COP29-un bağlanış mərasimi keçirilir .....                        "Fənərbağça"dan inamlı qələbə .....                        Hazırda təklif olunan razılaşma yaxşı deyil .....                        Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu .....                        ABŞ-ın yeni maliyyə nazirinin də adı məlum oldu .....                        İstanbulda fırtına yaşandı .....                        Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı .....                        Bakıda jurnalisti maşın vurdu .....                        70 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - AÇIQLANDI .....                       
Tarix : 10-12-2021, 20:56
SEYMUR   SÖNMƏZ: "MƏNİM PAYIZ MƏHƏBBƏTİM"

SEYMUR SÖNMƏZ

"MƏNİM PAYIZ MƏHƏBBƏTİM"
Payizda taniş olmuşduq! O, rastıma elə bir məqamda çıxmışdı ki, xeyli vaxtdan bəri həyatıma rəng qatmaq gücündə olan birinin axtarışında idim. Tanış olandan sonra düşünürdüm ki, aramızdakı yollar uzaq olsa da, bizi qəlbən bir-birimizdən ayrı salmağa qadir deyildir. Sevdalı günlərimizin lap əvvəlində bu kəlmələri onun özünə də söyləmiş, o, mənə bunu əhdi-peyman kimi qəbul etdiyini bildirmişdi. Ancaq o vaxtlar hardan biləydim ki, bu sözləri onun qəlbi yox, dili-dilçəyi deyirmiş!
İllərlə davam edən qarşılıqlı sevgimizdən son vaxtlar nədənsə ayrılıq qoxusu gəlməkdə idi. Nədənsə bizi birləşdirən yolların üstündən soyuq küləklərin əsib keçdiyini hiss etdikcə ürəyimdə gah özümü, gah da Jannanı qınayırdım...
Günlərin birində qəlbimdən keçənləri Jannanın özünə də deyəndə, o, and-aman edərək, əvvəlki kimi sevgimizə sadiq olduğunu bildirdi və hətta, belə düşündüyüm üçün məni bir az qınadı da...
Onun bu barədə nə deməsindən asılı olmayaraq ürəyimin dərinliklərində “şübhə toxumları” günbəgün cücərib boy verməkdə idi. Əslində, Janna öz niyyətini dilinə gətirməsə də, onun sözlərinə artıq inanmırdım. Gündən-günə aramızdan soyuq küləklərin keçdiyini bütün varlığımla hiss etdikcə, Jannanın bəhanələri də artıb çoxalmaqda idi...
Axırda ürəyimin diqtə etdiyini, Jannanın özü də təsdiq etməli oldu, özü də soyuq payız günlərinin birində! Onu qınasam da, acılamadım! Axı, o mənim sevdiyim idi! Ancaq bununla belə, birgə getdiyimiz yolun sonunda dedim ki: “Sənin haqqın yox idi, məhəbbəti oyun, mənisə oyuncaq hesab edəsən, yadında yaxşı saxla, günahların ömürün boyu səni tərk etməyəcək!...
Bilmirəm, o dediklərimi anladımı? Təkcə bildiyim odur ki, o heç mənimlə sağollaşmadan öz yolu ilə çıxıb getdi. Mənsə özümü danladım və bu qənaətə gəldim ki, soyuq bir payız günündə rastıma çıxan bu qız, illər sonrası elə payızın dumanlı-çiskinli günlərinin birində də durna qatarına qoşulub, uzaqlara “uçub” getdi! Elə həmin gündən sonra kimsə “payız fəslini çox sevirəm”- deyəndə, yadıma özümün uğursuz məhəbbətim düşür! Bəlkə də mənim bəlalı sevgimin baiskarı payız oldu. Jannanın günahı ucbatından bu sevgi qaşqabaqlı payızın sınağından üzüağ, alnıaçıq çıxa bilmədi!..
Əslində üzünü qarlı-şaxtalı qışa tutan payız gündən-günə hərarəti azalan bir sevgiyə haradan “məlhəm” tapmalı, fikri-zikri indi də özgəsinin yanında olan bir qızı getdiyi yoldan necə qaytarmalı idi!..
Məni qınamayın, neyləyim, payızda sevib, elə payızda da itirdiyim dönük üzlü bir sevdaya görə, ilk vaxtlarda payızın əlvan çalarları kimi gözümə görünən və ürəyimə hökm edən bir qızı vaxtında tanıya bilmədiyimçün, hərdən payızla bərabər özümü də qınayıram! Niyə aldandım, niyə!!! Nədənsə hələ də bu sualın cavabını tapa bilməmişəm!..


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!