Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
21-11-2022, 18:57
Putin Tokayevi təbrik etdi


Putin Tokayevi təbrik etdi

Rusiya prezidenti Vladimir Putin Kasım-Jomart Tokayevi yenidən Qazaxıstan prezidenti seçilməsi münasibətilə təbrik edib. Putin Rusiya və Qazaxıstanın strateji münasibətləri yaxşılaşdırmaqda davam edəcəklərinə ümidvar olduğunu bildirib. Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev prezident seçkilərində 81,31 faiz səslə qalib gəlib. İkinci yeri 3,42% səs toplayan “Ayıl” partiyasının namizədi Jiquli Dayrabayev tutub. Tokayev daha əvvəl bildirmişdi ki, Qazaxıstanda keçiriləcək prezident seçkiləri ölkədə hakimiyyət institutlarının hərtərəfli yenidən qurulması üçün başlanğıc nöqtəsi olacaq.
21-11-2022, 18:48
Sabah 17 dərəcə isti olacaq


Sabah 17 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 14-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.
21-11-2022, 18:37
Müvəkkil Hüquq Mərkəzi daha bir layihəyə yekun vurdu

Müvəkkil Hüquq Mərkəzi daha bir layihəyə yekun vurdu

“Şəhid ailələrinin və qazilərin hüquqlarının müdafiəsi” layihəsinin yekun tədbiri keçirilib. Butov.az xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun baş ofisində keçirilən tədbirdə ziyalılar, QHT rəhbərləri iştirak ediblər. Müvəkkil Hüquq Mərkəzinin Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə barədə Müvəkkil Hüquq Mərkəzinin Sosial Psixoloji Dəstək Departamentinin rəhbəri, psixoloq Vüsalə Vəkiloğlu ümumi məlumat verib.

layihənin icrası ilə bağlı təşkilatın sədri, layihə rəhbəri, hüquqşünas Səməd Vəkilov geniş məlumat verib. Bildirib ki, layihə çərçivəsində Tovuz, Şirvan, Siyəzən, Şabran rayonlarında şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçirilib və bu qrupdan olan şəxslərə hüquqi yardımlar edilib. Eyni zamanda şəhid adlarının əbədiləşdirilməsi, müharibə iştirakçılarının hüquqları ilə bağlı SƏS.TV -də 4 veriliş hazırlanıb. O, cümlədən şəhid ailələri və qazilərin hüquqlarının çap olunduğu bukletlər tədbirdən faydalanan şəxslərə təqdim olunub.

Sonra Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil idarəsinin nümayəndəsi, ehtiyatda olan polkovnik leytenant, Qarabağ müharibəsi iştirakçısı Mürsəl Qurbanov tədbir iştirakçılarına Qarabağ müharibəsi zamanı təhsil işçilərinin müharibədə iştirakı ilə bağlı məlumat verib:
“Qarbağ müharibəsində ümumilikdə 600 nəfərdən artıq müəllim iştirak edib və onlardan 17 nəfəri şəhid olub. Təkcə bu ay 22 nəfər müharibə iştirakçısı orta ümumitəhsil məktəblərində hərbi rəhbər vəzifələrinə qəbul edilib. Ümumilikdə Bakı şəhərindəki orta məktəblərdə 200 nəfərdən artıq müharibə iştirakçısı hərbi rəhbər vəzifəsində çalışır. Bu şəxslər daim bizim diqqət mərkəzimizdədir. Bu yaxınlarda Təhsil idarəsi tərəfindən “Qazi müəllimlər” adlı kitab da nəşr edilib”.

Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının əməkdaşı Rasim Mirzəyev layihənin əhəmiyyətini və aktuallığını qeyd edərək onun uğurla həyata keçirilməsinə görə öz minnətdarlığını bildirib. O, şəhid ailələrinin, qazilərin, veteranların il boyu təmənnasız xidmət göstərən Müvəkkil Hüquq Mərkəzinin çəkinmədən üz tuta biləcəyi ünvan olduğunu qeyd edib. R.Mirzəyev həmçinin layihə ilə bağlı aidiyyəti qurumlarla yaradılmış sıx əməkdaşlıq və informasiya mübadiləsinin də yüksək səviyyədə təşkil olunmasına diqqət çəkib. Yüksək vətənpərvərlik ruhunun gənc nəslə ötürülməsi üçün belə layihələrin davamlı və ardıcıl şəkildə aparılmasını dəstəkləyən Müvəkkil Hüquq Mərkəzinin hər zaman vətənpərvər insanlara diqqət göstərməsini alqışlayaraq gələcək işlərdə də qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu cür layihələri maliyələşdirməsini təqdirəlayiq hal hesab etdiyini, Müvəkkil Hüquq Mərkəzinin həsas sosial təbəqədən olan bu cür insanlara daimi qayğı göstərməsini alqışladığını vurğulayıb.

