Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
16-02-2022, 21:29
MİT və MOSSAD-dan ŞOK ƏMƏLİYYAT


İranın planının qarşısı belə alındı – MİT və MOSSAD-dan ŞOK ƏMƏLİYYAT
İranın İstanbulda israilli iş adamı Yair Gellerə sui-qəsd planlaşdırdığı xəbərindən sonra İsrail mediasından daha bir iddia gündəmə gəlib.
“Kanal 12” telekanalı İsrail kəşfiyyatının (MOSSAD) son iki ildə Türkiyədə yaşayan israillilərə qarşı 12 hücumun qarşısını aldığını iddia edib.
Məlumatda Türkiyə və İsrail arasında diplomatik münasibətlərin gərgin olmasına baxmayaraq, MOSSAD-la Milli Kəşfiyyat Təşkilatı (MİT) arasında son illərdə əlaqələrin gücləndiyi bildirilib. Məlumata görə, bu hücum planlarının əksəriyyəti İŞİD terror təşkilatı ilə bağlı olub və Türkiyədə yaşayan israilliləri hədəfə almaq məqsədi daşıyıb.
İranın nüvə proqramının memarı Möhsün Fəxrizadənin qisasını almaq üçün israilli iş adamı Yair Gellerin hədəfə alındığı sui-qəsd planının qarşısının da MİT-lə birlikdə alındığı deyilib.
16-02-2022, 21:22
Rusiya ilə müzakirənin ən yaxşı yolu

Rusiya ilə raket və hücum silahlarını müzakirə etməyin ən yaxşı yolu birbaşa danışıqlardır. Bu açıqlama ilə NATO Baş katibi Yens Stoltenberq çıxış edib. “NATO Rusiyanı təhdid etməyən müdafiə ittifaqıdır. Biz Rusiyanın təhlükəsizlik problemlərini müzakirə etmək, silahlara nəzarət mövzusunu nəzərdən keçirmək üçün danışıqlar masası arxasına əyləşməyə hazır olduğumuz barədə illər və aylardır danışırıq. Əgər onlar raketlərdən və hücum silahlarından narahatdırlarsa, o zaman bunu həll etməyin ən yaxşı yolu raketlərin sayını necə azalda biləcəklərini müzakirə etmək üçün danışıqlar masasına oturmaqdır. Biz bunu əvvəllər də etmişik, Rusiya ilə razılaşmalar əldə etmək olar”, - Stoltenberq qeyd edib.
16-02-2022, 21:03
Milli Məclisdə aqrar sahə ilə bağlı dinləmə keçirilib

