə olduğunu bildirib.
Məlumata görə, zəlzələ ilə əlaqədar 112 Təcili Zəng Mərkəzinə ümumilikdə 374 məlumat daxil olub. Bildirilir ki, müxtəlif bölgələrdə ümumilikdə 187 nəfər yaralanıb.
Zəlzələ səbəbindən Malatya, Şanlıurfa, Adıyaman, Batman və Elazığda məktəblər bağlanıb.
Hazırda Malatya, Diyarbəkir, Şanlıurfa, Elazığ, Batman və Tunceli bölgələrində araşdırmalar davam edir.
16-10-2024, 16:30
"Qərbi Azərbaycan" prospekti, "İrəvan" meydanı yaradılsın!


"Qərbi Azərbaycan" prospekti, "İrəvan" meydanı yaradılsın!

Qərbi Azərbaycana, tarixi torpaqlarımıza - Zəngəzur və İrəvana qayıdışla bağlı planlarımız var və işlər görülür. Bu istiqamətdə görülən işlərin bir parçası olaraq, Bakıda böyük prospekt və küçələrdən birinə "İrəvan" adının verilməsi təklif olunur.
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının rəhbəri, deputat Məlahət İbrahimqızı bildirib ki, İrəvan tarixi Azərbaycan yurdudur və ermənilər də bunu yaxşı bilir:
“Hesab edirəm ki, dövlətimizin və ictimaiyyətimizin ən vacib, aktual məsələlərindən biri məhz Qərbi Azərbaycana qayıdışla bağlıdır. Qərbi Azərbaycandan təkcə 1987-91-ci illərdə erməni vandalları tərəfindən 400 minə yaxın insan deportasiyaya məruz qalıb. Ermənilər nə qədər tarixi saxtalaşdırsalar, saxta monoqrafiyalar yazsalar da, Qərbi Azərbaycanı ermənilərin tarixi torpaqları adlandırmaq mümkün deyil. Cənab Prezidentimiz İrəvanın Azərbaycanın tarixi şəhərlərindən biri olduğunu bildirib. Tarixçilər bu istiqamtdə böyük tədqiqatlar aparıblar. Rəvanqulu xanın şəhəri inşa etdiyi və daha sonra bura onun adının verilidiyi təsdiqlənib.Bu günə qədər ermənilər orada klassik erməni mədəniyyətinə, tarixinə məxsus nəsə ortaya qoymayıblar. Orada Ermənistana məxsus nə var ki? Üçmüədzin belə onlara məxsus deyil. Albanlardan, eləcə zərdüştlərdən qalan Anahida məbədlərinin üzərində qurulmuş saxta kilsədir. Ermənilər buna görə də hansısa əsərlərində İrəvanda olan bir məbəd, abidə göstərə bilmirlər ki, hansısa erməniyə məxsus olsun. İrəvan şəhərinin markası İrəvan xanlığının qalası, Göy məsciddir".
Məlahət İbrahimqızı söyləyib ki, Bakıda küçə və ya prospektlərdən birinə "İrəvan" adının verilməsi təqdirəlayiq təşəbbüs olar:
"Biz mötərəm Prezidentimizin, dövlətimizin siyasətində də toponimlərin, tarixi mirasımızın qorunması istiqamətində işlərin getdiyini görürük. Bu baxımdan hazırda müəyyən rayonlarda eşitdiyimə görə Qərbi Azərbaycana aid toponimlərdən ibarət küçələr var. Vaxtilə Bakıda İrəvan küçəsi və ya prospekti vardı. Göyçəni, Zəngəzuru doğma tutub, İrəvanı ögey tuta bilmərik. Göyçə bizə nə qədər əzizidirsə, İrəvan da bizə o qədər əzizdir. Biz Göyçəyə, Zəngəzura ləyaqətli şəkildə, sülh şəraitində qayıdacağıq, həmçinin İrəvana da. Düşünürəm ki, "Göyçə", "Qərbi Azərbaycan" prospekti, "İrəvan" meydanı olsa, əla olar. Bu, təşəbbüs çox gözəldir. Həm İrəvanın, həm Göyçənin, həm də Zəngəzurun Azərbaycanda haradasa yer adlarına verilməsi təqdirəlayiqdir. Bu yaxınlarda Aşıq ələsgərin Bakının ən mötəbər, mərkəzgörünüşlü yerində abidəsi qoyulub. Dədə Qorqud və Koroğlu kimi Aşıq Ələsgər də türk dünyasının ortaq mirasıdır. Aşıq Ələsgərə abidə qoyulması Qərbi Azərbaycanın, Göyçə, Zəngəzur və İrəvanın Azərbaycanın tarixi mirası, torpağı olduğunun göstəricisidir. Lakin gənc nəsil tərəfindən unudulmaması üçün bu adların küçələrə, meydanlara verilməsini təqdirəlayiq hesab edirəm".
Məlahət İbrahimqızı hansı küçəyə və ya prospektə İrəvan adının verilə biləcəyindən də danışıb:
“Bakıda hazırda İrəvan teatrı var. Eləcə də vaxtilə İrəvan prospekti olub. Səhv etmirəmsə, bu, prospekt Nəsimi rayonu ərazisində yerləşir. Həmin ərazinin keçmiş adı bərpa oluna, “İrəvan” prospekti adlandırıla bilər”.
16-10-2024, 16:26
Mübariz İbrahimovun atası dəfn edildi - FOTO


