Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Baş prokuror Çinə səfər edib .....                        Bakıda 2 nəfər dəm qazından öldü .....                        Nazirlər Kabinetində elektromobillər müzakirə edildi .....                        Rusiya sülhməramlıları texnikalarını da Qarabağdan çıxarır .....                        XİN Başçısı Kayrat Sarıbayla görüşdü .....                        İranın XİN Başçısı Türkiyədə səfərdədir .....                        Yeni hazırlanmış dərsliklər istifadəyə veriləcək .....                        Laçın hava limanının nəzarətlə bağlı müqavilə imzalandı .....                       
Tarix : 4-05-2015, 16:53
Şahbaz Hüseynov: Reystaqa qələbə bayrağını vedili Mirzə Hüseynov sancıb!


Şahid ittiham edir!

Əziz oxucular! Həftəlik "Bütöv Azərbaycan" qəzetinin 47(87) 22-28 dekabr 2010-cu il tarixli buraxılışında Sərtib İslamoğlunun "Reystaqa qələbə bayrağını kim sancıb? Rus Yeqorovla gürcü Kantariya, yoxsa... Vedili Mirzə Hüseynov?!" sərlövhəli yazısını dərc etmişdik. Qələbənin 70 illiyi münasibətilə bu tarixi saxtakarlığı bir daha dündəmə gətirmək üçün "Butov.az" saytına yerləşdirdik. Düşündük ki, bəlkə Həmvətənimizin mənimsənilmiş haqqını qaytaran tapılar. Bəlkə kimsə bu yazını xarici dillərə tərcümə edə bilər, yayar. Gəlin birlikdə Soydaşımızın- vətəndaşımızın haqqını qaytarmaq uğrunda mübarizə aparaq! Dərin hörmətlə: Tamxil Ziyəddinoğlu, "Bütöv Azərbaycan" qəzetinin baş redaktoru.
Tarixi biz insanlar yazır gələcək nəsillərə ötürürük. Olduqca çətin və məsuliyyətli olan bu iş əsil həqiqətə söykənməlidir. Kimin, kimlərin qorxusundansa, nəyin xatirinəsə olunan belə bir tarixi saxtakarlıq bəşəriyyət qarşısında cinayətdir.Çox təəssüflər olsun ki,yazılan tarixdə həqiqətdən kənar, yalana söykənən faktlar da var. Bu yalanlar uzun illərdir ki, həqiqət kimi tarixə salınıb,bəli
salınıb, çünki, bu yalan həqiqət kimi həmin fövqəl qüvvələrə lazımdır. İnsanlıq tarixinə sırınan həmin saxtakarlıqların bir qismi elə həqiqət kimi də ömürlük statusu alır, bir qismi isə müəyyən müddətdən sonra təkzibedilməz faktlar və şahidlərin ifadələri ilə
ifşa olunur. Bu yazımızda həmin hadisələrin birinin bəlkə də yeganə şahidinin dedikləri ilə bu günədək bəşəriyyətə, tarixə sırınan bir saxtakarlıqdan, tarixi cinayətdən söhbət açacağıq.
Alman faşizminin məğlubiyyəti ilə başa çatan II Cahan müharibəsinin sonuncu günü Reyxstaq üzərinə qələbə bayrağının rus Yeqorovla gürcü Kantariya tərəfindən sancılmasını hamımız yalnız bədii filmlərdə görmüşük. Müharibə tarixini yazan Sovet alimləri də elə şübhəsiz ki, belə də yazaraq tarixə çeviriblər. Sənədli xronikada isə Yeqorovla Kantariyanın bayrağı Reyxstaqa yalnız bərkitmələri görünür. Bəs bubayrağı Reyxstaqın günbəzinədək kim gətirib, Yeqorovla Kantariyadan əvvəl qələbə bayrağını Reyxstaqa kim sancıb,onun başına hansı hadisə gəlib? Bütün bu suallara cavab tapmaq üçün həmin hadisələrin yeganə şahidinin yaşadığı Yardımlı rayonunun Çayüzü kəndinə getdik.
