“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
3-11-2022, 20:15
Avropa İttifaqından İrəvan və Bakıya delimitasiya çağırışı


Avropa İttifaqından İrəvan və Bakıya delimitasiya çağırışı

Avropa İttifaqı (Aİ) İrəvan və Bakını sərhədlərin delimitasiyasında irəliləyiş əldə etməyə çağırır. Bunu Aİ-nin Xarici Fəaliyyət Xidmətinin baş katibi Stefano Sannino tvitter-də yazıb. “Mən Brüsseldə baş nazirin müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin rəhbərlik etdiyi Ermənistan və Azərbaycanın sərhəd komissiyalarını salamlamağa şadam. Avropa İttifaqı tərəfləri yerlərdə təhlükəsizliyi yaxşılaşdırmaq və sərhədlərin delimitasiyası ilə bağlı irəliləyiş əldə etmək üçün addımlar atmağa çağırır”. Qeyd edək ki, Brüsseldə Ermənistan və Azərbaycanın sərhəd komissiyalarının üçüncü iclası keçirilir.
3-11-2022, 17:40
Avropa İttifaqından İrəvan və Bakıya delimitasiya çağırışı


Avropa İttifaqından İrəvan və Bakıya delimitasiya çağırışı

Avropa İttifaqı (Aİ) İrəvan və Bakını sərhədlərin delimitasiyasında irəliləyiş əldə etməyə çağırır. Bunu Aİ-nin Xarici Fəaliyyət Xidmətinin baş katibi Stefano Sannino tvitter-də yazıb. “Mən Brüsseldə baş nazirin müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin rəhbərlik etdiyi Ermənistan və Azərbaycanın sərhəd komissiyalarını salamlamağa şadam. Avropa İttifaqı tərəfləri yerlərdə təhlükəsizliyi yaxşılaşdırmaq və sərhədlərin delimitasiyası ilə bağlı irəliləyiş əldə etmək üçün addımlar atmağa çağırır”. Qeyd edək ki, Brüsseldə Ermənistan və Azərbaycanın sərhəd komissiyalarının üçüncü iclası keçirilir.
3-11-2022, 17:38
“Taxıl dəhlizi” ilə 10 milyon ton məhsul ixrac edilib


“Taxıl dəhlizi” ilə 10 milyon ton məhsul ixrac edilib

“Taxıl dəhlizi” işə başlayandan indiyədək Ukraynanın 10 milyon ton kənd təsərrüfatı məhsulu ixrac olunub. Məhsullar Asiya, Avropa və Afrika ölkələrinə yola salınıb. Bu barədə Ukrayna İnfrastruktur Nazirliyi məlumat yayıb. Bildirilib ki, “Taxıl dəhlizi”nin həyata keçirilməsi çərçivəsində noyabrın 3-də Ukraynanın ərzaq məhsulları ilə dolu daha 7 gəmi Odessa limanlarını tərk edib. Məlumata görə, gəmilərin göyərtəsində ümumilikdə 290 min ton kənd təsərrüfatı məhsulu var və onlar Asiya, Avropa, Afrika ölkələrinə yola salınıb. “Oktyabr ayında Rusiya Bosfor boğazında yoxlamanı süni şəkildə əngəlləməsəydi, ixracın həcmi 30-40 faiz çox ola bilərdi”, - deyə hesabatda bildirilib. Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib.
3-11-2022, 17:35
Kremldən orduda xidmət müddətinin uzadılmasına reaksiya


Kremldən orduda xidmət müddətinin uzadılmasına reaksiya

Çağırış üzrə orduda xidmət müddətinin uzadılması Rusiya Federasiyası Müdafiə Nazirliyinin müraciətindən asılıdır. Lakin hazırda Kreml bu məsələni müzakirə etmir. Bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. "Burada, axır ki, həlledici səs Rusiya Federasiyasının Müdafiə Nazirliyinə məxsusdur. Hər şey dəqiq olaraq Müdafiə Nazirliyinin mövqeyindən, Müdafiə Nazirliyinin müraciətlərindən, onların tövsiyələrindən asılıdır”, - deyə o, orduda çağırış müddətinin uzadılmasına münasibət bildirərkən deyib. Peskov bildirib ki, Kreml parlamentdə bununla bağlı bəyanatların təqdim olunduğunu görür. "Lakin burada bu məsələ ilə bağlı heç bir mövqe yoxdur, yəni Rusiya Federasiyası Prezidentinin Administrasiyasında bu mövzuda heç bir danışıqlar aparılmır", - dövlət başçısının mətbuat katibi vurğulayıb. Qeyd edək ki, son zamanlar bir neçə deputat orduya çağırış müddətinin uzadılmasının tərəfdarı olduğunu bildirib.
3-11-2022, 17:34
Almaniya çağırış etdi: İranı tərk edin!


