Vətən .....                        Gözlərə nur çiləyən həkim .....                        Gözlərə nur çiləyən həkim .....                        Bu siyasi, hərbi uğurlarımızın nəticəsidir .....                        Ölkənin aynası olan qəzetdə bir gün .....                        Vətənləşən oğul .....                        Uşaqdan gəlin olmaz ! .....                        Mətbuat fədailəri: dünəndən bu günə .....                        Mətbuat fədailəri: dünəndən bu günə .....                       
24-12-2021, 15:35
Bərdədə ağır qəza, xəsarət alanlar var - VİDEO

Bərdədə 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bütöv.az-ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki rayonun Şirvanlı kənd sakin 1971-ci il təvəllüdlü Bağırov Səxavət Kamal oğlunun idarə etdiyi "Opel" markalı minik avtomobili Şirvanlı kənd sakini 1985-ci il təvəllüdlü Məmişov Rəşad Sabir oğlunun idarə etdiyi "Qaz 3110" markalı minik avtomobili ilə toqquşub.
Qəza zamanı hər iki sürücü və "Qaz 3110" sərnişin Şirvanlı kənd sakini 1984-cü il təvəllüdlü Süleymanov Elgün Saday oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə, hadisə yerinə çağrılan Təcili Tibb Yardım birqadasının köməkliyi ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

24-12-2021, 15:31
"Buna görə Hacıbaba Hüseynovdan halallıq istədim" - Alim Qasımov - VİDEO

Xalq artisti Alim Qasımov "Fatehin divanı" proqramında qonaq olub.

Xanəndə mərhum Xalq artisti Hacıbaba Hüseynovla bağlı xatirəsini bölüşüb. O bildirib ki, bir vaxtlar xanəndənin gizli səsyazılarını yazıb:

"Əsəbdən olan bir iş idi. Tələbə idim, kiçiklik edirdim. Köhnə "Moskvich" avtomobil var idi. Dərsdən sonra Hacıbaba Hüseynovu otuzdurub maşına aparırdım evə. Onun dərsi bir tamaşa idi. Məndə öyrənmək qabiliyyəti çətindir. Bir mahnını öyrənəndə evdə nəvələrim, hamı öyrənir, mən qalıram. Dedim ki, səsinizi yazım, əvvəl razılaşdı. Sonra qayıtdı ki, səs yazmaq lazım deyil, öyrədirəm səni. Bütün günü yemək yeməmişdim, əsəbləşdim, bir parçadır da, imkan ver yazım öyrənim. Evdə qırmızı ip, gül və balaca mikrofon var idi. Mikrofonu sökdüm, gülün içinə saldım, iplə toxudum, qoydum baqaja. Maqnitafonda böyük. Bir-iki şunur çəkdim maşının içinə. Maşına oturanda başladım sual verməyə. O da cavablandırır, mən də sağa-sola baxıram. Hiss etdi ki, qulaq asmıram. Qayıtdı ki, birdən səsimi yazarsan. Pis hala düşdüm, dedim, nə yazmaq? 70 yaşında ondan buna görə halallıq istədim".



Bütöv.az
24-12-2021, 15:26
Qarabağda qanunsuz erməni silahlıları arasında kütləvi dava

Dekabrın 23-də gecə saatlarında Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında qanunsuz erməni silahlı dəstələrinin üzvləri arasında kütləvi dava baş verib.

Ermənistan mətbuatında yer alan məlumata görə, hadisə Xocavəndin Yemişcan yaşayış məntəqəsi ərazisində qeydə alınıb. “İrəvan erməniləri” (Ermənistandan olan – red.) ilə “Qarabağ erməniləri” arasında mübahisə yaranıb.

Spirtli içkinin təsiri ilə tezliklə mübahisə davaya çevrilib. Kütləvi dava zamanı Samvel Minasyan və Qor Akopyan adlı şəxslər ağır yaralanıb.

Qeyd edək ki, özbaşınalığın hökm sürdüyü qanunsuz erməni silahlı birləşmələri arasında bu cür insidentlər ilk dəfə deyil ki, yaşanır. Spirtli içki və narkotik vasitələrdən istifadə hallarının sayının olduqca yüksək olduğu bu birləşmələrlə bağlı insidentlər vaxtaşırı erməni mətbuatında yer alır.

