TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
19-11-2022, 22:28
YUSUF ZİRVƏSİ

YUSUF ZİRVƏSİ

Əziz oxucular, Azərbaycan Yazıçılar Birliyinin üzvü Şair Təbibin "Yusuf zirvəsi" poeması işıq üzü görüb. Akademik Yusuf Məmmədəliyevin şərəfli ömür yoluna həsr edilmiş əsərdə böyük alimin uşaqlıq illərindən ömrünün sonunadək şəxsi həyatında və yaşadığı mühitdə baş verən elmi, ictimai-siyasi hadisələr ustalıqla qələmə alınıb. Əsərin maraqla qarşılanacağına inanaraq Butov.az-ın oxucularına təqdim edirik:

Proloq

Dahi zəkasının bir damla nuru,
Zülmət gecələri işıqlandırar.
Onun düşüncəsi, ağlı, şüuru,
Möcüzələr dolu bir aləm qurar.

Zirvələrə doğru hey yüksəlirlər,
Elmi çox dərindən duyan dahilər.
Deyirlər dünyaya az-az gəlirlər,
Zamanı arxada qoyan dahilər.

Qədim Ordubadın qarlı qış günü
Bir körpə dünyaya açdı gözünü.
O körpəni görən gözlər sevindi,
Dərələr, təpələr, düzlər sevindi.
Bərəkətli bağlar xoş gəldin dedi,
Buz bulaqlı dağlar xoş gəldin dedi.
Bu şad gündə təbrik eylədi hamı,
Hacı Heydər ilə Gülsüm xanımı.

Sonbeşiyin adı Yusuf qoyuldu,
Böyüdükcə daha sevimli oldu
Mehriban, səmimi olmağı ilə,
Zəhmətdən, işdən zövq almağı ilə.

Elə bağlanmışdı kitablarına,
Dərsləri öyrənib çıxmamış sona
Gözlərinə yuxu gəlməzdi hələ,
Uşaqlıq illəri ötürdü belə...

Maraqlı keçirdi onun həyatı -
Ana sinəsindən axan bayatı,
Şeirli, nəğməli anlar xoş idi,
Bir də dönməyəcək günlər xoş idi.

Fəqət çox çəkmədi bu sakit zaman-
Arzu yollarını bürüdü duman.
Araya dövrün sərt havası düşdü,
Erməni-müsəlman davası düşdü.
Üz-üzə dayandı xeyir ilə şər,
Arvad-uşağını yığıb birtəhər
Hacı Heydər kişi keçdi Arazı,
Qaldı sinəsində övlad yarası-
Arazda ömrünü bitirdi İlyas,
Ailəyə kədər gətirdi İlyas...

Əssə də illərin sərt küləkləri,
Yusuf öz yolundan dönmədi geri-
Təhsil almağına o davam etdi,
Təbriz şəhərində məktəbə getdi.
Müəllimlər ona valeh oldular,
İti zəkasına heyran qaldılar.

O vaxtlar İran da çalxalanırdı,
Azadlıq müjdəli işıq yanırdı.
Boğuldu inqilab, qanlar töküldü,
Nə qədər azəri türkləri öldü.
Şahid olub xeyli günaha, aha,
Ordubada döndü Yusufgil daha.

Təsiri altında son zamanların,
Təlatüm içində keçən anların
Yusuf o qaranlıq günlərə dair
On altı yaşında yazdı ilk şeir:-
“Uzaq ölkələrdən, dərdli ellərdən,
Üzünə üzümü sürtməyə gəldim.
Yalçın qayalardan, azğın sellərdən
Adlayaraq səni görməyə gəldim.

Öksüz cocuqların yanıq səsindən,
O yaslı qızların inləməsindən,
Ümidli gəncliyin son nəfəsindən
Uğursuz xəbərlər verməyə gəldim.

Dinlə dərdlərimi ey canlı xəyal,
İniltimi susmuş rübabında çal.
Sehrli bağçadan şanlı, ideal
Bir dəstə ağ çiçək dərməyə gəldim.

