Bakıdan Çinə dəmiryolu ilə ilk ixrac qatarı .....                        Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək .....                        COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir - Prezident .....                        COP29-un bağlanış mərasimi keçirilir .....                        "Fənərbağça"dan inamlı qələbə .....                        Hazırda təklif olunan razılaşma yaxşı deyil .....                        Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu .....                        ABŞ-ın yeni maliyyə nazirinin də adı məlum oldu .....                        İstanbulda fırtına yaşandı .....                       
Tarix : 11-03-2022, 08:14
Dələ və qaban


Məhərrəm Mustafa yazır: "Dələ və qaban"
Meşənin dərin və çox sakit yerində bir dələ öz ailəsi ilə birgə neçə illərdi ki, qocaman gövdəli palıd ağacının koğuşunda yuva quraraq rahat yaşayırdı. Yay, payız vaxtı yemişan, əzgil, zoğal və digər meyvələrlə gündəlik ailənin azuqəsini təmin edər, payızın axırında isə heç də uzağa getmədən yaşadıqları palıdın qozalarından toplayıb qışı rahat keçirərdilər.
Payız qurtarmışdı, qışın ilk günləri idi, havalar tez qaralmağa başlamışdı. Dələ balalarını başına yığıb uzun gecələr tez keçsin deyə hər axşam nağıl danışırdı. Belə axşamların birində qulağına çöldən səs gəldi. Gah xorultu, gah da xırçıltı gəlirdi. Neçə illərdi burda yaşayırdılar, birinci dəfə idi ki, belə səs eşidilirdi. Bu səsdən narahat olan dələ çöldə soyuq olmağına baxmayaraq, başını bayıra çıxarıb səs gələn tərəfə baxdı. Səs ağacın dibindən gəlirdi. Ağacdan endi. Gördüyü mənzərəyə mat - məəttəl qaldı. Böyük bir qaban yorulmadan palıd ağacının kökünü eşirdi. Qırılmış kökləri də kənara tullayırdı.
Dələ cəld onun qabağını kəsdi:
- Sən nə edirsən? Neçə illərdir ki, burada yaşayırıq. Əcdadlarım da bu ağacda yaşayıblar.
Qaban isə öz işində idi. Dələnin sözü onun heç vecinə də deyildi.
Dələ bərkdən qışqırdı:
- Dayan?
Qaban üzünü belə dələyə tərəf çevirmədən donquldandı:
- Qışqırıb hay - küy salmağın əbəsdir. Bura mənim xoşuma gəlir. Yuva qururam.
- Heç vaxt eşitməmişəm ki, qaban palıd ağacının köklərinin altında yuva qursun. Sənin bu cür yuva qurmağının nəticəsi yaxşı olmayacaq. Sən ki, bu ağacın qozalarını bizdən çox yeyirsən.
Dələ nə qədər danışsa da, izah etsə də, öyüd nəsihət versə də xeyri olmadı ki, olmadı. Qar getdikcə güclənirdi. Dələ üşüyürdü. Bu yandan da narahat balaları yuxarıdan onu səsləyirdilər. Yuvasına qayıtdı.
Yaz gəlirdi. Quşlar cəh - cəh vurur, dovşanlar atılıb düşür, qısası bütün meşə sakinləri şadlıq edirdi. Gündən - günə ağacların yarpaqları meşəni yaşıl örtüyə bürüyürdü. Dələ kədərli idi. Qöcaman palıd tumurcuqlamadı. Çarəsiz qalan dələ ailəsini başına yığıb dedi:
- Balalarım, biz də, bizim əcdadlarımız da neçə illərdir ki, bu əyilməz qocaman palıd ağacında yaşamışıq. Gördüyünüz kimi bu ağac quruyub. Səbəb isə bizi başa düşməyən nankor, mənfur təzə qonşumuz qaban olmuşdur. O, bunu qəsdən etmişdir ki, burda yaşaya bilməyib çıxıb gedək. O öz əməli ilə bizim də ruzimizi kəsir, özünün də. Hələ üstəlik bizi dədə - baba yurdumuzdan da didərgin salır. Hələlik müvəqqəti olaraq başqa yerə köçüb yaşamağa məcburuq. Amma bu ağılsız qonşu qanmır ki, qurumuş palıdın kökündən yenisi çıxacaq və biz yenidən dədə - baba yurdumuza qayıdacağıq.
Məhərrəm Mustafa
Azərbaycan Jurnalistlər Birliyiin üzvü


Paylaş



Bölmə: Ədəbiyyat / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!