Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                       
30-12-2021, 20:52
Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 103 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 794, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 591, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 718 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 318 107, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 166 741, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 673 411, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 477 955 təşkil edir.

Bütöv.az
30-12-2021, 20:49
Sunamidən sonra şəhərin küçələrində ruhlar gəzir? - VİDEO

Yaponların belə bir məsəli var: “Əgər il ərzində iki insanı torpağa vermisənsə, üçüncünü qorumaq üçün torpağa gəlincik basdır”.

2011-ci ilin martında Yaponiyada baş vermiş sunamidə insanlar iki, üç, bəzən isə bundan daha çox əzizini torpağa tapşırmağa belə macal tapmadı. Onları sel apardı, elə bütün gəlincikləri də. İtkin düşən və ölənlərin sayı 20 min nəfərdən çox idi. Yarım milyondan çox yapon evsiz qaldı, ölkəyə 200 milyard dollar ziyan dəydi. Bütün bu hadisələrin fonunda paranormal hadisələr, kabuslarla qarşılaşmalar Yaponiyadakı faciənin uzun müddət unudulmamasına rəvac verdi.
İnsanlar sunamidə itirdikləri əzizlərini aylarla axtarır, onlardan bir xəbər bilməyə çalışırdılar, onların ruhları isə küçələrdə gəzişirdi. Ruhlarla fövqəltəbii qarşılaşma ən çox taksi sürücülərinin başına gəlib.

Bəs sunamidən sonra ruhların şəhərin küçələrində gəzməsinə səbəb nə idi?

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:



Bütöv.az
30-12-2021, 20:46
Bankdan çıxan şəxsi izləyərək başından yaraladı - VİDEO

Bakıda bankda pul xırdalayıb çıxan vətəndaşa qarşı quldurluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Bütöv.az-a verilən məlumata görə, hadisə dekabrın 23-də Nizami rayonunda baş verib. Hadisədən əvvəl metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən banklardan birinə daxil olan zərərçəkən 10 min manat dəyərində ABŞ dolları xırdalayıb. Daha sonra naməlum şəxs bankdan çıxan zərərçəkəni izləyərək onun baş nahiyyəsinə dəmir parçası ilə vuraraq pulu götürüb və hadisə yerindən yayınıb. Zərərçəkən ərazi üzrə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə məlumat verəndən sonra hadisəni törədən şəxsin axtarışlarına başlanılıb.

Əməliyyat-axtarış nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Rafiq Kərimov tutularaq istintaqa təqdim edilib. O, ifadəsində həmin gün zərərçəkənin pul xırdaladığını müşahidə edəndən sonra onu izlədiyini bildirib. Zərərçəkən sanitar qovşağına gedən zaman isə ona hücum edərək pulu ələ keçirdiyini etiraf edib.

Cinayət baş verən vaxt həmin şəxsin görüntüləri ərazidə olan müşahidə kameraları vasitəsi ilə də görüntülənib.

Fakta bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

30-12-2021, 15:55
Baş Qərargah rəisi Kəlbəcərə getdi - FOTO - VİDEO

Müdafiə nazirinin tapşırığına əsasən müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Kəlbəcər rayonunda dislokasiya olunan hərbi hissələrdə olub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun Baş Qərargah rəisi birləşmənin qərargah heyəti və hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olub, yeni istifadəyə verilmiş yeməkxanaya baxış keçirib.

Baş Qərargah rəisi Ermənistanla dövlət sərhədində 3400 metrədək hündürlükdə xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraiti ilə maraqlanıb, komanda-müşahidə məntəqəsindən qarşı tərəfin fəaliyyətini izləyərək döyüş növbətçiliyinin təşkili və aparılması ilə bağlı əlavə göstərişlər verib.

Hərbi qulluqçularla birlikdə nahar edən Baş Qərargah rəisi onların qayğıları ilə maraqlanıb, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib.

Sonda xidmətdə fərqlənən hərbi qulluqçulara müdafiə naziri adından qiymətli hədiyyələr təqdim olunub.





Bütöv.az
30-12-2021, 15:38
İllərdir axtarışda olan “Akula Akif” Mövlam Şıxəliyevin cinayət işində üzə çıxdı

2 aydan artıqdır ki, Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə istintaqı davam edir. Cinayət işi üzrə 32 zərərçəkən və dünyasını dəyişən 4 zərərçəkənin hüquqi varisləri var.

