Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
20-12-2021, 19:57
Son sutkada vaksin olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 77 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 49, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 066 951, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 140 918, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 641 918, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 284 115 təşkil edir.

Bütöv.az
20-12-2021, 16:26
Rafael Ağayev ilk qızıl medalından danışdı: “Anam yol pulum üçün qızıllarını satdı” - VİDEO

ARB TV-nin “Onun Sirri” verilişində Azərbaycan karateçisi, 5 dəfə dünya, 14 dəfə Avropa çempionu olan Rafael Ağayev qonaq olub.

Bütöv.az xəbər verir ki, “Qara brilliant” ləqəbli karateçi anasının yol pulu üçün qızıllarını satdığını etiraf edib:

“Rusiyada keçirilən yarışa getməyə yol pulumuz yox idi, Anam qızıllarını satdı. Yol pulumuzu düzəldib, atamla yola düşdük. Azərbaycandan kənarda ilk qızıl medalımı qazandım. Onu da anama hədiyyə etdim. Daha sonralar anama bir çox hədiyyələr aldım, amma anamın 32 qramlıq qızıllarının yerini heç bir hədiyyə verə bilməz”.

20-12-2021, 16:14
Abşeronda aptek sahiblərindən pul tələb etdilər - VİDEO

Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən apteklərdən birinin sahibi Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə şikayət edib.

Daxili İşlər Nazirliyindən Bütöv.az-a verilən məlumata görə, o, tanımadığı 2 nəfərin özlərini guya dövlət qrumlarından birinin əməkdaşları kimi təqdim edərək apteki yoxlamağa gəldiklərini və obyektin cərimə olunmaması üçün 1000 manat pul tələb etdiklərini bildirib.

Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən qanun pozuntusunu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Arif Məmmədov və Xaliq Rəhimov zərərçəkəndən pul almaq istəyərkən saxlanılaraq Qobu Polis Bölməsinə gətiriliblər. Araşdırma zamanı onların heç bir dövlət qurumunun əməkdaşları olmadıqları və özləri ilə gətirdikləri blankların, həmçinin vəsiqələrinin saxta olduğu müəyyən edilib.

Saxlanılan şəxslərin üzərində axtarış aparılan zaman hədə-qorxu yolu ilə əldə etdikləri pul vəsaiti və digər sübutlar aşkar olunaraq götürülüb. Arif Məmmədov və Xaliq Rəhimov ifadələrində etdikləri qanun pozuntusunu etiraf edərək eyni əməlləri paytaxtın Qaradağ, Suraxanı, Nərimanov və Yasamal rayonlarında fəaliyyət göstərən bəzi apteklərdə də törətdiklərini bildiriblər.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin Abşeron rayonu, eləcə də, paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

20-12-2021, 16:03
“Məktəb direktoru məktəbin öz içindən seçilməlidir” – Misir Mərdanov

“Mənə elə gəlir ki, direktorların imtahanla işə qəbulu artıq bir şeydir”.

KanalS.az xəbər verir ki, bunu APA-ya açıqlamasında keçmiş təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bildirib.

Onun sözlərinə görə, imtahanla hər şeyi qiymətləndirmək olmur: “İmtahanla hər hansı məqamda qiymətləndirmə mümkündür, amma hər zaman yox. Məsələn, idarəetmə qabiliyyəti, insanlara münasibət və s. məsələləri imtahanla qiymətləndirmək olmur. Mənə elə gəlir ki, hər bir məktəbin direktorunu cəmiyyət özü seçməlidir. İmtahan verib əla qiymət aldın, amma məktəbdə səni tanımırlarsa, o məktəbə necə rəhbərik edə bilərsən? Şəxsi fikrim budur ki, məktəb direktoru məktəbin öz içindən seçilməlidir. O məktəbdə işləyən ən nümunəvi, səriştəli müəllim direktor seçilməlidir ki, məktəbi də idarə edə bilsin”.

Bütöv.az
20-12-2021, 15:40
Emin Əmrullayev bugünkü sərəncamlara dair brifinq keçirəcək

Təhsil naziri Emin Əmrullayev Prezidentin bu gün imzaladığı müvafiq sərəncamlarla bağlı brifinq keçirəcək.

Təhsil Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, nazir Emin Əmrullayevin birifinqi 21 dekabr saat 10.00-da 6 nömrəli məktəb-liseyin akt zalında olacaq.

Xatırladaq ki, ölkə başçısı dekabrın 20-də təhsil sahəsinə aid bir sıra sərəncam imzalayıb. Bu sərəncamlarla uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə qaytarılıb, rayon Təhsil şöbələri ləğv edilib, regional təhsil idarələri yaradılıb.

Bundan başqa tələbələrin və doktorantların təqaüdləri də artırılıb.