“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin sədri, Azərbaycan Dövlət Televiziyasının əməkdaşı Tamxil Ziyəddinoğlu layihə rəhbəri Səməd Vəkilovun məruzəsindən çox maraqlı informasiyalar aldığını, cəmiyyətdə mövcud olan, lakin qanunvericilikdə necə həll olunması nəzərdə tutulmayan məsələlərin müəyyən problemlər yaratdığını bildirib. Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə belə layihələri dəstəklədiyinə görə təşəkkür edib.
“Şəhid ailələri və qazilərlə bağlı bu cür layihələrin həyata keçirilməsi dövlətin sosial təbəqəyə olan qayğısının təzahürüdür”.

Azərbaycan Dövlət Televiziyasının əməkdaşı, tarix elmləri üzrə fəlsəfə doktoru Mahir Qəribov isə qeyd edib ki, bu cür layihələri icra etməklə şəhid ailələri və müharibə iştirakçılarına dəstək olmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. M.Qəribovun eyni sinifdə təhsil alan 3 şəhidin tale yolundan bəhs edən “Üç dost, üç tale” adlı sənədli filimin çəklişi haqqında səsləndirdiyi fikirlər tədbir iştirakçılarının marağına səbəb olub.

Qazi adının Azərbaycan dilinin leksikonunda müxtəlif mənaları ifadə etməsi ilə bağlı fikir mübadiləsinə münasibət bildirən Qarabağ Qaziləri İctimai Birliyinin əməkdaşı, Qarabağ qazisi Rey Kərimoğlu Qazi sözünün eyni adlı təşkilatın adı ilə dövriyyəyə daxil olduğunu və bu anlayışın daha dolğun şəkildə qanunda təsbit olunmasını zəruri hesab etdiyini bildirdi.
Qazi sözünün etimologiyası ilə bağlı polemikaya qoşulan Müvəkkil Hüquq Mərkəzinin sədr müavini, müharibə iştirakçısı Mobil Vəkiloğlu sözün Azərbaycan Cümhuriyyəti dönəmində bir çox müraciətlərdə öz əksini tapdığını söyləyib. Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülnarə Vəlixanlı şəhid ailələrinə qarşı məmurları diqqətli olmağa çağırıb.

Aprel döyüşlərinin iştirakçısı Zaman Hüseynovun dayısı, şair-folklor araşdırmaçısı İlham Qəhrəman tədbirdə vətənpərvərlik mövzusunda şeirlər səsləndirib.
Tədbirdə Cəmiyyət və Medianın İnkişafı İctimai Birliyinin həmtəsisçisi, tanınmış jurnalist Nicat Sadıxlı, hüquqşünas Adil Gözəlov, Uşaqların Gələcəyi Naminə təşkilatın sədri, hüquqşünas Könül Quliyeva, Vikipediya hərakatının aparıcı siması Elnur Eltürk, şəhid ailə üzvü Fərizə Hacıyeva (şəhid Famil Hacıyevin qardaşı qızı), Nilufər Həsənli, Səlim Qədirov, Ayşən Hüseynzadə, Bakir Babayev, şair Elşad Bayramov, Azər Xudiyev, Hacı Möhübbət Dərələyəzli, "Bəhram Nəsibov Yaradıcılığının Təbliği" İctimai Birliyinin sədri Adil Nəsibov, hazırda Hollandiyada yaşayan Zeynəb Dilbazi, Müvəkkil Hüquq Mərkəzinin İnformasiya Texnologiyaları üzrə Departament rəhbəri tanınmış fotoqraf Rahim Qədimov da iştirak ediblər.

Butov.az

21-11-2022, 14:52
Bir nəfər neçə partiyanın üzvü ola bilər? - Qanun


Bir nəfər neçə partiyanın üzvü ola bilər? - Qanun

Azərbaycanda şəxs yalnız bir siyasi partiyanın üzvü ola bilər. Bu barədə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin yeni redaksiyasında qeyd olunub. Dövlət qeydiyyatına alınmış siyasi partiyanın üzvü partiyanın yalnız bir yerli təşkilatında (olduğu halda) qeydiyyatda ola bilər. Bundan başqa, heç kəs hər hansı siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər siyasi partiyanın üzvü ola bilməzlər.
21-11-2022, 14:50
Partiyalara yeni qadağa - Belə adlara icazə verilməyəcək


