Azərbaycan futbolu adına çox sevinirəm - Qurban Qurbanov .....                        Mən sehrbaz deyiləm... .....                        İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ .....                        Ukrayna Azərbaycana təşəkkür etdi .....                        Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü saxlanıldı .....                        Ağcabədidə 10 kiloqram narkotik aşkarlanıb .....                        Bakıda 2 nəfər prokurorluqdan, 1-i vəzifəsindən xaric edildib .....                        Dünyada taxıl qıtlığı gözlənilir - Proqnoz .....                        Ziya Bunyadov prospektindəki yanğın tam söndürülüb .....                       
Tarix : 8-04-2019, 07:52
Görkəmli Azərbaycan maarifçisi haqqında kitab nəşr olunub

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Kamandar Şəriflinin XIX əsrdə yaşamış görkəmli Azərbaycan maarifçisi, mətnşünas alimi Əbdülqəni Nuxəvi Xalisəqarızadənin həyat və yaradıcılığından bəhs edən kitabı çapdan çıxıb.
Kitabın “Alim, pedaqoq və kitabşünas” adlanan birinci hissəsində mətnşünas alimin doğulub boya-başa çatdığı Şəki şəhərinin XIX yüzillikdəki tarixi mənzərəsinə, Şəkidəki maarif ocaqlarına nəzər yetirilib, onun həyat və yaradıcılığı, pedaqoji fəaliyyəti əhatəli şəkildə araşdırılıb. Alimin şəxsi kitabxanasından əldə edilən bəzi qiymətli əlyazma abidələri də tədqiqata cəlb edilib.
Əsərin ikinci hissəsi “Qazıxana dəftəri” adlanır. Bu əlyazma kitabı Xalisəqarızadənin Şəki şəhərinin baş qazisi işlədiyi dövrdəki fəaliyyəti ilə sıx bağlıdır. Alimin tərtib etdiyi bu əlyazma XIX yüzillikdə Şəkidə ailə hüququ, səhiyyə tarixi, yer adları və tanınmış şəxsiyyətlər haqqında məlumatların öyrənilməsi baxımından olduqca dəyərli mənbədir.
Nəşrin elmi redaktoru Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!