Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
22-04-2022, 21:09
Mən fəxr edirəm ki, Azərbaycanlıyam!

Mən fəxr edirəm ki, Azərbaycanlıyam!

Azərbaycan xalqının arasında bu deyim çox geniş yayılıb. Hər dəfə bu sözləri eşidəndə Ulu Öndər Heydər Əliyevin məşhur deyimi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” yada düşür.
Bəli, bu kəlməni hər bir azərbaycanlı ömründə bircə dəfə olsa belə söyləyib. Lakin, təbii ki, bir sual da doğur: Azərbaycan vətəndaşı olaraq biz bu nidanın fərqinə varırıqmı? Gəlin onun üstünü açaq. Mən bir azərbaycanlı kimi fəxr edirəm ki, məhz Azərbaycanda doğulub boya-başa çatmışam. Bizə, azərbaycanlılara məxsus olan vətənpərvərlik, mərdlik, qonaqpərvərlik, mən deyərdim ki, bu dərəcədə dünyanın heç bir ölkəsində, xalqında yoxdur. Bu “xüsusiyyətlər siyahısı”nı sonsuza qədər davam etmək olar.
Fəxr edirəm ki, Azərbaycanın qədərinə başda Ali Komandan İlham Əliyev olmaqla, rəşadətli əsgərlərimiz və heç bir zaman unudulmayan şəhidlərimiz yazılıb. Məhz bu üçlük bizi -Azərbaycan xalqını, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, yumruq kimi birləşdirib, Zəfər Gününü görməyi və yaşamağı nəsib edib. Mən fəxr edirəm ki, mən Azərbaycan qadınıyam və gələcəkdə dünyaya daha çox Azərbaycan igidlərini bəxş edəcək, onları Azərbaycan adına layiq böyüdəcəyəm.
Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam!

Ülkər Babayeva
22-04-2022, 14:47
MİT PKK-nın iki komandirini məhv etdi

MİT PKK-nın iki komandirini məhv etdi
MİT Suriyanın Eyn əl-Ərəb (Kobani) bölgəsində fəaliyyət göstərən PKK/YPG-nin rəhbərlərindən Rodin Abdulqadir Məhəmməd və Ranya Henan adlı şəxsləri zərərsizləşdirib. Bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyə Milli Müdafiə Nazirliyi açıqlamasında “Pəncə Qıfıl” əməliyyatı çərçivəsində 42 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
22-04-2022, 12:14
Azərbaycan-İran sərhədində yanğın

Azərbaycan-İran sərhədində yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilən məlumata görə, FHN-in "112" qaynar telefon xəttinə Beyləqan rayonu, Əhmədli kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.
Dövlət Yanğından Mühafizə Xidməti Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının İran İslam Respublikası ilə sərhəd zolağı boyunca kol-kos və qamışlıq sahədə baş verdiyi müəyyən olunub.
Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti, o cümlədən xüsusi təyinatlı texnikaların tətbiqi sayəsində yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınaraq söndürülməsi təmin olunub.
Yanğın nəticəsində 50 ha sahədə qamışlıq və kol-kos yanıb.
Ərazidə olan sərhəd kommunikasiya xətləri yanğından mühafizə olunub.

22-04-2022, 12:08
Milli Məclisdə TÜRKPA-nın iclası keçirilir

Milli Məclisdə TÜRKPA-nın iclası keçirilir
Bu gün Azərbaycan Milli Məclisində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Sosial, mədəni və humanitar məsələlər komissiyasının iclası keçirilir.
Butov.az xəbər verir ki, toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğız Respublikasının nümayəndə heyətləri iştirak edirlər.

22-04-2022, 11:43

İraqdan sonra İrana girməliyik – Türk general

İraqdan sonra İrana girməliyik – Türk general

Şimali İraq terror hövzəsi olmaqdan çıxıb. Artıq bölgəyə ağır silah belə daşıya bilmirlər.
Bunu türkiyəli briqada generalı Abdullah Kılıçarslan deyib.
“Çünki burada özlərini təhlükəsiz hiss edəcək yerləri yoxdur. Hazırda mehmetçiyimiz 19 nöqtədə baza qurub. Son əməliyyatla daha əvvəl təsbit edilən və kritik əhəmiyyətli mərkəz nöqtələri məhv edildi”, - Kılıçarslan vurğulayıb.
O bildirib ki, Suriyadan sonra ən böyük təhlükə İran sərhədidir:
“İran-Türkiyə sərhədinə nəzarət çox vacibdir. Bu, Qəndili məhv etmək qədər önəmlidir. Biz ya Tehranla siyasi-diplomatik əlaqələr, ya da təhlükəsizlik tədbirləri ilə bu təhlükəni aradan qaldırmalıyıq”.
Qeyd edək ki, Türkiyə ordusu İraqda terrorçulara qarşı “Pəncə-Qıfıl” əməliyyatı aparır.
22-04-2022, 11:26
Şuşada qurultay başladı


Şuşada qurultay başladı: Prezident çıxış etdi
Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı işə başlayıb.
Butov.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
Xatırladaq ki, Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay isə 2016-cı ildə keçirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!