Bütöv.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, məhkəmə açıq elan edilsə də, hakim Elbəy Allahverdiyev mətbuat nümayəndələrini prosesin keçirildiyi zala buraxmır. Proses faktiki olaraq qapalı keçirilir. Təqsirləndirilən şəxslərdən yalnız Mövlam Şıxəliyev həbsdədir. Digər təqsirləndirilən şəxslər barəsində həbslə əlaqəli olmayan qəti imkan tədbiri seçilib.

İş üzrə zərərçəkənlərə 20 milyon manatdan artıq ziyan dəydiyi təsbit olunub, lakin təqsirləndirilən şəxslərin cəmi 7 milyonluq əmlakları müəyyən edilərək müsadirəyə təqdim olunub.

Cinayət işi üzrə istintaqda adı keçənlərdən biri də hazırda İnterpolun axtardığı Akif Mustafayevdir. Hazırda Fransada gizləndiyi ehtimal olunan Akif Mustafayev özünü iş adamı kimi tanıtsa da, ölkədən qaçaq düşməsindən sonra barəsində yayılan məlumatlarda əslində onun əsas vəzifəsinin imkanlı iş adamları haqda MTN-dəki mütəşəkkil cinayətkar quldur dəstəyə dosye toplayıb çatdırmaqdan ibarət olduğu deyilirdi.

Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Anar Sadıx oğlu Heydərovun ifadəsini “Akula Akif”in barəsindəki məlumatları təsdiqləmiş olur.

Anar Heydərov ifadəsində deyib ki, 2004-cü ilin sentyabrında “İT Solition” MMC-ni təsis edərək sahibkarlıq fəaliyyət ilə məşğul olmağa başlayıb. Şirkətin fəaliyyəti infomasiya texnologiyaları, proqram təminatı, mühafizə sahələri ilə bağlı olub. 2010-cu ilin təxminən yanvar ayında dostu Aydın onu Bakı Əyləncə Mərkəzində Akif Mustafayevlə tanış edib. Sonuncu özünü sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən yaxın dostu kimi təqdim edib. Respublikada istənilən məsələni həll etməyə qadir olan şəxs kimi tanıdıb. Sonradan bir neçə dəfə onun işlədiyi ofisə gəlib müxtəlif məzmunda söhbətlər aparıb, hətta rəhbərlik etdiyi şirkətin 5 il ərzində MTN-in maddi texniki təminat şöbəsi ilə müqavilə bağlayaraq MTN-in inzibati binalarında yanğından mühafizə sisteminə xidmət göstərilməsi işlərini götürməsinə Akif kömək edib.

2010-cu ilin əvvəllərində Akif Mustafayev ona tez-tez xarici ölkələrə səfər etdiyini deyib və Şengen vizaları aldığına görə onu “İT Solition” MMC-yə işə götürməyi xahiş edib. Anar Heydərov da razılaşaraq Akif Mustafayevin adını satış meneceri kimi rəsmiləşdirib, əmək müqaviləsi bağlayıb.

Zərərçəkən deyir ki, 1 il sonra əvvəldən tanıdığı “Texnika, Bank”ın Müşahidə Şurasının sədri Etibar Əliyevin sifarişi əsasında bank üçün 2011-ci ildən başlayaraq 210 ədəd ödəmə köşkləri quraşdırıb və banka təhvil verib. Lakin 2012-ci ilin fevral-mart aylarında Etibar Əliyev MTN əməkdaşları tərəfindən tutulduqdan sonra bankın ona ödənilməmiş 1 milyon 980 min manat borcu qalıb. Akif Mustafayevlə tez-tez görüşdükləri üçün bu barədə onun xəbəri olub. Bir dəfə Akif Mustafayev ona MTN-in idarə rəisi Füzuli Əliyevin zəng edərək Anar Heydərovun Etibar Əliyevin oğlu ilə tez-tez telefon danışıqları olduğuna görə onu tutmaq istədiklərini deyib və ona kömək edəcəyini bildirib.

