Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
22-02-2025, 15:56
Rusiya ilə ABŞ yaxınlaşır? - Zelenskinin hakimiyyəti sual altında


Rusiya ilə ABŞ yaxınlaşır? - Zelenskinin hakimiyyəti sual altında

Son bir həftə ərzində Rusiya və ABŞ arasında münasibətlərin yaxınlaşması istiqamətində mühüm addımlar atılıb. Fevralın 12-də Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Bu danışıq zamanı liderlər şəxsi görüşlərin təşkili barədə razılığa gəlib və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. Putin Trampı Moskvaya səfərə dəvət edib və ABŞ rəsmilərini Rusiyada qəbul etməyə hazır olduğunu bildirib.
Fevralın 18-də isə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda hər iki ölkənin yüksək səviyyəli nümayəndə heyətləri arasında rəsmi danışıqlar keçirilib. Rusiya tərəfini Xarici İşlər Naziri Sergey Lavrov və Prezidentin köməkçisi Yuri Uşakov, ABŞ tərəfini isə Dövlət Katibi Marko Rubio və Milli Təhlükəsizlik Müşaviri Mayk Uolz təmsil edib. Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və qarşılıqlı maraqların nəzərə alınması barədə razılığa gəliblər. Xüsusilə, Ukrayna məsələsi ilə bağlı yüksək səviyyəli komandaların təyin edilməsi və bu istiqamətdə məsləhətləşmə mexanizminin yaradılması qərara alınıb. Bu addım, Ukraynadakı münaqişənin həlli üçün hər iki ölkənin birgə səylərini gücləndirməyi hədəfləyir.
Danışıqlardan sonra Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, hər iki tərəf bir-birinin maraqlarını nəzərə alaraq ikitərəfli münasibətləri inkişaf etdirmək barədə razılığa gəlib.
Bununla yanaşı, ABŞ Dövlət Departamenti vurğulayıb ki, Ukraynadakı müharibəni bitirmək üçün bir görüş kifayət etməsə də, Ər-Riyadda keçirilən danışıqlar irəliyə doğru mühüm addım hesab olunur.
Görüşdə həmçinin iqtisadiyyat, investisiya və ümumi geosiyasi məsələlər sahələrində gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Bu, iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi və qlobal məsələlərdə birgə fəaliyyətin koordinasiyası baxımından əhəmiyyətlidir.
Növbəti mərhələdə, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında şəxsi görüşün təşkili planlaşdırılır. Bu görüşün konkret tarixi hələ müəyyən edilməsə də, hər iki tərəf yüksək səviyyəli dialoqun davam etdirilməsində maraqlıdır.

