Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
24-04-2025, 20:30
İstanbuldakı zəlzələdə azərbaycanlılar xəsarət alıb? - AÇIQLAMA


İstanbuldakı zəlzələdə azərbaycanlılar xəsarət alıb? - AÇIQLAMA

Türkiyədə baş vermiş zəlzələdə azərbaycanlıların xəsarət alması barədə məlumat daxil olmayıb.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
24-04-2025, 20:10
Avropa İttifaqı "soyqırımı" sildi


Avropa İttifaqı "soyqırımı" sildi

Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası qondarma "erməni soyqırımı" ilə bağlı paylaşımına düzəliş edib.
Missiyanın sosial şəbəkə hesabında əvvəlcə “Bu gün, aprelin 24-də "erməni soyqırımı" qurbanlarının xatirəsini ehtiramla yad edirik” mesajı yerləşdirilib.
Lakin daha sonra bu ifadə “1915-1923-cü illərin qurbanlarının xatirəsinə” ifadəsi ilə əvəz edilib.

24-04-2025, 19:48
Türk dünyası idealı hər zaman yaşayacaq - Fidan


Türk dünyası idealı hər zaman yaşayacaq - Fidan

Türk dünyası bütövlükdə Kipr türklərinin yanında olmağa davam edəcək. Bu istiqamətdə siyasətlərimizi səbr və əzmlə davam etdirəcəyik.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan norveçli həmkarı Espen Barth Eide ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
O, həmçinin qeyd edib ki, Türk dünyası ideyası yalnız bu günə deyil, keçmişə və gələcəyə də aiddir.
"Türkiyənin Sovetlər Birliyi dövründə də Türk dünyası ilə bağlı idealları mövcud idi. Bu gün müstəqil Türk respublikaları varkən də bu ideal yaşayır və gələcəkdə də yaşamaya davam edəcək", – deyə nazir vurğulayıb.
Nazir Fidan əlavə edib ki, olmayan bir problemi süni şəkildə gündəmə gətirmək bəzi dairələrin nə qədər çıxılmaz və ümidsiz vəziyyətdə olduqlarını nümayiş etdirir. "Biz prinsip olaraq ailəvi xarakterli məsələlərin ictimaiyyət qarşısında müzakirə edilməsini doğru hesab etmirik", – deyə Fidan əlavə edib.
Kipr məsələsinə toxunan nazir bildirib ki, Rumlar və Avropa İttifaqı nə deyirsə desin, artıq federasiya modeli masada deyil. "Bu modelin olmamasının səbəbkarı da elə yunanlar özləridir", – deyə o vurğulayıb.
24-04-2025, 19:19
"Bombalar Şuşaya yağış kimi yağırdı"


"Bombalar Şuşaya yağış kimi yağırdı"

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərərçəkmiş şəxs İlham Həsənov ifadəsində Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından danışıb.
O, qardaşı Rövşən Həsənovun 1992-ci il mayın 7-dən 8-nə keçən gecə Şuşada itkin düşdüyünü deyib. Bildirib ki, Şuşada şəhərin N.Nərimanov küçəsində yerləşən ikiotaqlı mənzili və mənzilində olan mebel əşyaları qalıb.
“Həmin vaxt bombalar Şuşaya yağış kimi yağırdı”, - deyə o, Şuşanın işğalından danışarkən əlavə edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi aprelin 25-də davam etdiriləcək.
24-04-2025, 18:50
Gəncədə qazi intihara cəhd etdi


Gəncədə qazi intihara cəhd etdi

Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib.
Hadisə şəhər ərazində qeydə alınıb. Goranboy rayonun Borsunlu kənd sakini 2001-ci il təvəllüdlü E.Nəsirov ağır vəziyyətdə xəstəxanaya çatırılıb. Müayinə zamanı onun dərmandan zəhərləndiyi məlum olub. Dərhal ona yardım edilib,vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, E.Nəsirov dərman içərək intihara cəhd edib. Onun hansı səbəbdən intihara cəhd etməsi məlum deyil.
Qeyd edək ki,2001-ci il təvəllüdlü Nəsirov Elmar Elmir oğlu Goranboy rayonun Borsunlu kəndində anadan olub. O 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. 26 oktyabr 2020-ci ildə Füzuli–Xocavənd istiqamətində aparılan ağır döyüş əməliyyatları zamanı yaralanıb. Döyüşlərdə göstərdiyi xidmətlərə görə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. Qazimiz YAŞAT Fondunun xətti ilə, 25 mart 2021-ci il tarixdən Türkiyənin Bursa Fizik Tedavi Xəstəxanasında müalicə almış və 14 dəfə əməliyyat keçirib.
24-04-2025, 18:05
Hərbçilərimiz “KURTARAN-2025” təlimlərində iştirak edəcək