Uzaq ölkələrdən, dərdli ellərdən
Uğursuz xəbərlər verməyə gəldim.
Bağçada dərdiyim pəmbə güllərdən
Qurtuluş çələngi hörməyə gəldim...”

Bir az müəllimlik edib dərs dedi,
Sonra o, Bakıya getmək istədi
Ali təhsil almaq arzusu ilə,
Elm ilə ucalmaq arzusu ilə.

Onu yola saldı yamyaşıl çəmən,
Ətirli bənövşə, şehli yasəmən,
Həm qırx pillə çeşmə, həm qoşa çinar,
Yayda əriməyən dağ başında qar,

Dağların qoynuna baş qoyan Göygöl,
Bir gündə dörd fəsil yaşayan Göygöl.
Xeyir-dua verdi el-oba ona,
Öz doğma yurdunu sevən oğluna...

Yusuf pedaqoji institutun
Qəbul oldu kimya fakültəsinə.
Qədrini bilərək hər ötən anın,
Kitaba, dəftərə bağlandı yenə.

Fitri-istedadlı tələbələrdə
Gözlər yorulsa da, beyin yorulmur.
Yazıb oxuyurdu o gecələr də,
Əsil tələbənin yuxusu olmur...

Sadiq müəllimin məsləhətiylə
Baş vurdu kimyanın sirr dünyasına-
Təhsil aldı əla qiymətlər ilə,
Amma bəs etmədi bu bilik ona.
Elmini artırmaq üçün yenə o,
Üz tutdu Moskva şəhərinə o.

Universitetə daxil olandan
Müəllimləri zövq alırdı ondan.
Taledən olmuşdu sanki hədiyyə,
Məşhur akademik Zelinskiyə.



Elə böyük idi kimyaya həvəs,
Elə bil onunla alırdı nəfəs.
Elmi axtarışa vermədən ara,
İlk gündən başladı tədqiqatlara.

Deyirdi kimya sıx meşəyə bənzər,
Hər bir tədqiqatçı möcüzə gəzər.
Çox şeyi anlamaq, dərk etmək üçün,
Daha düzgün fikir yürütmək üçün
İnamla, inadla çalışmaq gərək,
Çətin yol keçməyə alışmaq gərək.

Zelinski ona tək şagirdi yox,
Baxırdı məsləkdaş kimi daha çox.
Sabahın dahisi alim görürdü-
Yusufa çox böyük qiymət verirdi...

Təhsili bitirib diplomu aldı,
Kimya zavodunda əməkdaş oldu.
Başladığı işlər çatmamış sona,
O, dəvət olundu Azərbaycana.



Bakı...
Neft Tədqiqat İnstitutu-
Böyük sürət ilə gərgin iş gedir,
İş yerində keçir onun həyatı-
Əsil alim ömrü bir əfsanədir...
İdeyalar verir, təcrübələri
Aparır təmkinlə, iradə ilə.
Aldığı biliklər illərdən bəri,
Onu qane etmir, bəs etmir hələ.
Odur ki, çalışır, öyrənir yenə,
Töhfə vermək üçün kimya elminə.

İyirminci əsrin əvvəllərində
Orta Asiyanın bir çox yerində,
Cənubi Qafqazda bəla yayılmış,
Minlərlə insanın ömrünü almış.
Ağır yoluxucu xəstəliklər çox,
Ona təsir edən güclü dərman yox.

Professor Popov elə bu ara,
Üz tutdu xahişlə kimyaçılara:
“Dördxlorlu karbon olmasa əgər,
Bu ölüm küləyi durmadan əsər.
Ondan düzəldərik dərmanları biz,
Yalnız sizə qalıb ümidlərimiz.”

Heç kəs söz vermədi əməl etməyə,
Bu iş tam mümkünsüz sayılır deyə.
İllərcə fransız alimi Düma,
Çalışıb, məqsədə çatmayıb amma.
Karbohidrogeni xlorlaşdırmaq,
Ondan yeni-yeni maddələr almaq
Birbaşa partlayış yaradır deyib,
Özündən sonraya ümid bəsləyib...