***
Yaxın dostum və qohumum Elman Məmmədov bu yaxınlarda zəng edib mənə dedi ki, Yardımlı rayonunda Şahbaz Hüseynov adında 86 yaşlı müharibə veteranı yaşayır. ”Vedibasar”ın nəşr olunmasından xəbərdardır və səninlə görüşüb nə isə demək istəyir. Onunla görüşsən yaxşıdır. Eşidəcəyin xəbərlər cox qiymətlidir. Həmişə qəzetimizə doğma münasibət göstərən Tofiq Mir Yaqub oğlu və Sədaqət Abbas oğlu ilə Yardımlıya getdik. Rayon mərkəzində bir mağazanın qarşısında söhbət edənlərin yanında dayandıq. Sa-
lamlaşandan sonra Çayüzü kəndinə necə gedəcəyimizi soruşduq. Ucaboy, ortayaşlı bir kişi: - elə mən də həmin kəndə edirəm, gedək göstərim dedi. Sonra bildik ki, adı Yaşılxandır. Çayüzü kəndi çox xoşumuza gəldi. Təmiz havası, müxtəlif meyvə ağacları, yaşıllıqlar göz oxşayırdı. Suyu tamam azalmış kiçik çayı keçib bir həyətin qarşısında dayandıq.Yaşılxan qardaşımız: - Şahbaz müəllim, qonaqların var, - deyə çağırdı.Heç bir dəqiqə keçməmiş hündürboylu,qıvraq bir ağsaqqalın bizə tərəf gəldiyini gördük.
Baxışlarından nur süzülən nurani ixtiyar gənclik şövqü ilə bizə xoşgəldin elədi, əl verib görüşdü:-Qonaqların xoş gəlib, dedi. Şahbaz müəllim ayrı-ayrılıqda üçümüzə də diqqət yetirdi. İlk dəfə gördüyündən tanımadı. Evə dəvət elədi. Həmişə həssas və diqqətli olan Tofiq müəllim onun sual dolu baxışlarından hər şeyi oxuduğundan qolundan tutan ağsaqqalı intizarda qoymaq istəmədi və dedi:
- Biz Vediliyik.
Hörmətli oxucu. Həmin anda Şahbaz müəllimin diksinməsini, həyətlərinə aparan addımlarının yerindəcə dayanmasını, rənginin alazımasını, səsində yeni yaranan titrəyişi olduğu kimi təsvir etməkdə acizəm. Geri dönəndə Tofiq müəllim dedi: ”Vediliyik” sözünü demişdim ki, Şahbaz müəllim qolumu elə sıxdı, az qaldı qolumun qanı dayansın. Bir anlığa beşimiz də yolun ortasında ayandıq. Handan-hana toxdayan Şahbaz müəllim kövrək səslə dedi:
- Deməli, siz mənim komandirim Mirzə Hüseynovun yerlilərisiz?
Ay sizi Allah pənahında saxlasın.Bir daha xoş gəlibsiz.

Bir azdan səliqəli süfrə arxasında samovar çayı içə-içə gəlişimizin məqsədini Şahbaz müəllimə dedik. Söhbətimiz həm şirin, həm kövrək, duyğusal, həm də yaddaqalan oldu. Diktafonun düyməsini sıxdım. Sıxdım ki, Şahbaz müəllimin səsini tarixə çevirsin.
***
- Hörmətli Şahbaz müəllimi xoş gördük.
- Yardımlıya xoş gəlibsiniz. Sizi gördüyümə çox şadam.
- Döyüş yolunuz hardan və necə başlayıb?
- 1942-ci il iyul ayının 10-da II Cahan müharibəsinə getmişəm. Almanlarla ilk döyüşə Qafqazın müdafiəsində qatılmışam. Quluxovıy aşırımında gedən döyüşlərdə yaralanmışam.Müalicə olunduqdan sonra ikinci dəfə ön cəbhəyə getmişəm.Krasnodon şəhərinin müdafiəsi zamanı ikinci dəfə yaralanmışam.
- Haqqında danışmaq istədiyiniz komandirinizi nə vaxtdan tanıdınız?
- Müalicə olunduqdan sonra, 1943-cü il sentyabr ayının 29-da Dnepr sahillərində 2-ci Belarusiya cəbhəsi,38-ci ordunun (komandir general-polkovnik Çibisov), 40-cı korpusunun (komandir general-leytenant Moskalenko), əlahiddə avtomat-qırıcı batalyonununa (komandir mayor Qrişşenko) göndərilmişəm.Məni həmin batalyonun tərkibindəki taqıma verdilər. Komandirimiz əslən Vedi rayonundan olan leytenant Mirzə Hüseynov idi. Məni onun köməkçisi təyin etdilər.
- Hansı döyüş yollarını bərabər keçdiniz?
