Pakistanın Baş naziri İlham Əliyevə təşəkkür etdi .....                        İlham Əliyevdən Albaniya ilə bağlı sərəncam .....                        Azərbaycan İsraildə səfirlik açır - Prezident təsdiqlədi .....                        Allahın təkliyinə inam və ilahi eşq .....                        ABŞ “Pəncə-Qılınc” əməliyyatına görə Türkiyəyə xəbərdarlıq edib .....                        Fransaya qarşı etiraz kampaniyası .....                        Erməni silahlı dəstələrinə məxsus kvadrokopter ələ keçirilib .....                        “Luqanskdakı morqlar meyitlərlə dolub-daşır” - Baş Qərargah .....                        Türkiyəni var gücümüzlə dəstəkləyirik - Zakir Həsənov .....                       
31-12-2021, 20:21
“Yaşamağa dəyən ziyalı ömrü”

Ömrün hər anı gözəldir. Bəzən insan ömrünü təbiətin fəsilləri ilə müqayisə edirlər və deyirlər ki, fəsillərin hər birinin özünəməxsus özəllikləri və gözəllikləri olduğu kimi insan ömrünün də hər anı, hər dövrü gözəldir.
Həyat kredosu milli maraqlar və ümumbəşəri dəyərlərə sədaqət ruhunda qurulan insanların mənəvi dünyasının zənginliyindən irəli gələn həyat fəlsəfəsini anlamaq, onları bir şəxsiyyət olaraq təsvir etmək elə də asan iş deyil. Lakin inkaredilməz bir həqiqət də vardır. Gərəkli, parlaq və layiqli ömür yaşayan insanlar cəmiyyətdə hər zaman yüksək dəyərləndirilirlər.
Bu gün əziz dostumuzun – 75 illik mənalı ömrünü Vətəninə, dövlətinə, xalqına həsr edən Rafiq Yəhya oğlu Əliyevin yubileyi ərəfəsində onun haqqında ürəyimizdən keçənləri yazmaq istədik. Rafiq müəllim çox mənalı və səmərəli bir həyat yolu keçmişdir. Tələbə vaxtlarından elmlərin şahı olan fəlsəfəyə meyl göstərmiş və bu istək onu sonralar bu sahənin görkəmli biliciləri sırasına gətirib çıxarmışdır. Fəlsəfə elmləri doktoru, professordur. 18 kitabın və 250-dən artıq elmi məqalənin müəllifidir. “Səmimi söhbət”, “Varlığın sirləri”, “Yoxsulluq, Diktatura, Ədalətsizlik”, “Romantizm körpəsi”, “İslamda ailə-nikah münasibətləri” və bir sıra digər kitabları cəmiyyətdə böyük maraqla qarşılanmışdır. Onun hərəsi 1200 səhifəlik 124 min söz və ifadədən ibarət “Ərəbcə-Azərbaycanca” və “Azərbaycanca-ərəbcə” lüğətləri Azərbaycan ərəbşünaslığında ilk hadisədir və çox dəyərli bir tərcümə vəsaitidir...
Bu əsərlər müəllifin klassik və çağdaş fəlsəfə elminin dərinliklərinə nüfuz edən akademik araşdırmalarının nəticələri olaraq ərsəyə gəlib. Burada qaldırılan məsələlər təkcə müəllifin irəli sürdüyü fərdi məhdud fikirlər deyil, ümumən cəmiyyətin əksər hissəsini düşündürən, maraqlandıran problemlərdir. Onun ədəbi yaradıcılığı üç dildə (azərbaycan, rus,ingilis) nəşr olunan əsərlərindəki təbii təsvirlər insanlar arasındakı səmimi pıçıltıya, söhbətə bənzəyir. Düşünən və düşündürən, həyatın axarını, fəlsəfəsini dərk etməyə kömək edən bu əsərlər sadəcə oxunmur, su kimi içilir. Onun adi söhbətlərdə istifadə etdiyi aforizmlər, müdrik kəlamlar bircə anda insan beyninə həkk olunur. Məhz bu cür yüksək zövqlü məziyyətlərinə görə onun əsərləri fəlsəfi fikir dünyasında müəllifinə özünəməxsus mövqe qazanıb. Bu da əlamətdar faktdır ki, onun kitablarının xeyli hissəsi (səkkiz ədəd) ingilis dilinə tərcümə olunub, ABŞ-ın “Trafford Publishing” (www.Trafford.com) nəşriyyat evində çap edilərək geniş internet şəbəkəsində satışa çıxarılıb və kifayət qədər auditoriya toplayıb. “Hakimiyyət, cəmiyyət və din” kitabı isə ABŞ-da 2013-cü ildə nəşr olunan kitablar müsabiqəsində ən yaxşılar sırasında yer alıb və “Qızıl möhür” medalına layiq görülüb.
