ŞƏRƏFLİ ÖMRÜN AKKORDLARI .....                        Trampdan Nobel mükafatı ilə bağlı açıqlama .....                        Ələtdəki hava limanına yeni rəhbər təyin edildi .....                        “HƏMAS dağıdılmasa, Netanyahu hökumətini devirəcəyik” .....                        Qəzzada müharibə başa çatdı: döyüşlər dayandırıldı .....                        Əminəm ki, Rusiya-Ukrayna müharibəsi də bitəcək .....                        Qəzzaya yardım aparan gəmidə azərbaycanlılar da var imiş - RƏSMİ .....                        MDB nazirləri Düşənbədə görüşdülər .....                        Qardaşı tərəfindən bıçaqlanan gənc xəstəxanada öldü .....                       
Tarix : 7-06-2016, 14:42
Qoruqda narkotik aşkarlandı: gözətçi işdən çıxarıldı


Zaqatala Dövlət Təbiət Qoruğunun Balakən rayonu, Katex kəndi ərazisindən keçən hissəsinin 4 saylı dolayının müxtəlif sahələrində hündürlüyü 12 sm-dən 39 sm-ə qədər olan ümumi sayı 781 ədəd narkotik xassəli çətənə bitkisinin aqrotexniki qaydada əkildiyi aşkar olunub.

Butov.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, bu faktlar Zaqatala Dövlət Təbiət Qoruğu və Balakən Polis Şöbəsinin əməkdaşlarının birgə tədbirlər planına uyğun olaraq iyunun 5-də keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində aşkarlanıb.

Araşdırma zamanı çətənə kollarını Balakən rayon Qazbinə kənd sakini, Balakən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kortala meşəbəyliyinin gözətçisi, orta təhsilli Arif Saxrayev və həmkəndlisi tərəfindən qanunsuz olaraq qoruq ərazisinə daxil olaraq əkdiyi məlum olub.

Faktla bağlı sözügedən ərazinin mühafizəsinə cavabeh olan Dövlət Təbiət Qoruğunun mühafizə yegeri Zahid Dondulov əmək vəzifələrini layiqincə yerinə yetirmədiyinə, xidməti fəaliyyətində yol verdiyi nöqsana görə vəzifəsindən azad edilib. Bundan başqa Balakən MMBM-nin meşə gözətçisi Arif Saxrayev qanunsuz fəaliyyətinə görə işdən çıxarılıb.

Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində çətənə kollarının əkildiyi yerlərin müəyyən edilməsi istiqamətində reydlər aparılır.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!