Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 16-02-2022, 13:45
Ciddi ittiham: Nəcməddin Sadıkova cinayət işi açılacaq?

Müdafiə Nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı, ehtiyatda olan general-mayor Altay Mehdiyev Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Nəcməddin Sadıkovla bağlı iddialar irəli sürüb. Sosial şəbəkə hesabında bu barədə geniş açıqlama yayan Altay Mehdiyev 2000-ci illərin əvvəllərində Naxçıvan Muxtar Respublikasında Yuxarı Buzqov yaşayış məntəqəsi yaxınlığındakı Buzqov yüksəkliyi də daxil olmaqla geniş ərazinin işğaldan azad edilməsi əməliyyatı barədə bəzi faktları açıqlayıb. General məlum qeydində Nəcməddin Sadıkovu ittiham edərək yazıb ki, onun rəhbərliyi altında keçirilən uğurlu əməliyyatdan xəbər tutan Baş Qərargahın keçmiş rəisi dərhal geri çəkilməyi əmr edib:
“Əməliyyat zamanı planımıza uyğun olaraq, qısa bir zamanda, düşmənə göz açmağa belə imkan vermədən, çox eşalonlu mina sahələrini uğurla keçərək, bir nəfər olsun belə itki vermədən, ən yeni taktiki üsullarla torpaqlarımızı azad etdik! Dəhşətlisi ondan ibarətdir ki, keçirdiyim döyüş əməliyyatlarının ən qızğın vaxtında yeni azad etdiyimiz Buzqov dağında əməliyyatı idarə edərkən, o zaman Baş Qərargah rəisi vəzifəsində olan general Nəcməddin Sadıkov mənimlə mobil telefonla əlaqə saxlayaraq, taktiki vəziyyətlə maraqlanmadan, araşdırmadan, çox acıqlı və qəzəbli bir tərzdə dedi:

- Siz haradasınız? Nə ilə məşğulsunuz?
- Ön xətdə! Müdafiə xəttini möhkəmləndirməklə məşğuluq!
- Hansı müdafiə xəttini möhkəmləndirməklə? Bu dəqiqə Ermənistanın Baş Qərargah rəisi Arutunyan mənimlə əlaqə saxlayıb bildirdi ki, siz hücuma keçib onların "torpaqlarını" zəbt etmisiniz. Yerevanda Prezident Aparatı qarşısında mitinq keçirilir. Mən sizə əmr edirəm: təcili olaraq əvvəlki mövqelərimizə qayıdın!”
Altay Mehdiyevin açıqlaması sosial mediada ciddi müzakirə predmetinə çevrilib. Bildirilir ki, generalın Nəcməddin Sadıkovla bağlı iddiaları araşdırılmalı, ittihamlar öz təsdiqini taparsa, Baş Qərargahın keçmiş rəisinə cinayət işi açılaraq, həbsinə qərar verilməlidir.
Bununla bağlı danışan deputat Fazil Mustafa hesab edir ki, general Altay Mehdiyevin açıqlamasında çox ciddi hərbi cinayətdən söhbət gedir. Onun fikrincə, Nəcməddin Sadıkova yönəlmiş ittihamları araşdırmaq lazımdır:
“İddia edilir ki, Nəcməddin Sadıkov hərbi cinayətin müəllifidir. Belə olan halda konkret ittiham üzrə hüquq-mühafizə orqanları və prokurorluq cinayət işi qaldırmalıdır. Qarşı tərəfin iddialarının nə qədər haqlı olub-olmadığını müəyyənləşdirmək üçün şahidlər dindirilməli, ifadələr alınmalıdır. İfadələr əsasında da konkret qərarlar qəbul olunmalıdır”.
Deputat vurğulayıb ki, bu məsələnin üstündən ötüb keçmək olmaz. Çünki ortada olduqca ağır ittihamlar var:
“Burada vətənə xəyanətdən tutmuş, ən ciddi hərbi cinayətdən söhbət gedir. Eyni zamanda söhbət yüzlərlə əsgərin taleyindən, Azərbaycanın ərazi bütövlüyündən gedir. Həmçinin, vəzifə səlahiyyətindən istifadə edərək Azərbaycanın ərazi bütövlüyünü təmin etmək istəyən qüvvələrə qarşı əks fəaliyyətdən bəhs olunur. Bunlar çox ciddi ittihamlardır. Bu ittihamı diqqətdən kənarda saxlamaq olmaz”.
Nəcməddin Sadıkova qarşı cinayət işinin açılmasına gəlincə, Fazil Mustafa qeyd edib ki, kimliyindən asılı olmayaraq, təqsirkarların hamısı öz cəzasını almalıdır:
“Cinayət işi açılmalı olan təqsirkar şəxlərin əvvəl izahatı, daha sonra ifadəsi alınmalı, bundan sonra həmin şəxsin şahid, zərərçəkmiş və ya təqsirkar olduğu müəyyənləşdirilməlidir”.

Turqay Musayev


Paylaş



Bölmə: Kriminal / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!