İki ölkə arasında baş verən hadisələr onların münasibətləri tam normallaşdırması anlamına gəlməsə də, bu istiqamətdə ciddi addım hesab edilə bilər.
İki ölkə arasında yaxınlaşmanın Ukraynaya, Zelenskinin gələcəyinə təsir barədə müzakirələr aparılır.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ ilə Rusiya arasında bir yaxınlaşma görmədiyini bildirib.
"Sadəcə olaraq hansısa problemi həll etmək üçün ABŞ rəhbərliyi danışıqlar vasitəsilə müharibəyə son qoysunlar. Artıq buna aid qərar var. Səudiyyə Ərəbistanında məsələlər müzakirə olunub. Sənəd hazır olan kimi həm Ukrayna və digər bununla işləyən tərəflər sənədlə tanış ola bilərlər. Ukraynanın da danışıqlar prosesinə qoşulması barədə məlumatlar var. Avropa ilə uzaqlaşma məsələsinə gəldikdə, əslinə qalsa, bunu belə adlandırmaq düzgün olmaz. Sadəcə olaraq, münasibətlərin yeni formatı barədə müzakirələr gedir. İqtisadi baxımdan Avropa İttifaqı Amerika Birləşmiş Ştatları üçün Çin və digərləri kimi rəqibdirlər. Burada digər bir sual ortaya çıxır ki, yaxşı bəs Avropa İttifaqı nəyə görə siyasi maraqlarını özü müdafiə etmir. Trampın birinci liderliyi dövründə bu məsələ qaldırılırdı. Avropa İttifaqı ölkələri siyasi hədəflərinə nail olmaq istəyirlərsə, müdafiyəyə daha çox vəsait sərf etməlidirlər. Əvvəl məbləğ 3 faiz qəbul olunmuşdu. Bir çox dövlətlər buna riayət etmirdilər. İndi də ABŞ-nin tələbi odur ki, Avropa İttifaqının hər hansı məsələyə fərdi yanaşması varsa, gərək ona pul sərf etsin. Yoxsa Avropa İttifaqı iqtisadiyyatı inkişaf etdirir, yaxşı yaşayır, eyni zamanda ABŞ-la rəqabət aparırır. Bu ABŞ-nin indii administrasiyasının düşüncəsidir. Bu da kəskin diskussiyanın mövcudluğunu göstərir. Amma inanmıram ki, burada kəskin şəkildə fikir ayrılığı olacaq.
Əsas məsələ onunla bağlıdır ki, ABŞ bundan qabaq olan siyasəti nəticəsində iqtisadi liderliyi əldən buraxmır. Bir çox hallarda görürük ki, hətta Avropa İttifaqı da rəqabət aparır. Misal kimi “Boeing” və “Airbus” arasındakı, eləcə də avtomobil istehsalında rəqabəti göstərmək olar. Görürük ki, Tramp daha çox iqtisadi məsələlərə önəm verir. Belə fikirləşir ki, iqtisadi dominantlıq yenə də ABŞ-dadırsa, deməli, hamı ondan asılı olacaq. Faktiki olaraq belə görsənir. Geopolitik, ya da ideoloji konseptual məsələlər dominant olmamalıdır. Görürük ki, hətta vitse-prezident səviyyəsində siyasətçi gəlib Münhen konfransında Avropa dövlət başçıları tənqid edib. Bu da onu göstərir ki, Avropa İttifaqına yerini göstərir. İndi burada kim narazı olacaq. Burada ilk növbədə Almaniya və Fransa narazı olacaq. Amma burada ABŞ-nin şansları böyükdür. Onlar başa düşürlər ki, qarşılarında çoxsaylı dövlətlər var. Bunların arasında özlərinə tabe olan dövlətləri seçib əməkdaşlığı daha da davam etirəcəklər. O bəlli bir şeydir”.
Sabiq nazir vurğulayıb ki, Zelenskinin hakimiyyətdə qalması çətindir və Rusiyada da daxili siyasi böhran olacaq:
“Zelenskinin prezident kimi səlahiyyətlərinin müddəti ötən ilin səhv etmirəmsə, mayında bitib. Səbəb ondan bağlıydı ki, hərbi əməliyyatlar davam edir. İndi sülh sazişindən danışırlar. Mənsə, bunu daha çox atəşkəs sazişi adlandırardım. Çünki geniş sülh sazişi indiki mərhələdə mümkün deyil. Bir sıra məsələlər öz həllini tapa bilərlər. Atəşkəs sazişinin tətbiq olunması mexanizmləri, müşahidəçilər, təhlükəsizlik mövzularına aid hansısa qərarlar, yəni kim təmin edəcək, hansısa ərazi üzərindən təmas xəttinin konfiqurasiyasının dəyişməsi məsələləri öz həllini tapa bilər. Ən çox sonuncu məsələ üzərində danışıqlar gedir. Amma artıq bəyan olunub ki, nə 1991-ci ilin, nə 2014-cü ilin, nə də 2020-ci ilin təmas xətti bərpa olunsun. Əsas problem budur. Bu da bir çox siyasətçilər üçün ciddi təzadlar yarada bilər-ilk növbədə Zelenski üçün. Təxminən İstanbulda qəbul olunmamış razılığa bənzər səbəb ola bilər.
Biz başa düşməliyik ki, Rusiya da öz istəklərinə nail olmayacaq. Hamıya bəllidir. Kim nə deyirsə desin. Bəlkə də, ABŞ-də fikirləşirlər ki, Rusiyada daxili siyasi böhran baş verəcək. 5 ildən sonra nə olacağına gəldikdə, isə bu siyasi proseslərin gedişindən asılı olacaq. Çətin ki, Zelenski hakimiyyətdə qalsın. Rusiyada da mən dediyim kimi böhran gözlənilir. Baxarıq, axırı nə olacaq...”
22-02-2025, 15:30
Xərçəngin qarşısını alan məhsullar - SİYAHI


Xərçəngin qarşısını alan məhsullar - SİYAHI

Həkim dietoloq Yevgeni Arzamastsev xərçəngin qarşısını almağa kömək edən qidalanma haqqında danışıb.
O, xərçəngin qarşısını almaq üçün insanları qida rasionuna yaşıl tərəvəzlər, göyərti, qoz-fındıq və bitki yağları daxil etməyə çağırıb. İlk iki məhsul lif, vitamin və təbii antioksidantlarla zəngindir.
O, xərçənginin qarşısını almaq üçün gündə 400 q tərəvəz və göyərti yeməyi məsləhət görüb.
Dietoloq həmçinin Omeqa-3 yağ turşuları və E vitamini ilə zəngin olan müxtəlif bitki yağlarından istifadə etməyi tövsiyə edir. O, müalicəvi norma kimi gündə iki çay qaşığı və ya bir xörək qaşığı qəbul etməyi məsləhət görüb.
Qoz-fındıqlara gəldikdə, həftədə 100-150 q-a qədər yemək lazımdır. Bundan əlavə, "xərçəngin inkişaf riskinə mənfi təsir göstərə bilən zərərli komponentləri bədəndən çıxarmaqdan ötrü kifayət qədər su içmək vacibdir", - deyə Arzamastsev əlavə edib.
22-02-2025, 15:16
Xankəndidə yollar nizamlanır

Xankəndidə yollar nizamlanır

Xankəndidə yollarda piyada və avtomobillərin hərəkətini nizamlamaq üçün aidiyyatı qurumlar səhər saatlarından işə başlayıb. Şəhərin küçələri qardan təmizlənir. Yollara duz və qum səpilir.

