Azərbaycanda ZƏLZƏLƏ .....                        Almaniyada qatar relsdən çıxdı - Ölənlər var .....                        63 yaşlı kişi qətlə yetirildi .....                        Qardaş ölkə alovlar içində - FOTO .....                        Bilgəhdə dənizdə batan var .....                        Meşə yanğınları Fransanı da ağuşuna aldı .....                        Sahibə Qafarova Cenevrəyə getdi .....                        Əməkdar məşqçi vəfat etdi .....                        Kamboca və Tailand arasında atışma yenidən başladı .....                       
15-10-2024, 19:52
Əli Əhmədovun bacısı oğluna yüksək vəzifə verildi


Əli Əhmədovun bacısı oğluna yüksək vəzifə verildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin İdarə heyətinin sədri İsi Mustafayevə yeni müşavir təyin edilib.
Sübhan Kazımov 04.09.2024-cü il tarixindən İdarə Heyəti sədrinin müşaviri təyin olunub.
"Azərpoç" MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova xəbəri təsdiqləyib.
Qeyd edək ki, ötən ay Sübhan Kazımov "Azərpoçt" MMC-nin İdarə Heyətinin üzvlüyündən azad edilib. O, 2022-ci ilin may ayına qədər "Azərpoçt" MMC-nin baş direktorun müavini, sözügedən qurumda idarəetmə forması dəyişdikdən sonra İdarə Heytənin üzvü olub.
Xatırladaq ki, Sübhan Kazımov Yeni Azərbaycan Partiyasının və Milli Məclisin sədr müavini Əli Əhmədovun bacısı oğludur.
15-10-2024, 19:35
Azərbaycanda zəlzələ oldu


Azərbaycanda zəlzələ oldu

Cəlilabad rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata görə, oktyabrın 15-də yerli vaxtla saat 19:03-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.6-ya bərabər olub.
Zəlzələnin ocağı 36 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, zəlzələ Biləsuvarda da hiss olunub.
15-10-2024, 19:27
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı yeni qərar


Türkiyə-Azərbaycan Universiteti ilə bağlı yeni qərar

Elm və Təhsil Nazirliyi icra prosesində müəyyən ediləcək aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Türkiyə-Azərbaycan Universitetində dövlət hesabına təhsil alan tələbələrin sayı barədə təkliflərini hər tədris ili üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
Bu barədə “Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 sentyabr tarixli Sərəncamının icrasının təmin edilməsinə dair Nazirlər Kabinetinin Sərəncamında bildirilir.
Sərəncama əsasən, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinə cəlb edilən ali təhsil müəssisələrinin maddi-texniki bazasının təşkili və əməliyyat xərclərinin maliyyələşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Mərkəzi icra hakimiyyəti orqanları beş aydan gec olmayaraq, Sərəncamın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarının və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etməli və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.
15-10-2024, 18:04
Hadrut və Tuğda hansı işlər aparılacaq...


Hadrut və Tuğda hansı işlər aparılacaq...

İşğaldan azad edilmiş Tuğ kəndinin vacib turizm məntəqəsi olduğunu nəzərə alınaraq, burada avtomobil dayanacağı yaradılacaq.
Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktorun müavini Səbuhi Abdullayev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində deyib.
“Məhz buna görə planlaşdırılan işlərə Tuğ ərazisində mövcud tarixi bulaqların bərpası, küçə boyunca hasar və tikililərin təmiri də daxil edilib”, - deyə S.Abdullayev əlavə edib.
O bildirib ki, Tuğ kəndində ilkin fazada 30 fərdi yaşayış evi, 360 yerlik məktəb binası, 50 yerlik uşaq bağçası bərpa ediləcək: “Yenidənqurma işləri aparıldıqdan sonra bir sıra mövcud binalar yeni təyinatla - hotel, mədəniyyət mərkəzi, aptek olaraq istifadə ediləcək. Hadrut qəsəbəsində də bərpa prosesinə aid işlər davam etdirilir və hazırda qəsəbədə söküntü və şaquli planlaşdırma işləri icra edilir. Ümumilikdə Hadrut qəsəbəsində 11 yaşayış binasının bərpası və tikintisi nəzərdə tutulur”.
O qeyd edib ki, həmçinin 4 ədəd 2 mərtəbəli, 4 mənzilli yeni yaşayış binasının tikintisi nəzərdə tutulur ki, hazırda onların layihələndirilməsi aparılır: “1 ədəd 1 mərtəbəli Poçt və rabitə binasının təmir edilərək müasir səviyyədə yenidən qurulması planlaşdırılıb. Bundan əlavə 1 ədəd 2 mərtəbəli market və restoran binasının, eləcə də 1 ədəd 3 mərtəbəli otel binasının təmir edilərək müasir üslubda bərpa olunması nəzərdə tutulub”.
“Hazırda Hadrut qəsəbəsində həyata keçiriləcək bərpa-tikinti işlərinin layihələndirilməsi aparılır. Qəsəbədə istirahət sahələrinin, meydanın, çay bağçasının, açıq sərgi sahəsinin, uşaq oyun meydançalarının, kitabxananın, meşə yolunun, 64 yerlik avtomobil dayanacağın və s. yaradılması nəzərdə tutulub”, - deyə S. Abdullayev bildirib.
15-10-2024, 17:56
Laçında beynəlxalq hava limanının tikintisi yekunlaşır