“Akif Mustafayevə görə gəldim, qurban olasan bu kişiyə, yoxsa səni də Etibar Əliyevlə tutacaqdım”

Bundan bir neçə gün sonra, 2012-ci ilin təqribən mart ayında Füzuli Əliyev onun işlədiyi ofisə gələrək söhbət zamanı “mən heç bura gəlməyəcəkdim, Akif Mustafayevə görə gəldim, qurban olasan bu kişiyə, yoxsa səni də Etibar Əliyevlə tutacaqdım" demiş, lakin ondan pul tələb etməmişdi. Bu söhbətdən 2-3 gün sonra Akif ona ”"TexnikaBank"ın sənə olan borcunu qaytartdıracam, bu pulu məndən başqa heç kim sənə onsuz da qaytara bilməyəcək, 500 min manat mənə pul verərsən" deyə təklif edib. O da məcbur olub razılaşıb. Həqiqətən, bir neçə ay müddətində “TexnikaBank” tərəfindən həmin məbləğdə pul ona qaytarılıb. Belə ki, 16 may 2012-ci il tarixdə həmin bankın idarə heyətinin sədri Samir Hüseynovla 2 milyon 336 min 400 manat məbləğdə müqavilə bağlayıb, müqavilənin şərtlərinə görə, bankın ona borclu olduğu pul ödənilməli imiş. Bundan sonra onun rəhbərlik etdiyi şirkətin “TexnikaBank”dakı olan hesabına 1 milyon 980 min manat pul köçürülüb, həmin pulun 650 min manatı “TexnikaBank”dan olan kreditə görə silinib. Qalan məbləği isə hissə-hissə nağdlaşdırıb 2012-ci ilin iyul ayının axırlarına kimi bankdan götürüb. 23 may 2012-ci ildə şirkətinin Bakı şəhəri, Z.Bünyadov prospekti 86 B ünvanında yerləşən ofisində öz otağında birinci dəfə 200 min manat, 2-ci dəfə 29 may 2012-ci il tarixdə 150 min manat, 3-cü dəfə 31 may 2012-ci il tarixdə 150 min manat Akif Mustafayevə şirkətin meneceri Rəşad Hüseynovun yanında pul verib.

2013-cü ilin yanvar ayında Akif ona Cahangir Hacıyevlə görüşdüyünü, sonuncunun “”TexnikaBank"ın Anar Heydərova ödədiyi pulu geri qaytarmaq lazımdı, mən Anar Heydərova 4 milyon manat kredit verəcəm, bir hissəsini “TexnikaBank”a ödəyin, qalan hissəsini isə istifadə edib faizlərini qaytarın" dediyini bildirir. İş adamı buna etiraz etdikdə isə Akif hədə-qorxu gələrək “başına oyun açarıq, həbs olunarsan, o pulu biz almışıq, biz də qaytarmalıyıq, sən heç bir zərər görməyəcəksən, hamısını ”Beynəlxalq Bank" qaytaracaq" deyib.

Zərərçəkənin ifadəsində qeyd olunur ki, həmin ərəfələrdə 050 211 03 04 və ya 050 206 66 66 saylı mobil nömrələrindən birinə zəng edilməklə onu 2013-cü ilin yanvar ayında MTN-in İstintaq Baş İdarəsindən adı yadında qalmayan müstəntiq çağırıb dindirdikdən sonra otağa Təhsin Ağayev daxil olaraq “sən indi generalın yanına gedəcəksən” deyib və onu Mövlam Şixəliyevin otağına aparıb. Təhsin Ağayevi əvvəllər tanımayıb, aralarında hər hansı məzmunda danışıq olmayıb, sonradan da Təhsinlə ünsiyyəti olmayıb. Mövlam Şixəliyev onu təxminən 5 dəqiqə ərzində təklikdə qəbul edib və “mən bilmirdim sən Akiflə yaxınsan, mən Akifə demişəm, o özü sənə deyəcək, get 2-3 günə məsələni həll elə” deyib.

Mövlam Şixəliyevin otağının sahəsi təxminən 70-80 kvadrat metr imiş. Girişdən üzbəüz geniş “T” formalı iş masası, iş masasının arxasında mebel, girişdən sol divar boyu küçəyə baxan iri ölçülü pəncərə olub.

İfadədən sitat: “Xüsusilə də kabinetin ”salat" rəngli, divar kağızı timsah dərisi dizaynında olması diqqətimi çəkdi, həmin görüşdə Mövlam Şixəliyev mülki geyimdə idi".