Xankəndidə 2 gündür ki, yağan və ötən axşamdan etibarən yollarda nəqliyyatın hərəkətini çətinləşdirən qarın təmizlənməsi üçün işlər görülür. Səhər saatlarından etibarən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin müvafiq strukturu prosesə cəlb olunub.Yollarda piyadaların və avtomobillərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlərə başlanıb. Yollara duz və qum səpilib.Şəhərin küçə və prospektlərində, səkilərdə qarın təmizlənməsi işlərinə xeyli sayda texnika və işci qüvvəsi cəlb edilib.
Qarlı hava şəraitinin davam edəcəyi günlər boyunca yolların qardan təmizlənməsi işləri davam etdiriləcək.
Qeyd edək ki, havaların qarlı və şaxtalı keçməsinə baxmayaraq şəhərin içməli su, işıq və qaz təchizatında heç bir problem yoxdur.




22-02-2025, 15:15
Polis Qazaxda əməliyyat keçirdi - Saxlanılanlar var


Polis Qazaxda əməliyyat keçirdi - Saxlanılanlar var

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı Hamlet İbayev və 30 yaşlı Rəşid Quluzadə saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şəxslərdən 5 kiloqram narkotik vasitə olan marixuana aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxslərin narkokuryerlik etdikləri məlum olub.
Faktlarla bağlı cinayət işi başlanıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


22-02-2025, 14:58
Həbsdə olan təhsil eksperti azadlığa çıxdı


Həbsdə olan təhsil eksperti azadlığa çıxdı

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə "Smart Business Qroup" şirkətinin direktoru, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilərək 5 il müddətinə azadlıqdan məhrum edilmiş Xəlilov Anar Tapdıq oğlu azadlığa buraxılıb.
Qərar hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub. Belə ki, Anar Xəlilov 5 vətəndaşa qarşı dələduzluq edərək onlardan övladlarını xaricdə təhsil almaq adı ilə ümumilikdə 97845 manat pullarını elə keçirmişdi. A.Xəlilov zərərçəkənlərin hamısı ilə barışıq əldə edib dövlətə dəymiş ziyanın 50 faizini (48923 manat) ödəsə də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10.12.2024-cü il tarixdə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apelyasiya Məhkəməsinin hakimi Faiq Qəniyev isə Cinayət Məcəlləsinin 73-1.3-cü maddəsini rəhbər tutaraq Anar Xəlilovu cinayət məsuliyyətindən azad edib və cinayət işinə xitam verib.
Qeyd edək ki, Anar Xəlilov Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən heç kimə qarşı dələduzluq etmədiyini, sadəcə pandemiya ilə əlaqədar sərhədlər bağlandığından tələbələri xaricə göndərə bilmədiyini əsas gətirmişdi:
"Telekanalların bir çoxunda bu şirkətin rəhbəri kimi çıxışlar etmişəm. Bu da mənim şirkətin həqiqi rəhbəri olmağıma sübutdur. Bütün müqavilələr otağımda çəkiliş kamerasının vasitəsilə çəkilib. Xəzər TV-də müsahibəm var ki, bizdə əvvəldən ödəniş olmayıb. Tələbə ali məktəbə qəbul olandan sonra ödəniş olunub, əvvəldən ödəniş olunmayıb. Tələbələri necə yola salmağıma gəlincə, qan analizi alınıb, tibbi müayinədən keçiblər.
Dələduzluq niyyətim olubsa, nəyə görə müqavilə bağlamışam? Onlara bütün proseduru izah eləmişəm. Hər bir qrupu yola salmadan valideyinlərlə görüş keçirmişəm. Pandemiya başlamasına görə sərhədlər bağlandı. Tələbələrin dərsləri xaricdən onlayn keçirildi. Bu distant təhsilə isə bizim tələbələr hazır deyildi".
22-02-2025, 14:50
Şərab mağazasında oğurluq - 3 nəfər tutuldu


Şərab mağazasında oğurluq - 3 nəfər tutuldu

Bakıda şərab evindən oğurluq edilib.
Nəsimi rayonu ərazisində yerləşən şərab evlərinin birindən 3981 manat pul vəsaitini oğurlamaqda şübhəli bilinən İ.Bakirov, N.Yusifov və R.Əmiraslanov saxlanılıb.
Araşdırmalar aparılır.
22-02-2025, 14:11
Binəqədidə yanğın - 2 nəfər tüstüdən zəhərləndi


Binəqədidə yanğın - 2 nəfər tüstüdən zəhərləndi

Bakı şəhərinin Binəqədi qəsəbəsində yanğın olub.
Ümumi sahəsi 50 m² (hər mərtəbəsi 25 m²) olan ikimərtəbəli 3 otaqlı evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə yanıb.
Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
22-02-2025, 13:19
Sellofan torbadan şübhələndi, polisə məlumat verdi


Sellofan torbadan şübhələndi, polisə məlumat verdi

Fevralın 20-də Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ərazisində bir nəfər yaşadığı ünvanın yaxınlığında sellofan torbada silaha bənzər əşyanın olması barədə polisə məlumat verib.
Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin yerə baxış keçirilib.
Qeyd edilən ünvandan təhlükəsizlik tədbirləri görülməklə 2 avtomat silahı, 1 tapança, 1 səs siqnalı tapançası, 1 tüfəng, 1 patron darağı və 11 ədəd patron aşkar olunaraq götürülüb.
21-02-2025, 23:57
Azərbaycanda milli dil uğrunda mübarizə tarixindən