Yusufun beynində suallar dolu,
Durmadan axtarır bir çıxış yolu.
İş yerində açır gözün sabaha,
Gecənin, gündüzün fərqi yox daha.

Təcrübələr qoyur bir daha, yenə,
Təki nail olsun istədiyinə.
Onun çox humanist bir niyyəti var-
Ölüm caynağından çıxsın insanlar...
Gərgin axtarışlar geridə qaldı,
Axır ki, ən uyğun üsul tapıldı.
Dördxlorlu karbon alındığından,
Sağ qaldı yüz mindən daha çox insan.

Zəhmət hesabına artdı şöhrəti,
Uzaq ölkələrə çatdı şöhrəti.
Elmi işlərinə diqqət eyləyib,
Alimlik adına layiqdir deyib,
Elmlər namizədi dərəcəsini,
Kimyaçı alimlər verdilər ona.
Qazanıb növbəti qələbəsini,
Döndü Moskvadan Azərbaycana...

Konservatoriya...Bir gözəl qız var,
Çiçəklər çələngi, ətirli bahar.
Musiqi təhsili alan tələbə,
Ziyalı nəslindən olan tələbə
Ürəyə girmişdi bilmədən özü,
Ondan ayrılmırdı Yusufun gözü.
Gənc Bilqeyisə eşq elan olundu,
Əvvəlcə duruxdu, bir anlıq dondu,
Sonra...Bu sevgi səs saldı aləmə,
Hər ikisi gizli sevirmiş demə.

O vaxtlar gedirdi repressiya,
İki dayısı, bir əmisi guya
Bilqeyis xanımın xalq düşmənidir-
İblislər, şeytanlar hakimlik edir...
Təhlükəli illər olsa da belə,
Ailə qurdular cəsarət ilə.

Bürüyüb dünyanı faşizmin səsi,
Gedir Böyük Vətən müharibəsi.
Hitler ordusunun qəddarlığından
Danışanda donur damarlarda qan.
İnsanları qazla boğub yandırmaq,
Əsirlər üstündə təcrübə qoymaq,
Bəşəri cinayət adi hal olmuş-
Qocaya, körpəyə yoxdur qurtuluş...

Düşmənə layiqli cavab verməyə,
Partlayıcı maddə alınsın deyə,
Xammal kimi xeyli toluol gərək, -
İstehsalı üçün bir üsul gərək.

Məşhur kimyaçılar axtarış edir,
Yusuf ön cəbhədə, elmi iş gedir.
İti düşüncəsi, ağlı nur saçır,
İşıq hücum çəkir, qaranlıq qaçır.

Bir yerdə olursa istedad, əmək,
İnsan istəyinə çatacaq demək.


Yeni üsul ilə toluol aldı,
O, kimya elmində əbədi qaldı.
Bu doktorluq işi böyük kəşf idi,
Ona professor adı verildi...
Dincəlməyə vaxtı yoxdur bircə gün,
Hər şey cəbhə üçün, qələbə üçün.

Mühərrikdə yaxşı yanan, gec donan,
Yüksək keyfiyyətli benzin yaratdı-
Havada üstünlük tez-tez qazanan
Bizim təyyarələr məqsədə çatdı.

Növbəti kəşfini eyləyib yenə
Güclü yandırıcı qarışıq aldı,
Əsgərlər işlətdi tank əleyhinə,
Düşmənin canına vəlvələ saldı.
Lakin bu yazıldı özgə adına,
“Molotov kokteyli”- dedilər ona...

Ad-san düşündürmür fəqət Yusufu,
Qələbəyə xidmət edir hər kəşfi.
Göstərərək fitri-istedadını,
Göylərə qaldırır xalqın adını.


Moskvadan qərar verməkdən yana,
Komissiya gəlib Azərbaycana.
Akademiyanı yaratmaq üçün,
Müzakirə gedir artıq neçə gün.
Görüşürlər yerli alimlər ilə,
Son sözü tələsik demirlər hələ.

