Baş prokuror Çinə səfər edib .....                        Bakıda 2 nəfər dəm qazından öldü .....                        Nazirlər Kabinetində elektromobillər müzakirə edildi .....                        Rusiya sülhməramlıları texnikalarını da Qarabağdan çıxarır .....                        XİN Başçısı Kayrat Sarıbayla görüşdü .....                        İranın XİN Başçısı Türkiyədə səfərdədir .....                        Yeni hazırlanmış dərsliklər istifadəyə veriləcək .....                        Laçın hava limanının nəzarətlə bağlı müqavilə imzalandı .....                        Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir .....                       
15-11-2022, 18:37
Yeni böhrana hazır olun! - Ərdoğandan xəbərdarlıq


Yeni böhrana hazır olun! - Ərdoğandan xəbərdarlıq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyada keçirilən G20 sammitində iştirak edib. Ərdoğan sammitdə önəmli mesajlar verib. Türkiyə lideri dünyanı yeni ərzaq böhranına hazır olmağa çağırıb. O, eyni zamanda dünyanın aparıcı ölkələrini böhrandan xilas olmaq üçün təcili tədbirlər görməyə səsləyib: "Dünya buğda, günəbaxan yağı və qarğıdalı ilə yanaşı, düyüdə də böhran ehtimalı ilə üzləşib. Gübrə bazarı sürətlə sabitləşməlidir. Əks halda, gələn il daha böyük ərzaq böhranı yaşayacağıq. İxrac olunan taxılın ehtiyacı olan inkişaf etməmiş bölgələrə, xüsusən də Afrikaya təcili çatdırılması üçün tədbirlər görməliyik".
15-11-2022, 18:35
Albaniyada Azərbaycan Həftəsi keçiriləcək


Albaniyada Azərbaycan Həftəsi keçiriləcək

“Bu gün mən Azərbaycan Prezidenti cənab İlham Əliyevi burada – Tiranada böyük məmnunluqla qəbul edirəm. Cənab Prezident, bizim dəvətimizi qəbul etdiyinizə, bizimlə apardığınız məhsuldar əməkdaşlığa görə təşəkkürümü bildirmək istəyirəm”. Bunu Albaniya Respublikasının Prezidenti Bayram Beqay Prezident İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edən zaman bildirib. O qeyd edib ki, bu, əlaqələrimizin tarixində ilk mühüm dövlət səfəridir: “Azərbaycan Prezidenti ölkəmizə səfər edib. Belə yüksək səviyyəli səfər münasibətlərimizin inkişaf etdirilməsində, xalqlarımız arasında əməkdaşlığın genişləndirilməsində qarşılıqlı iradəmizin təzahürüdür. Ölkələrimiz arasında aparılan dialoqa görə dərin təşəkkürümü bildirirəm. Cənab Prezident, çox yaxşı haldır ki, Siz bu gün ölkəmizdəsiniz. Əslində, bu, qarşılıqlı maraq doğuran əməkdaşlığın yeni sahələrini açır. Albaniya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün qeyd edilməsinə gəldikdə, 2023-cü ildə biz əməkdaşlığımızın daha intensiv mərhələsinə qədəm qoyacağıq. Biz burada Azərbaycan Həftəsini keçirmək niyyətindəyik. Əslində, bu tədbir ölkənizin burada mədəni baxımdan təşviq olunması üçün önəmlidir. Biz, həmçinin burada ölkənizin səfirliyinin açılması ilə əlaqədar iradəsini bildirdiyinə görə Azərbaycan tərəfinə minnətdarıq və həmin addım ölkələrimiz arasında əməkdaşlığın yaxşı təzahürüdür”.
15-11-2022, 18:33
Rusiya Kiyevi raketlə vurdu


