Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
3-11-2021, 11:36
Xərçəng əleyhinə təsiri olan və cavanlaşdıran unikal tərəvəz

Çuğundur qan təzyiqini azaltmağa, qan damarlarının divarlarını və qaraciyəri gücləndirməyə kömək edir.

Bu barədə rusiyalı dietoloq Anna Drobışeva məlumat verib.

“Çuğundurun tərkibində olan betasianin piqmenti bədxassəli yenitörəmələrin inkişafını ləngidən güclü antioksidantdır. Bundan əlavə, bu tərəvəz bədəndən artıq mayenin çıxarılmasına kömək edir, qan itkisini bərpa edir”, - deyə o bildirib.

Onun sözlərinə görə, bu tərəvəz hətta termik işlənmədən sonra öz faydalı xüsusiyyətlərini saxlayır.

Lakin ekspertin fikrincə, qaynadılmış çuğundur kalsiumun tam mənimsənilməsinə mane olur. Bu səbəbdən osteoporoza meylli insanların ondan istifadəni dayandırması məsləhətdir.

Drobışeva həmçinin çuğundur şirəsinin də faydalı olduğunu bildirib. Onun sözlərinə görə, bu tərəvəzin şirəsi sıxıldıqdan iki saat sonra içilməlidir. Bundan əlavə, çuğundur şirəsi təmiz formada istehlak edilə bilməz, 1:4 nisbətində su ilə qarışdırlmalıdır.

Qeyd edək ki, çuğundur şirəsinin digər faydaları arasında onun immun sisteminin fəaliyyətinə də çox müsbət təsir etməsi, iltihab və virus əleyhinə təsirlərə malik olması göstərilir ki, bu da koronovirus pandemiyasının vəı mövsümi xəstəliklərin yayıldığı dövrdə xüsusən aktualdır.

Bundan əlavə çuğundur və onun şirəsi pektinlərlə zəngindir. Pektinlər orqanizmi ziyanlı maddələrdən - toksinlərdən, şlaklardan, ağır metallardan - təmizləyir.

Bu tərəvəz skleroz əleyhinə təsirə malikdir, hipertoniya zamanı ən yaxşı təbii müalicəvi vasitə sayılır, qanın tərkibinə də çox müsbət təsir edir.

Britaniya alimlərinin fikrincə çuğundur şirəsi təbii enerji içkisidir. Araşdırmalar nəticəsində məlum oldu ki, çuğundur şirəsinin daim qəbulu orqanizmin davamlılığını artırır, insana əlavə enerji, güc verir.

Çuğundur şirəsi böyrəklər üçün də çox faydalıdır. Artıq çəkisi olan insanlar da bu şirədən faydalana bilər - çuğundur şirəsinin tərkibində olan maddələr yağların parçalanmasını sürətləndirir.

Klimaks zamanı çuğundur şirəsinin daim qəbulu qadının vəziyyətini yaxşılaşdırır.

Bütöv.az
3-11-2021, 11:14
Uşağın təhsili, yoxsa sağlamlığı? - FOTO

Son günlər ölkə məktəblərində müəllim və şagirdlər arasında COVID-19 yoluxma halları xeyli artıb. Pedaqoji heyətin 90 faizinin vaksinasiyadan keçdiyi, təhsil müəssisələrində sanitar-gigiyena qaydalarına tam riayət olunduğu deyilsə də, yoluxanların sayı demək olar ki, hər gün artır.

Hətta müəllim və şagirdlər arasında ölüm halları belə baş verib.
Bu vəziyyətdə məktəblərin bağlanması və yenidən distant təhsilə keçid mümkündürmü?
Bakupost.az -ın xəbərinə görə, məsələyə münasibət bildirən Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov deyib ki, məktəblər təkrar bağlandığı təqdirdə şagirdlərin təhsili dərindən mənimsəməsinə ciddi problemlər yaranacaq:

“Ənənəvi təhsili əvəz edəcək təhsil forması yoxdur. Pandemiya səbəbindən məcburiyyət qarşısında qalıb 2 ilə yaxın bir müddətdə, təhsilsizlik boşluğunu doldurmaq üçün fərqli formatlarda təhsilin davam etdirilməsi ilə bağlı qərarlar qəbul edildi. Hazırda isə məktəblərin yalnız lokal olaraq qapanması ilə bağlı qərarlar qəbul olunur. Hesab edirəm ki, bu doğru qərardır”.

