UEFA AVRO-2024-lə bağlı qərar qəbul etdi .....                        Biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik - Prezident .....                        Prezident Azərbaycanın uğurlarının səbəbini açıqladı .....                        Ceyhun Bayramov Çexiyadakı çıxışı zamanı geri qaytarılmış kəndlərdən danışdı .....                        Azərbaycan çempionatının qalibi müəyyənləşdi .....                        İtkin düşən qadının meyiti tapıldı .....                        İlham Əliyev quru sərhədləriylə bağlı önəmli açıqlama verdi .....                        Qonşularla əla münasibətlər qura bilmişik - İlham Əliyev .....                        Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək .....                       
15-12-2021, 19:37
Son sutkada vaksin olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 356 vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 520, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 286 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 23 550 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 960 235, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 128 454, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 626 667 nəfər təşkil edir.

Ümumilikdə isə 1 205 114 buster doza vurulub.

Bütöv.az
15-12-2021, 19:31
Vilayət Eyvazova YENİ VƏZİFƏ VERİLDİ

Dekabrın 15-də Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib.

Bütöv.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb və nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Sonra Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat verib. Ardınca federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycan Atıcılıq Federasiyanın yeni prezidenti seçilib.

Konfransda həmçinin, İsmət Əliyev və Zemfira Meftahəddinova federasiyanın vitse-prezidentləri, Ruslan Lunyov, Aynur Cəfərova, Əli Hüseynli və Rəsul Məmmədov isə İdarə Heyətinə üzv seçiliblər.

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.

Sonda Vilayət Eyvazov çıxış edərək göstərilən etimada görə təşəkkür edib, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini, bunun üçün mütəxəsisslərin rəy və təkliflərinin xüsusilə diqqətə alınacağını bildirib.
15-12-2021, 17:18
Azərbaycanlı Rusiyada federasiya prezidenti seçildi - VİDEO

Azərbaycanlı ikiqat Olimpiya çempionu İlqar Məmmədov Rusiya Qılıncoynatma Federasiyasının (FFR) prezidenti seçilib.

Bütöv.az xəbər verir ki, 56 yaşlı mütəxəssis bu posta yeganə namizəd olaraq qalib gəlib.

O, yeni vəzifədə Aleksandr Mixaylovu əvəzləyib. I vitse-prezident isə Nijni Novqorod şəhər dumasının sədri Oleq Lavriçyov seçilib.

Qeyd edək ki, İlqar Məmmədov Seul-1988 və Atalanta-1996 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Veteran rapiraçı 2012-ci ildən Rusiya millisinin baş məşqçisi idi. İ.Məmmədov Azərbaycan Qılıncoynatma Federasiyasının sabiq prezidenti Yaşar Məmmədovun oğludur.




15-12-2021, 17:13
İranda beş bal gücündə zəlzələ baş verib

İranın qərbində beş bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Episentri 111 min nəfərin yaşadığı Məscid Süleyman şəhərindən 58 km şimal-şərqdə yerləşən zəlzələnin ocağı yerin 10 km dərinliyində olub.

Dağıntı və tələfat barədə məlumat verilmir.

Bütöv.az
15-12-2021, 17:09
ASGA daha bir Mingəçevir Şəhidinə film çəkəcək - VİDEOLAR

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Mingəçevir Şəhidinə film çəkəcək.

Bu barədə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) sədri Səbuhi Abbasov məlumat verib. Onun sözlərinə görə son 1 ildə ASGA tərəfindən bir neçə Şəhidimizə filmlər çəkilərək geniş ictimaiyyətə təqdim edilib: "Hüseyn Adil oğlu Abbasəliyev 22 oktyabr 2000-ci ildə Mingəçevirdə anadan olub. 23 oktyabr 2018-ci ildən 29 mart 2020-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib. Hüseyn Abbasəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

O, 2020-ci il sentyabrın 29-da qəhrəmancasına Şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli və 26.09.2020-ci il tarixli Sərəncamlarına əsasən Hüseyn Abbasəliyev ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Bundan başqa Hüseyn Abbasəliyev Azərbaycan Respublikasının Prezidenti 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə "Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Hüseyn olduqca savadlı, sağlam düşüncəyə malik vətənpərvər gənc idi. 44 günlük savaşda isə könüllü olaraq ordu sıralarına qoşulmuş və ermənilərə qan uddurmuşdu. Belə bir gənc Şəhidimizi ölkə ictimaiyyətinə və dünya azərbaycanlılarına tanıtmağı özümüzə borc bilirik. Layihəmizi dəstəklədiyinə görə Gənclər və İdman Nazirliyinə dərin təşəkkürümüzü bildiririk. Film yaxın 2 ay ərzində hazırlanacaq və Mingəçevir şəhərində geniş təqdimatı reallaşacaqdır. Allah bütün Şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə tezliklə şəfa versin”

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının dəstəyi ilə ərsəyə gələn bəzi filmləri təqdim edirik:







Bütöv.az
15-12-2021, 16:53
İlham Əliyev Brüsseldə Volodimir Zelenski ilə görüşdü - FOTO

Dekabrın 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.



