Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib .....                        Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
17-11-2022, 22:51
Pelosi vəzifədən getdiyini açıqladı


Pelosi vəzifədən getdiyini açıqladı

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi vəzifəsini tərk edəcək. Bu barədə o, palatada çıxışı zamanı bildirib. Pelosi qeyd edib ki, Demokrat fraksiyaya yeni nəslin rəhbərlik etməsi lazımdır. "Çoxlarının bu böyük məsuliyyəti çiyninə götürməyə hazır olduqlarına görə minnətdaram” , - o deyib. Bundan əlavə, Pelosi ABŞ Konqresində qalıb işləməyə davam edəcəyini söyləyib.
17-11-2022, 22:50
İrana qarşı sanksiyalar genişləndirildi


İrana qarşı sanksiyalar genişləndirildi

ABŞ İranın neft sektoru ilə işləyən 13 şirkətə qarşı sanksiya tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyin saytında məlumat yayılıb. Sanksiya siyahısına BƏƏ və Çində, xüsusən də Honq Konqda qeydiyyatdan keçmiş şirkətlər daxildir. Sanksiya siyahısına daxil edilmiş şirkətlərin bütün əmlak və aktivləri bloklanmalıdır.
17-11-2022, 22:47
Nazir helikopter qəzasında öldü


Nazir helikopter qəzasında öldü

Meksikanın mərkəzi Aquaskalientes əyalətində helikopter qəzaya uğrayıb. Butov.az xəbər verir ki, qəza nəticəsində 5 nəfər ölüb. Ölənlərin biri Meksikanın ictimai təhlükəsizlik naziri Porfirio Xavyer Sançes Mendozadır. Ölkənin şimalında baş verən qəzanın səbəbi bəlli deyil.
17-11-2022, 22:38
İlham Əliyev və Putin telefonla danışdı


İlham Əliyev və Putin telefonla danışdı

Noyabrın 17-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı əsnasında dövlət başçıları iqtisadi-ticari və enerji sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
17-11-2022, 22:32
İrandan Türkiyəyə terrorçular keçdi - Biri öldürüldü


İrandan Türkiyəyə terrorçular keçdi - Biri öldürüldü

İran sərhədindən Türkiyəyə daxil olan 2 terrorçu zərərsizləşdirilib. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Muş bölgəsində terrorçularla Türkiyə komandoları arasında toqquşma yaşanıb. Qarşıdurma zamanı İran sərhədindən Türkiyəyə daxil olan 2 PKK/KCK terrorçusundan birinin ölü, digərinin isə sağ ələ keçirildiyi qeyd edilib.
17-11-2022, 22:29
Qanunsuz erməni dəstələri təxribata cəhd etdi


Qanunsuz erməni dəstələri təxribata cəhd etdi

Noyabrın 17-si saat 09:55-dən 14:45-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin üzvlərinin Ağdam və Xocalı rayonları ərazilərində döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis tədbirləri icra etmələri Ordumuzun bölmələri tərəfindən müşahidə edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu kimi fəaliyyətlər Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli Bəyanatın tələblərinin kobud şəkildə pozulmasıdır. Həyata keçirilən qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə Ordumuzun bölmələri tərəfindən zəruri tədbirlər görülüb.
17-11-2022, 22:24
Ermənistanın yaydığı bu məlumat yalandır


Ermənistanın yaydığı bu məlumat yalandır

Noyabrın 17-si saat 11:00-da ordumuzun bölmələri tərəfindən guya atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. "Yayılan məlumatı qəti surətdə təkzib edirik", - deyə açıqlamada bildirilir.
17-11-2022, 22:21
İranda etirazçılar generalı öldürdü


İranda etirazçılar generalı öldürdü

İranda kütləvi etirazlar davam edir. Bu gün Sənəndəc şəhərində keçirilən aksiya zamanı etirazçılar polis generalını bıçaqlayıb. Butov.az xəbər verir ki, general ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi açılıb. Hazırda generalı öldürən şəxslərin axtarışı davam edir.
17-11-2022, 16:58
Təbriz həbsxanasında Azərbaycan bayrağına görə dava


Təbriz həbsxanasında Azərbaycan bayrağına görə dava

İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərindəki həbsxanada Azərbaycan Respublikasının dövlət bayrağına görə baş verən dava-dalaşda güney azərbaycanlı milli fəal yaralanıb. Bu barədə məlumatı “Azad İran” teleqram kanalı yayıb. Bildirilib ki, tanınmış idmançı və ictimai fəal Kərim İsmayılzadəyə təzyiq etmək üçün onu ağır cinayətlər törətmiş məhkumlarla bir kameraya köçürüblər. Məlumata görə, həbsxanada üç məhbus Azərbaycan bayrağını təhqir etdikdən sonra Kərim İsmayılzadəyə hücum çəkiblər. Məcburi davaya cəlb olunan milli fəal hücum edənlərdən ikisinə müqavimət göstərib, üçüncü isə qaçıb. Bundan sonra xüsusi təyinatlı dəstə hadisə yerinə gəlib. Yaralanan Kərim İsmayılzadə həbsxananın tibb məntəqəsinə aparıldıqdan sonra xüsusi bölməyə köçürülüb. Qeyd edək ki, milli fəala qarşı irəli sürülən ittihamlardan biri də şəxsi avtomobilindən Azərbaycan bayrağını asmaqdır. Hadisənin həbsxana rəhbərliyi və hökumət qüvvələri tərəfindən məqsədli şəkildə cinayətkar şəxslərin əli ilə törədildiyi də vurğulanıb.
17-11-2022, 16:50
Kiyevdə İranın PUA-ları vuruldu


Kiyevdə İranın PUA-ları vuruldu

Ukraynanın paytaxtı Kiyev şəhərində İran istehsalı olan “Şahed-136” pilotsuz uçuş aparatları məhv edilib. Bu barədə Kiyevin Hərbi Administrasiyası məlumat yayıb. Bildirilib ki, Rusiya Silahlı Qüvvələri tərəfindən atılan qanadlı raketlər zərərsizləşdirilib. Məlumata görə, son bir saat ərzində Kiyev üzərində Rusiyanın azı iki qanadlı raketi vurulub. Bundan əlavə, Ukrayna Hava Hücumundan Müdafiə (HHM) Qüvvələri tərəfindən İran istehsalı olan 4 ədəd “Şahed-136” zərbə dronları zərərsizləşdirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!