Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                       
Tarix : 22-04-2022, 11:50
Əlyazmalar İnstitutunda Xurşidbanu Natəvan haqqında film çəkilir
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Xurşidbanu Natəvan haqqında bədii-sənədli filmin çəkilişlərinə başlanılıb.

Butov.az xəbər verir ki, bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Azərbaycanın görkəmli qadın şairi Natəvanın 190 illik yubileyi ilə əlaqədar hazırlanan filmdə bir sıra görkəmli elm və mədəniyyət xadimləri ilə yanaşı, Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli də məsləhətçi-mütəxəssis qismində çıxış edib. O, çəkiliş qrupuna Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuş, Qarabağın sonuncu xanı Mehdiqulu xanın yeganə varisi, parlaq istedad sahibi, Şuşada “Məclisi-üns”ün yaradıcısı Xurşidbanu Natəvanın həyat və yaradıcılığı, onun əlyazma irsi haqqında ətraflı məlumat verib. Alim Xan qızının Əlyazmalar İnstitutunda qorunan “Gül dəftəri” adı ilə məşhur olan şeir albomundan da danışıb, şairin öz əli ilə çəkdiyi şəkillərlə bəzədilmiş bu albomun unikal sənət incisi olduğunu qeyd edib.

Qeyd edək ki, Xurşidbanu Natəvana həsr olunmuş filmin ssenari müəllifi Bənövşə Məmmədova, quruluşçu rejissoru Elçin Məmmədov, quruluşçu operatorları Taleh Həsənzadə və Bədəl Bədəlovdur.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!