Elmi fəaliyyəti ilə yanaşı, o, bir sıra məsul vəzifələrdə də çalışıb, etimad göstərilən bütün sahələrdə ləyaqətli və səmərəli fəaliyyəti ilə fərqlənib. Azərbaycan Milli Elmler Akademiyasının Şərqşünaslıq İnstitutunda beynəlxalq əlaqələr üzrə direktor müavini qismində işləyib. Son vəzifəsi Azerbaycan Milli Elmler Akademiyası Rəyasət Heyətinin qərarı ilə təsis olunmuş Qafqazda İslam Araşdırmaları mərkəzinin direktorudur. 2001-2006-cı illərdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbərlik edib. 2006-cı il iyunun 27-dən “İrşad” İslam Araşdırmalar Mərkəzinin direktorudur. “Dünyada sülh uğrunda” Professorlar Akademiyasının və Beynəlxalq Dinlərarası Dialoq Komitəsinin üzvüdür.
Bu məlumatlar Rafiq Əliyevin həyatının hamıya bəlli olan səhifələridir. Lakin biz düşünürük ki, Rafiq müəllimin onu daha çox xarakterizə edən insani keyfiyyətlərindən söhbət açmaq da oxucular üçün maraqlı olardı. Çünki Rafiq müəllimin daxili mənəvi zənginliyi, böyük mədəniyyəti, etikası, milli dəyərlərə sadiqliyi, yüksək erudisiyası, nəcib davranış tərzi hər zaman diqqəti cəlb edir. Rafiq müəllimin tanıdığı hər bir insanın, hər bir dostunun qəlbində özünəməxsus hörməti, izzəti, dəyəri və məhəbbəti vardır. Onunla hər bir söhbət, hətta adi telefon zəngi belə sənə nəsə öyrədir, səndə ancaq müsbət emosiya, müsbət enerji yaradır. Ən başlıcası isə səni ən çətin anlarda belə ruhdan düşməyə qoymur, daxilində bir ümüd çırağı yandırır və sən şüuraltı olaraq həyatın nə qədər gözəl və mənalı olduğunu bir daha dərk edir və istər-istəməz bu hissləri keçirirsən: “Hələ yaşamağa dəyər dünyada!”
Yeri gələndə o, saatlarla söhbət etməyi bacarır, amma həm söhbətlərində, həm elmi məqalələrində və kitablarında fəlsəfi düşüncələrində və bunları ifadə tərzində konkretliyi, yığcamlığı sevir, az sözlə dərin fikirlər aşılaya bilir.