Bütöv.az
24-12-2021, 15:21
Prezidentdən yeni TƏYİNATLAR

İqtisadiyyat nazirinə yeni müavinlər təyin edilib.

Bütöv.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.
Sərəncama əsasən, Rövşən Çingiz oğlu Nəcəf nazirin birinci müavini, Sahib Əli oğlu Məmmədov müavin təyin edilib.
Qeyd edək ki, R. Nəcəf bu təyinata qədər iqtisadiyyat nazirinin müavini idi.



24-12-2021, 12:58
“Azərenerji”dən Prezidentə təbrik VİDEOÇARXI

İşğaldan azad edilən ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi, sözügedən rayonların ən qısa vaxtda Azərbaycanın ümumi enerji sisteminə qoşulması ilə bağlı Prezidentin enerji strategiyasına uyğun olaraq 2021-ci ildə kompleks işlər həyata keçirilib.

Prezident İlham Əliyevin iştirakıyla azad edilmiş ərazilərdə istismara verilən enerji obyektləriylə bağlı “Azərenerji” tərəfindən videoçarx hazırlanıb.

Qeyd edək ki, bu günədək Qarabağ və Şərqi Zəngəzurda “Güləbird”, “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyaları yenidən qurularaq Prezidentin iştirakı ilə istismara verilib. “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında isə yenidənqurma işləri tamamlanıb. Bu 4 elektrik stansiyasının ümumi gücü 20 meqavatdan artıqdır.

2021-ci ildə Qarabağ və Şərqi Zəngəzurda 110/35/10 kV-luq 9 rəqəmsal yarımstansiya tikilib. Mayın 12-də “Şuşa”, iyunun 14-də “Füzuli” və “Şükürbəyli”, avqustun 16-da “Kəlbəcər”, oktyabrın 4-də “Cəbrayıl”, oktyabrın 20-də “Zəngilan”, oktyabrın 25-də isə “Qubadlı” yarımstansiyalarının Prezidentin iştirakı ilə açılışı olub.

Ağdam rayonunda inşa edilən 110/35/10 kV-luq “Ağdam-1”, “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ” Regional Rəqmsal İdarəetmə Mərkəzinin tikintisi yekunlaşıb.

“Şükürbəyli” yarımstansiyasına Beyləqandan 51 km məsafədə 110 kV-luq yeni xətt çəkilib. Ən əsası Şükürbəylidən Şuşaya 75 km, eyni zamanda “Cəbrayıl” və “Qubadlı” yarımstansiyalarına giriş-çıxış olmaqla “Zəngilan” yarımstansiyasına qədər 110 km məsafədə ikidövrəli olmaqla 110 kV-luq ötürmə xətti çəkilib. Həmçinin “Qubadlı” yarımstansiyasından “Güləbird” SES-ə 19 km məsafədə 110 kV-luq xətt inşa edilib. Bundan əlavə “Daşkəsən” yarımstansiyasından Murov dağını keçməklə yeni tikilən “Kəlbəcər” yarımstansiyasına 70 km məsafədə ikidövrəli olmaqla 110 kV-luq ötürmə xətti gətirilib. Həmçinin “Xındırıstan” yarımstansiyasından minalanmış əraziləri keçməklə yeni tikilən “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarına 35 km məsafədə ikidövrəli olmaqla 110 kV-luq ötürmə xətti çəkilib.

Qarabağ və Şərqi Zəngəzurda tikilən 9 yarımstansiyanın hamısı Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı, tam rəqəmsallaşdırılıb. Belə ki, dördüncü Sənaye inqilabına uyğun olaraq intellektual enerjisistem konsepsiyası həyata keçirilərək müasir, dayanıqlı, rəqəmsallaşdırılmış yarımstansiyalar modeli formalaşdırılıb. İstismara verilən rəqəmsal yarımstansiyalarda aktivlərin, proseslərin, resursların idarə edilməsi, açılıb qoşulma əməliyyatları, tədarük və paylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırılması, problemlərin tez həlli proqram təminatı vasitəsi ilə avtomatik həyata keçirilir.



Bütöv.az
24-12-2021, 12:55
Qoxu hissini itirən zaman nə etməliyik?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Vəfa Pənahian Mustafa koronavirus infeksiyasına yoluxma zamanı qoxu itkisini ev şəraitində bərpa etmək üçün tövsiyələr verib.

