ABŞ Çini təhdid etdi .....                        Laçına qovuşduğumuz gün... .....                        Mehriban Əliyevanın doğum günüdür .....                        Qəzzada döyüşlər dayanır? - Tramp tarix açıqladı .....                        Rusiya İsrailə İran əleyhinə məlumat ötürüb - ŞOK İDDİA .....                        Ərdoğandan Zəngəzurla bağlı mühüm mesaj .....                        Buna çox əsəbiləşirəm - Tramp .....                        Ötən həftə 7000-dən çox əsgər ölüb - TRAMP .....                        2 ay əvvəl kanalda batan şəxsin meyiti tapıldı .....                       
31-10-2024, 14:22
ABŞ-da yeni prezidentin andiçmə tarixi açıqlandı - Bayden də qatılacaq


ABŞ-da yeni prezidentin andiçmə tarixi açıqlandı - Bayden də qatılacaq

ABŞ lideri Co Bayden 5 noyabr tarixli prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, 2025-ci il yanvarın 20-də öz xələfinin inauqurasiya mərasimində iştirak edəcək.
Bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
"O bunu edəcək" deyə Karine Jan-Pye jurnalistin müvafiq sualını cavablandırıb.
Jan-Pyerin sözlərinə görə, ABŞ xalqı “hakimiyyətin dinc yolla ötürülməsini görməlidir”.
"Prezidentdən görəcəyiniz şey budur", - o deyib.
“İnauqurasiyada iştirak etmək bu prosesin bir hissəsidir. Tarixən bu, müntəzəm olaraq baş verir. O, şübhəsiz ki, andiçmədə iştirak edəcək”, – Ağ Evin mətbuat katibi bildirib.
31-10-2024, 14:21
Tağı Əhmədovun hakim oğlu cəzalandırılacaq -  QƏRAR


Tağı Əhmədovun hakim oğlu cəzalandırılacaq - QƏRAR

Nizami Rayon Məhkəməsinin hakimi Rauf Əhmədovun cəzalandırılması üçün xüsusi qərar çıxarılıb.
Bakı Apellyasiya Məhkəməsi sözügedən qərarı Məhkəmə-Hüquq Şurasına göndərib.
Səbəb olaraq Nizami rayonunda tikinti aparan "Kursus-Nizami" şirkətinin yerli sakinlərlə mübahisəsi əsas götürülüb.
Qeyd olunub ki, şirkət müvəqqəti təminat tədbiri tələb edərək, binalara girişin qadağan olunmasını, sakinlərin köçürülməsini, evlərin sökülməsini istəyib. R.Əhmədov da 15 oktyabr 2024-cü il tarixli qərarı ilə bu ərizəni təmin edib, evlərin qəzalı vəziyyətdə olduğunu qeyd edib. Məhkəmədə sakinlər yekun qərar verilənədək söküntünün qadağan olunmasını tələb ediblər.
R.Əhmədovun söküntü ilə bağlı qərarından sonra ziddiyyətli durum yaranıb. Belə ki, məhkəmə bir qərarla söküntünü qadağan etsə də, digər qərarla icazə verib. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsi R.Əhmədovun cəzalandırılmasına qərar verib.
Xatırladaq ki, Rauf Əhmədov Bakı Metropoliteninin sabiq rəisi, mərhum Tağı Əhmədovun böyük oğludur.
Qeyd edək ki, Tağı Əhmədov uzun sürən xəstəlikdən sonra oktyabrın 18-də vəfat edib.
31-10-2024, 14:02
COP29 zamanı menyular QR kodla təqdim olunacaq