Zərərçəkən həmin gün MTN-in inzibati binasından çıxandan sonra Mövlam Şixəliyevin onu tutacağından narahat olub, həmin vaxt Mövlamın onu Akiflə dost olduğuna görə sərbəst buraxdığını hesab edib, sonradan bütün olanların hamısının bir “oyun” olduğunu, Mövlamın, Akif və Elşad Mahmudzadə ilə əlbir olub onun başına oyun açdıqlarını başa düşüb. Mövlamın yanından çıxdıqdan sonra Akiflə “Qurd qapısı” restoranında təxminən yarım saat ərzində görüşüb, Mövlam Şixəliyevlə görüşü barədə danışıblar.

Akif məsələni danışıb həll etməsi üçün MTN-in Elşad Mahmudov adlı idarə rəisinə onu tapşıracağını deyib, həmin gün axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Statistikanın kruqu” deyilən yerdə yerləşən “Maestro” restoranında Akif və Elşad adlı şəxslə görüşüb. Elşad ona kömək etmək üçün Mövlamla danışıb xəbər edəcəyini deyib. Növbəti gün eyni restoranda yenidən eyni tərkibdə görüşəndə Elşad Mövlamla danışdığını, onun tutulmaması üçün Mövlamın 500 min dolları istədiyini deyib.

Lakin o, Akifə 300 min dolları verə biləcəyini deyib, həmin məbləğə Mövlamı razı salmalarını Akif və Elşaddan xahiş edib. Elşad axşam Mövlamla görüşüb parkda gəzəndə sonuncu ilə danışıb razı salmağa çalışacağını bildirib. Sonrakı gün də yenə də eyni yerdə, eyni tərkibdə görüşüblər və o, özü ilə gətirdiyi 300 min dollar pulu Elşada verib. Pulu Elşadın tünd göy rəngli “Mercedes Benz E class” markalı, 088 dövlət qeydiyyat nişanlı avtomobilinin baqajına qoyub və Elşad gedib. Bunun ardınca Akif ona Elşadın neçə gündür Mövlamı onun işinə görə razı salmaqdan ötrü əziyyət çəkdiyinə görə Elşada da “hörmət” kimi heç olmasa 10 min manat pul verməsini istəyib.

“Pul çatdı və müstəntiq ”sənin məsələn bağlandı" dedi"

O da həmin vaxt üzərindəki əl çantasında olan 10 min manat pulu Elşada çatdırması üçün Akifə verib. Həmin pulu Akifin Elşada verdiyini sonradan Elşadın ona həmin pula görə təşəkkür etməsindən bilib. Elşadın da pulu Mövlama çatdırmasını ikinci görüş zamanı müstəntiq Mətləbin ona “sənin məsələn bağlandı” deməsindən bilib. Belə ki, Mövlam Şixəliyevin ondan Akif Mustafayev və Elşad Mahmudzadənin vasitəsilə tələb etdiyi 300 min dolları verdikdən bir müddət sonra ifadəsində dəyişiklik edilməsi məqsədilə xatırlamadığı MTN əməkdaşı zəng edərək onu quruma çağırıb.

2-ci görüşdə o, ancaq müstəntiq Mətləbin qəbulunda olub ifadəyə imza edib. Mətləb ilk görüşlə müqayisədə onunla daha mülayim və xoş davranıb, “sənin məsələn bağlandı” deyib. Buna baxmayaraq, Mətləbin özü ilə arasında hər hansı pul söhbəti olmayıb, o, Mətləbə Mövlam Şixəliyevə çatdırmaq üçün Akif və Elşada pul verdiyini bildirməyib.

Zərərçəkən ifadəsində deyib ki, Mövlam Şixəliyevin qəbulunda cəmi bir dəfə olub.

