Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib .....                        Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
10-11-2022, 22:00
Rəşad Dağlının həbsinə qərar verildi


Rəşad Dağlının həbsinə qərar verildi

Tanınmış meyxanaçı Rəşad Dağlı barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Qaradağ Rayon Məhkəməsinə gətirilib. Qaradağ Rayon Prokurorluğu tərəfindən verilmiş təqdimata məhkəmədə hakim Teymur Qurbanovun sədrliyi ilə baxılıb. Qərara əsasən, R.Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, tanınmış meyxanaçı qonşusu İsgəndər Mehdiyevi bıçaqlayaraq öldürməkdə təqsirli bilinib.
10-11-2022, 21:56
Ukrayna və Özbəkistan arasında böyük qalmaqal


Ukrayna və Özbəkistan arasında böyük qalmaqal

Ukraynanın Özbəkistandakı səfiri Nikolay Doroşenko bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Özbəkistan XİN məlumat yayıb. Məlumata görə, səfirə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Rusiyaya ikili təyinatlı məhsulların tədarükü ilə bağlı bəyanatına görə etiraz bildirilib. Ukrayna tərəfindən Özbəkistanla bağlı KİV-də yalan məlumatların yayılmasının yolverilməzliyi vurğulanıb. Doroşenko əmin edib ki, Özbəkistan tərəfinin narahatlığı operativ şəkildə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbərliyinin diqqətinə çatdırılacaq. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Vadim Skibitski “La Repubblica” nəşrinə müsahibəsində bildirib ki, Qazaxıstan və Özbəkistan Rusiyaya Qərb sanksiyalarından yayınmağa kömək edir. Onun sözlərinə görə, Astana və Daşkənd Moskvanı raketlərin yaradılması üçün zəruri olan Amerika və Yaponiya istehsalı komponentlərlə təchiz edir.
10-11-2022, 21:54
Mirziyoyev: Biz də bu Zəfəri bayram etmişik


Mirziyoyev: Biz də bu Zəfəri bayram etmişik

“Danışıqlara başlamazdan əvvəl Sizi böyük Qələbə - 8 Noyabr günü münasibətilə təbrik etmək istəyirəm. Sizin yaxın dostlarınız kimi biz də bu Zəfəri bayram etmişik”. Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşü zamanı bildirib. "Bu münasibətlə Sizi bir daha təbrik edirəm. 12 Noyabr - Konstitusiya Gününüzü təbrik edirəm. Sabah sizdə Milli Olimpiya Komitəsinin 30 illiyidir, bu münasibətlə də təbrik edirəm, - Siz bu təşkilata rəhbərlik edirsiniz. Bunlar elə hadisələrdir ki, yaxşı dostlar onları heç vaxt unutmamalıdırlar. Mən Sizi səmimi qəlbdən təbrik edirəm” - Prezident çıxışında deyib.
10-11-2022, 21:52
Azərbaycanla münasibətlər strateji əhəmiyyət daşıyır - Mirziyoyev


Azərbaycanla münasibətlər strateji əhəmiyyət daşıyır - Mirziyoyev

Özbəkistan-Azərbaycan münasibətləri strateji əhəmiyyət daşıyır. Bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev noyabrın 10-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı bildirib. "Əlbəttə, dediyimiz kimi, bizim münasibətlər strateji əhəmiyyət daşıyır. Bir misal göstərim – bu il Sizinlə üçüncü dəfədir görüşürük. Bu, münasibətlərimizin strateji əhəmiyyətinə dəlalət edir. Siz üçüncü dəfədir ki, Özbəkistana səfər edirsiniz, buna görə Sizə çox təşəkkür edirəm. Əlaqələrimiz sistemli olub və ən başlıcası, konkret nəticələr verir. Bizim komandalar artıq bir-birini tanıyır. Biz Sizin gəlişinizə hazırlaşmışıq, çoxlu ciddi layihələr var, genişproqramlı çoxlu səfərlər olub. Artıq görüşürlər, söhbət edirlər. Hökumətlərarası Komissiyanın iclası uğurla, çox yaxşı keçib və həmkarlar Hökumətlərarası Komissiyanın sədri ilə söhbət ediblər, yaxşı plan nəzərdə tutublar", - dövlət başçısı qeyd edib.
10-11-2022, 21:35
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb


İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb

Noyabrın 10-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşılayıb. Dövlət başçıları və birinci xanımlar birgə foto çəkdiriblər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib:
-Hörmətli İlham Heydər oğlu, bir daha Özbəkistana xoş gəlmisiniz. Sizi Səmərqənddə görmək mənə çox xoşdur. Çox şadam ki, Siz xanımınız Mehriban Arif qızı ilə birlikdə gəlmisiniz. Ona görə ki, mən demişəm, bu, rəmzi məna daşıyır. Dediyim kimi, sabahkı Sammit rəmzi məna daşıyır, ona görə ki, bu tədbirin əsasını Naxçıvanda qoymuşuq, İlham Heydər oğlu, Sizin Vətəninizdə, atanızın Vətənində. Biz görürük ki, bu istiqamətdə çoxsaylı tarixi hadisələr baş verib. Özbəkistanda bu tarixi hadisə ilk dəfədir. Nə üçün Səmərqənddə təşkil olunması da böyük əhəmiyyət kəsb edir, ona görə ki, sabah Səmərqənddə ilk dəfə olaraq Zirvə Görüşü yeni adla keçiriləcək. Bütün bunlar hamısı qarşılıqlı surətdə əlaqəlidir. Beləliklə, xoş gəlmisiniz! Danışıqlara başlamazdan əvvəl Sizi böyük Qələbə - 8 Noyabr günü münasibətilə təbrik etmək istəyirəm. Sizin yaxın dostlarınız kimi biz də bu Zəfəri bayram etmişik. Bu münasibətlə Sizi bir daha təbrik edirəm. 12 Noyabr - Konstitusiya Gününüzü təbrik edirəm. Sabah sizdə Milli Olimpiya Komitəsinin 30 illiyidir, bu münasibətlə də təbrik edirəm, - Siz bu təşkilata rəhbərlik edirsiniz. Bunlar elə hadisələrdir ki, yaxşı dostlar onları heç vaxt unutmamalıdırlar. Mən Sizi səmimi-qəlbdən təbrik edirəm. Əlbəttə, dediyimiz kimi, bizim münasibətlər strateji əhəmiyyət daşıyır. Bir misal göstərim – bu il Sizinlə üçüncü dəfədir görüşürük. Bu, münasibətlərimizin strateji əhəmiyyətinə dəlalət edir. Siz üçüncü dəfədir ki, Özbəkistana səfər edirsiniz, buna görə Sizə çox təşəkkür edirəm. Əlaqələrimiz sistemli olub və ən başlıcası, konkret nəticələr verir. Bizim komandalar artıq bir-birini tanıyır. Biz Sizin gəlişinizə hazırlaşmışıq, çoxlu ciddi layihələr var, genişproqramlı çoxlu səfərlər olub. Artıq görüşürlər, söhbət edirlər. Hökumətlərarası Komissiyanın iclası uğurla, çox yaxşı keçib və həmkarlar Hökumətlərarası Komissiyanın sədri ilə söhbət ediblər, yaxşı plan nəzərdə tutublar.
Azərbaycan Prezidenti İlham Əliyev deyib:
-Sağ olun, hörmətli Şavkat Miromonoviç. İlk növbədə, dəvətə və qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Yenidən Səmərqənddə olmağıma çox şadam. Azərbaycanın Vətən müharibəsində Qələbəsi münasibətilə təbrikinizə görə təşəkkürümü bildirmək istəyirəm. Biz qardaş özbək xalqının, şəxsən Sizin bizə, ölkəmizə və Azərbaycanın ədaləti bərpa etməsinə münasibətinizi çox yüksək qiymətləndiririk. Biz bu dəstəyi müharibə dövründə də, sonra da hiss edirdik. Əlbəttə, işğaldan azad edilmiş Füzuli şəhərində məktəb tikmək təşəbbüsünüzə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bu, ərazilərin bərpası işinə ilk xarici töhfə olacaq və biz