"Sədərək”də yanan mağazanın 1,5 milyona yaxın borcu varmış? .....                        Dağlıq ərazidə yanğın başladı .....                        Xocavənddə yanğına səbəb olan şəxs tutuldu .....                        ABŞ İraqda iki bazanı tərk edir .....                        Zelenskidən Azərbaycanla bağlı paylaşım .....                        Dəhşətli yanğında 12 nəfər tüstüdən zəhərlənib - RƏSMİ .....                        Çayda batan 3 nəfərin meyiti tapıldı .....                        Rusiyaya güzəştə getməyəcəyik - Zelenski .....                        Qəzzada 16 fələstinli öldürüldü .....                       
3-11-2024, 21:09
Qazimiz beyin əməliyyatından sonra vəfat etdi


Qazimiz beyin əməliyyatından sonra vəfat etdi

Vətən müharibəsi qazisi Rüfət Qurbanov Rusiyada vəfat edib.
Onun beyin əməliyyatından sonra dünyasını dəyişdiyi bildirilir.
30 yaşlı qazimiz bu gün Gəncədə dəfn olunub.
Qeyd edək ki, Qurbanov Rüfət Qabil oğlu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.
3-11-2024, 20:53
Mingəçevirdə faciə: ana və 4 yaşlı oğlu öldü, ata yaralandı


Mingəçevirdə faciə: ana və 4 yaşlı oğlu öldü, ata yaralandı

Mingəçevirdə “Mercedes Viano” və “VAZ-2107” markalı avtomobillər toqquşub.
Qəza zamanı “Mercedes Viano”nun sürücüsü Elgiz İsmayılov, sərnişinləri - 1980-ci il təvəllüdlü Əlzamin Mirzəyev, arvadı 1990-cı il təvəllüdlü Xəyalə Mirzəyeva, 1973-cü il təvəllüdlü Təyyub Məhərrəmov, 1992-ci il təvəllüdlü Nuranə Mustafayeva, 1983-cü il təvəllüdlü Habil Həbliyev xəsarət alıblar.
Qəzada Habil Həbliyevin həyat yoldaşı, 1989-cu il təvəllüdlü Yasəmən Həbliyeva aldığı xəsarətlərdən hadisə yerində, oğlu 2020-ci il təvəllüdlü Adəm Həbliyev xəstəxanada dünyasını dəyişib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
3-11-2024, 20:23
Güclü külək nə vaxt dayanacaq? - AÇIQLANDI


Güclü külək nə vaxt dayanacaq? - AÇIQLANDI

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 3-ü saat 20:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, hazırda Bakıda və Abşeron yarımadasında, Naxcıvan, Şabran, Quba, Qusar, Xaçmazda arabir yağış yağır.
Qurumdan verilən məlumatda bildirilib ki, narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 28 m/s, sarı xəbərdarlıga uygun olaraq isə Neftçalada 20 m/s, Naftalan və Ağdamda 18 m/s, Göyçay, Mingəcevir və Bərdədə 16 m/s, Xaçmazda 15 m/s təşkil edir.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrdir.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti noyabrın 4-ü səhər saatlarından tədricən səngiyəcək. Lakin qısa fasilədən sonra 4-ü axşam və 5-də küləyin yenidən güclənəcəyi gözlənilir.
Yagıntılı hava şəraiti isə noyabırın 4-ü günün ikinci yarısından tədricən kəsiləcək.
3-11-2024, 20:20
Azərbaycanla İran Xəzərdə birgə təlim keçirəcək


Azərbaycanla İran Xəzərdə birgə təlim keçirəcək

Azərbaycan və İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup şəxsi heyəti və gəmisinin iştirakı ilə “AZIREX-2024” birgə taktiki təlimi keçiriləcək.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Təlimlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında imzalanmış hərbi və hərbi-texniki əməkdaşlığa dair birgə komissiyanın iclasının protokoluna əsasən baş tutacaq.
Noyabrın 2-də təlimdə iştirak etmək məqsədilə qonşu ölkəyə səfər etmiş Azərbaycan Ordusunun şəxsi heyət və döyüş gəmiləri Ənzəli dəniz limanına gəliblər.
Xəzər dənizinin İran İslam Respublikasına mənsub hissəsində keçiriləcək "Dənizdə axtarış-xilasetmə" təliminə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin 2 vahid gəmisi və 100-dən çox şəxsi heyəti qatılacaq.
3-11-2024, 20:12
Bir neçə gündür axtarışda idi, meyiti tapıldı