Rusiya Kiyevi raketlə vurdu

Rusiya Silahlı Qüvvələri Ukraynanın Kiyev vilayətinə və Kiyev şəhərinə raket zərbələri endirib. Bu barədə “Strana” məlumat yayıb. Bildirilib ki, Ukraynanın Sumı və Odessa vilayətlərində də partlayış səsləri eşidilib, hava hücumundan müdafiə (HHM) sistemləri işə düşüb. Xatırladaq ki, bu gün səhər saatlarından etibarən bütün Ukrayna ərazisində hava həyəcanı siqnalının verilməsi barədə məlumatlar yayılmışdı.
15-11-2022, 18:32
Prezident albaniyalı həmkarı ilə bu məsələləri müzakirə etdi


Prezident albaniyalı həmkarı ilə bu məsələləri müzakirə etdi

“Mən sizin fikrinizə qoşuluram ki, iqtisadiyyat və sənaye üzrə yaradılmış müştərək İşçi Qrup tezliklə birinci iclası keçirtməlidir. Çünki müzakirə ediləsi məsələlər çoxdur”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatında deyib. Azərbaycan Prezidenti albaniyalı həmkarı ilə bu gün qaz sahəsində əməkdaşlıq, əldə edilmiş nailiyyətlər və görüləcək işlər haqqında fikir mübadiləsi apardıqlarını diqqətə çatdırıb. Dövlət başçısının sözlərinə görə, ancaq enerji sektorundan əlavə digər sahələrdə də əməkdaşlıq üçün çox yaxşı imkanlar var: “Qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahəsi – bütün bu sahələr, bilirəm ki, sizin ölkəniz üçün və bizim üçün də prioritet təşkil edir. Ona görə də bu istiqamətlər üzrə əminəm ki, biz inamla addımlayacağıq”.
15-11-2022, 18:30
Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var - Prezident


Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var - Prezident

"Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var". Bu barədə Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatına bildirib. "Biz uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak etmişdik. Demək olar ki, NATO-ya üzv olmayan ölkələr arasında birincilər sırasındaydıq ki, biz sülhməramlı missiyaya qoşulduq və Əfqanıstandan çıxan son iki ölkə arasındayıq. Son iki ölkə - Türkiyə və Azərbaycandır. Bu da bizim məsuliyyətimizin təzahürüdür. Albaniya da NATO-nun üzvü kimi NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək vermişdir", - Prezident vurğulayıb.
15-11-2022, 18:28
İlham Əliyev albaniyalı həmkarını Azərbaycana dəvət edib


İlham Əliyev albaniyalı həmkarını Azərbaycana dəvət edib

Prezident İlham Əliyev albaniyalı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib. Bu barədə Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla mətbuata bəyanatlarla çıxış edərkən bildirib.
15-11-2022, 18:26
Erməni hərbçi xidmət yoldaşını güllələdi


Erməni hərbçi xidmət yoldaşını güllələdi

Ermənistan silahlı qüvvələrinin hərbçisi xidmət yoldaşı tərəfindən açılan atəş nəticəsində ölüb. Məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb. Hadisə noyabrın 15-də hərbi hissələrdən birində baş verib. Belə ki, 2002-ci il təvəllüdlü Vaqe Ovsepyan hərbçi yoldaşı tərəfindən öldürülüb. Faktla bağlı araşdırma aparılır.
15-11-2022, 18:23
Patruşev Qərbə meydan oxudu: Putinin tapşırıqları icra ediləcək!


Patruşev Qərbə meydan oxudu: Putinin tapşırıqları icra ediləcək!