bunu çox yüksək qiymətləndiririk. İndicə Sizinlə informasiya mübadiləsi etdiyimiz kimi, məktəbin tikintisi artıq başlanıb. Bu məktəb bizim xalqlarımızın qardaşlığının rəmzi olacaq. Həqiqətən son vaxtlar biz çox yaxınlaşmışıq. Fikrimcə, bu da bizim əcdadlarımızın iradəsidir və xalqlarımız arasında tarixi qardaşlıq əlaqələri məcrasında baş verir. Yeddi ay ərzində üçüncü dəfədir ki, Özbəkistana səfər edirəm. Hər dəfə şəxsən Sizə və qardaş özbək xalqına böyük məhəbbətlə, böyük hörmətlə gəlirəm və burada olandan sonra Sizin rəhbərliyinizlə Özbəkistanın qazandığı böyük nailiyyətlər haqqında danışıram. Daşkəndi, Xivəni, Səmərqəndi ziyarət etmək kifayətdir. Mən artıq Özbəkistanla kifayət qədər yaxşı tanışam və deməliyəm, birmənalı şəkildə qeyd etmək olar ki, Səmərqənd mühüm beynəlxalq siyasi mərkəzə çevrilib. Ona görə ki, burada dünya liderlərinin iştirakı ilə dünya səviyyəli müxtəlif beynəlxalq tədbirlər keçirilir. Bu münasibətlə də Sizi təbrik edirəm. Əlbəttə, Sizin qeyd etdiyiniz mövzular gündəlikdədir. Biz Sizinlə razılaşdıq ki, qərarlarımızın yerinə yetirilməsinə nəzarət edəcəyik. Sizin qeyd etdiyiniz kimi, bütün istiqamətlər üzrə yaxşı proseslər gedir.
Görüşdə, həmçinin ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsi məsələləri barədə fikir mübadiləsi aparıldı. Xüsusilə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində əldə olunmuş razılaşmaların icrası istiqamətində görülən işlərə toxunuldu, bu baxımdan hökumətlərarası komissiyanın fəaliyyəti qeyd olundu. Söhbət zamanı maşınqayırma sahəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində müsbət nəticələrin olduğu bildirildi. Əczaçılıq, energetika sahələrində nailiyyətlər, həmçinin ipəkçilik sahəsində iki ölkə arasında qurulmuş uğurlu əməkdaşlıq layihəsindən çıxış edərək pambıqçılıq və toxuculuq sahələrində də ölkələrimiz arasında nailiyyətlərin olduğu vurğulandı. Bundan başqa, iki ölkənin regionları arasında əməkdaşlığın təşviqi məqsədilə bu ilin sonunda regionlararası forumun keçiriləcəyi qeyd olundu. Bu Forum çərçivəsində iki ölkənin bir sıra şəhərləri arasında qardaşlıq münasibətlərinin qurulması barədə anlaşmaların imzalanacağı müsbət hal kimi vurğulandı. Bu tədbirlərin Azərbaycan ilə Özbəkistan arasında qardaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verəcəyi ifadə edildi. Dövlət başçıları, həmçinin iki ölkə arasında humanitar-mədəni sahədə əməkdaşlığın inkişafının əhəmiyyətini qeyd edərək, mədəniyyət qruplarının intensiv qastrol səfərlərinin təşkilinin vacibliyini bildirdilər. Söhbət zamanı Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün Səmərqənd şəhərində keçirilməsinin böyük tarixi və rəmzi məna daşıdığı vurğulandı. Xüsusən təşkilatın adının dəyişdirilməsindən sonra ilk Zirvə Görüşünün bu tarixi şəhərdə təşkil olunmasının önəmi qeyd edildi.
10-11-2022, 21:29
Azərbaycan səfiri İran XİN-ə çağırıldı