Dördxlorlu karbon, toluol alan,
Elmin yollarında fədai olan
Kimyaçı alimlə görüş zamanı,
Hamı gözləyirmiş sanki bu anı...

Məşhur akademik Komarovu da
Heyran edir Yusuf Məmmədəliyev.
Baxır ki, layiqdir ən yüksək ada,
Bir dahidir Yusuf Məmmədəliyev.
Deyir:-belə bircə alimi olan
Respublikada qərar verərək,
Böyük ümid ilə vaxt uduzmadan
Akademiyanı yaratmaq gərək.

Bakıda açıldı akademiya,
Mötəbər yer oldu akademiya.
Yusuf da oranın üzvü seçildi,
Ona akademik adı verildi.
Artdı bir qədər də məsuliyyəti,
Yaratmaq, qurmaqdır yalnız niyyəti.
Axır bulaq kimi ideyaları,
Axır ki, yetişdi vətən baharı.
Bizim döyüşçülər qələbə çaldı,
Sevinc sədaları göyə ucaldı.

Moskva şəhəri...o vaxtki paytaxt...
Qələbə paradı keçirilən vaxt
Məmmədəliyevə olubdur qismət,
Əməyinə layiq xüsusi hörmət-
Paradı izləyir fəxr ilə o da,
Dayanaraq əsas tribunada...

Nə qədər sevsə də ədəbiyyatı,
Kimyaya bağlanmış artıq həyatı.
Böyük xalqımızın böyük alimi
Səmimi etiraf etdiyi kimi:
“Vuruldum gözəlliklərə, təbiətə,
Meyl etdim sənətə, şeiriyyətə.
Vurğun poeziyası gərəyim oldu,
Bu mənim əzəli diləyim oldu.
Yetirdim əlimi elmin camına,
Düşdüm mən kimyanın tor girdabına.
Bu toru doğrayıb aça bilmədim,
Kimya tilsimindən çıxa bilmədim.”

Çox şöhrətli alim olmuşdu artıq,
Lenin ordenini almışdı artıq.
Dövlət mükafatı verildi ona,
Bir vəzifə layiq görüldü ona-
Prezident kimi sözünü demək,
Akademiyanı idarə etmək.

Qarşıda çox çətin şərəfli bir yol,
Zirvələrə doğru davam edir yol.
Diqqəti artırır o gündən-günə,
Elmin daha vacib sahələrinə.

Qısa müddətə çox məqsədə çatdı,
Hətta Əlyazmalar Fondu yaratdı.
Toplandı mənəvi, maddi irsimiz,
Ulu babalardan gələn səsimiz.

Qobustana gedən ekspedisiya
Yerinə yetirir elmi missiya.
Qayalar üstündə olan şəkillər,
Qədim zamanlardan qalan şəkillər,
Keçmişlə bağlı hər şey varaqlanır,
Tarixin yaddaşı hey varaqlanır...

Tədqiqat, təcrübə...Gərgin iş gedir,
Akademiyada yüksəliş gedir.
Yusuf dayaq durur aspirantlara,
İdeyalar verir aspirantlara.

Bəzən gecələr də iş otağında
Müzakirə gedir, işıqlar sönmür,
Əzəldən əminlik yaranıb onda-
Zəhmətsiz işıqlı sabah görünmür.

Evdə də tərbiyə məktəbidir o,
Qarşılıqlı hörmət güc verir ona.
Bilqeyis xanımla dostluq edir o,
Dostudur Gülarə, Sevda, Rəna.

Evə yayıldıqca royalın səsi,
Zövqünü oxşayır gözəl mahnılar-
Bir ürəkdən axan sevgi nəğməsi
Sevən bir ürəyə beləcə dolar...

Hərdən məzuniyyət vaxtı olanda
Gözəl Sevda ilə məktublaşardı.
Atadan hər yeni məktub alanda
Qızının sevinci aşıb-daşardı.
Ata da doymazdı onu məst edən
Övlad məktubunun şirinliyindən...

