Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
11-03-2022, 08:30
Sanksiyalar Rusiya iqtisadiyyatını çökdürəcək


Sanksiyalar Rusiya iqtisadiyyatını çökdürəcək


Fitch Ratings qiymətləndirmə agentliyi digər aparıcı kredit şirkətlərindən sonra Rusiyanın kredit reytinqinin B-dən C-ə endirilməsi barədə qərar qəbul edib. Bu kredit reytinqləri arasında ikinci ən pis pillə hesab olunur. Növbəti pillə defolt reytinqidir. Bu barədə danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, müharibə davam etdikcə, Rusiya iqtisadiyyatının itkiləri də genişlənməkdədir:
"ABŞ-ın Rusiya neftindən imtina etməsi, Avropanın da bu addıma mərhələli hazırlaşması Rusiyada ciddi valyuta qıtlığı yarada bilər. Digər tərəfdən, şimal qonşumuzun öz valyuta ehtiyatlarını istifadə etməkdə problemləri də dollar qıtlığını gücləndirməkdədir. Hələlik Rusiya Mərkəzi Bankı ölkədən dollar çıxışını məhdudlaşdırmaqla prosesi tənzimləməyə çalışır. Aydındır ki, sanksiyalar fonunda Mərkəzi Bankın da alətləri olduqca məhduddur. Bu baxımdan, valyuta daxilolmalarının artırılması deyil, ölkədən axınının qarşısının alınması sözügedən bank üçün prioritetdir".
Parlamentarinin sözlərinə görə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar dünya tarixində ən genişmiqyaslı sanksiyalardan hesab olunur:
"Bu isə o deməkdir ki, müharibənin uzun sürəcəyi halda Rusiyanın iqtisadi itkiləri daha da artacaq. Hətta post-müharibə dövrü üçün də sanksiyalar fonunda yaxşı iqtisadi dəyişikliklər proqnozlaşdırılmır. Bütün hallarda, Rusiya iqtisadiyyatı yeni və çətin dönəmə daxil olur. Bu dönəmin nə qədər çəkəcəyi isə daha çox Qərbin mövqeyindən asılı olacaq".
11-03-2022, 08:14
Dələ və qaban


Məhərrəm Mustafa yazır: "Dələ və qaban"
Meşənin dərin və çox sakit yerində bir dələ öz ailəsi ilə birgə neçə illərdi ki, qocaman gövdəli palıd ağacının koğuşunda yuva quraraq rahat yaşayırdı. Yay, payız vaxtı yemişan, əzgil, zoğal və digər meyvələrlə gündəlik ailənin azuqəsini təmin edər, payızın axırında isə heç də uzağa getmədən yaşadıqları palıdın qozalarından toplayıb qışı rahat keçirərdilər.
Payız qurtarmışdı, qışın ilk günləri idi, havalar tez qaralmağa başlamışdı. Dələ balalarını başına yığıb uzun gecələr tez keçsin deyə hər axşam nağıl danışırdı. Belə axşamların birində qulağına çöldən səs gəldi. Gah xorultu, gah da xırçıltı gəlirdi. Neçə illərdi burda yaşayırdılar, birinci dəfə idi ki, belə səs eşidilirdi. Bu səsdən narahat olan dələ çöldə soyuq olmağına baxmayaraq, başını bayıra çıxarıb səs gələn tərəfə baxdı. Səs ağacın dibindən gəlirdi. Ağacdan endi. Gördüyü mənzərəyə mat - məəttəl qaldı. Böyük bir qaban yorulmadan palıd ağacının kökünü eşirdi. Qırılmış kökləri də kənara tullayırdı.
Dələ cəld onun qabağını kəsdi:
- Sən nə edirsən? Neçə illərdir ki, burada yaşayırıq. Əcdadlarım da bu ağacda yaşayıblar.
Qaban isə öz işində idi. Dələnin sözü onun heç vecinə də deyildi.
Dələ bərkdən qışqırdı:
- Dayan?
Qaban üzünü belə dələyə tərəf çevirmədən donquldandı:
- Qışqırıb hay - küy salmağın əbəsdir. Bura mənim xoşuma gəlir. Yuva qururam.
- Heç vaxt eşitməmişəm ki, qaban palıd ağacının köklərinin altında yuva qursun. Sənin bu cür yuva qurmağının nəticəsi yaxşı olmayacaq. Sən ki, bu ağacın qozalarını bizdən çox yeyirsən.
Dələ nə qədər danışsa da, izah etsə də, öyüd nəsihət versə də xeyri olmadı ki, olmadı. Qar getdikcə güclənirdi. Dələ üşüyürdü. Bu yandan da narahat balaları yuxarıdan onu səsləyirdilər. Yuvasına qayıtdı.
Yaz gəlirdi. Quşlar cəh - cəh vurur, dovşanlar atılıb düşür, qısası bütün meşə sakinləri şadlıq edirdi. Gündən - günə ağacların yarpaqları meşəni yaşıl örtüyə bürüyürdü. Dələ kədərli idi. Qöcaman palıd tumurcuqlamadı. Çarəsiz qalan dələ ailəsini başına yığıb dedi:
- Balalarım, biz də, bizim əcdadlarımız da neçə illərdir ki, bu əyilməz qocaman palıd ağacında yaşamışıq. Gördüyünüz kimi bu ağac quruyub. Səbəb isə bizi başa düşməyən nankor, mənfur təzə qonşumuz qaban olmuşdur. O, bunu qəsdən etmişdir ki, burda yaşaya bilməyib çıxıb gedək. O öz əməli ilə bizim də ruzimizi kəsir, özünün də. Hələ üstəlik bizi dədə - baba yurdumuzdan da didərgin salır. Hələlik müvəqqəti olaraq başqa yerə köçüb yaşamağa məcburuq. Amma bu ağılsız qonşu qanmır ki, qurumuş palıdın kökündən yenisi çıxacaq və biz yenidən dədə - baba yurdumuza qayıdacağıq.
Məhərrəm Mustafa
Azərbaycan Jurnalistlər Birliyiin üzvü
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!