Rafiq müəllim sadəcə dərin və əhatəli biliklərə malik alim deyil, həm də ziyalı sözünə, ziyalı məfhumuna yaraşıq verən bir insandır. Onun fəlsəfəsi, həyata, hadisələrə, insanlara baxışları tanıdığımız dostların, insanların hamısından fərqlidir. Hər hansı məsələ ilə bağlı müzakirələrdə zaman və məkandan anlayışlarından asılı olmayaraq əksər hallarda onun daha məntiqli fikirlərinə görə əksəriyyət onunla hesablaşır və razılaşır. Onun savadı və gözəl nitq mədəniyyəti, təmiz diksiyası insanı ahəngruba kimi özünə çəkir. Bir neçə dili, o cümlədən ərəb və rus dillərini mükəmməl bilən bu insanın heç vaxt bildikləri ilə öyündüyünü görmək və ya hiss etmək mümkün deyildir. Əksinə, onun ətrafındakılarda sıxıntı yox, rahatlıq, sərbəstlik, ürəyindəkiləri səmimiyyətlə açıb söyləmək tərzi ancaq qibtə doğurur. Hərdən düşünürsən ki, bu həssas insan görəsən Qarabağ sənətkarları kimi muğam ustası olsaydı muğamın çalarlarını, daha doğrusu fəlsəfəsini onu dinləyənlərə nə qədər incəliklə çatdırardı. Görünür, bu da onun doğulub boya-başa çatdığı gözəl Qarabağın abu-havasından doğur. Moll Pənah Vaqif demişkən: “Külli Qarabağın abu-həyatı, nərminazik bayatıdır, bayatı”.
Rafiq Əliyev Vətən, yurd sevgisinin də özünəməxsus ifadə tərzi var. Hər dəfə onun çalışdığı, hətta yaşadığı, ən azından Roma Papasının Bakıya səfər edərkən özünə iqamətgah kimi seçməsi ilə yadda qalan “İrşad” otelinin qarşısından keçərkən il boyu gül açan, onun özünün üstündə əsərək körpə uşaqlar kimi bəslədiyi Qarabağ qızılgüllərini seyr edəndə göz oxşayan bu gözəlliyə görə ona əhsən demək istəyirsən.
Neçə illərdir Rafiq müəllim Qarabağın yurd ətrini bu qızılgüllərdən alır desək, yanılmarıq. Bu güllərin payızda da, qışda da solmadığının və təzə-tər qalmağının səbəbini ondan soruşanda zarafatla deyir: yəgin mənim məhəbbətim qoymur bu gülü solub-saralmağa. Gülü, çiçəyi sevən insanların qəlbində heç vaxt kin küdurət, naqislik olmaz. Onu tanıyandan, onunla ünsiyyətdə olandan sonra bunun həqiqət olduğuna bir daha inanırsan. Rafiq Əliyevin qəlbində, ruhunda həmişə bahar həvəsi, bahar nəfəsi var. Uzun illər belə enerjili, cavan qAalmağının səbəbi də bəlkə elə bundadır.
Sözsüz ki, Rafiq müəllimin bu uzun ömürlülüyünün və sağlamlığının bir sirri də ömür-gün yoldaşı Nüşabə xanımın qayğıkeşliyi və gözəl övladlarının onlara bəxş etdikləri sevincdir.
Bu ömür, gün zirvəsində, ömrün müdriklik çağında, daha doğrusu, pilləsində onu tanıyan, sevən insanların bir istəyi, bir arzusu ola bilər, o da hamımızın sevimli dostu olan Rafiq müəllimin ömrünün daim çiçəkli olması, gözəl alim kimi bizi yeni əsərləri ilə sevindirməsi, nəzərdə tutduğu bütün işləri tamamlaması ola bilər. Buna inanırıq və bir də deyirik: Rafiq Əliyev ömrünü yaşamağa dəyər dünyada.

Ad günün və yubileyin mübarək, Rafiq müəllim!

Natiq İsayev,
İsrafil Qurbanov,
Rövşən Ağayev
31-12-2021, 19:54
Təbrik edirik!

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi münasibətilə və pedaqoji kadrların hazırlığı sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Müasir Azərbaycan dili kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Yeganə Qürbət qızı Qəhrəmanova Azərbaycan Respublikasının Təhsil nazirinin əmri ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı" ilə təltif edilib.
"Bütöv Azərbaycan" qəzeti ilə əməkdaşlığını nəzərə alaraq, redaksiyamızın kollektivi də Yeganə xanımın uğuruna sevinir, ona pedaqoji fəaliyyətində və yaradıcılıq sahəsində uğurlar diləyir.
Hər yeni ili xoş xəbərlərlə qarşılamasını arzulayır.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!