Bakı Təhsil İdarəsində yeni müavinlər - Kollektivə təqdim olundular .....                        Ərdoğan konsulluğa hücumdan danışdı .....                        Baş nazir hökumət üzvlərini topladı - Nefti müzakirə etdilər .....                        Daha bir ölkə İrana qarşı müharibəyə qoşulmağa hazırdır .....                        Mərkəzi Bankın departament rəhbəri işdən çıxdı .....                        İran ABŞ ilə bütün danışıqları dayandırıb .....                        Hava küləkli olacaq - XƏBƏRDARLIQ .....                        Azərbaycanda bu qanun dəyişdi .....                        Rusiya İrana kəşfiyyat dəstəyi verib? – İDDİA .....                       
20-06-2025, 18:21
Milli Məclisin gündəliyindən 5 məsələ çıxarıldı


Milli Məclisin gündəliyindən 5 məsələ çıxarıldı

Milli Məclisin növbədənkənar sessiyasının iyunun 21-də keçiriləcək növbəti iclasının gündəliyi dəyişib.
Gündəliyə əvvəl 21 məsələ daxil edilsə də, sözügedən layihələrin sayı 16-ya endirilib. Gündəlik aşağıdakı kimi müəyyənləşib:

1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

2. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Notariat haqqında” və “İcra haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

3. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. “Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

6. “Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

7. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

8. “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (birinci oxunuş).

9. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (birinci oxunuş).

10. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

11. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

12. “Müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

15. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

16. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
20-06-2025, 17:56
Balasanyan Paşinyana qarşı çıxdı


Balasanyan Paşinyana qarşı çıxdı

Qarabağ separatçılarının tanınmış nümayəndəsi, Xocalı qatili Vitali Balasanyan İrəvanda həbs edilən biznesmen Samvel Karapetyanın müdafiəsinə qalxıb.
Vitali Balasanyan həm də baş nazir Nikol Paşinyanın tənqid etdiyi Erməni Apostol Kilsəsinin yanında olduğunu bildirib.
Xocalı qatili deyib ki, kilsə erməni milli kimliyinin formalaşmasında xüsusi yer tutur. O, Samvel Karapetyana qarşı yönəlmiş hərəkətlər qanunsuzluq adlandırıb və onun tərifləyib.
“Samvel Karapetyan həmişə “Artsax”ın yanında olub - həm müharibə illərində, həm də “dövlət quruculuğu”nun çətin anlarında”, - Balasanyan vurğulayıb.
Xatırladaq ki, Samvel Karapetyan 2021-ci ildə Azərbaycan tərəfindən axtarışa verilən erməni cinayətkarlar siyahısına daxildir. O, 18 iyun 2025-ci ildə İrəvanda saxlanılıb və barəsində 2 aylıq həbs qərarı çıxarılıb. Hazırda istintaq davam edir. Karapetyan Ermənistanda hakimiyyət çevirilişini dəstəkləməkdə və digər cinayətlərdə təqsirləndirilir.
Vitali Balasanyan Xocalı qətliamını törədənlərdən biridir. O, Xocalıdakı döyüşlər zamanı əsir alınan Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovu şəxsən işgəncə verməklə qətlə yetirib.
Azərbaycan Ordusu 2023-cü ilin sentyabrında Qarabağda separatçılara qarşı antiterror əməliyyatları keçirəndə, Balasanyan Əsgəranda gizlənmişdi. 2023-cü il sentyabrın 28-də o, Qarabağı tərk edərək gizli yollarla Ermənistana qaçıb.
20-06-2025, 17:40
İran İsrailə yeni raket hücumuna başladı


İran İsrailə yeni raket hücumuna başladı

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İsrailə yeni hücum təşkil edib.
İyunun 20-də təşkil edilən raket hücumunu SEPAH polkovniki İman Tacik təsdiqləyib. O, İrandan İsrailə raket hücumlarının 17-ci dalğasının başladığını bildirib.
SEPAH rəsmisi İsrailin hərbi məntəqələri, müdafiə sənayesi zonaları və hərbi komandanlıq mərkəzlərini hədəfə almaq üçün həyata keçirilən yeni əməliyyatda pilotsuz uçuş aparatları (PUA) və uzaqmənzilli ballistik raketlərdən istifadə edildiyini açıqlayıb.
Son məlumata görə, İsrailin Hayfa şəhərindəki bir sıra obyektlər vurulub.
20-06-2025, 17:35
Ərdoğandan İsrail-İran müharibəsi ilə bağlı XƏBƏRDARLIQ


Ərdoğandan İsrail-İran müharibəsi ilə bağlı XƏBƏRDARLIQ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə İran arasında 8 gündür davam edən müharibə ilə bağlı xəbərdarlıq edib.
Ərdoğan deyib ki, daha çox mülki itki və Avropa ilə Asiyaya uzun illər təsir edə biləcək dəhşətli fəlakət yaşanmadan əllərin tətikdən çəkilməsi şərtdir.
“İsrail üzərində təsir gücünə malik olan qüvvələr Netanyahunun oyununa getməməli və təsir imkanlarından müharibəni dərinləşdirmək üçün deyil, bölgəmizdə atəşkəs və sabitliyi bərqərar etmək üçün istifadə etməlidirlər”, - Ərdoğan vurğulayıb.
O, Türkiyənin bu istiqamətdə atılan hər bir addımı dəstəkləyəcəyini və buna töhfə verəcəyini qeyd edib.
20-06-2025, 16:50
Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ


Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyunun 21-gündüzdən 24-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti olacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Bununla bağlı sarı xəbərdarlıq verilib.
Naxçıvan MR, Ağstafa, Qazax, Gəncə, Samux, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Goranboy, Daşkəsən, Naftalan, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı, Yevlax, Laçın, Şabran, Şəki, Zaqatala, Balakən, Qax, Siyəzən, Xızı, Qobustan, Qusar, Sabirabad, Salyan, Ağdərə, Ağdam, Bərdə, Tərtər, Neftçala, Lerik, Yardımlı, Biləsuvar, Masallı, Hacıqabul, Saatlı, Şirvan, Lənkəran, Astara, Cəlilabad, Mingəçevir, Xaçmaz, Füzuli, İmişli, Beyləqanda, eyni zamanda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
20-06-2025, 13:13
Prezident bu sənədləri təsdiq etdi


Prezident bu sənədləri təsdiq etdi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən 2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş” təsdiq edilib.
Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərməlidir.

***
“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “Kəmər və Yol” Təşəbbüsünün Birgə Təşviqi üzrə Əməkdaşlıq Planı” təsdiq edilib.
Bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.
Əməkdaşlıq Planı qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Əməkdaşlıq Planının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərməlidir.
Qeyd edək ki, Əməkdaşlıq Planı 2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanıb.

***
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən 2025-ci il aprelin 30-da Əl-Küveyt şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Küveyt Dövləti Hökumətinə bildiriş göndərməlidir.
20-06-2025, 12:36
Paşinyan Ərdoğanın qəbuluna gedib - YENİLƏNİB


Paşinyan Ərdoğanın qəbuluna gedib - YENİLƏNİB

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfər edib.
Ermənistanın baş nazirini İstanbul beynəlxalq hava limanında Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci qarşılayıb.
Rəsmi məlumata görə, Nikol Paşinyan yerli erməni icmasının nümayəndələri ilə görüşəcək.
Baş nazir Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan axşam saatlarında görüşəcək.

***
Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfər edib.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Qeyd edilib ki, bu gün İstanbuldakı Dolmabaxça sarayında Ərdoğan-Paşinyan görüşü baş tutacaq.
Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyətinə xarici işlər naziri Ararat Mirzoyan, xarici işlər nazirinin müavini Vaan Kostanyan, həmçinin Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində xüsusi nümayəndəsi, parlamentin vitse-spikeri Ruben Rubinyan daxildir.
“Joğovurd” qəzeti özünün etibarlı mənbələrinə istinadən yazıb ki, Paşinyan Azərbaycanla sülh sazişi üzrə danışıqlar aparmaq üçün Prezident Rəcəb Tayyib Ərdoğanla görüşə gedib.
İddialara görə, Nikol Paşinyan 2026-cı il parlament seçkilərinə qədər nəyin bahasına olursa-olsun Azərbaycanla sülh sənədin imzalanmasına çalışır.
20-06-2025, 12:21
İran şərtini açıqladı


İran şərtini açıqladı

“İsrailin hücumları davam etdiyi müddətdə ABŞ ilə heç bir danışığa getməyəcəyik”.
Bu sözləri İranın xarici işlər naziri Abbas Araqçi jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, İran onsuz da danışıqlar prosesində idi və hücumlar dayanmasa, heç bir tərəflə danışıq aparmayacaq: “Raket imkanlarımızı heç kimlə müzakirə etməyəcəyik. Onlar sırf müdafiə xarakteri daşıyır. Biz İranın nüvə proqramı ilə bağlı diplomatik həll yolu axtaran avropalılara açığıq və Cenevrədəki hazırkı danışıqlarımız nüvə məsələsinə yönəlib”.
Nazirin sözlərinə görə, "İran, sadəcə, iqtisadi və hərbi obyektləri hədəfə alır və hədəflər arasında yaşayış binası yoxdur".
Araqçi vurğulayıb ki, İranın raket hücumları diqqətlə planlaşdırılır və beynəlxalq hüququn normalarına tam olaraq uyğundur. O əlavə edib ki, ABŞ Prezidentinin İsrailin hücumlarını şərh edərkən “biz” sözündən istifadə etməsi, Vaşinqtonun bu hücumlarda İsraillə əlbir olmasının göstəricisidir.
Araqçi "danışıqlar üçün İrana edilən təkliflərin getdikcə artdığına və İran xalqının müqavimətinin effektivliyinə" diqqət çəkib.
20-06-2025, 12:11
Sabah 36 dərəcə isti olacaq


Sabah 36 dərəcə isti olacaq

Azərbaycanda iyunun 21-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın səyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər zəif duman olacaq, cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək.
Havanın temperaturu gecə 19-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında əksər rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq.
Lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.
20-06-2025, 12:08
Pakistan İrandakı səfirliyinin əməkdaşlarını Azərbaycana təxliyə etdi


Pakistan İrandakı səfirliyinin əməkdaşlarını Azərbaycana təxliyə etdi

Pakistan xarici işlər naziri Məhəmməd İshaq Darın göstərişi ilə İrandan diplomatik nümayəndəliyin əməkdaşları və onların ailə üzvləri daxil olmaqla 125 nəfər Azərbaycana təxliyə edilib.
Bunu “X” hesabında Pakistanın Azərbaycandakı səfiri Qasım Mouhiuddin yazıb.
Diplomat qeyd edib ki, bu gün onlar Bakıdan Pakistanın Lahor şəhərinə göndərilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!