Yeganə Qəhrəmanova
ADPU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru

Azərbaycanda milli dil uğrunda mübarizə tarixindən
Azərbaycan dilinin qorunması və inkişafı, məktəblərimizdə ana dilinin tədrisi, dilimizin yazı qaydaları kimi məsələlərə hələ XIX əsrin ortalarından başlanılmışdır. Anadilli məktəblərin açılması, dilimizin tədrisi uğrunda mübarizə aparan maarifpərvər ziyalılar bu yöndə var gücləri ilə çalışmış, XIX əsrin əvvəllərindən milli maarifçilik hərəkatının meydana gəlməsi ilə dilimizin qorunması və inkişafı uğrunda xüsusi işlər görmüşlər. Görkəmli maarifçilər A.Bakıxanov, H.Zərdabi, M.F.Axundov, M.Ş.Vazeh, İ.Qutqaşınlı və digər ziyalılar yeni tipli məktəblərin yaradılması və inkişaf etdirilməsi, ana dili dərslərinin tədrisi məsələsinə diqqət yetirmiş, həmin məktəblərdə təhsil alan uşaqlarının sayının artırılması istiqamətində böyük səylə çalşmışdılar. Həmin vaxta qədər ölkəmizdə fəaliyyət göstərən mədrəsə və dini tipli məktəblərdə ərəb və fars dilləri əsas tədris dili olsa da, dövrün ədəbi, bədii və elmi əsərləri bu dillərdə yazılsa da, XIX əsrin başlanğıcından məktəblərimizdə ana dilində tədrisin təşkili məsələsi dilimizin inkişafı və qorunması yönündə xüsusi mərhələ təşkil etmişdi. Azərbaycan dili nəinki Zaqafqaziyada, bütünlükdə Yaxın Şərqdə əhəmiyyətli rolunu genişləndirmiş, həmin dövrə qədər əhali arasında ancaq danışıq dili vəzifəsini yerinə yetirsə də, bu dövrdən müstəqil fənn olaraq Azərbaycanda və Qafqazın İrəvan, Tiflis, Dərbənd, Qori, Stavropol, Kutaisi və başqa böyük şəhərlərində təzə açılan dövlət məktəblərində tədris planlarına və proqramlara daxil edilmişdi.
Dilimizn bu dövrdəki vəziyyətini təhlil edən Fəxriyyə Cəfərova “Dil hər bir xalqın varlığının təzahürü, onun milli sərvətidir” adlı məqaləsində yazır ki, “Maarifpərvər ziyalılar cəmiyyətin inkişafını, ictimai-milli təfəkkürün yüksəldilməsini, ilk növbədə, dilə münasibətdə görürdülər. Onların fikri belə idi ki, dünyəvi elmlər hər bir xalqa öz ana dilində çatdırılmalıdır”.
Azərbaycanda milli mətbuatımızın ilk qaranquşu sayılan "Əkinçi" qəzeti ana dilimizin qorunması, bu dili inkişaf etdirmək və geniş xalq kütlələri ilə aydın, anlaşıqlı dildə danışmaq və ünsiyyət yaratmaq baxımından böyük işlər görmüşdür. Qəzetin bu istiqamətdəki fəaliyyəti bu gün də öz əhəmiyyətini itirməmiş, hər zaman ana dilimizin qorunması işində nümunə olmuşdur. "Əkinçi" Azərbaycan-türk dili probleminə xüsusi diqqət yetirir, dilimizin təkmilləşdirilməsi məsələsini vacib hesab edirdi. Qeyd olunan məsələ ilə əlaqədar qəzetin səhifələrində təbliğati məqalələlər dərc olunurdu. Qəzetdəki yazıların hər zaman sadə, aydın anlaşıqlı olması, xalq dilini əks etdirməsi özü fikrimizi sübut edir. Bu məsələ böyük mütəfəkkir M.F.Axundzadəni də çox düşündürdüyündən o, H..Zərdabiyə də "Əkinçi"nin dilinin necə olması haqqında tövsiyələr verirdi. M.F.Axundzadə Həsən bəy Zədabiyə 1875-ci il 21 aprel tarixli məktubunda qəzetin üslub gözəlliyindən, məlumatların incə və aydın şərhindən yazırdı. Bu məktubda orfoqrafiyanın düzgünlüyünü də vurğulayır, qəzetin dilimizi qüsurlardan təmizləmək üçün nümunə olduğunu yazırdı. O bu işdə öz komediyalarının orfoqrafiyasındakı imla qaydalarını əsas tutmağı məsləhət görürdü. İlk dəfə dilimizdə durğu işarələrindən istifadə və durğu işarələri təlimini “Əkinçi” qəzetində tətbiq edən M.F.Axundzadə böyük vətənpərvər kimi, dilimizlə, onun yazısı ilə bağlı çətinlikləri aradan qaldırmağa çalışırdı.
Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım göstərirdi ki, Həsən bəy hər zaman saf türkcə tərəfdarı olmuşdur. Onun nəşr etdirdiyi qəzetin dilini də Qafqazın bütün müsəlmanları aydın anlayırdı. Hənifə xanımın yazdıqlarından aydın olur ki, Həsən bəy Zərdabi krımlılardan, sibirlilərdən, volqaboyu tatarlarından ərəb dilində yazılmış məqalələr alır, onları ərəb dilini mükəmməl bilən Qazanlı bir mollaya tərcümə etdirirdi. Tərcümələri nümunə kimi yazı müəlliflərinə qaytarır, hər birindən ana dilində yazmalarını istəyirdi. Həmin müxbirlər tədricən öz ana dillərində yazırdılar. Həsən bəy müxbirlərə ana dilində məqalə yazmağı öyrətdiyi üçün fəxr edirdi.
H.Zərdabi başda olmaqla “Əkinçi”nin əməkdaşları maarifçiliyin mühüm əlamətlərindən biri kimi kitab çapına xüsusi önəm verirdi. Lazım olan əhəmiyyətli kitablar başqa dillərdən dilimizə tərcümə olunurdu. O göstərirdi ki, millət qeyrəti çəkənlər Türkiyədə çap olunan kitablardan gətirib, öz ana dilimizdə çap elətdirib, xalqa pulsuz və ya ucuz qiymətə paylasa, məktəblərimizdə lazımsız kitabların əvəzinə həmin yeni kitablar oxunar…
“Əkinçi“ qəzeti xalqın maariflənməsi işinə xidmət etdiyindən türk-müsəlman dünyasında böyük əks-səda yaratmışdı. Böyük türkçü, “Tərcüman“ qəzetinin baş redaktoru İsmayıl bəy Qaspıralıya “Əkinçi“nin və şəxsən Həsən bəyin göstərdiyi müsbət təsiri də qeyd etmək lazımdır. İ.Qasprinski Baxçasaraydan, Krımdan Həsən bəyə Zərdabiyə məktub yazmış, “Tərcüman“ adlı bir qəzet nəşr etdirmək istədiyini xəbər vermiş, ondan xeyir-dua istəmişdi. Daha vacibi bu idi ki, Həsən bəydən qəzetin idarəçiliyinə rəhbərliyi öz üzərinə götürməyi xahiş etmişdi.. Bu məktub Həsən bəy Zərdabidə böyük ruh yüksəkliyi, bayram əhvalı yaratmışdı. Həsən bəy sonralar Zərdabda yaşayarkən “Tərcüman“ qəzetinə abunə olmuş, qəzeti alıb oxumuş, başqa insanlara da oxutdurmuşdı.
Əlimərdan bəy Topçubaşov özünün “Azərbaycanın mayakı” xatiratında yazırdı ki, İsmayıl bəy daim deyirdi ki, Rusiya ərazisində türk mətbuatının tarixi məhz “Əkinçi“ qəzetindən başlanır və Həsən bəy Zərdabi bu mətbuatın patriarxıdır. İsmayıl bəy mütərəqqi ziyalı kimi Həsən bəyi öz müəllimi adlandırırdı.
Türk dünyasının böyük ziyalılarından olan Yusif Akçuranın Həsən bəyə münasibəti də çox yüksək səviyyədə idi. O göstərirdi ki, İsmayıl bəy Qaspiralının “Dildə, fikirdə, işdə birlik” şüarı məhz Həsən bəy Zərdabidən qaynaqlanır. Y.Akçura bu barədə məlumatı İ. Qaspıralının şəxsi kitabxanasında saxladığı “Əkinçi” qəzeti kolleksiyasından aldığını yazır, Azərbaycanda maarifçilik mədəniyyətinin və maarifçilik fəlsəfəsinin yaranması və inkişafında "Əkinçi” qəzetinin, eləcə də H.Zərdabinin rolunu tarixə yazılmış xüsusi xidmət kimi qiymətləndirirdi.
Burada maraqlı məsələlərdən biri də yazılarını qəzetdə “Vəkili-naməlum” adı nəşr etdirdiyi dostu M. F. Axundzadənin "Əkinçi”yə məktublarıdır. M.F.Axundzadə insanları nəzəri maarifçilikdən real, praktiki maarifçiliyə çağırırdı, yəni döyüşkən maarifçiliyi təbliğ edirdi, Onun əsas prinsipi bu idi ki, “Damcı daşı deşər”..