Anar Heydərov deyib ki, bundan sonra o, həmçinin məcbur olub Akif Mustafayevin “Azərbaycan Beynəlxalq Bank”ı ASC-dən 4 milyon manat kredit götürməsi təklifi ilə də razılaşıb:

- 5 iyul 2013-cü ildə Akif Mustafayevin təşkilatçılığı əsasında “Azərbaycan Beynəlxalq Bank”ının Sumqayıt filialı ilə 4 milyon manat kreditin götürülməsi barədə müqavilələrə imza etdi. Əslində isə həmin vaxt ayrı bankda kredit xəttim vardı. Buna görə də “Beynəlxalq Bank”dan əlavə kredit xəttinə heç bir ehtiyacım yox idi. 5 iyul 2013-cü ildə “Beynəlxalq Bank”dakı hesabıma 2 milyon 500 min manat pul mədaxil olundu. Həmin pul rəhbərlik etdiyim şirkət tərəfindən verilmiş bank çek kitabçası vasitəsilə İlqar Hüseynov tərəfindən Pribaltika ölkələrindən hansındasa yerləşən ofşor şirkət olan “City Port Contracts LP”nin hesabına köçürüldü. Daha sonra isə həmin ofşor şirkət tərəfindən 2 milyon 357 min manat (həmin pulun 0,3 faizi xidmət haqqı, 1 faiz isə ofşor şirkətdən pulun köçürülmə haqqı olub) “Texnika Bank” ASC-yə köçürüldü. 1 milyon 643 min manat pul rəhbərlik etdiyim şirkət tərəfindən götürülərək biznesin inkişafına xərcləndi. 2013-cü ildə dostu Aydın Cəfərovla birlikdə “VİP Həyat” MMC-ni təsis edərək kosmetoloji malların Azərbaycana idxalı və pərakəndə satışını həyata keçirmək barədə razılaşdıq. Lakin Akif Mustafayev bu razılaşmadan xəbər tutan kimi həmin şirkətə şərik olmağı tələb etdi. Hədə-qorxu gəldi deyə onunla razılaşmağa məcbur olduq və 50 faiz payı onun dayısı oğlu Orxan Alik oğlu Məcidovun adına təsisçi kimi rəsmiləşdirdik. 25 faiz Akif Mustafayevin bacısı oğlu Arif Novruz oğlu Şükürov təsisçi kimi rəsmiləşdirildi. 25 faiz isə Aydın Eldar oğlu Cəfərovun həyat yoldaşının adına rəsmiləşdirilib. Şirkətin biznes ideyası Aydına, invenstisiya qoyulan 700 min manat pul isə ona aid olub. Şirkət İzrailin “Deşeyl” şirkətinin istehsalı olan kosmetoloji malların ölkədə satışını həyata keçirib. 2014-cü ilin oktyabr ayında Akif Mustafayev onu 45 faiz ona, 45 faiz Akifə və 10 faiz Aydına məxsus olmaqla həmin şirkətin yeni Nizamnaməsini tərtib etməyə məcbur edib. 2015-ci ilin dekabr ayından həmin şirkət fəaliyyətini dayandırıb.
30-12-2021, 14:54
Vüqar Kərimov hələ də İŞ BAŞINDADIR... -  VIDEO

Hirkan Milli Parkının Şindan meşəbəyliyinin meşə fondu torpaqlarında ucqar dağ kəndlərindən gələn vətəndaşları məsgunlaşdırırlar. Həmin vətəndaşları da öyrədirlər ki, əgər buralara yoxlama gəlsə, o zaman dəyərsiz ki, çoxdan burada məskən salmışıq. Halbu ki, orada kəsilmiş ağaclar və yerlərində əkilmiş sitrus ağacları yeni əkinlənlərdir.

Bütöv.az xəbər verir ki, bu barədə azinfo.tv saytı məlumat yayıb.

Bu tendensiya meşə ərazisində kütləvi şəkildə baş alıb gedir. Ata-baba yolu ilə Astaraya gedəndə Meşə ərazisində ayrı- ayrı vətəndaşlar tərəfindən meşə fondu torpaqlara müdaxilə açıq şəkildə görünür. Nədənsə, bunu 1 saylı Regional Ekologiya idarəsinin əmıkdaşları görmək istəmir. Hirkan Milli Parkınının bütün dolayılarında kütləvi qırıntılar var. Amma bunlara nəzarət edən yoxdur ekologiya işçiləri bunlara nəzarət etmir. Bu qırıntıları Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimovun tapşırıqı ilə və 1 saylı REİ-nin rəisi Şakir Quliyevin əli ilə törədildiyi deyilir. Və işçilər tam rahat şəkildə öz ərazilərində ağacları kəsib, və material kimi Masallıda olan sexlərə satıllar. Yollada 1saylı Regional Ekologiya İdarəsinin işçiləri sözügedən material maşınlarını müşahidə edir.