Bütöv.az xəbər verir ki, mütəxəssis-ekspertin sözlərinə görə, insan yemək qoxusunu hiss etmirsə, onun burnuna kəskin iyli ətirlər yaxınlaşdırıb iylədilməlidir.
"Əgər insan yemək qoxusunu hiss etmirsə, o halda onun burnuna kəskin iyli ətirlər yaxınlaşdırıb iylədilir. Əgər bu da effekt vermirsə, onda ən təsirli olan üsul, yəni naşatır spirti istifadə olunur.

İnsanlar bəzən qoxu hissinin itməsi ilə üzləşəndə təşvişə düşürlər. Bu halda bəziləri panikaya düşərək qoxubilmənin pozulmasının dərəcəsini müəyyən etmək məqsədilə tərkibində spirt olan məhlulları normadan artıq istifadə edirlər, bu da burnun kapilyarlarının zədələnməsinə səbəb ola bilər. Sizin onlara tövsiyənizi bilmək istərdik. Belə vəziyyətdə tövsiyəm odur ki, qoxu reseptorları oyatmaq üçün tərkibi müalicəvi otlar olan “Composor 16” və “Sinusol” spreylərindən, ya da el arasında "Vyetnam mazı" adlanan müalicəvi maye balzamdan istifadə etsinlər".

Nazirliyin mütəxəssis-eksperti bildirib ki, ABŞ alimlərinin apardığı elmi-tibbi tədqiqatların nəticəsinə əsasən, qoxu hissi itən insanlara qoxu məşqləri tövsiyə olunur: “Qoxu məşqləri burun reseptorlarını məşq etməyə və siqnalları oyatmağa kömək edir. Əgər dadbilmə ilə iybilmə funksiyası birlikdə pozulursa, onda burada selikli epitel qişasında, qoxu reseptorlarında zədələnmə mövcuddur. Bu vəziyyətdə bir aylıq vitamin-mineral kompleksinin qəbulu təyin edilə bilər”.
24-12-2021, 12:50
Narkotik çəkərək taksi fəaliyyəti ilə məşğul olan daha bir sürücü saxlanılıb - VİDEO

Suraxanı rayonunda narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan daha bir sürücü saxlanılıb.

Daxili işlər Nazirliyinin Mətbuat xidmətindən Bütöv.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan daha bir sürücü müəyyən edilib. Hövsan qəsəbəsində yaşayan Emin Zeynalov idarə etdiyi “Mersedes” markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. İlkin sorğu zamanı sürücü avtomobili narkotik vasitə qəbul edərək idarə etdiyini etiraf edib. Təyin olunan ekspertiza zamanı Emin Zeynalovun sükan arxasında narkotik vasitənin təsiri altında olduğu sübuta yetirilib. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Emin Zeynalovun törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.

Qeyd edək ki, narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücülərin müəyyən edilməsi istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər bütün ölkə ərazisində davam etdirilir.

24-12-2021, 12:46
Türkiyə klubunun prezidenti baş hakimə hücum edib - VİDEO

Türkiyə Super Liqasının XVIII tur matçından sonra insident baş verib.

Bütöv.az xəbər verir ki, "Yeni Malatyaspor" və "Kayserispor" komandaları arasında matçdan sonra Malatya təmsilçisinin prezidenti Adil Gevrek meydana daxil olaraq, oyunun baş hakimi Hüseyin Göçekə hücum çəkib.

Buna səbəb isə referinin komandanın lehinə penalti qərarı verməsi olub.

Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

24-12-2021, 12:44
20 yaşlı qapıçı aldığı zərbədən vəfat edib - VİDEO

İndoneziyanın “Tornado FC” klubunun qapıçısı Taufik Ramsyah oyun zamanı rəqibi ilə toqquşduqdan sonra huşunu itirib.

Bütöv.az xəbər verir ki, 20 yaşlı qolkiper xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

24-12-2021, 12:33
Manatın xarici valyutalara qarşı MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Bütöv.az xəbər verir ki, avronun məzənnəsi 1,9269 manat, Rusiya rublunun məzənnəsi 0,0232 manat təşkil edib. Türkiyə lirəsinə gəlincə, 1 türk lirəsi 0,1475 manat təşkil edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!