Məmmədəliyevin xalqı sevməsi
Nankor, nadanları qıcıqlandırır.
Mərdliyi, qeyrəti, haqqı deməsi,
Dilimizə geniş yer istəməsi,
Onların beynində tonqal yandırır.
Milli düşüncədən, əxlaqdan uzaq
Məmurlar hökm edir, meydan sulayır.
Xalqına zülm edən bir sürü alçaq
Yadlar qarşısında quyruq bulayır.

Mircəfər Bağırov göstəriş verib,
İşdən azad etdi bir şəxsiyyəti.
Güclü təqib edib, təzyiq göstərib,
Tamam məhv etməkdir əsil niyyəti-
Budur cəlladların hakimiyyəti.

Cəllad bilmirdi ki, zaman gələcək,
Öz başı üstünə duman gələcək.
Nürnberqdə çıxış etdiyi kimi,
Faşizmin üstünə getdiyi kimi
Məşhur prokuror Rudenko yenə,
Qiymət verib faşist əməllərinə,
İttiham edəcək Bakıda bir gün,
Qəddar, qaniçəni ədalət üçün.
Dərd, bəla bilərək Azərbaycana,
Hakim ölüm hökmü verəcək ona...

Fəqət indi ağır günlər yaşanır,
İnsanlığa qarşı zülmün həddi yox.
Nurlu adamlara hücum başlanır,
Mənəvi terrorun bir sərhəddi yox.

Yusuf dostlarına vəfalı olmuş,
Vaxtilə sürgünə gedənin belə,
Qeydinə qalaraq hey maraqlanmış
Övladları, həyat yoldaşı ilə.
Ancaq onun xəstə olduğu zaman
Baş çəkməyə az-az adam gələrdi...
Musiqidən qida aldığı zaman
Əhval-ruhiyyəsi çox yüksələrdi-
Yayılanda evə Bülbülün səsi,
Astadan oxunan “Ölkəm” nəğməsi.

Səmimi olmayan çətin dost olar,
Dostluğun hər günü bir imtahandır.
Dostluq - dağ yolları - yoxuş, yağış, qar,
Zirvəyə kim çatsa, o, qəhrəmandır!

...Açıldı göy üzü, buzlar qırıldı,
İllərcə bulanıq sular duruldu,
Akademik Yusuf Məmmədəliyev
Universitetə rektor oldu.

Dəyişdi tələbə, təhsilə diqqət,
Elmi işlərə çox verildi qiymət.
Əlaqə yarandı xariclə belə,
Aparıcı ali məktəblər ilə.
Tikildi tələbə yataqxanası,
Vacib olan yeni tədris binası.
Yenidən quruldu təhsil ocağı,
Bir bayraqdar oldu təhsil ocağı.

Son illər ərzində Yusufun yenə
Töhfəsi olmuşdu dünya elminə -
Kosmosun fəthinə yaxın getmişdi,
Raket yanacağı icad etmişdi.

Bu yanacaq ilə birinci dəfə,
Yerin sünii peyki çatdı hədəfə.
Bu yanacaq ilə gələcək zaman,
Kosmosa uçacaq ilk dəfə insan...

Etdiyi kəşfləri alıb nəzərə,
Elmi dairələr çox haqlı yerə,
Məmmədəliyev – o böyük alimi
İrəli sürdülər namizəd kimi
Ona layiq Nobel mükafatına,
Lakin müzakirə etməkdən yana
Mərkəzi komitə iclas eylədi,
Xruşşov bəyənib xoş sözlər dedi.
Çox yüksək fikirlər səsləndi, fəqət
Oxundu anonim məktub nəhayət.
Guya dövlət sirri olduğu üçün,
Bu kəşflərə aid məlumat bu gün
Stokholma getsə təhlükəsi var,
Hərbi sirlərimiz aşikar olar.
Əslində bu kəşflər haqqında çoxdan
Hətta Amerika mətbuatından
Xəbər yayılmışdı dünyaya, amma
İclasda danışan bir iblis sima
Qərəzli olaraq haqqı yandırır,
Şeytanın sözünə haqq qazandırır.
Beləcə, namizəd olmadı Yusuf,
Nobel mükafatı almadı Yusuf.

