Ukrayna üçün 1 milyarddan çox yardım ayrılacaq .....                        Fransa Azərbaycandakı səfirini geri çağırdı .....                        Rusiya sülhməramlıları Azərbaycanı tərk etdi .....                        Tbilisidə yenidən etiraz aksiyası keçirildi .....                        Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verildi - FOTO .....                        İlham Əliyev serbiyalı həmkarını COP29-a dəvət etdi .....                        Serbiya prezidenti İlham Əliyevdən dəstək istədi .....                        Putin və Rəisi arasında telefon danışığı olub .....                        Naxçıvanda 4 şagird ən yüksək nəticəni göstərdi .....                       
15-11-2022, 18:15
Ərdoğan Azərbaycana təşəkkür etdi


Ərdoğan Azərbaycana təşəkkür etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda törədilən terror aktı ilə əlaqədar rəsmi Ankaraya verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib. Bu barədə dövlət başçısı tviterdə paylaşım edib. “İstiqlal prospektində törədilmiş terror aktını pisləyən, kədərimizi bölüşən, başsağlığı verən bütün ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür edirəm”, - Ərdoğan bildirib. Onun paylaşımında Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, Çin, Ukrayna, İsrail və başqa ölkələrin bayraqları əksini tapıb. Qeyd edək ki, noyabrın 13-də Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində terror aktı törədilib. Nəticədə 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

15-11-2022, 18:12
İlham Əliyev Albaniyaya getdi


İlham Əliyev Albaniyaya getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Albaniya Respublikasına dövlət səfərinə gedib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Tirana şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlətimizin başçısını Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri xanım Belinda Balluku və digər rəsmi şəxslər qarşılayıblar.



15-11-2022, 18:09
Ermənilərin sərhəddəki alçaq təxribatları davam edir


Ermənilərin sərhəddəki alçaq təxribatları davam edir

Erməni tərəfi sərhəddə alçaq təxribatlara əl atır. Dəvət olunmuş avropalı müşahidəçilərin hərəkət marşrutundan xəbərdar olan Ermənistan Silahlı Qüvvələrinin komandanlığı Qarabağın işğalı illərində etdikləri hiylələri təkrarlayırlar. Müşahidəçilərin gəlişinə az qalmış erməni hərbçiləri komandanlığın əmri ilə və həmçinin təxribat törətmək məqsədi ilə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tuturlar. Bu barədə “Caliber” “Telegram” kanalı məlumat yayıb. Məlumatda qeyd olunur ki, missiya nümayəndələri gələnə kimi Azərbaycan tərəfi də təbii ki, cavab atəşi açır. “Müşahidəçilər ancaq Azərbaycan hərbçilərinin açdığı atəşi qeydə ala bilirlər. Bunun cavab atəşi olduğunu isə erməni təxribatçıları, təbii ki, onlara deməyəcək. Təkrar edirik! Şərəfsiz Ermənistan ordusu işğal illərində də bu ucuz taktikaya əl atıb. O zaman onlar ATƏT müşahidəçilərini yanıltmağa çalışırdılar. Bu “hiylələr”in 27 sentyabr 2020-ci ildə nə dərəcədə kömək etdiyini hamımız yaxşı xatırlayırıq. Bu hiylələr bu dəfə də onlara kömək etməyəcək. Erməni tərəfini bir daha xəbərdar etmək lazımdır. Odla oynamağın nə ilə nəticələndiyini artıq bilirsiniz. Özünüzü riskə atmayın”, - deyə kanal qeyd edib.
15-11-2022, 17:48
Türk dövlətlərinin hərbçiləri təlimə başlayıb


Türk dövlətlərinin hərbçiləri təlimə başlayıb

Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan və Qırğızıstan ordularının əsgərləri Türkiyənin İsparta şəhərində hərbi təlimlər keçirir. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. "Türk dövlətlərinin qardaş hərbçiləri İspartada bir araya gəlib. Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Azərbaycan, Qazaxıstan və Qırğızıstan ordularının hərbçiləri “21-ci Məskunlaşmış Məhəllələrdə Terroristlərlə Mübarizə Əməliyyat Kursu” çərçivəsində təlim keçirlər”, - deyə paylaşımda qeyd olunub.
15-11-2022, 17:46
Sabahın havası - Yenə yağış, qar...


Sabahın havası - Yenə yağış, qar...

Sabah Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 12-14° isti, Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-5° isti olacaq.
15-11-2022, 17:43
Baydenin kortejinə müdaxilə etmək istəyən qadın saxlanıldı


Baydenin kortejinə müdaxilə etmək istəyən qadın saxlanıldı

İndoneziyanın Qərbi Yava əyalətindən olan bir qadın Bali ştatının Nusa Dua şəhərində ABŞ prezidenti Co Baydenin kortejinə müdaxilə etmək istəyərkən polis tərəfindən həbs edilib. Bali polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kombes Setianto hadisəni təsdiqləyib. Onun sözlərinə görə, qadın ABŞ prezidenti Co Baydenin korteji küçədə hərəkət edərkən "Müharibəyə son qoyun. İnsan haqları. Sülh" yazılmış pankart açaraq, solo piketə başlayıb. Setiantonun sözlərinə görə, "ehtiyatsız hərəkətlər nəticə verməyib", çünki o, hadisə yerində olan növbətçi polis əməkdaşları tərəfindən dərhal dayandırılıb. "Onun heç nə etməyə vaxtı yox idi - hətta afişaları düzgün açmağa belə", - Setianto deyib. O əlavə edib ki, ilkin araşdırmanın nəticələrinə görə, qadın ötən cümə günü dostları ilə birlikdə Baliyə istirahətə gəlib. Daha sonra ciddi mühafizə zonasına daxil olub. Güman edilir ki, o, ABŞ prezidenti Co Baydenin təqvimini YouTube-da G20 sammitinin canlı yayımı vasitəsilə öyrənə bilərdi.
15-11-2022, 17:29
İstilik də sayğaclaşır - Pilot layihəyə başlanır