Partiyalara yeni qadağa - Belə adlara icazə verilməyəcək

Siyasi partiyaların fəaliyyətinin təşkili müəyyənləşib. Bu barədə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin yeni redaksiyasında əksini tapıb. Siyasi partiyanın təşkili üçün adı olmalı və onun adında “partiya” sözü göstərilməlidir. Siyasi partiyanın adının qısaldılmış forması, həmçinin siyasi partiyanın rəmzləri (bayraq, emblem və s.) ola bilər. Siyasi partiyanın adı, qısaldılmış adı və rəmzləri dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış və ya ləğv edilmiş hüquqi şəxslərin, o cümlədən digər siyasi partiyanın adından, adının qısaldılmış formasından və rəmzlərindən fərqlənməlidir, qanunla qorunan əmtəə nişanlarını təqlid etməməlidir. Siyasi partiyanın adında, qısaldılmış adında və rəmzlərində irqi, dini, mənşə, cinsi, etnik xüsusiyyətlərə istinad olunması, habelə fiziki şəxslərin adlarından istifadə edilməsinə yol verilməyəcək.
21-11-2022, 14:48
Siyasi partiyalar bu halda ləğv olunacaq- Yeni tələb


Siyasi partiyalar bu halda ləğv olunacaq- Yeni tələb

Dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halında onun ləğvi barədə məhkəmədə iddia qaldırıla bilər. Bu məsələ "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin yeni redaksiyasında əksini tapıb. Qeyd olunub ki, həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırılacaq.
21-11-2022, 14:46
Bakıda “NATO günləri” başlayıb


Bakıda “NATO günləri” başlayıb

Müdafiə Nazirliyi ilə NATO arasında 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Bakıda “NATO günləri”nə start verilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. “NATO günləri” çərçivəsində ölkəmizdə səfərdə olan NATO-nun Müttəfiq Qüvvələrin Avropada Baş Qərargah rəisinin müavini kontr-admiral Qunnşteyn Brusdalın başçılıq etdiyi nümayəndə heyətinin bir sıra görüşləri nəzərdə tutulub. Noyabrın 25-dək keçiriləcək “NATO günləri” çərçivəsində müxtəlif mövzularda brifinqlər təqdim olunacaq.
21-11-2022, 14:44
“Səfirlik açmaq qərarını Azərbaycan yeməyi ilə qeyd edirik” – İsrail səfiri


“Səfirlik açmaq qərarını Azərbaycan yeməyi ilə qeyd edirik” – İsrail səfiri

İsrailin Azərbaycandakı səfiri Corc Dik rəsmi Bakının Təl-Əvivdə səfirlik açmaq qərarı ilə bağlı paylaşım edib. Diplomat bu barədə twitter hesabında yazıb. “Azərbaycanın İsraildə səfirlik açmaq qərarını ənənəvi Azərbaycan yeməyi ilə qeyd etmək qərarına gəldik. Amma hansı yeməklə qeyd edəcəyimzi razılaşdıra bilmirik”, - səfir bildirib. C.Dik Azərbaycanın bir neçə milli yeməyinin adını çəkib və onlar arasından hansını seçməklə bağlı məsləhət istəyib. “Düşbərə və dolma, şah plov və balıq ləvəngisi, piti və yarpaq xəngəli, kabab”, - diplomat bildirib. Qeyd edək ki, Milli Məclis noyabrın 18-də Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirlik açmasına razılıq verib. Azərbaycanın İsraildəki səfirliyi paytaxt Təl-Əvivdə, Albaniyadakı səfirliyi paytaxt Tiranada, Keniyadakı səfirlik isə Nayrobi şəhərində yerləşəcək.
21-11-2022, 14:41
Belarusla ticarət dövriyyəmiz xeyli azalıb


Belarusla ticarət dövriyyəmiz xeyli azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin həcmi 300 milyon ABŞ dollarına yaxın olub. Hesabat dövründə Azərbaycandan Belarusa ixracın dəyəri 87,7 milyon dollar, idxalın həcmi isə 211,5 milyon dollar olub. Xatırladaq ki, ötən ilin yanvar-dekabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 424,5 milyon ABŞ dolları təşkil edib.
21-11-2022, 14:39
İran İraqa raket zərbələri endirdi - Ölənlər var


İran İraqa raket zərbələri endirdi - Ölənlər var

İran silahlı qüvvələri İraqın Kürdüstan əyalətinə növbəti dəfə raket zərbələri endirib. Bu barədə yerli mənbələrə istinadən INA agentliyi məlumat yayıb. Zərbələr kürd partiyalarının Ərbil və Süleymaniyyə əyalətlərində yerləşən qərargahlarına dəyib. Məlumata görə, onlar İranda hökumət əleyhinə etirazlara dəstək verdiklərinə görə hədəf seçilib. “Shafaq News” portalının məlumatına görə, İran hərbçiləri Bahirka şəhərindəki qaçqın düşərgəsini də atəşə tutub. Atışma nəticəsində bir neçə nəfərin öldüyü deyilir. Qeyd edək ki, ABŞ-ın Ərbildəki konsulluğu raket hücumuna görə həyəcan siqnalı verib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!