Milli Məclisdə aqrar sahə ilə bağlı dinləmə keçirilib

Fevralın 16-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Aqrar siyasət komitələrinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin iştirakı ilə birgə dinləmə keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Milli Məclisin komitə sədri Tahir Mirkişili bildirib ki, dinləmədə Azərbaycanda aqrar sahə üzrə görülən işlər, qarşıda duran çağırışlar və inkişaf hədəflərinə dair təqdimatlar keçiriləcək və müzakirələr aparılacaq.
Kənd təsərrüfatı sahəsinin Azərbaycan iqtisadiyyatında, ixracatında tutduğu mövqeyindən söz açan Tahir Mirkişili iqtisadi məşğul əhalinin əhəmiyyətli hissəsinin bu sektorda çalışdığını, qeyri-neft ixracında kənd təsərrüfatı məhsullarının ilk beşlikdə yer aldığını vurğulayıb. Azərbaycanda aqrar sahədə həyata keçirilən islahatların öz bəhrələrini verməkdə olduğuna toxunan komitə sədri 2022-ci ilin dövlət büdcəsində bu istiqamətdə, o cümlədən aqrar sığortaya ayrılan vəsaitləri qeyd edib. Komitə sədri bildirib ki, bununla belə qarşıda duran çağırışlar – dünyada ərzaq məhsulları üzrə müşahidə olunan çatışmazlıq, bu cəhətdən qiymətlərin artması, iqlim dəyişikliyi ilə bağlı ortaya çıxan çətinliklər bu sahəyə yeni yanaşmaların tətbiqini və diqqətin artırılmasını zəruri edir.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev də dinləmənin aqrar sahənin inkişaf etdirilməsi yollarının müəyyənləşdirilməsi baxımından faydalı olacağına inamını ifadə edib. Bu sahənin çətinliklərindən, xüsusən də onun təbii amillərdən asılı olmasından danışıb.
Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasının yerli istehsalın üzərində qurulduğunu qeyd edən Tahir Rzayev aqrar sahənin inkişafı və aktual məsələləri ilə bağlı fikirlərini bildirib.
Kənd təsərrüfatı naziri İnam Kərimov son beş ildə aqrar sahədə məhsul artımının təxminən 25 faiz təşkil etdiyini, kənd təsərrüfatı üzrə müsbət inkişaf dinamikasının 2021-ci ildə də davam etdiyini, ümumi istehsal həcmində 3,4 faizlik artım qeydə alındığını açıqlayıb. O, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin yaradılması, texnika və damazlıq heyvan satışı bazarının artıq tam liberallaşması, bazar iqtisadiyyatı tələblərinə uyğun aqrar sığorta sisteminin tətbiqi barədə məlumat verib.
Nazir mövcud olan məhdud torpaq və su resurslarından səmərəli istifadənin aktuallığını xüsusi vurğulayıb.
Sonra dinləmədə təqdimatlar həyata keçirilib. Diskussiya şəraitində keçən dinləmədə qaldırılan məsələlərə aydınlıq gətirilib, suallar cavablandırılıb.
Tədbirə yekun vuran Tahir Mirkişili dinləmələrdə fəal iştirak etdiklərinə görə qonaqlara və deputatlara təşəkkür edib və aparılan fikir mübadiləsinin aqrar sahənin inkişafı baxımından faydalı olacağına inamını bildirib.
16-02-2022, 15:21
Mariya Zaxarova- "İşğal qrafikini açıqlayın"


“İşğal qrafikini açıqlayın, məzuniyyətimi planlamaq istəyirəm” – Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məzuniyyətini planlaşdıra bilməsi üçün Qərb mediasına “işğal qrafikini açıqlamaq” xahişi ilə müraciət edib.
M.Zaxarova bu barədə Teleqram kanalında yazıb.
“ABŞ və Britaniya kütləvi dezinformasiya vasitələri – “Bloomberg”, “The New York Times”, “The Sun” və digərləri – bizim gələn il üçün “işğal” qrafikini elan etməyinizi xahiş edirəm. Məzuniyyətimi planlaşdırmaq istəyirəm”, – deyə o qeyd edib.
Bundan əvvəl Britaniyanın “The Sun” və “The Mirror” nəşrləri ABŞ kəşfiyyatının məlumatlarına istinadən yazmışdılar ki, “Ukraynaya müdaxilə” fevralın 16-na yerli vaxtla saat 03:00-a planlaşdırılıb.
Bu məlumatı şərh edən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ukraynalılara təklif etmişdi ki, zəngli saatı qursunlar və bu bəyanatların yalan olduğuna özləri şahidlik etsinlər.
Daha sonra “The Sun” materialı redaktə edərək “gecənin insidentsiz keçdiyini” qeyd edib. (teleqraf.com)
16-02-2022, 15:15
Ermənilər Qarabağa gedən yük maşınlarını geri qaytardı


Erməni hərbi güvvələri humanitar yüklə dolu maşınları geri qaytardı.
Kərbəcərə gedən yük maşınları geri qaytarılıb.
Turkustan.az bildirir ki, bu barədə Qazet.az-a ekskülüziv daxili qaynaqdan məlumat verilib:
“İşğaldan azad olunan Kəlbəcər rayonuna Rus sülhməramlıların müşayiəti ilə yük aparan sürücüləri erməni silahliları geri qaytarıb. 40 nəfərdən ibarət olan dəstə sülhməramlıların sözünə belə əhəmiyyət verməyib.”
Hansı hadisənin baş verdiyi hələlik məlum deyil. Dəfələrlə Kəlbəcər rayonuna yük aparılsa da əvvəllər belə insident baş verməmişdir.