Hərbçilərimiz “KURTARAN-2025” təlimlərində iştirak edəcək

Türkiyənin Marmaris şəhərində aprelin 30-dək keçiriləcək “KURTARAN-2025” adlı beynəlxalq təlimlərdə iştirak etmək məqsədi ilə Azərbaycan hərbçiləri qardaş ölkəyə yola düşüb.
Təlimlərdə Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələrinin, Quru Qoşunlarının, Hərbi Hava Qüvvələrinin və Sahil Mühafizə Qüvvələrinin iştirakı nəzərdə tutulub.
Təlimlər zamanı həmçinin “Yüksək səviyyəli müşahidəçi günü”nün keçirilməsi də planlaşdırılıb.
Plana uyğun olaraq təlimlər çərçivəsində müxtəlif qoşun növləri qarşılıqlı əlaqədə qarşıya qoyulmuş tapşırıqları icra edəcəklər.
24-04-2025, 17:34
Pakistanla Hindistan arasında nə baş verir?


Pakistanla Hindistan arasında nə baş verir?

Bu gün İslamabadda Pakistan Milli Təhlükəsizlik Komitəsinin iclası keçirilib.
İclasda Hindistanla bütün ticarətin dərhal dayandırılmasına qərar verilib.
Baş nazir Şahbaz Şərifin sədrliyi ilə keçirilən toplantıda regionda artan təhlükəsizlik təhdidləri və xüsusilə son terror aktı müzakirə olunub.
Qərar aprelin 22-də Hindistanın şimalındakı Kəşmir bölgəsində – Pahalgam şəhərində baş verən və son illərin ən qanlı terror aktı sayılan hücumdan sonra verilib. "Kəşmir Müqaviməti" adlı silahlı qrup Bayşaran vadisində yerləşən turizm marşrutunda turistlərə atəş açıb. Hücum nəticəsində 26 nəfər həlak olub.
Hadisəyə cavab olaraq Hindistan hökuməti Pakistanın Yeni Dehlidəki səfirliyinin müdafiə, hərbi-dəniz və hava qüvvələri üzrə müşavirlərini "arzuolunmaz şəxs" elan edib və onlara bir həftə ərzində ölkəni tərk etməyi əmr edib. Bundan əlavə, Hindistan aprelin 27-dən etibarən Pakistan vətəndaşlarına verilmiş vizaları ləğv etdiyini və yeni viza verilməsini dərhal dayandırdığını açıqlayıb.
Pakistan tərəfi isə yalnız Hindistanla birbaşa deyil, üçüncü ölkələr vasitəsilə aparılan hər cür ticarətin də dərhal dayandırıldığını bildirib.
24-04-2025, 17:20
Trampdan Putinə çağırış: "Vladimir, dayan!"


Trampdan Putinə çağırış: "Vladimir, dayan!"

ABŞ prezidenti Donald Tramp Rusiyanın ötən gecə Kiyevə hücumu barədə açıqlama verib.
Bu barədə Tramp özünün "Truth" sosial səhifəsində yazıb.
"Buna ehtiyac yoxdur. Vladimir, dayan. Rusiyanın Kiyevə endirdiyi zərbələrdən narazıyam. Hər həftə 5000 əsgər ölür. Gəlin sülh sazişi imzalayaq", - deyə ABŞ prezidenti qeyd edib.
Qeyd edək ki, hücum nəticəsində 9 nəfər həlak olub.
24-04-2025, 17:16
Gürcüstanda nazir istefa verdi


Gürcüstanda nazir istefa verdi

Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze istefa edib.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verib.
O, ötən gün istefa ərizəsini Kobaxidzeyə təqdim edib.
"İrakli Karseladze dünən mənə müvafiq müraciətlə müraciət edib, bunu dünən müzakirə etmişik. Revaz Soxadze infrastruktur naziri vəzifəsində İrakli Karseladzeni əvəz edəcək", - deyə İrakli Kobaxidze bildirib.
24-04-2025, 16:47
Leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏDARLIQ


Leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏDARLIQ

Bəzi şimal və qərb rayonlarında aprelin 25-i, dağlıq ərazilərdə isə 26-sı gündüz hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki) yağıntının arabir intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!