Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
13-04-2022, 23:29
Bu hekayələr hələ çox yazılacaq...


Nə qədər ki, bəşər tarixi mövcuddur, bu hekayələr yazılacaq...

1994-cü ilin noyabr ayı idi. Rusiyada Kalaşnikov avtomat-silahının ixtiraçısı, M.T.Kalaşnikovun 75 illik yubileyinin qeyd olunması televiziyada yayımlanırdı. “Milyonlarla insanların ölümünə səbəb olan bir silah ixtiraçısının yubileyini belə təntənə ilə qeyd etmək günahdır məncə” - deyən İlqarın heç ağlına gəlməzdi ki, bir neçə ildən sonra, həmin günahın qurbanlarından biri olacaq.
Qurban... hər kəs bu dünyaya xoşbəxtlik haqqı olduğu üçün gəlir, qurban olduğu üçün deyil! Arzu və planları yarımçıq qalan, geniş dünyagörüşə, bilik və savada malik olan, orta məktəbi fərqlənmə ilə bitirən, 1996-cı ildə BDU-nun tətbiqi riyaziyyat fakultəsini, riyaziyyatçı ixtisası ilə bitirən, 1997-ci ilin yanvarından zabit kimi, hərbi xidmətə başlayan, cəbhə bölgələrində tağım komandiri kimi, düşmənlə üz-üzə döyüşən, 16 iyun, 1998-ci ildə baş leytinant kimi, xidməti vəzifəsini yerinə yetirərkən şəhid olan, dayım oğlu Calalov İlqar Salman oğluna ithaf edirəm.
Azərbaycanımızın 200 illik tarixində, bu torpaqlar uğrunda, mübarizə aparan, can qoyan, şəhid olan bütün soydaşlarımızın ruhları şad, məkanları cənnət olsun!
Söyləyəcəyim hekayə, min illərdir bu coğrafiyada yaşayanların, ana və nənələrimizin həsrət qoxuyan, yanğılı bayatı, türkü və ağılarındakı hekayələrin davamıdır. Nə qədər ki, bəşər tarixi mövcuddur , bu hekayələr yazılacaq. Kəndimizdən görünən Murov dağının arxasında günəş qürub edirdi. Üfüqdəki qırmızı buludların arxasındakı günəşin dağınıq şüaları, insanın içini daraldırdı. Ayın və günün bu saatlarında , həmişə qəlbimə bir sıxıntı çökər, yadıma bu dünyadan gəlmiş-keçmiş insanların simaları və taleləri düşər.
Xüsusilə də, yay aylarında günəşin qürubunu sevmirəm. Ümumiyyətlə, yayın istisini də, bürküsünü də, məndən aldıqları əzizlərimin itkilərini təsdiqləyən təqvimindəki rəqəmlərini də sevmirəm - iyunun 16-sı kimi! Həmin günün də bürkülü havası, çöldən qayıdan heyvanların dırnaqlarının altından qopan tozlarla daha da ağırlaşmışdı. Kənd camaatının “alaqapı” adlandırdıqları, kəndin girişində qoyulan arkanın yanında sarı rəngdə, sovet dövrünün istehsalı olan köhnə bir maşın dayandı. Arxa oturacaqdan balaca boy, sısqa yayın əvvəlləri olmasına baxmayaraq, üzü günəşdən yanmış, əynində hərbi geyim olan bir əsgər düşdü.
Sağa, sola baxa-baxa nə isə axtarırmış kimi, addımlayırdı. Gözlərindən axan göz yaşları isti və tozlu havadan üzündə izlər açmışdı. Susuzluqdan quruyan dodaqları, ağladığı zaman üzünün ifadəsindən daha da sərtləşirdi. Yolun kənarında heyvanlarını otaran, çomağını eninə kürəyinə dayayaraq, hər iki qolunu çomağın o baş, bu başından aşıraraq özünə dayaq verən yaşlı bir kişi gözlərini qıyaraq soruşdu; -A bala, kimin oğlusan, niyə ağlayırsan? Əsgər, sol əli ilə papağını başından götürüb qolu ilə alnının tərini, göz yaşları ilə birlikdə, sildi. -Dayı, qəbiristanlıq hardadır? -Qəbiristanlığı neynirsən a bala? Sualları cavabsız qalan kişi, əsgərin arxasınca;- düz get, qarşıda, sağ tərəfdə … deyərək səsini bir az da qaldırdı.
Dörd bayraq dalğalanan qəbiristanlıq kəndin girəcəyindədir. O zamanlar, üç bayraq dalğalanan məzarlıqda uyuyanlar, bu dünyadan yurd həsrəti ilə köçən, Qərbi Azərbaycandan məcburi köçürülən insanların dəfn yeridir. İstidən və göz yaşlarından dumanlanmış gözləri ilə, bayraq sancılmış məzarları süzən əsgərin baxışları təzə məzara sancıldı. Aclıqdan, susuzluqdan, yorğunluqdan taqətsiz qalan cüssəsi, hıçqırtıları ilə qalxıb-enən çiyinləri olmasaydı, məzarın üstündə ölmüş birini xatırladırdı. Səhər tezdən, xəstə anası ilə söhbətini xatırlayan əsgər, acı-acı ağladı.
Anasının təşəkkür və dualarını çatdırmağa gəlmişdi. Heç kimi olmayan əsgərin xəstə anasını yoxlamaq üçün icazə verilməyəndə, İlqar onun ailə vəziyyətini nəzərə alaraq, məzuniyyətə göndərilməsinə yardımçı olmuş, maddi durumu yox dərəcəsində olan əsgərin cibinə xərclik də qoymuşdu. Yuksək insani keyfiyyətlərə, kövrək qəlbə sahib olan İlqar vətən bildiyi əsgərləri uğrunda şəhid oldu! -Hanı ədalət?
Bu dünyada, ədalətin olmadığını bildiyim halda, başqa bir dünyada o varmı? Gözlərini qaldırıb göylərə baxdı, sonsuz səmada ürəyini parçalayan, beynini gəmirən sualların cavabını axtardı. Əslində, o allahı axtarırdı. Gözünün qarşısından getməyən günahsız simanın timsalında, milyonlarla günahsızların əvəzinə verdiyi sualın cavabını.
Toran düşürdü. Məzara tökülən göz yaşlarından üzünün bir hissəsi palçıq olan siması çarəsiz görünürdü. Çarəsizdi...
Dünyada ən böyük dərddir-çarəsizlik! Bir atanın, övlad tabutunu çiyinlərində daşımasıdır-çarəsizlik! Bir ananın göyləri, dağları lərzəyə salan , yanğılı fəryadıdır- çarəsizlik! Bir atanın, məzarlığa gedib, xəlvət övladı ilə dərdləşməsi, bir ananın, hər gün övladının boş qalan yatağına ah çəkərək, həsrətlə baxmasıdır- çarəsizlik! Çarəsizlik- görmək istəyib də, görə bilməmək, ölmək istəyib də, ölə bilməməkdir!
Ayaqlarına ağırlıq edən, ağır hərbi əsgər çəkməsi, ağır addımlarını bir az da ağırlaşdıraraq, alaqapıya tərəf ağır-ağır addımlayırdı. Günəş isə Murov dağının arxasında, insanlıq adına utandığından yox olmuşdu!

Leyla Calalova
Tarix elmləri üzrə fəlsəfə doktoru

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!