Hərbi Prokurorluğun qarşısında maşın yandı .....                        Ağac aşdı, üç nəfər öldü .....                        Gəncədə tələbə dəm qazından boğularaq ölüb .....                        Əhaliyə XƏBƏRDARLIQ edildi .....                        Keşlədə kollektorun üzərində tikilən ev sökülür .....                        İntensiv yağıntılar davam edir .....                        Quba və Qusardan axan bəzi çaylardan sel keçib .....                        "Neftçi" "Sumqayıt"ı məğlub etdi .....                        Zaur Mikayılov kollektorun çökdüyü ərazidədir .....                       
Tarix : 4-10-2014, 22:56

 

Məhərrəm Mustafa

Qarabağ döyüşçülərinə ithaf edirəm.
Qurban bayramına bir gün qalmışdı.Hadir axşamçağı evə iki qoçla qayıtdı.Həyat yoldaşı İlahə onu həyətdə qarşıladı.Nadir gördü ki,İlahə ona təəccüblə baxır.İlahənin sualını gözləmədən dilləndi:”Bunları qurban kəsəcəyəm”.Gördü ki,yenə də İlahə təəccüblə baxır.Soruşdu ki,nə baş verib.İlahə cavab verdi:”Heç nə baş verməyib.Uşaqla da elə bu gün danışmışam.Onu bilmək istəyirəm ki,həmişə qurbanda bir qoç kəsirdin.İndi isə iki qoç gətirmisən”.Nadir cavab verdi:”Bu sualın cavabını sənə bu gün yox,sabah deyəcəyəm”.
…Nadir və İlahə qarabağlı idilər.Hər ikisi bir kənddə böyümüş və evlənmişdilər.Onların ataları da dost idilər.Yaylağa və qışlağa bir yerdə gedərdilər.İndi isə onlar qaçqın həyatı yaşayırdılar.Oğlanları Elnur bir neçə ay idi ki,Ağdamda hərbi xidmətdə idi.
Səhəri gün Nadir ertədən durdu.Dəstəmaz aldıqdan sonra qurban duası oxuyub hər iki qoçu kəsdi.Qoçun birini doğrayıb paylamağı arvadına tapşırdı.Digərini isə çit parçaya büküb maşınına qoydu.Üzünü İlahəyə tutaraq dedi:”Balalarımız əsgərlikdədir.Düşmənlə üz-üzədirlər.Onlar bu qurbandan yeməsələr boğzımdan bir tikə belə keçməz”.Mühərriki işə salıb yola düzəldi.Yolları yaxşı tanıdığı üçün dağlar arası kəsə yolla gedərək iki saatdan sonra Elnurun xidmət etdiyi hərbi hissəyə çatdı.
Hərbi hissənin girəcəyində keçid postundakı növbətçi əsgərə Elnurun atası olduğunu və komandirlə görüşmək istədiyini bildirdi.Bir neçə dəqiqədən sonra növbətçi əsgər Nadirə komandirin onu gözlədiyi barədə məlumat verdi.Nadir gətirdiyi qurban əti olan bağlamanı götürüb içəri girəndə komandir artıq hörmət əlaməti olaraq onu qarşılamaq üçün kazarmanın qabağına çıxmışdı.Onlar qucaqlaşıb bayramlaşdılar.Nadir dilləndi:”Balalarımız üçün qurbanlıq ət payı gətirmişəm”.Komandir sevindi.Ən yaxındakı əsgərə dedi:”Aşbazı bura çağır”.Bir neçə dəqiqə sonra aşbaz gəldi.Komandir aşbaza dedi:”Ağsaqqal əsgərlər üçün qurban əti gətirib.Çalış nahara kimi hazır olsun.Elə et ki,hamıya çatsın.Heç kim kənarda qalmasın”.Sonra da üzünü Nadirə tutub dedi:"Elnur kazarmada deyil, sərhəddə növbədədir".
…Səngərdə süfrə salınmışdı.Süfrədəki əsgər yeməklərindən başqa menyuda olmayan yemək də var idi.Çavuş bildirdi ki,həmin yemək qurban ətindəndir.İştahla yeməyə başladılar.Bu zaman vıyıltı səsi gəldi.Bu səslə birlikdə çavuşun – “Əsgər,uzan!”- əmri eşidildi.Həyəcanlı saniyələr keçirdi.Vıyıltı səsini yaxınlıqda boğuq taqqıltı səsi əvəz etdi.Əsgərlərin həyəcanı daha da artdı.Mərminin partlayış səsi eşidilmədi.Nəhayət,çavuş başını qaldırıb ətrafı müşahidə etməyə başladı.Onun nəzərləri özlərindən 5-6 metr aralıda səngərin torpaq divarına sancılmış partlamamış mərmidə ilişib qaldı.Möcüzə baş vermişdi.Bir qədərdən sonra özünə gələn çavuş üzünü hələ də uzanmış əsgərlərə tərəf çevirib dedi:”Uşaqlar,süfrəyə gəlin”.
Əsgərlər iştahla yeməklərini davam etdilər.Hamı ürəyində bu müqəddəs bayram günündə səngərdə qurban süfrəsində bu qurbanın onları ölümdən qurtaran ALLAH tərəfindən qəbul olunmasına inandı.



Paylaş



Bölmə: Köşə / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!