COP29 zamanı menyular QR kodla təqdim olunacaq

COP29 məkanında fəaliyyət göstərəcək iaşə xidmətləri dayanıqlılıq prinsipləri əsasında təşkil ediləcək. Belə ki, qidalanma üçün yerli və mövsümi məhsullardan istifadə olunacaq. Xaricdən idxal olunacaq məhsullara mümkün qədər az üstünlük verilərək, ərzaqların daşınma məsafəsinin qısalması ilə karbon izinin azalmasına töhfə vermiş olacağıq.
Bunu COP29 üzrə Ketrinq, Təmizlik və Tullantıların Təmizlənməsi Dempartmentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.
"Menyuların təqdimatında QR koddan istifadə ediləcək. Bununla da kağızdan istifadənin qarşısını almaq mümkün olacaq. COP komandası və könüllülərin qidalanması COP Əməliyyat Şirkəti tərəfindən təmin ediləcək", - deyə o əlavə edib.
31-10-2024, 13:57
Nəsiman Yaqublunun məzarından ilk foto


Nəsiman Yaqublunun məzarından ilk foto

Mərhum tarixçi alim, Bakı Dövlət Universitetinin (BDU) professoru Nəsiman Yaqublunun məzarından çəkilmiş ilk foto yayımlanıb.
Fotonu sosial şəbəkədə Nəsiman müəllimin dostları paylaşıblar.
Professor Nəsiman Yaqublu bu il avqustun 25-də Müsavat Partiyasının 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən deputatlığa namizədi kimi seçicilərlə görüşdən Bakıya qayıdarkən Cəbrayıl rayonu ərazisində yol qəzasına düşərək həyatını itirib.
Mərhum Sabunçu rayonundakı Zabrat qəbiristanlığında dəfn edilib.
Daxili İşlər Nazirliyi hadisədən sonra bildirib ki, baş vermiş yol qəzası ilə bağlı müvafiq ekspertizalar təyin edilib, cinayət işi üzrə istintaq hərəkətləri aparılır.
Nəsiman Yaqublu 1962-ci ildə Zəngilan rayonunun Zəngilan kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra, 1980-1983-cü illərdə BDU-nun Jurnalistika fakültəsində, 1983-1986-cı illərdə Sankt Peterburq Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. 2001-ci ildə “Azərbaycan milli istiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə” mövzusunda namizədlik, 2013-cü ildə “Azərbaycan milli istiqlal mübarizəsi və mühacirət mətbuatı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
2008-ci ildən BDU-nun Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müəllimi idi.
Professor Nəsiman Yaqublunun tədqiqat sahəsi Azərbaycan mətbuat tarixi olub.
O, 1992-ci ildə Hacı Zeynalabdin Tağıyev adına Respublika milli mükafatına, 2003-cü ildə Həsən bəy Zərdabi adına mükafata, 2008-ci ildə Ankara Azərbaycan Kültür Dərnəyinin mükafatına, 2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalına layiq görülüb.
Nəsiman Yaqublu 20-ə yaxın kitab və ensiklopediyanın müəllifi idi.
31-10-2024, 13:43
Avtomobillərdən kütləvi oğurluqlar edənlər saxlanıldı - VİDEO


Avtomobillərdən kütləvi oğurluqlar edənlər saxlanıldı - VİDEO

Paytaxtın Nizami və digər rayonlarında silsilə oğurluq hadisələri qeydə alınıb. Zərərçəkənlər polisə müraciət edərək onlara məxsus avtomobillərdən pul və digər qiymətli əşyaların naməlum şəxslər tərəfindən talandığını bildiriblər.
DİN-dən bildirilib ki, Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməllərini törətmiş əvvəllər dəfələrlə məhkum olunmuşlar 30 yaşlı Alik Bəyalıyev, 27 yaşlı Fikrət İsgəndərov, 25 yaşlı Murad Heydərov və həmyaşıdı Fərid Xəmmədli müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, onlar Bakı şəhərində müxtəlif vaxtlarda 20-dən çox nəqliyyat vasitəsinin yan şüşəsini sındıraraq salonlarından oğurluqlar ediblər. Dəstə üzvlərinin qanunsuz əməllərinin bir qismi təhlükəsizlik kameraları vasitəsi ilə də anbaan görüntülənib.
Qeyd olunan faktlarla bağlı cinayət işi başlanılıb. A.Bəyalıyev, F.İsgəndərov, M.Heydərov və F.Xəmmədlinin digər analoji hadisələrdə iştirakının olub-olmaması istiqamətində araşdırmalar davam etdirilir.

