Tarix : 15-12-2021, 13:50
 
 Türkiyə kəşfiyyatı və ordusu İraqın şimalındakı Gara bölgəsində PKK/KCK terrorçularına qarşı birgə əməliyyat təşkil edib.Bütöv.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, əməliyyat zamanı 6 terrorçu məhv edilib. Açıqlamaya görə, axtarışlar davam edir. Terrorçuların yerinin müəyyən edilməsi üçün hava qüvvələri də fəal dəstək verir.
 
 Paylaş
  Bölmə: Turan / Dünya