Mübariz İbrahimovun atası dəfn edildi - FOTO

Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov dəfn olunub.
Mərhum Biləsuvar rayonu Əliabad kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində ailə üzvləri, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, A.İbrahimov bu gün infarkt keçirib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


16-10-2024, 16:15
Subasmaya məruz qalan Hacıqabulda son vəziyyət açıqlandı


Subasmaya məruz qalan Hacıqabulda son vəziyyət açıqlandı

Xəbər verdiyimiz kimi, oktyabrın 12-də saat 11:00 radələrindən yağan güclü yağışlar Hacıqabul şəhərində fəsadlar törədib.
Rayon İcra Hakimiyyətindən bildirilib ki, yağışlar nəticəsində 500-dən artıq ev sel sularının təsirinə məruz qalıb, 2 ev qəzalı vəziyyətə düşdüyü üçün orada yaşayan ailələr köçürülüb, 16 nəfər (1 xəstə, 4 uşaq və 9 digər ailə üzvləri) təxliyə edilib.
"Pirsaat qəsəbəsinin, Navahı, Qızılburun , Atbulaq və Birinci Udullu kəndlərinin bağ sahələri və boş ərzailəri də sel sularının təsirinə məruz qalıb. Sel sularının gəlməsi səbəbindən işıq enerjisinin verilməsində də fasilələr yaranıb, lakin, qısa müddət ərzində enerjinin verilməsi bərpa olunub. Hal-hazırda 150-dən artıq evdən sel suları çəkilib. Hacıqabul Rayon Fövqəladə Hallar Komissiyasının və Fövqəladə Hallar Nazirliyinin köməkliyi ilə sel sularının ərazidən çıxarılması işləri davam etdirilir", - açıqlamada qeyd olunub.
16-10-2024, 16:04
Bərzani Ərdoğanla görüşdü


Bərzani Ərdoğanla görüşdü

İraq Kürdüstan Regionunun Başçısı Neçirvan Bərzani Türkiyədə səfərdədir.
O, Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Görüş Türkiyə Prezidentinin iqamətgahında baş tutub.
Türkiyənin xarici işlər naziri Hakan Fidan da görüşdə iştirak edib.
16-10-2024, 15:55
Polis əməliyyat keçirdi: 28 kq narkotik aşkarlandı


Polis əməliyyat keçirdi: 28 kq narkotik aşkarlandı

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
DİN-dən bildirilib ki, paytaxtın Binəqədi, həmçinin İmişli rayonları ərazisində keçirilən növbəti əməliyyatlar zamanı 1997-ci il təvəllüdlü İzzət Əliyev və 1981-ci il təvəllüdlü Rəşad Ağayev saxlanılıblar. Onlardan ümumilikdə 28 kiloqramdan artıq tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, metamfetamin və 400 ədəd narkotik tərkibli həb aşkarlanıb.
Saxlanılan şəxslər şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əvvəlcədən müəyyənləşdirilmiş yerdən narkotik vasitələri götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İzzət Əliyev və Rəşad Ağayevlə əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
16-10-2024, 15:42
Gürcüstan yenə “3+3” formatlı görüşdən imtina etdi


Gürcüstan yenə “3+3” formatlı görüşdən imtina etdi

Gürcüstan tərəfi İstanbulda keçiriləcək “3+3” regional məsləhət platformasının üçüncü iclasında təmsil olunmayacaq.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlayıb.
Nazir iclasın oktyabrın 18-də keçiriləcəyini deyib.
Qeyd edək ki, Gürcüstan bundan əvvəlki iclaslara da Rusiyaya etiraz əlaməti olaraq qatılmayıb.
16-10-2024, 15:35
Baş məşqçi: "Digər ölkələr çox yaxşı inkişaf edir, biz yerimizdə qalmışıq"


Baş məşqçi: "Digər ölkələr çox yaxşı inkişaf edir, biz yerimizdə qalmışıq"

