Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
15-04-2022, 21:41
Ekoloji təfəkkür sahəsində əməkdaşlıq

Pedaqoji Universitetlə Milli Məclis arasında ekoloji təfəkkür sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub


Aprelin 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikasının Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ilə birgə müəllim hazırlığında ekoloji təfəkkürün formalaşdırılması ilə bağlı müzakirə keçirilmişdir.
Tədbirdə ADPU rəhbərliyi, universitetin müvafiq struktur bölmələrinin rəhbərləri, o cümlədən millət vəkilləri Sadiq Qurbanov və Afət Həsənova iştirak edib.


Universitetin rektoru professor Cəfər Cəfərov qonaqları salamlayaraq bildirib ki, ADPU artıq 100 illik hesabatını təhsil ictimaiyyətinə təqdim edib və fəaliyyətinin ikinci yüzilliyinə başlayarkən xalqımız üçün yeni təfəkkür tərzinə malik müəllimlər yetişdirmək üçün davamlı tədbirlər icra edir. 2030-cu ilə qədər olan dövr üçün strateji plan üzərində iş gedir. Strategiya Milli prioritetlər əsasında Azərbaycan məktəbi üçün keyfiyyətli müəllim hazırlığı istiqamətində həyata keçiriləcək.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qeyd edib ki, vətəndaşların ekoloji təfəkkürə yiyələnməsi, ekoloji təfəkkürün əxlaq normasına çevirilməsi dövrümüzdə tək Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün aktual məsələlərdəndir. Nəzərə almalıyıq ki, təbii sərvətlərimiz həm olduqca qiymətli, həm də məhduddur.


Millət vəkili qeyd edib ki, mənfur düşmənimiz olan ermənilərin 30 il işğal altında saxladıqları doğma Qarabağda təbii sərvətlərimizə qarşı törətdikləri ekoloji terror, müharibə cinayətləri təkcə Azərbaycan üçün deyil, region və dünya üçün də təhlükə mənbəyidir. Ümumən bu gün dünyada şirin su qıtlığı kəskin hiss olunur. Növbəti 40 ildə planet əhalisinin təxminən yarısı susuzluqdan əziyyət çəkəcək.
Natiq qeyd edib ki, insan inkişaf etmək, mənəvi tələbatlarını ödəməklə yanaşı təbiət qanunlarını nəzərə almalı, balansı qorumalıdır. Bu həyati vacib işdə müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Pedaqoji Universitet kimi müəssisələrdə müəllim hazırlığında bu istiqamətdə aparılan təlim-tərbiyə işi daha da təkmilləşdirilməlidir. Müzakirənin də məqsədi bu istiqamətdə yol xəritəsi hazırlamaqdır.
ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov bu istiqamətdə Milli Məclisin adıçəkilən komitəsi ilə birgə icra olunacaq layihənin işçi variantını müzakirəyə təqdim edərək layihə nəticəsində gənc müəllimlərdən gözləntilərin əsasən BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq ekoloji çirklənmə, onun qarşısının alınması, milli və beynəlxalq ekoloji hüquqi savadlılıq, monitorinq aparmaq, sərbəst qərar vermə, vətəndaş mövqeyi ortaya qoymaq olduğunu, eyni zamanda bu istiqamətdə elmi tədqiqat işlərini genişləndirmyin vacibliyini bildirib.

Mövzu ətrafında çıxış edənlərdən millət vəkili Afət Həsənova, prof. Fikrət Rzayev, c.e.d. Məhəmməd Abduyev, prof. Fərrux Rüstəmov, prof. Əli Zalov, dos. Ənvər İmanov, dos. Elnarə Mehbalıyeva və dos. Yeganə Cəlilova da təkliflərini səsləndiriblər.
Müzakirənin sonunda təkliflərin dəyərləndirilməsi, yekun layihə və yol xəritəsinin hazırlanması haqqında razılıq əldə olunub.

ADPU-nun mətbuat katibi Cavid Hüseynov
15-04-2022, 21:25
QHT-dən Şəhid və qazi analarına psixoloji və mənəvi dəstək

Agentliyin dəstəyi ilə QHT Gəncədə Şəhid və qazi analarına psixoloji və mənəvi dəstək oldu
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ahıllara və Tənhalara Dəstək İctimai Birliyi “Cəmiyyətə örnək olan Şəhid və qazi analarına mənəvi dəstəyimizi davam etdirək” layihəsini həyata keçirir.


Azərbaycan Ahıllara və Tənhalara Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Ruhiyyə Məmmədova Butov.az-a bildirib ki, layihə çərçivəsində 5-15 aprel 2022-ci il tarixində Gəncə şəhərinə səfərlərimiz oldu. Bu səfərlərdə əsas məqsəd Gəncədə Şəhid anaları ilə təmasları genişləndirərək, onlara sosial-psixoloji dəstək göstərmək idi. Biz layihə çərçivəsində bu işləri uğurla yerinə yetirdik. Bu müddət ərzində 15 şəhid ailəsilə görüşdük. Şəhidlərimizin anaları, həyat yoldaşları ilə görüşlərimiz zamanı həmin insanlara psixoloji dəstək olduq. Psixoloq Vəfa Abbasovanın iştirakı ilə gerçəkləşən bu təmaslar zamanı biz hiss edirdik ki, övlad və yaxud həyat yoldaşını itirən insanlarda xeyli gərginliklər var. Belə psixoloji dəstək mənim qənaətimcə, çox effektli oldu. Biz Şəhid anaları ilə görüşlərimiz zamanı bir vacib məqamı da hiss etdik ki, Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, qəhrəman oğullarımızın cəmiyyətə tanıdılması onların doğmaları üçün məlhəmdir.


QHT sədri daha sonra bildirib ki, bizə layihə çərçivəsində, belə görüşlərin effektli alınmasında dəstək olan hər kəsə, o cümlədən Gəncəyə gəlib bizim tədbirimizə qatılan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Nigar xanım Ağakişiyevaya, həmçinin Şəhid ailələrinə, ümumilikdə Gəncə ictimaiyyətinə öz dərin təşəkkürümüzü çatdırırıq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!