Qarşı tərəfin də mövqeyini işığlandırmağa hazırıq..

30-12-2021, 14:51
Ərdoğan Azərbaycanla bağlanan iki sənədi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanan iki sənədi təsdiqləyib.

Bunlar 2012-ci il mayın 10-da Bakıda imzalanan “Türkiyə Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Protokol” və 2021-ci il 25 iyunda İstanbulda imzalanan “Beynəlxalq avtomobil daşımaları üzrə Türkiyə-Azərbaycan Qarışıq Komissiyası iclasının Protokolu”dur.

Mənbə: Resmi Gazete

Bütöv.az
30-12-2021, 14:48
Siyavuş Novruzovdan ÇAĞIRIŞ: Tövbə edin! - VİDEO

Milli Məclisin iclasında deputat Siyavuş Novruzov Azərbaycandan qaçaraq Avropaya köçmüş bəzi şəxslərə çağırış edib.

Bütöv.az-ın məlumatına əsasən, deputat bildirib ki, törətdiyi əməllərə və səhvlərə görə ölkədən qaçıb Avropada yaşayanlar hamısı gəlib Prezident İlham Əliyevdən üzr istəyəcəklər, kömək diləyəcəklər.

“Tövbə qapıları hər zaman açıqdır. Onlar gəlib tövbə edə bilərlər”, - deyə Siyavuş Novruzov əlavə edib.



30-12-2021, 14:37
Milli Məclisdə komissiya yaradıldı

“Milli Məclisdə Dünya Azərbaycanlılarına müraciətlə əlaqədar redaksiya komissiyası yaradılıb”.

Bütöv.az bildirir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, komissiyanın sədri Fəzail İbrahimlidir.

“Komissiyaya ümumilikdə yeddi nəfər daxildir. Könül Nurullayeva, Elşən Musayev, Ceyhun Məmmədov, Afət Həsənova, Şahin Seyidzadə, Eldar Quliyev komissiya üzvləridir”, - deyə o əlavə edib.
30-12-2021, 14:34
İlham Əliyev və Mehriban Əliyeva Bakıda yeni təmir olunmuş parkda - FOTO - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva “Nizami Gəncəvi” adına mədəniyyət və istirahət parkında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

Bütöv.az xəbər verir ki, Bakının Xətai rayonunda 11,2 hektar ərazisi olan parkda paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının səmərəli istirahəti üçün hər cür şərait yaradılıb.

Mövcud park və xiyabanların yenidən qurulması və yenilərinin salınması Bakının müasir görünüşünə və ekoloji vəziyyətinə müsbət təsir edən əsas amillərdəndir. “Nizami İli”nin sonunda dahi mütəfəkkirin adını daşıyan parkın yenidənqurmadan sonra istifadəyə verilməsi həm də rəmzi olaraq xüsusi məna kəsb edir.

Bir vaxtlar “Luna Park” adı ilə məşhur olan ərazi uzun illər baxımsız qalmışdı. Ətraf ərazilərdə yaşayan sakinlərin sevimli istirahət məkanı olan parkda əsaslı yenidənqurmaya zərurət yaranmışdı. Bu məsələ Prezident İlham Əliyevin 2021-ci il 19 aprel tarixli Sərəncamı ilə həllini tapdı.

Qeyd edək ki, 1922-ci ildə salınmış parkın şəhərin estetik görünüşünə uyğunlaşdırılması məqsədilə onun ərazisində yerləşən bir və iki mərtəbəli inzibati binalarda əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib, süni göl yaradılıb, amfiteatr və 1938-ci ildən mövcud olan yay kinoteatrı yenidən qurulub, iki fəvvarə kompleksi və müasir tipli işıqlandırma sistemi yaradılıb. Parkda müasir söhbətgahlar, müxtəlif ölçülü oturacaqlar, idman qurğuları quraşdırılıb, uşaq əyləncə kompleksi yaradılıb. Yay kinoteatrının qarşısında çay daşlarından qədim tipli yeni qala divarı tikilib. Parkın ərazisində yaşıllaşdırma işləri görülüb, minlərlə ağac-kol və dekorativ bəzək bitkiləri əkilib.





����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!