Azərbaycan Milli Yığmasındakı mövcud vəziyyət üzücüdür.
Bunu "Şamaxı" futbol klubunun baş məşqçisi Ayxan Abbasov deyib.
“Digər müsahibələrimdə də demişəm, biz geriyə gedirik. Bəlkə də digər ölkələr çox yaxşı inkişaf edir, biz yerimizdə qalmışıq. Ümumi futbola baxış dəyişilməlidir. Futbolumuzun inkişafı üçün addımlar atmalıyıq. İnanıram ki, rəhbərlik bunun üzərində çalışır və yaxın zamanlarda bu istiqamətdə müvafiq addımlar atılacaq”.
A.Abbasov qeyd edib ki, milli komandada Azərbaycan dilini bilən məşqçinin olmaması bəhanədir:
“Milli komandada yerli məşqçilər mütləq olmalıdır. Estoniyaya baxaq, bir vaxtlar baş məşqçinin köməkçisi olmuş şəxsə bu mövsüm komanda etibar edildi. Bu çox gecikmiş addımdır. Demək olar ki, millətlər liqası bitəndən sonra hansısa məşqçinin nəyisə dəyişə biləcəyi inandırıcı gəlmir. Əgər belə bir problem görünürdüsə, əvvəlcədən addım atılmalı idi".
16-10-2024, 15:23
Putin Rusiya sərhədçilərini Ermənistan-İran sərhədindən niyə çəkir...


Putin Rusiya sərhədçilərini Ermənistan-İran sərhədindən niyə çəkir...

MDB dövlət başçılarının Moskvada keçirilən sonuncu sammitində Rusiya və Ermənistan liderləri Vladimir Putin və Nikol Paşinyan arasında bəzi razılaşmalar olub. Belə ki, gələn il yanvarın 1-dən Rusiya sərhədçiləri Ermənistan-İran arasındakı yeganə sərhəd-keçid məntəqəsi olan Meğrini tərk edəcək və onları erməni sərhədçiləri əvəzləyəcək.
Nəzərə alsaq ki, Ermənistan-İran sərhəd-keçid məntəqəsi regional nəqliyyat-kommunikasiya dəhlizi üzərində yerləşir, onda Rusiya sərhədçilərinin geri çəkilməsi maraq doğurur.
Rusiyanın media-ekspert dairələri Ermənistan-İran sərhədilə bağlı dəyişikliyi geniş kontekstdə nəzərdən keçiriblər.
Rusiya mətbuatında yayılan fikirlərə görə, Moskvanın belə bir mövqeyinə İranın münasibəti təsir edib. Rusiyanın da dəstəklədiyi “Zəngəzur dəhlizi” layihəsinə İranın mənfi münasibət bəslədiyi heç kimə sirr deyil. Tehran bunu özü üçün təhlükə hesab edir. İran rəsmilərinin fikrincə, “Zəngəzur dəhlizi”nin açılması bu ölkənin Ermənistan vasitəsilə Avropaya “qapısını” bağlayacaq və regionl situasiyada kəskin dəyişiklik yaradacaq.
Qeyd edilir ki, son vaxtlar Rusiya-İran münasibətləri kifayət qədər sıxlaşıb, Moskva ilə Tehran arasında qarşılıqlı asılılıq artıb. Ona görə də Moskvanın İran naminə müəyyən güzəştlərə gedə biləcəyi tamamilə məntiqlidir. Xüsusən də İran bəzən Rusiya ilə münasibətlərində gərginlik anları yaradır. Rusiya üçün isə yanında İran kimi müttəfiqin olması son dərəcə vacibdir.
Ekspertlər deyirlər ki, İran da bəzi məsələlərdə Rusiyaya güzəştə getməklə əvvəlki radikal mövqelərindən geri çəkilə bilər. Lakin bu dəyişikliklərin gedişatına baxsaq, Rusiyanın “Zəngəzur dəhlizi”ni qorumaq və bu ərazidə mövcud olmaq planları Moskva üçün ön planda dayanır.
Rusiyanın son dəyişiklikdə nəyə ümid etdiyi hələlik bəlli deyil.
16-10-2024, 15:14
'' Kəlağayı yaşıl dünyaya töhfədir''

'' Kəlağayı yaşıl dünyaya töhfədir'' adlı tədbir və sərgi keçiriləcək.

19 oktyabr, 2024-cü il, 11:00 - dan 19:00- a qədər Bakı Xətai Sənət Mərkəzində Xətai Rayon İcra Hakimiyyətinin, Xətai Sənət Mərkəzinin dəstəyi və Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılıgı ilə ''Sazlı, sözlu kəlagayı günləri'' layihəsi çərçivəsində '' Kəlagayı yasıl dünyaya töhfədir'' adlı tədbir və sərgi keçiriləcək. Sərgidə rəssam Gülnarə Məmmədovanın kəlağayıdan bəhs edən rəsm əsərləri, Güllü Eldar Tomarlının yaşıl dünyanı özundə əks etdirən əl işləri, yaşı əsrlərə söykənən qədimi kəlağayıları sərgilənəcək. Müasir
Basqal kəlağayıları da sərgidə nümayiş olunacaq.
#mirvariddilbazipoeziyaməclisi
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!