Laçında beynəlxalq hava limanının tikintisi yekunlaşır

Laçın rayonu Qorçu kəndində inşa olunan və saatda 200 sərnişinə xidmət edəcək beynəlxalq hava limanının tikintisi bitmək üzrədir.
Bunu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətində İcraçı direktorun vəzifələrini icra edən Tofiq İslamov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində deyib.
O, qeyd edib ki, hava limanı bölgələrə gediş-gəlişi asanlaşdıracaq və onun turistik potensialından geniş istifadə olunmasına imkan verəcək.
“Azad olunmuş ərazilərin bərpası bu torpaqlara həyatın qaytarılmasının rəmzidir və Prezidentin tapşırığı əsasında biz də öz növbəmizdə quruculuq işlərinə layiqincə davam edəcəyik”, - deyə T.İslamov əlavə edib.
15-10-2024, 17:48
Dövlət qulluğu imtahanından keçən namizədlərə sertifikatlar verilir


Dövlət qulluğu imtahanından keçən namizədlərə sertifikatlar verilir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 22-də dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanından (A növü) müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.
DİM-dən bildirilib ki, bu, test imtahanında uğur qazanaraq sertifikat almaq üçün müraciət etmiş və müraciətinə DİM tərəfindən razılıq verilmiş namizədlərə aiddir. Onlar sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə mərkəzin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan götürə bilərlər.
Sertifikatı DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək üçün info@dim.gov.az elektron poçt ünvanına müraciət olunmalıdır. Ərizəyə şəxsiyyəti təsdiq edən sənədin surəti də əlavə olunmalıdır.
15-10-2024, 17:40
Leyla Əliyeva Mərakeşdə - FOTO


Leyla Əliyeva Mərakeşdə - FOTO

Mərakeşə səfəri zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Uşaq Hüquqları üzrə Milli Observatoriyanın (ONDE) vitse-prezidenti Qizlan Benjelun ilə görüşüb.
Görüşdə uşaqların sosial dəstəklə əhatə olunması ilə bağlı məsələlər, Heydər Əliyev Fondunun sosial sahədə fəaliyyəti, uşaqlara qayğı üzrə həyata keçirilən layihələr müzakirə edilib.
Heydər Əliyev Fondunun nümayəndələri 2025-ci ildə Uşaq Hüquqları üzrə Milli Observatoriyanın yaranmasının 13-ci ildönümü ilə bağlı tədbirə dəvət olunub.





15-10-2024, 17:30
Paşinyan Əliyevə görüş təklif edib? - İrəvandan açıqlama


Paşinyan Əliyevə görüş təklif edib? - İrəvandan açıqlama

Oktyabrın 7-8-də Moskvada keçirilən MDB sammiti çərçivəsində Ermənistan və Azərbaycan liderlərinin qeyri-rəsmi ünsiyyətinin bəzi təfərrüatları məlum olub.
Ermənistan parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri Sarkis Xandanyan “Armenpress”ə bildirib ki, baş nazir Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevə xarici işlər nazirlərinin ikigünlük iclasının keçirilməsini təklif edib. Onun iddiasına görə, təklif sülh müqaviləsinin müzakirəsi üçün irəli sürülüb.
“Bildiyim qədər, oktyabrın 7-8-də Moskvada keçirilən qeyri-rəsmi təmaslar zamanı Paşinyan Əliyevə ikitərəfli görüş keçirməyi təklif edib”, - komissiya rəhbəri qeyd edib.
Eyni zamanda, o əlavə edib ki, Bakının Ermənistan baş nazirinin təklifinə necə cavab verdiyini bilməsə də, görüşün keçirilməsinin mümkünlüyünə ümid edir.
Xandanyan xatırladıb ki, Bakı martın əvvəlində və apreldə Brüsseldə görüş keçirməkdən imtina edib.
Jurnalistin rəsmi Bakının İrəvanı iyulda Böyük Britaniyada keçirilən görüşdə iştirakdan imtina etməkdə ittiham etməsi ilə bağlı sözlərinə cavab olaraq Xandanyan vurğulayıb ki, erməni tərəfi həmin görüşdən imtina etməyib, lakin ikitərəfli formatda deyil, başqa formatda görüşü məqsədəuyğun sayıb.
Bundan əvvəl baş nazir Nikol Paşinyan mübahisəli məqamları sonrakı müzakirəyə buraxaraq, sülh müqaviləsinin artıq razılaşdırılmış maddələrinin imzalanmasını təklif edib. O, sülh müqaviləsi layihəsində 16 maddədən 13-nün razılaşdırıldığını bildirib.
Rəsmi İrəvan noyabrda Bakıda keçiriləcək COP-29 tədbirindən əvvəl sülh müqaviləsinı imza atmağı təklif edir.
Rəsmi Bakı isə öz şərtlərini dəfələrlə bəyan edib. Azərbaycan tərəfi bildirib ki, Ermənistanın Konstitusiyasında və digər normativ hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddialarına tam şəkildə son qoyulmalı, yalnız ondan sonra sülh müqaviləsi imzalanmalıdır.
15-10-2024, 17:06
Nərimanovda 3 nəfərdən 8 kiloqram narkotik götürüldü - VİDEO