Almaniya çağırış etdi: İranı tərk edin!

Almaniya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İranı tərk etməyə çağırıb. Butov.az xəbər verir ki, İranda xüsusilə ikili vətəndaşlığı olan şəxslər üçün təhlükəli vəziyyət yarandığı bildirilib. “Hazırda İranda Almaniya vətəndaşları üçün saxlanılma və uzunmüddətli həbslə bağlı konkret təhlükə var”, - deyə Almaniya XİN-in yaydığı məlumatda vurğulanıb. Həmçinin qeyd edilib ki, son vaxtlar İranda xarici vətəndaşlarla bağlı müxtəlif problemlərin yaşanması və süni əngəllər yaradılması tendensiyası mövcuddur.
3-11-2022, 17:32
Ermənistan Təbrizdə konsulluq açmağı qətiləşdirdi


Ermənistan Təbrizdə konsulluq açmağı qətiləşdirdi

Ermənistan 2023-cü ildə bir neçə ölkədə səfirlik və diplomatik nümayəndəliklər açmağı planlaşdırır. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.“Ermənistan 2023-cü ildə Uruqvayda səfirlik, İranın Təbriz və Rusiyanın Vladiqafqaz şəhərlərində isə konsulluq açmağı planlaşdırır”, - Ararat Mirzoyan parlamentin 2023-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi üzrə daimi komissiyalarının iclasında deyib. Onun sözlərinə görə, səfirliyin açılması ilə bağlı razılıq Uruqvay xarici işlər naziri Fransisko Bustixonun Ermənistana səfəri zamanı əldə olunub. Nazir hesab edir ki, bu, Latın Amerikası ölkələri ilə əməkdaşlığı dərinləşdirəcək. Təbrizdə konsulluğun açılmasına gəlincə, bu, İranın Qafandakı konsulluğunun işinə erməni tərəfinin cavabıdır. "Kiprdə və Belqradda (Serbiya) diplomatik nümayəndəliklər açılacaq. Biz həmçinin Rusiyada - Vladiqafqaz şəhərində konsulluq açmağı planlaşdırırıq", - Mirzoyan bildirib. O qeyd edib ki, Vladiqafqazda konsulluğun açılması heç də Verxniy Lars keçid məntəqəsindəki problemlərlə bağlı deyil.
3-11-2022, 17:30
Putin Ərdoğana söz verdi: Ukraynada nüvə silahından istifadə etməyəcək


Putin Ərdoğana söz verdi: Ukraynada nüvə silahından istifadə etməyəcək

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Tayyib Ərdoğanla telefon danışığı zamanı onu əmin edib ki, Ukraynada nüvə silahından istifadə etmək planı yoxdur. Bu barədə cümə axşamı Türkiyə liderinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirib. “Telefon danışıqları zamanı Rusiya tərəfi Türkiyəni nüvə silahından istifadə etmək planının olmadığına əmin etdi”. TRT İbrahim Kalına istinadən xəbər verir ki, Ukrayna tərəfi öz növbəsində “çirkli silahların” istifadəsinə hazırlıqla bağlı iddiaları təkzib edib. Türkiyə prezidentinin nümayəndəsinin sözlərinə görə, Ankara münaqişə tərəflərini sülh yolu ilə nizamlanma üzrə danışıqlara qayıtmağa dəvət etmək niyyətindədir. Xatırladaq ki, Ərdoğan Putinlə dünən axşam danışmışdı.
3-11-2022, 17:28
ABŞ və Cənubi Koreyadan Kim Çen Ina etiraz


