Tramp Putinlə danışıqlar apardı .....                        “Zəngəzur”da bayram-bayrama qarışıb .....                        ABŞ əsl BMT-yə çevrilib - TRAMP .....                        3 min uçuş ləğv edildi .....                        Polşada bomba sığınacağı tikilir .....                        Finlandiyada fırtına - 160 mindən çox ev elektriksiz qaldı .....                        Çin yeni hipersəs raketini sınaqdan keçirdi .....                        Tehran altıncı quraqlıq ilini yaşayır .....                        Şuşada mövsümün İLK QARI .....                       
Tarix : 20-08-2013, 21:15
Azərbaycanda e.ə. 9-7-ci əsrlərə aid qədim yaşayış yeri və nekropol aşkarlanıb


Azərbaycanda e.ə. 9-7-ci əsrlərə aid qədim yaşayış yeri və nekropol aşkarlanıb.

Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki-Qax-Oğuz Arxeoloji Ekspedisiyasının rəisi Nəsib Muxtarov məlumat verib.

Nəsib Muxtarovun sözlərinə görə, yeni tapılan qədim yaşayış yeri və nekropol Şəkinin Fazıl kəndinin inzibati ərazisində, Yoncalı adlanan torpaq sahəsinin 5-6 hektar hissəsində aşkarlanıb.

Ərazidə aparılan qazıntılar zamanı eramızdan əvvəl 9-7-ci əsrlərə aid qədim yaşayış yeri və nekropol tapılıb. Bu nekropolda ilk dəfə olaraq tuncdan hazırlanmış 3 ədəd ox ucları, tunc, mis və qeyri-metaldan hazırlanmış qol, sinə və baş-bəzək əşyaları aşkarlanıb.

Ərazidə həmçinin müxtəlif formada dəfn adətləri aşkar edilib. Qazıntılar zamanı ərazidə skif və saf dövrünə aid keramik materialından hazırlanmış qablar da tapılıb.

N. Muxtarovun dediyinə görə, yeni tapılan yaşayış yeri və nekropolda skif və saf dövrü mədəniyyətinin izləri var, Xocalı-Gədəbəy mədəniyyətinin orta və son pilləsinə aiddir.

N. Muxtarov bildirib ki, yeni tapılan yaşayış yeri və nekropol Fazılıda olan yeraltı muzeydən (labirintdən) 1 km kənarda yerləşir.


Paylaş



Bölmə: Sosial / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!