Nərimanovda 3 nəfərdən 8 kiloqram narkotik götürüldü - VİDEO

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Ramin Quliyev, tanışı İlqar Quliyev və Xədicə Ağayeva saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, saxlanılan şəxslərdən 8 kiloqramdan artıq heroin, marixuana, metamfetamin, 2 ədəd elektron tərəzi və 50 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. Onların narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından satış məqsədilə əldə etdikləri məlum olub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Nəsimi rayonunda narkotiklərlə əlaqəli cari ilin əvvəlindən keçirilən tədbirlər zamanı 63 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

15-10-2024, 17:00
Ermənistanda hakimiyyət dəyişsə, razılıqlar ləğv oluna bilər


Ermənistanda hakimiyyət dəyişsə, razılıqlar ləğv oluna bilər

"Ermənistanın daxili qanunvericiliyində və Konstitusiyasında Azərbaycan və Türkiyənin beynəlxalq səviyyədə, həmçinin Ermənistanın özü tərəfindən də rəsmi olaraq tanınmış suveren ərazilərinə iddiaların mövcud olması bugünkü gündə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına maneə olaraq qalmağa davam edir".
Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin məsləhətçisi Fuad Abdullayevin təhlilində bildirilib.
O qeyd edib ki, Azərbaycanın haqlı və əsaslı tələbləri qarşısında çarəsiz qalan Ermənistan hakimiyyəti isə hər dəfə qeyri-ciddi və əsassız maneələr yaradaraq sülh müqaviləsinin imzalanmasını uzatmağa çalışır.
"26 sentyabr 2024-cü il tarixində ölkənin Konstitusiya Məhkəməsinin Konstitusiyaya zidd olan qərarını da məhz bu rakursdan qiymətləndirmək lazımdır. Qeyd etmək lazımdır ki, Ermənistan növbəti dəfə beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş addım atmağa çalışıb. Heç şübhəsiz, qərarın əsas amalı Ermənistanı sülhsevər, Azərbaycanı isə qeyri-konstruktiv mövqedə olduğunu göstərməkdir. Lakin qeyd etmək lazımdır ki, qərar silahlanmaq üçün vaxt qazanmağa hesablanmışdır. Belə ki, Ermənistanın özünü müdafiə bəhanəsi adı altında mütəmadi olaraq silahlanması və son zamanlar tamamilə hücum xarakteri daşıyan silah və hərbi texnikaya maraq göstərməsi, həmçinin hərbi xərclərini artırması onun sülh müqaviləsini bağlamaq niyyətini əks etdirmir", - ekspert vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanda hakimiyyətin dəyişəcəyi təqdirdə əldə olunan şərhlər qanunsuz hesab edilərək ləğv oluna bilər:
"Nəticə olaraq belə qənaətə gəlmək olar ki, Ermənistanın Konstitusiya Məhkəməsinin 26 sentyabr qərarı Konstitusiyanın 205-ci maddəsi ilə müəyyən ziddiyyətlilik təşkil edir. Erməni mütəxəssislərin bu qərarı qeyri-qanuni adlandırdıqları zaman əsas arqumentinin məhz bu fakt olması isə təsadüfi deyil. Müstəqillik Bəyannaməsinin Konstitusiyaya uyğunluğu və bununla bağlı verilən şərhlər isə səthi aparılıb və burada sual doğuran bir çox məqam müşahidə olunub. Bu səbəbdən dövlət sərhədlərinin delimitasiya və demarkasiyası üzrə birgə Komissiyaların gələcək fəaliyyətinin, eyni zamanda bu şərtlərdə bağlanacaq sülh müqaviləsinin nəticəsinin gələcəkdə Ermənistanın daxili qanunvericiliyinə və Konsitusiyasına zidd qəbul olunma ehtimalı yüksəkdir. Belə ki, Ermənistanda hakimiyyətin dəyişəcəyi təqdirdə dövlət sərhədlərinin delimitasiyası prosesi nəticəsində əldə edilən və ediləcək nailiyyətlər, eyni zamanda Bəyannamə ilə bağlı verilən şərhlər qanuna zidd hesab edilərək ləğv oluna bilər".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!