Azərbaycan səfiri İran XİN-ə çağırıldı

Azərbaycan Respublikasının Tehrandakı səfiri Əli Əlizadə bu gün axşam saatlarında İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə İran mətbuatı məlumat yayıb. Səfirin XİN-ə çağrılmasına "Azərbaycan mediasında İran əleyhinə təbliğatın aparılması" səbəb kimi göstərilib.
10-11-2022, 21:27
Ərdoğan Özbəkistanda yüksək mükafata layiq görüldü


Ərdoğan Özbəkistanda yüksək mükafata layiq görüldü

Səmərqənd şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan lideri Şavkat Mirziyoyev birgə mətbuat konfransı keçiriblər. Konfrans zamanı Ərdoğana Özbəkistanın ən yüksək dövlət medalı təqdim edilib. Ərdoğan dövlət medalına layiq görülməsindən çox məmnun olduğunu vurğulayıb. “Mən bu medalı ölkələrimiz arasında əbədi qardaşlığın güclü simvolu kimi qəbul edirəm”, - deyə Türkiyə lideri bildirib.
10-11-2022, 21:23
Putin Avropanın təhlükəsizliyinə meydan oxuyur


Putin Avropanın təhlükəsizliyinə meydan oxuyur

Rusiya Prezidenti Vladimir Putin Avropanın təhlükəsizliyinə meydan oxuyur, Ukraynaya qarşı təcavüzkar və amansız müharibə aparır. Bunu NATO-nun Baş katibi Yens Stoltenberq İtaliyanın Baş naziri Giorgia Meloni ilə görüşdən sonra deyib. O qeyd edib ki, Ukrayna ordusu Rusiya qüvvələrini geri oturdur və torpaqlarını azad edir. "Bütün bunlar Ukraynanın qorxmaz və cəsur əsgərlərinin etdikləridir. Eyni zamanda, NATO müttəfiqlərinin, həmçinin İtaliyanın verdiyi hərbi dəstək hər gün döyüş meydanında fərq yaradır və Ukraynanın irəliləməsi üçün vacib olaraq qalır”, - Baş katib bildirib. Stoltenberq xatırladıb ki, Rusiya Xersondan çəkildiyini bəyan edib: "Biz qarşıdakı günlərdə vəziyyətin necə olacağını nəzarətdə saxlayacağıq. Aydındır ki, Rusiya ağır təzyiq altındadır. Rusiya qüvvələrinin Xersonu tərk etməsi Ukrayna üçün başqa bir qələbə olacaq".
10-11-2022, 21:19
Rusiya Ukraynanın bu kəndini işğal etdi


Rusiya Ukraynanın bu kəndini işğal etdi

Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətində yerləşən Pavlovka kəndini nəzarətə götürüb. Butov.az xəbər verir ki, hadisə yerindən kadrlar WarGonzo Telegram kanalında yayımlanıb. Ukrayna tərəfi hələ ki olaya rəsmi münasibət bildirməyib.
10-11-2022, 21:17
Parisdə 30-dan çox metrostansiya bağlandı


Parisdə 30-dan çox metrostansiya bağlandı

Fransanın paytaxtı Parisdə ictimai nəqliyyat işçilərinin tətili ilə əlaqədar bu gün 30-dan çox metro stansiyası bağlanıb. Butov.az-ın məlumatına görə, tətil nəticəsində Parisin 15 metro xəttindən 8-də hərəkət pozulub. Tətil iştirakçıları əməkhaqlarının artımı tələbi ilə çıxış ediblər. Parisin daxil olduğu İl-de-Frans regionunda tətillə əlaqədar böyük tıxaclar müşahidə olunub. Paris və onun ətrafında tıxacların ümumi uzunluğu 359 kilometrə çatıb. Bundan başqa, Fransanın digər şəhərlərində tətillər davam edir. Ölkənin şimalındakı Strasburq şəhərində təxmin 20 avtobus marşrutunun hərəkəti dayanıb. Fransanın cənubundakı Tuluza şəhərində isə hava limanına gedən avtovus reysləri dayandırılıb. Qeyd edək ki, bu gün Londonda da metropolietn işçiləri birgünlük tətil keçirirlər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!