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib ki, Ukraynaya Qərbdən hərbi yardım göstərməsinə baxmayaraq, Moskva “xüsusi hərbi əməliyyat”ın tapşırıqları yerinə yetirəcək. Butov.az xəbər verir ki, Patruşev Bryanskda Rusiyanın mərkəzi hissəsində təhlükəsizlik məsələləri ilə bağlı keçirilən iclasda belə deyib: "Kollektiv Qərbin Ukrayna rejiminə göstərdiyi hərbi yardıma baxmayaraq, Rusiya prezidentinin müəyyən etdiyi xüsusi hərbi əməliyyatın tapşırıqları yerinə yetiriləcək". Nikolay Patruşev bildirib ki, "Ukraynanın neonasizmdən azad edilməsi dünyada sabitlik və təhlükəsizliyin bərpasının başlanğıcı olacaq". “Bu gün Rusiya kollektiv Qərbin dəstəyi ilə dirçələn neonasist Kiyev rejiminə və qızışmış rusofobiyaya qarşı mübarizə aparır, Ukraynadakı rusdilli əhalini soyqırımından qoruyur və BMT-nin fundamental prinsipləri əsasında beynəlxalq hüququ müdafiə edir”. Təhlükəsizlik Şurasının katibi bildirib ki, Ukraynaya verilən öldürücü silahlar, eləcə də Kiyev uğrunda döyüşən xarici muzdlular Rusiya ordusu üçün prioritet hədəflərdir. Patruşev deyib ki, Ukraynanın kəşfiyyat və təxribat qrupları Rusiyanın mərkəzi hissəsində, xüsusən də sərhədyanı rayonlarda güclənib. “Son vaxtlar sərhədyanı rayonlarda vəziyyət Ukrayna tərəfinin reaktiv reaktiv sistemlərdən, artilleriya və pilotsuz uçuş aparatlarından istifadə etməklə yaşayış məntəqələrinin sistemli şəkildə atəşə tutulması ilə xarakterizə olunur". Patruşevin sözlərinə görə, radikal və ekstremist strukturların terror aktları törətmək niyyəti ilə Rusiya ərazisinə soxulmaq cəhdləri xeyli güclənib.“Həyat təminatı obyektlərinin, o cümlədən nəqliyyat və yanacaq-energetika komplekslərinin fəaliyyətinə qəsdən müdaxilə faktları var”, - o əlavə edib.
15-11-2022, 18:21
MEDİA 15 KİV-i reyestrə daxil etmədi


MEDİA 15 KİV-i reyestrə daxil etmədi

İndiyədək Media Reyestrinə 160-dan çox müraciət daxil olub, 100-ə yaxın media subyekti Reyestrə daxil edilib, 15 müraciət barəsində imtina qərarı qəbul olunub, 40-a yaxın müraciətə isə baxılmaqdadır. Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva deyib. Onun sözlərinə görə, Media subyektlərinin müraciətlərinə “Media haqqında” Azərbaycan Respublikası Qanununun 74.1-ci və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması Qaydaları”nın 6.5-ci bəndinə uyğun olaraq baxılır və nəticəyə uyğun olaraq müvafiq qərar qəbul edilir. “İndiyədək Media Reyestrinə 160-dan çox müraciət daxil olub, 100-ə yaxın media subyekti Reyestrə daxil edilib, 15 müraciət barəsində imtina qərarı qəbul olunub, 40-a yaxın müraciətə isə baxılmaqdadır. Qeyd edək ki, Media Reyestrinə daxil edilmiş media subyektlərinə elektron formada Media Reyestri şəhadətnaməsi təqdim olunur və onların şəxsi kabinetlərində yerləşdirilir. Şəhadətnaməni kağız daşıyıcıda əldə etmək üçün istənilən vaxt Agentliyə müraciət oluna bilər”, - Səidə Şəfiyeva vurğulayıb.
15-11-2022, 18:18
Müharibədən sağ gəlmişdi, qəzada öldü


Müharibədən sağ gəlmişdi, qəzada öldü

Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Xaçmaz kəndi ərazisində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 1993-cü il təvəllüdlü Səxavət Arif oğlu Atakişiyevin idarə etdiyi VAZ-2107 markalı avtomobil hərəkətdə olan zaman traktorla toqquşub. Nəticədə S.Atakişiyev dünyasını dəyişib. Qeyd edək ki, Səxavət Arif oğlu Atakişiyev 44 günlük müharibədə iştirak edib. O, prezidentin sərəncamı ilə "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!