Bütöv.az
20-12-2021, 15:34
Çavuşoğlu: “İstanbul-İrəvan aviareyslərinin icrasına yaxın günlərdə başlanılacaq”

“Türkiyə və Ermənistanın iki ölkə arasında münasibətlərin normallaşdırılması məsələləri üzrə xüsusi nümayəndələri yaxın vaxtlarda görüş keçirə bilər”.

Bununla bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
“Münasibətlərin normallaşdırılması prosesinin başlanması üçün xüsusi nümayəndələr təyin etdik. Yaxın vaxtlarda onlar danışıqlar aparacaqlar”, - deyə türkiyəli nazir bildirib.

O, həmçinin qeyd edib ki, İstanbul-İrəvan aviareyslərinin icrasına yaxın günlərdə başlanılacaq.

“Şirkətlər müraciətlər göndəriblər. Biz onları nəzərdən keçiririk. Onlardan bəziləri yaxın günlərdə uçuşlara başlayacaq. Bütün bu qərarları qəbul edərkən Azərbaycanla müzakirələri davam etdiririk”, - deyə Türkiyə XİN başçısı qeyd edib.

Mənbə: TASS

Bütöv.az
20-12-2021, 15:31
Dövlət bağçaları Təhsil Nazirliyinin tabeliyinə verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Sərəncam dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması məqsədilə imzalanıb.

Sənədə əsasən, yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib.

Bütöv.az
20-12-2021, 15:26
Rövnəq Abdullayev: “SOCAR əməkdaşlarının maaşları artırılacaq”

Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlarının əməkhaqqıları artırılacaq.

Bunu “Report”a açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

“Bizdə maaşlar minimum əməkhaqqının artırılmasına uyğun artırılır. Gələn ildən SOCAR-da maaşlarda yəqin ki, artım olacaq”, - deyə o qeyd edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin ötən həftə imzaladığı sərəncama əsasən, gələn il yanvarın 1-dən Azərbaycanda minimum əməkhaqqı 50 manat və yaxud 20 % artırılaraq, 250 manatdan 300 manata çatdırılıb.

Bütöv.az
20-12-2021, 15:24
Həştərxandakı Heydər Əliyev adına məktəbin müəllimləri təltif edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan şəhəri Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbinin müəllimlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Rusiya Federasiyası Həştərxan şəhəri Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbinin aşağıdakı müəllimləri “Tərəqqi” medalı ilə təltif edilib:

Auslender Raisa Markovna

Boqdyuk Larisa Anatolyevna

Maxmutova Yelena Borisovna

Melyuçenkova Anna Vyaçeslavovna.

Bütöv.az
20-12-2021, 15:21
Yubiley filmi: Dünya liderləri Prezident İlham Əliyev barədə danışdılar - VİDEO

Azərbaycan Televiziyası Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar sənədli film hazırlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, film “Prezident. Təkrarsız diplomatiya” adlanır.
Ekran işində prezidentlər, dövlət və hökumət başçıları, dünyanın aparıcı siyasi xadimləri, beynəlxalq təşkilatların rəhbərləri və nüfuzlu jurnalistlərin müsahibələri yer alır. Onlar Azərbaycan prezidentinin şəxsi keyfiyyətləri, prinsipial mövqeyi və qlobal liderliyini şərtləndirən xarakterik məqamları şərh ediblər.

Filmdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Prezident İlham Əliyevin Azərbaycan üçün gördüyü işlər barədə danışıblar.

R.T.Ərdoğan qeyd edib ki, İlham Əliyevlə davam edən inkişaf sayəsində Azərbaycan bölgədə cazibə mərkəzinə çevrilib.

V.Putin isə Azərbaycan Prezidentinin əsas məqsədinin öz ölkəsini, Azərbaycan xalqını xoşbəxt görmək olduğunu vurğulayıb.

N.Nazarbayev Azərbaycan xalqının müstəqillik illərində çətin şərtlər daxilində enerjili, müdrik liderin rəhbərliyi ilə inkişaf etdiyinə diqqət çəkib.

“Prezident. Təkrarsız diplomatiya” filmində Azərbaycanın iqtisadi arenadakı uğurlarından danışılıb, həyata keçirilən əhəmiyyətli layihələrdən bəhs edilib. Qeyd olunub ki, iqtisadi müstəqilliyin verdiyi güc siyasi müstəqilliyi möhkəmləndirib və ölkənin bir nömrəli probleminin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırıb.

Müzəffər Ali Baş Komandanın və ordusunun Vətən müharibəsindəki qələbəsinə filmdə xüsusi yer ayrılıb.

Vladimir Putin bununla bağlı müsahibəsində bildirib ki, İlham Əliyevin müdrikliyi hərbi əməliyyatların dayandırılmasına öz töhfəsini verib.

Filmin ideya müəllifi Rövşən Raqifoğlu, ssenari müəllifi Rüfət Həmzəyevdir. Montajı isə Qafar Məhərrəmova məxsusdur.

Film Prezident İlham Əliyevin doğum günü - 24 dekabrda saat 12:00-da, 16:00-da və 22:00-da AzTV-də yayımlanacaq.



Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!