M.F.Axundzadə “Kəmalüddövlə məktubları” əsərində və digər əsərlərində sadə yazmaq, sözləri düzgün seçmək, durğu işarələrindən istifadə etmək kimi önəmli məsələlərə, o cümlədən milli dildə terminologiya məsələsinə xüsusi önəm verirdi. Köhnə ərəb-fars sözlərinin və terminlərinin yeni rus-Avropa sözləri və ya milli sözlərlə əvəzlənməsini zəruri hesab edirdi. Mütəfəkkir öz elmi əsərlərini, yəni traktat və məqalələrini daha çox Azərbaycan türkcəsində yazırdı, ana dilimizin ən yeni elmi mülahizələri əks etdirməyə qabil dil olduğunu göstərirdi. Onun elmi üslubu XIX əsrdə Azərbaycanda elmi üslubumuzun inkişafında xüsusi bir mərhələ təşkil edir. Belə ki, Azundzadə özünəqədərki prosesi həm yekunlaşdırmış, həm də perspektivlər müəyyənləşdirmişdir.
Beləliklə, XIX əsrin əvvəllərindən başlayan maarifçilik hərəkatının milli dil siyasəti əsrin ortalarına və sonlarına doğru daha böyük vüsət almağa başladı ki, bu işdə həm ədəbiyyatımızın, həm də milli mətbuatımızın, o cümlədən ilk mətbuat orqanımız olan “Əkinçi” qəzetinin danılmaz rolu var idi. Maarifçilər dilimizin gələcək inkişafına böyük ümidlərlə baxır, başa düşürdülər ki, ardıcıl və fədakar mübarizə nəticəsində ana dilimizin fəaliyyət və nüfuz dairəsi də günbəgün artacaq, bu dildə təhsil alanların, bu dildə çəkinmədən danışan və bundan qürur duyanların sayı daha da çoxalacaq.
XIX əsrdə başlayan milli dil uğrunda mübarizə XX əsrin əvvəllərində daha da güclənmişdi. Azərbaycan mətbuatı həmin dövrdə ədəbi dil uğrunda mübarizənin önündə dayanır, ziyalılarımız bu işdə xüsusi rol oynayırdılar. Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Nəriman Nərimanov, Firudin bəy Köçərli, Yusif Vəzir Çəmənzəminli, Üzeyir Hacıbəyli, Əhməd Cavad və digər milli ruhlu ziyalılar bütün gücü ilə ana dilimizin müdafiəsinə çalışırdılar. Bu elə bir dövr idi ki, hələ dilimizin statusu tam dəqiqləşdirilməmiş, ziyalıların bir çoxu ədəbi dil kimi osmanlı türkcəsini qəbul edirdi.
Bu şəxslərə qarşı mübarizədə C.Məmmədquluzadənin böyük xidmətləri olmuşdu. Onun yaradıcılığındaəsas mövzulardan biri ana dilinin saflığı və əlifba məsələsi, eləcə də ortaq türk ədəbi dili məsələsi idi. C. Məmmədquluzadə ana dilimizi inkişaf etdirmək, cəmiyyətdə ana dilin əhəmiyyətini dərk etmək məsələsini yüksək qiymətləndirirdi.
Milli dil uğrunda gedən mübarizənin qabaq cərgələrində gedən Cəlil Məmmədquluzadə bildirirdi ki, “Molla Nəsrəddin” jurnalının əsas mövzularından birincisi məhz ana dil məsələsi idi. Sonralar “ Xatiratım”dı yazarkən C.Məmmədquluzadə ana dili məsə¬lə¬sinin jurnalın ilk nömrələrindən strateji məsələ kimi qoyulduğunu göstərərək yazırdı: “Necə ki oxucularımıza məlumdur, biz “Molla Nəsrəd¬din” məcmuəsini açıq ana dilində yazmağa başladıq. Biz bu dilə o səbəbdən ana dili adı qoyuruq ki, bu dildə yazı yazanda və ortalığa “ana” söhbəti gələndə biz “ana”nı, “ana” da yazırıq, am¬ma qeyri yazıçılarımız, xah o vədə və xah indi yazılarında “ana” ləfzi rast gələndə, “ana” sözü əvəzinə “madər” yazırlar və həmçinin “ata” sözü əvəzinə “padər” yazırlar”.
C.Məmmədquluzadə molla nəsrəddinçilərin dil barəsində xüsusi mövqeyi olduğunu vurğulayır, bu əqidə ilə “Mol¬¬la Nəsrəddin”i meydana gətirdiklərini bildirirdi. Onların xalq dilinə uyğun aydın, anlaşıqlı şəkildə istifadə etdiyi ana dilimiz ümumtürk xalqlarıı üçün ünsiyyət vasitəsi olaraq arzu et¬di¬kləri bir dil idi.
Göründüyü kimi, M.Cəlil ümumtürk dili üçün ortaq imla və ədəbi dil məsələsini ən vacib amil kimi irəli sürürdü.
XX əsrin əvvəllərindən etibarən xalqımızın azadlığı və milli dirçəlişi uğrunda çalışanlardan biri də Ö.F.Nemanzadə idi.