İstilik də sayğaclaşır - Pilot layihəyə başlanır

"Azəristiliktəchizat" ASC-nin sayğaclaşdırma layihəsi pilot layihə olaraq məhdud sayda qeyri-əhali istehlakçı qrupu üçün nəzərdə tutulub. Qeyri-əhali istehlakçıları üçün 50-ə yaxın sayğacın quraşdırılması planlaşdırılır. Bu barədə istilik mövsümünün başlanmasına həsr olunmuş brifinqdə "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib. Qurum rəsmisi bildirib ki, pilot layihənin əsas məqsədi "Azəristiliktəchizat"ın fəaliyyətinin səmərəlliyini artırmaq, istilik xidmətinin keyfiyyətini artırmaq, xidmətin göstərilməsi üçün tələb olunan resursların daha effektiv planlaşdırmaqdır. "Bundan başqa, isti su təchizatı sistemində bütün istehlakçıların sayğaclaşdırılması məqsədi ilə yeganə yerli sayğac istehsalçısı olan “Gəncə Cihazqayırma zavodu” ASC ilə qanunvericiliyə uyğun olaraq müqavilə imzalanıb və 3500-ə yaxın isti su sayğacının alınaraq quraşdırılması işlərin başlanıb", - deyə o qeyd edib.
15-11-2022, 17:27
“Xersonun azad edilməsi müharibənin dönüş nöqtəsidir” - Zelenski


“Xersonun azad edilməsi müharibənin dönüş nöqtəsidir” - Zelenski

"Xersonun azad edilməsi müharibədə dönüş nöqtəsinin simvoludur". Bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib. Onun sözlərinə görə, Rusiyanın işğalından azad edilən Xerson Ukraynanın cənubundakı ən mühüm şəhərlərdən biridir: "Xerson Rusiyanın fevralın 24-dən sonra ələ keçirə bildiyi yeganə regional mərkəz idi. İndi isə Xerson azaddır. Artıq insanlar savaşın hansı nəticə ilə başa çatacağını bilirlər". Qeyd edək ki, Ukraynanın Xerson şəhəri bir neçə gün öncə Rusiyanın işğalından azad olunub. Ötən gün Zelenski şəhərə səfər edib.
15-11-2022, 17:24
G20 sammitində prezidentin halı pisləşdi


G20 sammitində prezidentin halı pisləşdi

Argentina prezidenti Alberto Fernandes Balidə keçirilən G20 sammitində özünü pis hiss edib. Bu haqda prezidentin mətbuat katibinin Twitter-dəki səhifəsində bildirilib: "Bu gün Argentina prezidenti Alberto Anxel Fernandesin qan təzyiqi aşağı düşüb və başı gicəllənib. Buna görə də onun sağlamlığını qorumaq və fəsadların qarşısını almaq üçün lazımi diaqnostik testlərin keçirilməsi qərara alınıb". Məlumata görə, prezident sammitin əvvəlindəki çıxışından bir neçə dəqiqə öncə xəstələnib. Qeyd edilib ki, onun səhhətinin pisləşməsinə istilik vurması səbəb ola bilər. Noyabrın 15-16-da İndoneziyanın Bali adasında G20 sammiti keçirilir.
15-11-2022, 17:21
Şəhid ailələri və qazilərə daha 50 mənzil verildi


Şəhid ailələri və qazilərə daha 50 mənzil verildi

Möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 50 mənzil verilib. Mənzillər Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsan yaşayış kompleksində yerləşir. Mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli postmüharibə dövründə Prezident İlham Əliyevin göstərişinə əsasən şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan genişmiqyaslı sosial dəstək proqramını qeyd edib. Proqram çərçivəsində Nazirlik tərəfindən şəhidlərin ailə üzvləri, müharibə iştirakçılarından ibarət artıq 119 min şəxsə sosial dəstək yönümlü 249 min xidmət göstərildiyi vurğulanıb. Bildirilib ki, sosial dəstək proqramının mühüm istiqamətlərindən biri kimi, şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı da 5 dəfə genişlənib. 44 günlük Vətən müharibəsindən sonra həmin vətəndaşlara 4050-dək, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev təqdim edilib. 2022-ci il üzrə də 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, artıq 1050-si təqdim edilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı tədbirləri də davam edir. Postmüharibə dövründə 300-dən çox, ümumən ötən dövrdə 7500-dən artıq avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib. Qeyd edək ki, bu gün yeni mənzillə təmin olunan şəxslər arasında Vətən müharibəsi şəhidləri Bəhram və İman Məmmədzadə qardaşlarının atası Elman Məmmədov, həmçinin şəhidlər Əli və İslam Əhmədov qardaşlarının anası Sevinc Əhmədova da var.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!