İ. Orucovun sözlərinə görə, bu gün bir sıra məktəblərdə yoluxma halları müşahidə olunur:

“Payız mövsümünə xas xəstəliklər də artıb. Mövsümi qrip səbəbindən immun sistemi zəifləyən insan koronavirusa da tez yoluxur. Bədəni zəif olduğu üçün xəstəliyi bir qədər də ağır keçirir. Koronavirusa yoluxma sayındakı statistika hər kəsi, xüsusilə də valideynləri narahat edir. COVİD-ə yoluxan şagirdlərin sayı artdıqca bəzi valideynlər ehtiyat edib övladlarını məktəbə qoymur. Ancaq unutmaq lazım deyil ki, pandemiyanın nə vaxt bitəcəyi məlum deyil. Bu səbəbdən də biz pandemiya şəraitində yaşamağa alışmalıyıq. Başqa çarəmiz yoxdur”.
İ. Orucov bildirib ki, əgər qarşıdakı dövr ərzində məktəblərdə yoluxma halları kəskin şəkildə artarsa, o zaman məktəblərin qapadılması haqda qərar verilər:

“Hesab edirəm ki, mövcud vəziyyətə uyğun olaraq ayır-ayrı siniflərlə bağlı qərarlar qəbul edilməlidir. Bir sinifdə yoluxma aşkarlandıqda o sinif bağlanmalıdır. Pandemiya nə vaxtadək davam edəcəksə, biz də ona uyğun yaşamalıyıq. Buna məcburuq. Övladlarımıza yaxşı təhsil vermək istəyiriksə, məktəblərin bağlanmasını istəmiriksə hamılıqla ilk növbədə həmrəylik nümayiş etdirməliyik. Valideynlər, müəllimlər və məktəb rəhbərləri sanitar gigiyena qaydalarına əməl etməlidirlər. Qoyulan qaydalara əməl olunduğu halda biz vəziyyəti idarəolunan həddə saxlaya bilərik. Məsələyə qeyri ciddi, başdansovdu yanaşılsa və nəticədə yoluxma və ölüm sayı pik həddə çatsa, gələcəkdə daha sərt qərarların qəbulu qaçılmaz olacaq”.

Milli Məclisin Təhsil komitəsinin üzvü, professor Aqiyə Naxçıvanlı isə hesab edir ki, heç vaxt distant təhsil əyani tədrisi, müəllimlə şagirdin canlı ünsiyyətini əvəz edə bilməz. Bu səbəbdən də hansısa məktəbdə yoluxma aşkarlansa, konkret olaraq həmin təhsil müəssisəsi qapadılmalıdır. Bütün məktəbləri bağlamaq olmaz:

“Amma virus müəllim və şagirdlər arasında sürətlə yayılarsa, bu haqda düşünməli olacağıq. Ancaq hazırkı vəziyyətdə məktəblərin bağlanması düzgün qərar olmaz. Hər halda gündəlik yoluxma dinamikası izlənməli və təhlil olunmalıdır. Elə məktəb var ki, orada COVID-ə yoluxma halı aşkarlanmayıb. Belə məktəbləri bağlamağa ehtiyac yoxdur”.

A. Naxçıvanlının fikrincə, həm məktəb rəhbərliyi, həm də valideynlər çox diqqətli olmalıdırlar:

“Valideynlər qripə yoluxan övladlarını məktəbə gətirməməlidirlər. Əgər uşaq xəstədirsə onu evdə saxlamaq lazımdır. Qripə yoluxan uşağı məktəbə gətirəndə sinfin yarısı qripə yoluxur. COVİD-ın bəzi əlamətləri adi qriplə oxşardır. Boğaz ağrısı, hərarət, öskürək. Bu səbəbdən də ayırd etmək olmur ki, bu adi qripdir ya COVİD. Məktəb rəhbərləri, eləcə də müəllimlər hazırkı məqamda çox diqqətli olmalıdırlar. Adi qripə yoluxan uşaqları məktəbə buraxmamalıdırlar”.