Bakı nefti ilə qazanılan pul,
Xarici banklara axıb dolan pul
Mükafat verildi yadlara, ancaq
Sahibi almadı – qismətə bir bax!

Yenidən seçildi Məmmədəliyev –
Prezident oldu Məmmədəliyev.
Akademiyada həyat dəyişdi,
Hər şey axarına, yoluna düşdü.
Yarandı Şamaxı rəsədxanası –
Böyük fədakarlıq, iş hesabına.
Düşmənlər Yusufa mane olsa da,
Həsəd apardılar hər zaman ona.

Rus, fars, ingilis, alman dilində
Sərbəst danışırdı həmsöhbət ilə.
Lakin təbliğ edir, əzizləyirdi,
Öz ana dilini məhəbbət ilə.

Ömrünü həsr etdi xalqa xidmətə,
Bağlandı gözəllik, şeiriyyətə.
Ürəyindən axan sözlər səmimi,
Yazdığı şeirdə dediyi kimi:
“Kim deyir bu dünyaya
şöhrət üçün gəlmişəm,
Yaxşılıq yolçusuyam
hörmət üçün gəlmişəm.
Uzaq bir məmləkətin
aşaraq dağlarını,
Vətənimə, xalqıma
xidmət üçün gəlmişəm.”

Şərəflə yaşadı həyatını o,
Vaxtdan yüyrək sürdü öz atını o.
Elmin yollarında heç yorulmadı,
Odur ki, zirvəyə ucaldı adı...

Qış günü yayıldı acı bir xəbər,
Kədər libasına büründü şəhər.
Uçdu, Ordubadın sevinci uçdu,
İnsanlar bir anda qəmə qovuşdu.

Təbiət hönkürüb qan ağladı, qan,
Zülmətə qərq oldu bütün Naxçıvan.
Yusuf öz ömrünü tez vurdu sona,
Ağır itki oldu Azərbaycana.
Elə bil dünya da boşluğa döndü,
Elmin fədaisi, günəşi söndü...


Epiloq

Ölmür həyatını elmə bağlayan,
Kəşfləri dünyaya səs salan dahi.
Bəşərin qəlbində yaşayır hər an,
Ölmür zirvələrə ucalan dahi.

Yurdunun başını uca eyləyən,
Çiynində el yükü daşıyan ölmür.
Əsil insan kimi sözünü deyən,
Vətən, xalqı üçün yaşayan ölmür...

Şair TƏBİB

2021 - 2022
19-11-2022, 21:39
Rusiyadan Ukraynaya yeni raket zərbəsi - Yaralılar var


Rusiyadan Ukraynaya yeni raket zərbəsi - Yaralılar var

Rusiya Ukraynanın cənubundakı humanitar mərkəzə raket zərbələri endirib. Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirilo Timoşenko bildirib. Aviazərbə nəticəsində beş nəfər yaralanıb. O bildirib ki, hücum Ukrayna əsgərlərinin keçən həftə Rusiya qoşunlarından geri aldıqları Xerson şəhərinin qərbində yerləşən Bilozerka qəsəbəsində baş verib. Raket zərbəsinin dəydiyi yer çörək paylama mərkəzidir. Birləşmiş Millətlər Təşkilatı ümumilikdə Rusiyanın hücumu nəticəsində 16 mindən çox dinc sakinin öldüyünü bildirib.
19-11-2022, 21:35
Ukraynada müharibə bu tarixdə bitə bilər - General açıqladı