Bir neçə gündür axtarışda idi, meyiti tapıldı

Füzuli rayonunda itkin düşən kişinin meyiti tapılıb.
Rayon sakini Yaşar Kazım oğlu İbişovun meyiti rayonun Qayıdış qəsəbəsi ərazisində yerləşən beton kanal deyilən yerdə aşkarlanıb.
O, bir neçə gün idi ki, axtarışda imiş.
Məlumata görə, mərhumun atası K.İbişov 1990-cı ilin əvvəllərində Füzuli rayonuna rəhbərlik edib.
Faktla bağlı araşdırma aparılır.
3-11-2024, 20:05
İbadət zamanı ildırım düşdü, 14 nəfər öldü


İbadət zamanı ildırım düşdü, 14 nəfər öldü

Ukraynada şənbə günü kilsəyə ildırım düşüb.
Hadisə nəticəsində azı 14 nəfər ölüb, 34 nəfər yaralanıb.
Yerli polisin məlumatına görə, insident Uqandanın şimalında yerləşən Palabek qaçqın düşərgəsində baş verib. İldırımın ibadət zamanı düşdüyü qeyd olunur.
Polis qurbanların kim olduğunu açıqlamayıb, düşərgə və bölgədəki digərləri əsasən Cənubi Sudandan olan qaçqınları qəbul edir. Polisin bildirdiyinə görə, qurbanlar əsasən yeniyetmələr olub və onların arasında doqquz yaşlı qız da var.
3-11-2024, 19:24
General işdən çıxarıldı, yerinə polkovnik təyin edildi


General işdən çıxarıldı, yerinə polkovnik təyin edildi

Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin rəisi, general-mayor Elçin Xəlilov işdən çıxarılıb.
Qeyd edək ki, general Elçin Xəlilovun qardaşı Fuad Xəlilov da Ali Hərbi Məktəbin maliyyə xidmət rəisi işləyib. Bir müddət əvvəl Fuad Xəlilov Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə şahid qismində ifadə verib.
Generalın yerinə artıq təyinat da var. “Qafqazinfo” Azər Heybətlinin sözügedən idarəyə rəisi təyin edildiyini yazıb. Polkovnik Azər Heybətli Azərbaycanın Böyük Britaniyadakı hərbi attaşesi olub.

3-11-2024, 19:20
Özündən 9 yaş böyük arvadını böyrəyindən bıçaqladı


Özündən 9 yaş böyük arvadını böyrəyindən bıçaqladı

Şirvanda ər arvadını bıçaqlayıb.
Hadisə Şirvan şəhərində qeydə alınıb.
Şirvanda yaşayan Sabirabad rayonunun Bulduq kənd sakini, 1992-ci il təvəllüdlü Mirzəyeva Ayşən Firqan qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.
O, böyrək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.
Hadisəni törədən 2001-ci il təvəllüdlü Ş.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.
3-11-2024, 18:50
Finlandiyadan Rusiyaya nota


Finlandiyadan Rusiyaya nota

Finlandiya Xarici İşlər Nazirliyi ölkənin Moskvadakı diplomatik nümayəndəliyinin hasarına dəyən ziyanla əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə nota göndərib.
Finlandiyanın Rusiyadakı səfiri Marja Liivalanın STT agentliyinə verdiyi məlumata görə, cümə günü diplomatik nümayəndəliyin hasarına İsveç dilində "Aland adaları bizimdir" yazısı yazılıb, səfirliyin ərazisinə yumurta atılıb.
Liivala polisin tez bir zamanda beş təcavüzkarı saxladığını bildirib. Dərc edilmiş fotoşəkillərə əsasən, yazı kərpic hasarın ən azı üçdə bir hissəsini tutur.
Səfirin sözlərinə görə, Finlandiya Xarici İşlər Nazirliyi bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinə nota göndərib.
3-11-2024, 18:50
Finlandiyadan Rusiyaya nota


Finlandiyadan Rusiyaya nota

Finlandiya Xarici İşlər Nazirliyi ölkənin Moskvadakı diplomatik nümayəndəliyinin hasarına dəyən ziyanla əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə nota göndərib.
Finlandiyanın Rusiyadakı səfiri Marja Liivalanın STT agentliyinə verdiyi məlumata görə, cümə günü diplomatik nümayəndəliyin hasarına İsveç dilində "Aland adaları bizimdir" yazısı yazılıb, səfirliyin ərazisinə yumurta atılıb.
Liivala polisin tez bir zamanda beş təcavüzkarı saxladığını bildirib. Dərc edilmiş fotoşəkillərə əsasən, yazı kərpic hasarın ən azı üçdə bir hissəsini tutur.
Səfirin sözlərinə görə, Finlandiya Xarici İşlər Nazirliyi bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinə nota göndərib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!