Ömər Faiq 1919-cu ildə “Milliləşmək” adlı məşhur məqaləsini “Azərbaycan” qəzetində nəşr etdirir. Burada milli dil məsələsini azərbaycançılığın mühüm atributu olaraq diqqət mərkəzində saxlanılır. Müəllif milli dilin önəmini qeyd edərək yazır ki, milli dildən məhrum olduğu, ondan uzaqlaşdığı gün millətin qəbrinə yaxlaşmış deməkdir”.
“Yazımız, dilimiz, ikinci ilimiz” adlı əhəmiyyətli məqaləsində müəllif dilimizin əsas fonomorfoloji qanunu olan ahəng qanununu unudub sözlərimizi ərəbləşdirmək, farslaşdırmaq istəyənlərə kəskin cavab verir, milli dil problemininin necə önəmli olduğunu anlayan Ömər Faiq yazırdı ki: “Bədbəxt o millətdir ki, özgə millətin silahından ziyada dil və ədəbiyyatına əsir olaraq yaşamaqdadır…”
“Molla Nəsrəddinçi”lər arasında M.S.Ordubadinin də xüsusi yeri var idi. O, haqlı olaraq yazırdı ki, hər bir xalq hər zaman öz doğma ana dilinə sonsuz rəğbət və məhəbbət bəsləməli, yeni nəsillərdə də ana dilinə əbədi sevgi aşılamalıdır.
M.S.Ordubadi çox düzgün göstərirdi ki, ana dilinin qorunması və saflığı yolunda mübarizədə xalqın bütün qələm adamları eyni mövqedən çıxış etməli, hər bir yazar bu işə töhfəsini verməlidir. Onun fikrincə, dil hər zaman inkişafda olmalı, bu inkişafı ana dilinə bütün ruhu, varlığı ilə bağlı olan görkəmli şəxsiyyətlər öz əsərləri ilə gerçəkləşdirməlidir.
M.S.Ordubadi doğru olaraq qeyd edirdi ki, yazıçılar dilin inkişaf qanunauyğunluqlarını dərindən bilməli, qayda-qanunlarına vaqif olmalıdır. Özünün “Şeirimiz haqqında bir neçə söz” adlı məqaləsində mütəfəkkir şairlərimizin əsərlərindəki dil hərcmərcliyini, yazıçıların ədəbi dil normalarını bilməmələrini, bu normalarla hesablaşmamalarını qəbul etmir, doğma dilin inkişafı naminə çalışmasını hər bir yazarın əsas vəzifələrindən biri hesab edirdi.
Ana dilimizin saflığı, qorunması və inkişafı uğrunda mübarizə görkəmli dövlət xadimi, publisist, yazıçı, dramaturq Nəriman Nərimanovun da marifçilik fəaliyyətininin əsas xəttini təşkil edirdi. N. Nərimanov öz fəaliyyətində azərbaycançılıq ideyasını ana xəttini məhz milli dil məsələsində görürdü.
Azərbaycan tarixinin böyük simalarından, tarixi şəxsiyyətlərindən biri kimi adını, həyat və mübarizə yolunu xalqımızın milli mübarizə tarixindən, ictimai-siyasi, milli-mədəni, elmi-pedaqoji fəaliyyət yolundan ayrı təsəvvür etmək mümkün olmayan böyük ictimai-siyasi xadim, inqilabçı, maarifçi, nasir, dramaturq, publisist, müəllim, həkim, teatrşünas kimi məşhurlaşmış Nəriman Nərimanovun yaradıcılığı müxtəlif sahələrdə olduğu kimi, Azərbaycan dili və dilçilik araşdırmaları baxımından da dəyərli və zəngin mənbə rolunu oynayır. Dilimizi həm xalqımızın, həm də digər xalqların nümayəndələrinə öyrətmək məqsədilə dərsliklər yazan, ana dilini yad ünsürlərlə korlayanlara qarşı daim mübarizə aparan, öz ana dilini dərindən sevən və sevdirməyə çalışan, milli dillərin istismar olunduğu bir dövrdə Azərbaycan dilinin dövlət dili olması haqqında fərman imzalayan N.Nərimanovun dilçilik elmi sahəsində apardığı ardıcıl və fədakar mübarizəni, bu sahəyə aid yazdığı çoxsaylı qiymətli əsərləri və əhəmiyyətli fikir və mülahizələrini araşdıranlar haqlı olaraq onu dilçi alim hesab edir, Azərbaycan dilçilik elminə xüsusi xidmətlər göstərdiyini vurğulayırlar. Çünki dil məsələsi N.Nərimanovun marifçilik, elm və mədəniyyət sahəsində apardığı fəaliyyətin əsasını təşkil edir, davamlı və məqsədyönlü xarakter daşıyırdı. O, ta XIX əsrin 90-cı illərindən başlayaraq bütün həyatı boyu mədəni sərvətlərimizin mühafizəsinə, ana dilimizin saflığı məsələlərinə diqqət yetirmiş, Azərbaycan dilçilik elminin, maarif və mədəniyyətimizin inkişafı istiqamətində ciddi səylə çalışmışdır.
Azərbaycan dili və milli dil uğrunda mübarizə aparanlardan biri də Məhəmməd ağa Şahtaxtlı olmuşdur. Ümumilikdə “Azərbaycan dili” məfhumunun və ya anlayışının təşəkkülündə böyük tarixi xidmətləri olan bir ziyalı kimi M.Şahtaxtlı hələ 1891-ci ildə bu məsələ ilə əlaqədar “Kaspi” qəzetində 93-cü nöm¬¬rədə “Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı?” adlı məqalə çap etdirmiş və orada öz narahatlığını ifadə edərək göstərmişdi ki, “Yaxın zamanlara qədər Zaqafqaziya islam əhlini rus dilin¬də müsəlman adlandırırdılar. Bu anlayış altında təkcə is¬lam dininə sitayiş edənləri yox, ümumiyyətlə türk dilində da¬nı¬şan Rusiya Zaqafqaziyasının əhalisini nəzərdə tuturdular. Din¬lə¬rinə görə ruslar tərəfindən xalqın belə adlandırılması mü¬səl-man¬ların özlərindən qaynaqlanır. Çünki onlar indiyə qədər mil¬li dil və din anlayışlarını itirib, öz xalqlarını və öz dillərini mü¬səlman adlandırırdılar”