Ukraynada müharibə bu tarixdə bitə bilər - General açıqladı

Rusiya ilə hərbi münaqişə 2023-cü ilin yazında bitə bilər. Bunu Ukrayna müdafiə nazirinin müavini general-mayor Volodimir Qavrilov "SkyNews"a müsahibəsində bildirib. O qeyd edib ki, Ukrayna sona qədər gedəcək və ukraynalı hərbçilər bütün qışı döyüşməyə hazırdır. “Ukrayna cəmiyyətində belə bir qərar var ki, biz sona qədər gedəcəyik. Hansı ssenarinin müzakirə olunduğunun əhəmiyyəti yoxdur”, - deyə Qavrilov vurğulayıb. General hesab edir ki, Rusiya müvəqqəti barışıqda maraqlıdır. “Ona görə də bizim dayanmağa haqqımız yoxdur. Biz irəli getməliyik”, - deyə Ukrayna müdafiə nazirinin müavini bildirib. O, həmçinin bildirib ki, ölkəsinin sadəcə seçimi yoxdur, çünki istənilən fasilə Rusiya ordusuna əlavə qüvvələr göndərməyə şans yaradacaq.
19-11-2022, 21:32
Bayden Ağ Evdə nəvəsinə toy edir


Bayden Ağ Evdə nəvəsinə toy edir

ABŞ prezidenti Co Bayden nəvəsi Naomi Bayden üçün Ağ Evdə toy mərasimi keçirir. Butov.az xəbər verir ki, mərasim mediaya qapalı olacaq. 28 yaşlı Naomi Bayden bir neçə il əvvəl tanış olduğu, 25 yaşlı hüquq fakültəsindən yeni məzun olan Peter Nil adlı oğlanla evlənir. Naomi Bayden prezidentin oğlu Hanter Bayden və onun birinci həyat yoldaşı Ketlin Buhlun qızıdır. Qeyd edilir ki, bu mərasimlə tarixdə Ağ Evdə keçirilən toyların sayı 19-a çatacaq. Prezident iqamətgahı 1812-ci ildən etibarən 18 toy mərasiminə ev sahibliyi edib.
19-11-2022, 21:07
İran və Rusiya bütün dünyada qan axıdır - Britaniya XİN


İran və Rusiya bütün dünyada qan axıdır - Britaniya XİN

İran və Rusiyanın qlobal təhlükəsizliyə yaratdığı təhdid əvvəlkindən daha ciddi xarakter alıb. Bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli "Twitter" səhifəsində yazıb. O bildirib ki, İran və Rusiya bütün dünyada qan axıdır və dağıntılar törədir. "Onların ölkəmizə və qlobal təhlükəsizliyə yaratdığı təhlükə heç vaxt olmadığı qədər ciddi xarakter alıb", - nazir qeyd edib.
19-11-2022, 21:04
Almaniya Ukraynaya 30 ədəd Gepard verdi


Almaniya Ukraynaya 30 ədəd Gepard verdi

Berlin vəd etdiyi 30 ədəd Gepard özüyeriyən zenit qurğusunun hamısını Kiyevə çatdırıb. Bu barədə Almaniyanın Ukraynadakı səfirliyi məlumat yayıb. “Müharibə başlayandan bəri Almaniya Ukraynaya 30 ədəd Gepard tədarük edib. Gepard Ukraynanın mühüm infrastrukturunu qorumaq üçün istifadə olunur”, - səfirlikdən bildirilib. Qeyd edək ki, Almaniya Ukraynaya ilk üç ədəd Gepards qurğusunu avqustun əvvəlində göndərmişdi. Daha sonra Ukraynanın “Cənub” operativ komandanlığı bəyan etmişdi ki, ümumilikdə Kiyev 30 ədəd belə texnikanın təhvil verilməsini gözləyir. Gepard 100 metrdən 4 kilometrə qədər məsafədə 3 kilometrədək hündürlükdəki hədəfləri vura bilən zenit qurğusudur.
19-11-2022, 21:02
Ukraynanın qələbəsi həm də Qərbin qələbəsi olacaq - Kuleba