Millət vəkili Naqif Həmzəyev vurğulayıb ki, orta məktəblərin distant təhsilə keçirilməsi problemin həlli yolu deyil:
“Məktəblər bağlandığı təqdirdə distant təhsilin tətbiqinə başlanılacaq. Distant təhsil isə şagirdlərin bilik səviyyəsinin aşağı düşməsinə, onların dərsə, təhsilə marağının azalmasına səbəb olacaq. Məktəblərin qapadılması həmçinin şagirdlərin psixologiyasına da mənfi təsir göstərəcək. Sadalanan səbəblərə əsaslanaraq, məktəblərin qapadılmasını məqbul saymıram”.
Millət vəkilinin sözlərinə görə, yoluxma sayını artırmamaq üçün vətəndaş olaraq qoyulan qaydalara əməl etməliyik:
“İlk növbədə çalışılmalıdır ki, bütün təhsil işçiləri vaksinasiya olunsun. Müəllimlər həm özlərinin həm şagirdlərin saglamlığı naminə üçüncü doza vaksini də vurdurmalıdırlar. Eyni zamanda məktəblərdə sanitar gigiyena qaydalarına tam əməl olunmalıdır. Qaydalara riayət olunsa yoluxma artmaz və qapanmalara da ehtiyac qalmaz”.

Bütöv.az
3-11-2021, 11:10
İstilik qiymətlərində artım olacaq? - RƏSMİ

İstilik mövsümünün başlaması ilə əlaqədar istilik qiymətlərində dəyişiklik edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq “Azəristiliktəchizat”ın şöbə rəisi Rafiq Əliyev məlumat verib.

Onun sözlərinə görə, istilik qiymətlərinin artırılması nəzərdə tutulmayıb.

Hazırda əhali qrupu üzrə 1 kvadratmetr yaşayış sahəsi üzrə aylıq tarif 15 qəpik, qeyri-əhali qrupu üzrə 1 kub isidilən həcm üçün aylıq 25 qəpik, 1 qiqakalori üçün isə 30 manatdır.

Qeyd edək ki, dağlıq və dağətəyi rayonlarda noyabrın 1-dən istilik mövsümü başlayıb. Digər rayonlarda və Bakıda isə istilik noyabrın 15-dən veriləcək.

Bütöv.az
3-11-2021, 10:59
Azərbaycan neftinin qiyməti dəyişmədi


Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti dəyişməyib.

Bütöv.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 87,08 ABŞ dolları olaraq qalıb.
3-11-2021, 00:26
Azərbaycanşünaslıq Mərkəzinin hədəfi

Xankəndidə ilk Azərbaycanşünaslıq Mərkəzinin açılışı olub.
Erməni mediası xəbər verir ki, Karo Karapetyanın adına olan mərkəz lazımi texnika və avadanlıqla təmin edilib. Mərkəz Qarabağ Universitetinin binasında yerləşir.
Azərbaycanşünaslıq Mərkəzi “Genesis Armenia” fondunun təşəbbüsü ilə yaradılıb. Təşəbbüs Karapetyanın xanımı və oğlu, o cümlədən fondun dəstəyi ilə ərsəyə gəlib.
İlk mərhələdə burada Azərbaycan dili pulsuz öyrədiləcək. Layihənin hədəfi kimi isə Azərbaycan dilində danışmağı bacaran, “milli və dövləti maraqları” qoruyan kadrlar hazırlamaqdır. Xəbərdə o da qeyd edilib ki, mərkəzdə hazırlanan kadrlar Azərbaycana qarşı informasiya savaşında iştirak edəcəklər.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!