Azərbaycan xalqını uzunmüddətli müharibələrdən xilas edib müasir dünya mədəniyyətinə qovuşdurmaq, Şərq və Qərb mədəniyyətini bir-birinə yaxınlaşdırmaq, Qərb mədəniyyətinə daha yaxından yiyələnmək maarifçilərin əsas məqsədlərindən biri idi və bu prosesdə dilimizin rolunun yüksəldilməsi uğrunda ciddi iş aparırdılar. Yeni düşüncə tərzinə malik ziyalılar ayrı-ayrı dövrlərdə Qafqazda inzibati-mədəni mərkəz olan Tiflis şəhərində məskunlaşaraq milli- mədəni və ideoloji baxımdan hərtərəfli mühit yarada bilmişdirlər. Həmin dövrüdə “Şərqi-Rus” qəzeti və “Molla Nəsrəddin” jurnalı Tiflisdə nəşr olunmuşdu. Bu mərhələni tədqiq edən mütəxəssislər yazır ki, “XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycandan Rusiyanın, Qərbin elm-mədəniyyət mərkəzlərinə təhsil arxasınca gedənlər, həmin mərkəzlərdə bu və ya digər səviyyədə Azərbaycan mühiti, yaxud təəssüratı formalaşdıranlar ilk mühacirətin (mədəni mühacirətin) ənənələrini davam etdirirdilər” (Nizami Cəfərov, Vüqar Sərdarov, Altay Cəfərov. Azərbaycançılıq ideologiyasının etnoqrafik əsasları. «Elm və təhsil», 2016)
Müəlliflər ilk mədəni mühacirət hadisəsini izah etdikdən sonra Azərbaycanda ikinci mühacirət dövrü haqqında yazılır: “Xalq Cümhuriyyətinin yaranıb süqut etməsi, ölkədə ictimai-siyasi, ideoloji mübarizələrin meydanının genişlənməsi ilə Azərbaycan mühacirətinin tarixində ikinci dövr başladı ki, onun xarakteri əvvəlki dövrdən fərqlənirdi: bu, siyasi mühacirət idi. Xalq Cümhuriyyətinin süqutu, sovet-kommunist repressiyalarının gücləndiyi illərdə 50 mindən artıq azərbaycanlı Türkiyəyə köçməyə məcbur olmuşdur. Onların içərisində süqut etmiş Cümhuriyyətin rəhbərləri də vardı. Türkiyəyə köçmüş mühacirlərin bir hissəsi oradan müxtəlif Qərb ölkələrinə (Fransa, Almaniya, ABŞ və s.) yayılmışlar” (Nizami Cəfərov, Vüqar Sərdarov, Altay Cəfərov Azərbaycançılıq ideologiyasınm etnoqrafik əsasları «Elm və təhsil», 2016).
Yuxarıda göstərdiklərimiz XIX əsr Azərbaycan ictimai mühitində dilimizin milli dil kimi inkişafı və məktəblərdə tədrisi istiqamətində atılmış addımlar, o dövrkü maarifçilik hərəkatının ümumi məqsədləri barədə məlumat almağa imkan yaradır. Lakin bunu deməyi özümüzə borc bilirik ki, Azərbaycan dili uğrunda ziyalılarımız nə qədər inadlı və ardıcıl mübarizə aparsalar da, milli dilimizin inkişafı üçün ən münbit şərait ölkəmizin müstəqillik əldə etməsindən sonra yaranmışdır. Xüsusilə Ulu öndər H.Əliyevin hakimiyyətə gəlişindən sonra dilimizin inkişafı ilə bağlı zəruri fərmanlar verildi. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman böyük tarixi əhəmiyyət kəsb etdi. Ümummilli lider H. Əliyevin Sərəncamı ilə avqustun 1-i hər il ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Cənab İlham Əliyev 12 yanvar 2004-cü il tarixli sərəncama uyğun olaraq 150 cilddən ibarət “Dünya ədəbiyyatı kitabxanası”, 100 cilddən ibarət “Dünya uşaq ədəbiyyatı kitabxanası”, yenə 100 cilddən ibarət “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasına uyğun nəşrlər latın qrafikası ilə çap olunmuşdur. 23 may 2012-ci ildə isə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” ölkə prezidentinin sərəncamına əsasən ölkəmizdə dilimizin milli varlığının qorunması və daha da inkişafı istiqamətində böyük perspektivlər açılmışdır. Bu baxımdan bizim əsas işlərimizdən biri də dilimizin saflığı və qorunması uğrunda mübarizə aparmış tarixi şəxsiyyətlərimizin və ziyalıların fəaliyyətini geniş və hərtərəfli öyrənmək, onların qoyduğu şərəfli yolu davam etdirməkdən ibarətdir..



21-02-2025, 23:31
İmişlidə ağır qəza: piyada öldü


İmişlidə ağır qəza: piyada öldü

İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə axşam saatlarında 28 May küçəsində qeydə alınıb.
Cəlal İmanov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən, piyada Azad Tağıyevi vurub. Ağır xəsarətlər alan piyada ölüb. Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!