Ukraynanın qələbəsi həm də Qərbin qələbəsi olacaq - Kuleba

"Ukraynanın qələbəsi həm də Avropanın, Qərbin qələbəsi olacaq". Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Paneuropean" hərəkatının 100 illiyində çıxışı zamanı deyib. Kulebanın sözlərinə görə, həqiqi sülhü Ukraynanın qələbəsi gətirəcək. "Bu məqsədə tam nail olmaq olar və biz bunu bu ilin payızında uğurlu Xarkov və Xerson əks-hücumları ilə sübut etdik. Qələbəyə gedən yolda əsas şərt qorxmamaqdır. Ukraynanın qələbəsi həm də Avropanın və Qərbin qələbəsi olacaq. Bu qələbə gələcək onilliklər ərzində qitəmizdə sülh və təhlükəsizliyi bərpa edəcək. Bundan əlavə, bu, uzun müddət beynəlxalq sabitliyi təmin edəcək, çünki bu, 21-ci əsrdə təcavüzün məqsədlərə çatmaq üçün effektiv vasitə olmadığını sübut edəcək. Bu, hamımızın axtarmalı olduğumuz nəticə və həqiqi, davamlı və ədalətli sülhə aparan yoldur. Əgər biz indi Rusiyaya fasilə versək, Putin Avropanın ortasında hər an partlamağa hazır olan dondurulmuş münaqişənin nəhəng saatlı bombasını yaradacaq. Bu, Avropanın strateji səhvi olardı", - deyə Dmitri Kuleba vurğulayıb. XİN başçısı Ukraynanın müttəfiq və tərəfdaşlarına çağırış edib: "Şüurumuz, ərazi bütövlüyümüz və ya suverenliyimizlə bağlı güzəştə getməyimizi təklif etməyin. Çünki bunlar həm də sizin öz təhlükəsizliyinizlə kompromislərinizə səbəb olacaq. Biz Ukraynada böyük acılara dözürük və heç kimin istəmədiyi qədər sülh istəyirik. Amma biz onu da bilirik ki, bu cür müharibələr xeyirin şər üzərində qələbəsi ilə başa çatmalıdır. Gəlin bu məqsədlə birlikdə çalışaq".
19-11-2022, 20:37
Rusiyanın yeni qırıcısı vuruldu - Pilot öldü


Rusiyanın yeni qırıcısı vuruldu - Pilot öldü

Ukraynanın Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında Rusiya Silahlı Qüvvələrinə məxsus “Su35-S” qırıcısı vurulub. Məlumatı Ukrayna mediası yayıb. Bildirilib ki, Rusiyanın döyüş təyyarəsi Norveçin “Nasams” hava hücumundan müdafiə kopmleksi ilə vurulub. Hadisə nəticəsində pilot ölüb. Qeyd edək ki, “Su-35-S” Rusiyanın yeni nəsil qırıcılarından hesab olunur.
19-11-2022, 20:18
Rusiyanın yeni qırıcısı vuruldu - Pilot öldü


Rusiyanın yeni qırıcısı vuruldu - Pilot öldü

Ukraynanın Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında Rusiya Silahlı Qüvvələrinə məxsus “Su35-S” qırıcısı vurulub. Məlumatı Ukrayna mediası yayıb. Bildirilib ki, Rusiyanın döyüş təyyarəsi Norveçin “Nasams” hava hücumundan müdafiə kopmleksi ilə vurulub. Hadisə nəticəsində pilot ölüb. Qeyd edək ki, “Su-35-S” Rusiyanın yeni nəsil qırıcılarından hesab olunur.
19-11-2022, 16:39
Rusiyanın yeni qırıcısı vuruldu - Pilot öldü


Rusiyanın yeni qırıcısı vuruldu - Pilot öldü

Ukraynanın Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında Rusiya Silahlı Qüvvələrinə məxsus “Su35-S” qırıcısı vurulub. Məlumatı Ukrayna mediası yayıb. Bildirilib ki, Rusiyanın döyüş təyyarəsi Norveçin “Nasams” hava hücumundan müdafiə kopmleksi ilə vurulub. Hadisə nəticəsində pilot ölüb. Qeyd edək ki, “Su-35-S” Rusiyanın yeni nəsil qırıcılarından hesab olunur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!