Bütöv.az
15-12-2021, 13:59
Brüssel görüşünün vacib məqamları “Caliber”də - VİDEO

Dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşü olub.

“Caliber”in növbəti təhlili məhz müddət baxımından Prezident İlham Əliyevin Ermənistanın baş naziri ilə bütün keçmiş görüşlərini geridə qoyaraq beş saata yaxın davam edən görüşə həsr olunub.

Görüşdən sonra Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair bəyanatla çıxış edib.

“Bəyanat Avropa diplomatiyasının ən yaxşı ənənələrinə uyğun kifayət qədər əhatəli, təmkinli, maksimum korrekt tərtib edilib.



Bütöv.az
15-12-2021, 13:50
Türkiyə ordusu İraqda 6 terrorçunu məhv etdi

Türkiyə kəşfiyyatı və ordusu İraqın şimalındakı Gara bölgəsində PKK/KCK terrorçularına qarşı birgə əməliyyat təşkil edib.

Bütöv.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, əməliyyat zamanı 6 terrorçu məhv edilib. Açıqlamaya görə, axtarışlar davam edir. Terrorçuların yerinin müəyyən edilməsi üçün hava qüvvələri də fəal dəstək verir.
15-12-2021, 13:46
FHN-nin cüdo komandasının idmançıları qələbələr əldə edir - FOTO

7-12 dekabr 2021-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən İdman-Sağlamlıq klubunun idman arenasında Azərbaycan Cüdo Federasiyasının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə kişilər və qadınlar arasında cüdo idman növü üzrə Azərbaycan kuboku və Bakı klubları arasında U-18 yeniyetmələrin Azərbaycan Cüdo Federasiyası kuboku keçirilib.

Yarışda 33 komandadan 360-dan çox idmançı mübarizəyə qoşulub. Turnirdə FHN-in cüdo komandasının idmançıları İdman-Sağlamlıq klubunun əməkdaşı Fərid Ağakişiyev və məşqçi müəllimlər Arzu Axundov, Rasim Əliyevin rəhbərliyi altında yüksək nəticələr əldə ediblər.

Belə ki, kişilər arasında 60 kq çəki dərəcəsində Nazir Talıbov, 81 kq çəki dərəcəsində Kərim Allahverdiyev və qadınlar arasında 52 kq çəki dərəcəsində Fidan Qasımova yarışın bürünc medalına layiq görülüblər.

Yeniyetmə oğlanlar arasında 90 kq çəki dərəcəsində Aqşin Məhərrəmov və yeniyetmə qızlar arasında 63 kq çəki dərəcəsində Xədicə Baxışlı 4 görüş keçirərək yarışın gümüş medalına sahib olublar. Qaliblərə Azərbaycan Cüdo Federasiyasının, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və medalları təqdim olunub.

15 dekabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış idmançılar ilə görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, FHN-nin cüdo komandasının idmançıları 2022-ci ildə Portuqaliyanın Odivelas şəhərində keçiriləcək cüdo idman növü üzrə “Qrand Prix” turnirində iştirak edəcək.



Bütöv.az
15-12-2021, 13:39
“E-manat”dan oğurluq edən şəxs saxlanılıb - VİDEO

Dekabrın 9-da Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən marketlərdən birində quraşdırılan “E-Manat” ödəmə terminalı sındırılaraq içərisində 1011, obyektin kassasından isə 306 manat pul naməlum şəxs tərəfindən oğurlanıb. Hadisə barədə ərazi üzrə Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə məlumat daxil olan kimi cinayəti törədən şəxsin axtarışlarına başlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bütöv.az-a verilən məlumata görə, qısa zamanda həyata keçirilən əməliyyat nəticəsində ödəmə terminalını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Röyal Məmmədyarov saxlanılıb və o, ifadəsində törətdiyi hadisəni etiraf edib. Onun marketə daxil olaraq oğurluq etməsi müşahidə kameraları vasitəsi ilə də anbaan görüntülənib.

Qeyd edək ki, bu şəxs əvvəllər də paytaxt ərazisində quraşdırılan ödəmə terminallarından oğurluq etdiyi üçün saxlanılıb və məhkum edilib.

Faktla bağlı Qobu Polis Bölməsində saxlanılan şəxs barəsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinə göndərilib. Röyal Məmmədyarovun paytaxt və Abşeron rayonu ərazisində analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Qobu Polis Bölməsinə, ərazi üzrə polis orqanlarına, həmçinin "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi hesablarına məlumat verə bilərlər.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!