- Əvvəlcə Kiyev şəhərinin azad olunması uğrunda döyüşdük. Mirzə Hüseynov “Qızıl Bayraq”, mən isə “Qırmızı ulduz” ordeni ilə təltif olunduq.
- Berlin şəhərinin alınması uğrunda gedən döyüşlərdən ətraflı danışmağınızı xahiş edirik.
- Müharibənin sonlarında almanlar güclü müqavimət göstərirdilər. Onlar heç cür təslim olmaq istəmirdilər. Berlin yaxınlığında bir Zeyer təpəliyi var. Sovet qoşunları həmin təpəlik uğrunda gedən döyüşlərdə 300 min əsgər itirdi. Bizdən əvvəl həmin döyüşlərdə demək olar ki, 4 ordu məhv olmuşdu.Növbə bizim ordunun idi. Leytenant Mirzə Hüseynovun rəhbərlik etdiyi taqım kəşfiyyat taqımı olduğunu əvvəldə dedim. Hücumdan qabaq lazımi işləri görmüşdük. Düşmənin müdafiə mövqeyi haqqında hərbi məlumatları toplayaraq, komandanlığa vermişdik. Berlin üzərinə həlledici hücum zamanı elə öndə gedəndə Mirzə Hüseynovun taqımı idi. Böyük itkilər hesabına olsa da, Berlin şəhərinə ilk dəfə daxil olan 40-cı korpusun əlahiddə avtomat qırıcı batalyonunun kəşfiyyatçıları taqımı idi. Təsdiqləyirəm ki, Berlinə ilk daxil olanda leytenant Mirzə Hüseynov oldu.
Qalan əsgəri hissələr bizdən sonra şəhərə daxil oldular. Reyxstaqın böyüründə bizə bir neçə yanmış cəsəd göstərib dedilər ki, bəs, Hitlerdir, ətrafı ilə bərabər özlərini yandırıblar.
- Şahbaz müəllim, bizə demək istədiyiniz əsas hadisə nədir?
- Çox sevinirəm ki, yetmiş ildə ürəyimdə saxladığımı komandirimin ata yurdunun adını yaşadan qəzetə danışacam.
Onu deyim ki, 26 yaşlı Mirzə Hüseynov bir oduydu, alovuydu, qığılcımıydı. Qorxu nə olduğunu bilmirdi. Düşmən gülləsi də ondan qorxurdu. Döyüşdüyümüz müddətdə nə qədər odun-alovun içindən çıxdıq o, bir dəfədə olsun yaralanmadı. Qayıdaq əsas məsələyə. 1945-ci ildə may ayının 6-da günortadan sonra biz Reyxstaqa ilk daxil olduq. Bir anlığa Mirzəni itirdim. Hara getdiyini bilmədim. Yardımlı rayonundan Damət Verdiyev adlı döyüşçü dostum yanımda idi. Birdən o qayıtdı ki, Şahbaz, bir sən ora bax, dedi və Reyxstaqın günbəzini göstərdi. Nə görsəm yaxşıdır. Komandirimiz Mirzə Hüseynov qələbə bayrağını Reyxstaqın günbəzinə sancır. Ora haradan, necə çıxmışdısa, xəbərimiz olmamışdı. O, bayrağı bərkidəndən sonra yalnız “pobeda” sözünü deyə bildi. Sovet zabitlərindən biri Mirzə Hüseynovu güllələdi. O, əvvəlcə günbəzin üstünə,oradan da sürüşüb yerə yıxıldı. Özümüzü ona çatdıranda artıq...(Şahbaz müəllim sözünün davamını gətirə bilmədi. İlk dəfəydi ki, bu yaşda ağlayan ağsaqqal görürdüm). O, asta-asta dilləndi:
- Komandir dörd il döyüşdü,bir alman gülləsi ona dəymədi, ancaq uğrunda döyüşdüyü hökumətin zabitinin gülləsinin qurbanı oldu. Bu güllə dörd ildə ona dəyən yeganə güllə idi.
- Hadisələr sonra necə davam elədi?
- Müharibənin zalım qanunları var Neyləyə bilərdik. Gücümüz komandirimizi dəfn etməyə çatdı. Bir də gördük ki, hardansa Yeqorovla Kantariyanı gətirib çıxartdılar Reyxstaqın günbəzinə, lentə aldılar, şəkillərini çəkdilər. Bir gün sonra da hər ikisinə Sovet İttifaqı Qəhrəmanı adını verdilər. Beləliklə də, tarix, əsil həqiqət saxdalaşdırıldı.