16-02-2022, 15:10
Rusiya ermənini Bakıya göndərirdi - Qarşısı alındı


Rusiya ermənini Bakıya göndərirdi - Qarşısı alındı
Ermənistan Baş Prokurorluğu ölkə vətəndaşının Rusiyadan Azərbaycana deportasiyasının qarşısını alıb.
“Sputnik Armenia” xəbər verir ki, Azərbaycanda doğulmuş erməni Rusiyada inzibati qaydaları pozub, buna görə onun ölkədən deportasiyası barədə qərar verilib. Məhkəmə qərarında səhvən onun Azərbaycan vətəndaşı kimi göstərilməsinə görə, Ermənistan vətəndaşının Bakıya deportasiyası riski yaranıb.
Ermənistan tərəfinin müraciətindən sonra Rusiya tərəfi qərara dəyişiklik edib və o, Ermənistana deportasiya edilib. (APA)
16-02-2022, 13:45
Ciddi ittiham: Nəcməddin Sadıkova cinayət işi açılacaq?

Müdafiə Nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı, ehtiyatda olan general-mayor Altay Mehdiyev Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Nəcməddin Sadıkovla bağlı iddialar irəli sürüb. Sosial şəbəkə hesabında bu barədə geniş açıqlama yayan Altay Mehdiyev 2000-ci illərin əvvəllərində Naxçıvan Muxtar Respublikasında Yuxarı Buzqov yaşayış məntəqəsi yaxınlığındakı Buzqov yüksəkliyi də daxil olmaqla geniş ərazinin işğaldan azad edilməsi əməliyyatı barədə bəzi faktları açıqlayıb. General məlum qeydində Nəcməddin Sadıkovu ittiham edərək yazıb ki, onun rəhbərliyi altında keçirilən uğurlu əməliyyatdan xəbər tutan Baş Qərargahın keçmiş rəisi dərhal geri çəkilməyi əmr edib:
“Əməliyyat zamanı planımıza uyğun olaraq, qısa bir zamanda, düşmənə göz açmağa belə imkan vermədən, çox eşalonlu mina sahələrini uğurla keçərək, bir nəfər olsun belə itki vermədən, ən yeni taktiki üsullarla torpaqlarımızı azad etdik! Dəhşətlisi ondan ibarətdir ki, keçirdiyim döyüş əməliyyatlarının ən qızğın vaxtında yeni azad etdiyimiz Buzqov dağında əməliyyatı idarə edərkən, o zaman Baş Qərargah rəisi vəzifəsində olan general Nəcməddin Sadıkov mənimlə mobil telefonla əlaqə saxlayaraq, taktiki vəziyyətlə maraqlanmadan, araşdırmadan, çox acıqlı və qəzəbli bir tərzdə dedi:

- Siz haradasınız? Nə ilə məşğulsunuz?
- Ön xətdə! Müdafiə xəttini möhkəmləndirməklə məşğuluq!
- Hansı müdafiə xəttini möhkəmləndirməklə? Bu dəqiqə Ermənistanın Baş Qərargah rəisi Arutunyan mənimlə əlaqə saxlayıb bildirdi ki, siz hücuma keçib onların "torpaqlarını" zəbt etmisiniz. Yerevanda Prezident Aparatı qarşısında mitinq keçirilir. Mən sizə əmr edirəm: təcili olaraq əvvəlki mövqelərimizə qayıdın!”
Altay Mehdiyevin açıqlaması sosial mediada ciddi müzakirə predmetinə çevrilib. Bildirilir ki, generalın Nəcməddin Sadıkovla bağlı iddiaları araşdırılmalı, ittihamlar öz təsdiqini taparsa, Baş Qərargahın keçmiş rəisinə cinayət işi açılaraq, həbsinə qərar verilməlidir.
Bununla bağlı danışan deputat Fazil Mustafa hesab edir ki, general Altay Mehdiyevin açıqlamasında çox ciddi hərbi cinayətdən söhbət gedir. Onun fikrincə, Nəcməddin Sadıkova yönəlmiş ittihamları araşdırmaq lazımdır:
“İddia edilir ki, Nəcməddin Sadıkov hərbi cinayətin müəllifidir. Belə olan halda konkret ittiham üzrə hüquq-mühafizə orqanları və prokurorluq cinayət işi qaldırmalıdır. Qarşı tərəfin iddialarının nə qədər haqlı olub-olmadığını müəyyənləşdirmək üçün şahidlər dindirilməli, ifadələr alınmalıdır. İfadələr əsasında da konkret qərarlar qəbul olunmalıdır”.
Deputat vurğulayıb ki, bu məsələnin üstündən ötüb keçmək olmaz. Çünki ortada olduqca ağır ittihamlar var:
“Burada vətənə xəyanətdən tutmuş, ən ciddi hərbi cinayətdən söhbət gedir. Eyni zamanda söhbət yüzlərlə əsgərin taleyindən, Azərbaycanın ərazi bütövlüyündən gedir. Həmçinin, vəzifə səlahiyyətindən istifadə edərək Azərbaycanın ərazi bütövlüyünü təmin etmək istəyən qüvvələrə qarşı əks fəaliyyətdən bəhs olunur. Bunlar çox ciddi ittihamlardır. Bu ittihamı diqqətdən kənarda saxlamaq olmaz”.
Nəcməddin Sadıkova qarşı cinayət işinin açılmasına gəlincə, Fazil Mustafa qeyd edib ki, kimliyindən asılı olmayaraq, təqsirkarların hamısı öz cəzasını almalıdır:
“Cinayət işi açılmalı olan təqsirkar şəxlərin əvvəl izahatı, daha sonra ifadəsi alınmalı, bundan sonra həmin şəxsin şahid, zərərçəkmiş və ya təqsirkar olduğu müəyyənləşdirilməlidir”.

Turqay Musayev
16-02-2022, 13:26
MİQ imtahanlarının vaxtı AÇIQLANDI


“Bu il iyul ayında müəllimlərin işə qəbul imtahanları keçiriləcək".
Bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bu gün keçirilən onlayn brifinqdə məlumat verib. Qeyd edib ki, imtahanların vaxtında hər hansı dəyişiklik nəzərdə tutulmur:
"MİQ imtahanları iyul ayında başlayacaq, avqusta qədər davam edəcək. Bu il də işə qəbul zamanı təxminən eyni sayda vakant yerlər elan ediləcək. Bu məsələdə artım dinamikasının davam edəcəyini düşünürük. Ötən il müəllimlərin işə qəbulu müsabiqəsi üçün 8 minə yaxın vakansiya elan etmişdik. Amma daha sonra tədris ili ərzində əlavə 5 minə yaxın yer elan edildi".
16-02-2022, 13:25
Baş nazir karantin qaydalarını YUMŞALTDI


Hava nəqliyyatı vasitəsilə Azərbaycana giriş-çıxışına icazə verilən şəxslərin siyahısı genişləndirilib.

Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb. Yeni qərarla Birləşmiş Millətlər Təşkilatının (BMT) icazə sənədi- pasportu olan şəxslərin Azərbaycana giriş-çıxışına icazə veriləcək.
Qeyd edək ki, indiyə qədər Azərbaycanın vətəndaşlarına, həmçinin diplomatik pasport sahiblərinə, Azərbaycanda xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərlərinə, əməkdaşlarına və onların ailə üzvlərinə, Azərbaycan Respublikasında iş icazəsi olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə və onların ailə üzvlərinə (arvadı (əri), himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları, habelə 18 yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqları), habelə ölkəyə girişinə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi icazə verilmiş şəxslərə münasibətdə – müvafiq təsdiqedici sənədlər və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında hava nəqliyyatı vasitəsilə Azərbaycana giriş-çıxışına icazə verilirdi.
16-02-2022, 13:09
Türkiyə ordusu 13 terrorçunu zərərsizləşdirdi

Türkiyə ordusu 13 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin Tvitter səhifəsində məlumat paylaşılıb.
“Zeytun budağı” və “Fərat qalxanı” əməliyyat bölgələrinə daxil olmağa cəhd edən 13 PKK/YPG terrorçusu qəhrəman türk əsgərləri tərəfindən məhv edilib”, - məlumatda bildirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!