31-10-2024, 13:27
Bakıda elektrik mühərrikli yeni avtobuslar - FOTO



Bakıda elektrik mühərrikli yeni avtobuslar - FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev oktyabrın 31-də Bakıda Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub.
Dövlət başçısına burada Çin Xalq Respublikasının istehsalı olan elektrik mühərrikli “BYD” markalı avtobus və “TX5” markalı elektrik mühərrikli taksi nəqliyyat vasitələri təqdim edilib.




31-10-2024, 13:19
COP29-da yalnız onlara pulsuz qida veriləcək


COP29-da yalnız onlara pulsuz qida veriləcək

COP29 portal və satış nöqtələrində, restoran və kafelərdə qida ödənişli olacaq.
Bunu COP29 üzrə Ketrinq, Təmizlik və Tullantıların Təmizlənməsi Dempartmentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, COP29 Əməliyyat Şirkətinin əməkdaşları və könüllülər pulsuz xidmətdən yaralanacaq: "Menyular QR kod vasitəsilə qonaqlara təqdim olunacaq.
Şirkət rəsmisi həmçinin deyib ki, COP29 tədbiri müddətində əsasən yerli məhsullara üstünlük veriləcək.
31-10-2024, 13:11
Bakı Olimpiya Stadionunda 56 yeni kafe və restoran qurulub


Bakı Olimpiya Stadionunda 56 yeni kafe və restoran qurulub

Bakı Olimpiya Stadionunda 56 yeni kafe və restoran qurulub.
Bu barədə COP29 Əməliyyat Şirkətinin Catering, təmizlik və tullantıların təmizlənməsi departamentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, stadion ərazisində ümumilikdə 4 mətbəx fəaliyyət göstərir.
“Mavi zonada 3, yaşıl zonada isə 1 mətbəx fəaliyyət göstərir. Stadion ərazisində 56 yeni kafe və restoran qurulub.Restoranlardan birində milli, digərində dünya mətbəxi təqdim ediləcək”,- deyə o bildirib.
A.Zeynalovun sözlərinə görə, COP29 zamanı portal və qida satış nöqtələrində, restoran-kafelərdə qidalanma ödənişli şəkildə həyata keçiriləcək. Yalnız COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları və könüllülər pulsuz qida ilə təmin olunacaqlar.
O, jurnalistlərlə bağlı məsələyə də aydınlıq gətirib:
"Həm xarici, həm də yerli media nümayəndələri satış nöqtələrindən müəyyən ödəniş edərək qida əldə edə bilərlər".
Xatırladaq ki, COP29 tədbiri noyabrın 11-dən 22-dək Bakı Olimpiya Stadionunda keçirləcək.
31-10-2024, 12:39
Noyabrın ilk gününün havası


Noyabrın ilk gününün havası

Bakıda və Abşeron yarımadasında noyabrın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə bəzi yerlərdə zəif duman olacaq.
Şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaq.
31-10-2024, 12:20
Buraxılış imtahanlarının vaxtı bu tarixdə açıqlanacaq


Buraxılış imtahanlarının vaxtı bu tarixdə açıqlanacaq

“İndiki dərs yükü otuz il əvvəlki dərs yükündən fərqlidir”.
Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“İndi təhsil alan uşaqlar 21-ci əsrin uşaqlarıdır. Bu uşaqlar gələcəkdə işləyəcəklər və buna indidən hazırlaşmalıdırlar. Uşaqlara erkən yaşdan vaxtı düzgün idarə etməyi öyrətmək lazımdır ki, dərs yükünün ağırlığından şikayət olmasın”, - deyə Məleykə Abbaszadə qeyd edib.
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri buraxılış imtahanlarının vaxtı ilə bağlı məsələyə də münasibət bildirib:
"Buraxılış imtahanlarının vaxtı bütün nazirliklər və təhsil idarələrinin birgə qərarı verildikdən sonra ilin sonunda elan ediləcək".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!