Müəllifdən: Bəli, Şahbaz müəllim, tarix saxtalaşdırıldı. Adına Sovet İttifaqı deyilsə də, dövlət Rusiya imperiyası idi, başında da bütün müsəlman dünyasının qatı düşməni, faciələrimizin memarı gürcü Stalin dururdu. Ona görə də Reyxstaqın günbəzinə qələbə bayrağını məhz rusla gürcü sancmalı idi. Heç şübhə etmirəm ki, Vedili, türk övladı Mirzə Hüseynovun yerinə qazax, özbək, qırğız, türkmən, kürd, talış, ləzgi, çeçen və digər müsəlman qardaşlarımızdan biri olsaydı belə, onların da aqibəti faciəli olacaqdı.
- Gözünüz önündə haqsızlıq edərək, tarixi cinayət işlədərək komandirinizi vuranda hansı hissləri keçirdiniz?
- Mən müharibəyə gedəndə on doqquz yaşın içindəydim.Ürəyimdə Vətənə sevgi, qələbəyə inam vardı. Üçüncü dəfə yaralananda güllə sol ayağımı dizdən deşib keçmişdi. İnanın mənə, bu Sovet hökumətinə sevgim, rəğbətim o qədər idi ki,mən müalicə almaq üçün hospitala getmədim. Ayağım elə ön cəbhədə, döyüşlərdə sağaldı. Elə ki, Mirzə Hüseynova qarşı edilən cinayəti gördüm, dedim, İlahi gör mən cavan ömrümü hansı dövlətə qurban vermişəm. Belə də ədalətsiz, qeyrətsiz, saxta dövlət olar? Döyüşdüyüm günlərimə peşiman oldum.
- Mirzə Hüseynovu necə təsvir edə bilərsiniz?
- O,1919-cu ildə anadan olmuşdu. Dediyinə görə müharibə başlamamışdan iki ay əvvəl evlənibmiş. Ucaboy, enlikürək, qara, kərpici bığları olan yaraşıqlı bir oğlan idi. Olduqca etibarlı, istiqanlı, mehriban komandir idi. 30-40 dərəcə şaxtada o qədər kürək-kürəyə verib soyuqdan qorunmuşuq ki. Bir dəfə də, məndən, Daməddən soruşdu ki, ac deyilsiniz? Vəziyyəti o da bilirdi, biz də.Cibindən bir qənd çıxardıb üç yerə böldü. Hayıf ondan.
- Şahbaz müəllim, xoş üzlə, mehriban qarşılamğınıza görə sizə minnətdarlığımızı bildiririk. Dediyiniz sözlər, etdiyiniz açıqlamalar xalqımızın tarixinə böyük, əvəzsiz töhfədir.
TANITMA
Şahbaz Əli oğlu Hüseynov 1924-cü ildə Yardımlı rayonunun Demon kəndində anadan olub. 1942-45-ci illərdə II Cahan müharibəsində döyüşüb. ”Qırmızı Ulduz”, “İgidliyə görə”, ”Qafqazın qəhrəman müdafiəçisi”, ”Böyük Vətən Müharibəsi iştirakcısı, 1-ci dərəcəli”, ”Əmək rəşadəti”, “Şərəf nişanı” orden və medalları ilə təltif olunub.1975-ci il 23 maydan Yardımlı Rayon Veteranlar Şurasının sədridir. Respublika Veteranlar Şurasının plenum üzvüdür. 68 il müəllim işləyən Şahbaz Hüseynov bunun 17 ilini doğma Demon kəndində çalışıb. Stalin-Mikoyan planına uyğun olaraq ailəliklə doğma kəndlərindən Şirvan şəhərinə (keçmiş Əli Bayramlı) deportasiya olunurlar. Az sonra Şahbaz müəllim Yardımlıya qayıdır və Çayüzü kəndində məskunlaşır. 52 ildir bu ənddəki orta məktəbdə əvvəl fizika-riyaziyyat müəllimi, Qarabağ hadisələri başlayandan sonra isə hərbi hazırlıq müəllimi işləyir.
Respublika Repressiya Qurbanları Assosiasiyasının üzvüdür. Səkkiz övladı var: beş oğlan, üç qız.
P.S Biz heç nəyi dəyişə bilməsək də, hər halda bir tarixi saxtakarlığın üzə çıxmasına şahidlik edənin şahidi olduq. Bir daha əmin olduq ki, dünyada heç bir həqiqəti ört-basdır etmək mümkün deyil. Hər şeyin düzü yaxşıdır.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!