ABŞ və Cənubi Koreyadan Kim Çen Ina etiraz

ABŞ dövlət katibinin müavini Vendi Şerman və Cənubi Koreyanın xarici işlər nazirinin müavini Ço Hyun Donq arasında telefon danışığı olub. Butov.az xəbər verir ki, telefon danışığı zamanı tərəflər Koreya Xalq Demokratik Respublikasının (KXDR) raket sınaqlarını müzakirə ediblər. V.Şerman Şimali Koreyanın raket sınaqlarının regionun və beynəlxalq birliyin təhlükəsizliyi üçün ciddi təhdid olduğunu bəyan edib. Tərəflər KXDR-in təxribatlarına qarşı müttəfiqlərin əməkdaşlıq etməli olduğuna diqqət çəkiblər. Qeyd edək ki, Şimali Koreyanın bu gün ümumilikdə 3 raket sınağı həyata keçirdiyi bildirilir. Bu sınaqlar zamanı qitələrarası ballistik raketlərin test edildiyi güman edilir.
3-11-2022, 17:27
Zakir Həsənov generallarla İran sərhədində


Zakir Həsənov generallarla İran sərhədində

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti respublikamızın cənub rayonlarında yerləşən hərbi hissə və birləşmələrin döyüş hazırlığını yoxlayıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Noyabrın 3-də müdafiə naziri Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin qeyd olunan ərazilərdə keçirilən təlimini izləyib. Məruzə olunub ki, xüsusi təyinatlıların döyüş hazırlığının yoxlanması və daha da yüksəldilməsi məqsədilə keçirilən təlimdə hərbi qulluqçular qarşıya qoyulan bütün tapşırıqları peşəkarlıqla yerinə yetirir. Hərbi Hava Qüvvələrinin, eləcə də Raket və Artilleriya bölmələrinin dəstəyi ilə icra olunan xüsusi əməliyyatlarda qoşun növləri arasında qarşılıqlı əlaqə yüksək səviyyədə təşkil edilir. Sonra təlimin növbəti mərhələsinə uyğun olaraq tapşırıqların icrası nümayiş etdirilib. Plana əsasən xüsusi təyinatlılar real döyüş şəraitində həqiqi döyüş sursatlarından istifadə olunmaqla açılan atəş altında irəliləyərək müdafiə olunan şərti düşmənə yaxınlaşıb, onun canlı qüvvəsini və atəş vasitələrini zərərsizləşdirərək dərinliyə doğru irəliləyiblər. Təlimdə həmçinin yaşayış məntəqəsində döyüşün aparılması, şərti düşmənin dərinliyinə desant endirilməsi və pusqunun icrası, eləcə də hava yolu ilə qruplara təminatın çatdırılması üzrə fəaliyyətlər də icra olunub. Təlimin gedişatını müsbət qiymətləndirən general-polkovnik Z.Həsənov xüsusi təyinatlılarla görüşüb, onların qayğıları ilə maraqlanıb və şəxsi heyət qarşısında çıxış edib. Müdafiə naziri çıxışında xüsusi təyinatlıların Vətən müharibəsində, eləcə də son qarşıdurmalarda göstərdikləri şücaət və qəhrəmanlıq nümunələrinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Onların təminat-təchizatının, o cümlədən döyüş hazırlığının daha da artırılmasının daim diqqət mərkəzində saxlanıldığını qeyd edib. Sonda general-polkovnik Z.Həsənov Azərbaycan Ordusunda qazanılan döyüş təcrübəsinin öyrənilməsi və müasir üsullarla keçirilən təlim-məşq prosesində tətbiq edilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.











3-11-2022, 17:22
Parlamentin gündəliyinə dəyişiklik edildi


Parlamentin gündəliyinə dəyişiklik edildi

Milli Məclisin noyabrın 5-də keçiriləcək iclasının gündəliyinı dəyişiklik edilib. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Gündəlik aşağıdakı kimidir:
1. 8 Noyabr − Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı.
2. “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
3. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
5. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
7. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
8. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
10. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
11. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
13. “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında”, “Maliyyə-sənaye qrupları haqqında” və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
15. “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” və “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
16. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
17. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
18. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
20. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
21. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
22. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!