Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
17-11-2022, 13:23
Xırdalandakı partlayışda yaralananların son durumu


Xırdalandakı partlayışda yaralananların son durumu

Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksində çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş verən partlayışda xəsarət alan şəxslər Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsində müalicə alırlar. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. Rəsmi məlumata görə, hazırda cinsi qadın olan - 22 yaşlı B.N.-nın (III dərəcəli termiki yanıq diaqnozu) vəziyyəti ağır, cinsləri qadın olan - 7 yaşlı Ş.M, 4 yaşlı Ş.D. və cinsi kişi olan - 1 yaşlı Ş.Ö.-nün (hər biri II-III dərəcəli termiki yanıq diaqnozu ilə) vəziyyətləri isə orta ağır qiymətləndirilir. Qeyd edək ki, noyabrın 16-da AAAF Park Yaşayış Kompleksində ondördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki mənzildə ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayış baş verib. Hadisə nəticəsində, ilkin məlumata əsasən, 4 nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib, partlayış dalğasının zərbəsindən həyətdə park edilmiş 2 avtomobilə ziyan dəyib.
17-11-2022, 13:20
İstanbulda partlayış - 10 yaralı var


İstanbulda partlayış - 10 yaralı var

Türkiyənin İstanbul şəhərində güclü partlayış baş verib. Butov.az xəbər verir ki, partlayışa qaz sızması səbəb olub. Ərazidə qazma işləri zamanı baş verən partlayış nəticəsində azı 10 nəfər yaralanıb. Partlayışdan sonra yaranan alov üçmərtəbəli binanın girişinə ciddi ziyan vurub.

17-11-2022, 13:17
Azərbaycanda Milli Dirçəliş Günüdür


Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur. Butov.az xəbər verir ki, bu günün tarixi 1988-ci ilin 17 noyabrında başlayan “Meydan hərəkatı” ilə bağlıdır. 1988-ci il noyabrın 17-də Azadlıq meydanına toplaşan yüz minlərlə insan rəsmi Moskvanın Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib və ən yeni tariximizdə “Meydan hərəkatı” adlanan prosesin əsas qoyulub. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi “Meydan hərəkatı”nın əsasını qoyub. Moskvanın və yerli hakimiyyət orqanlarının yarıtmaz siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq 1988-ci il noyabrın 17-də Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi etiraz aksiyasına başlayıb. 17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi. SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan “Meydan hərəkatı”nın mühüm rol oynadığını qeyd edirlər. Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, milli azadlıq hərəkatının qarşısını ala bilməyib və 17 günlük “Meydan hərəkatı” Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olunub. Milli Dirçəliş Günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən iş günü sayılır.
17-11-2022, 12:46
Millimiz Moldovanı məğlub etdi


Millimiz Moldovanı məğlub etdi

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. 2024-cü il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matçda rəqib Moldova yığması olub. Kişineudakı "Zimbru" stadionunda oynanılan görüş Canni De Byazinin baş məşqçi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, milli komandanın ardıcıl 4-cü qələbəsi olub. Qeyd edək ki, Azərbaycan yığması noyabrın 20-də Şimali Makedoniyanın qonağı olacaq.
17-11-2022, 12:41
Xırdalanda güclü partlayış - Hadisə yerindən görüntülər


Xırdalanda güclü partlayış - Hadisə yerindən görüntülər

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı AAAF Park Yaşayış Kompleksində ondördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki mənzildə ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub. Hadisə nəticəsində, ilkin məlumata əsasən, 3 nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib, partlayış dalğasının zərbəsindən həyətdə park edilmiş 2 avtomobilə ziyan dəyib. FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.






17-11-2022, 12:38
İranda terror aktı - Ölənlər və yaralılar var


İranda terror aktı - Ölənlər və yaralılar var

İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində sakinlərə silahlı hücum edilib. Bu barədə İranın dövlət televiziyası məlumat yayıb. İnsident nəticəsində azı 4 nəfər ölüb. Telekanal hadisəni terror aktı adlandırıb. Bildirilib ki, İzeh şəhərinin bazarına edilən hücumda daha 5 nəfər yaralanıb. ISNA xəbər agentliyi iki sürücünün insanlara atəş açdığını açıqlayıb. Agentlik hücumda bir uşaq, bir qadın və Bəsic milislərinin iki üzvünün öldürüldüyünü qeyd edib. İnsidentin kimlər tərəfindən törədilməsi və digər detallar hələlik məlum deyil.
17-11-2022, 12:35
Eduard Məmmədov ikiqat Avropa çempionu oldu


Eduard Məmmədov ikiqat Avropa çempionu oldu

Azərbaycanın veteran kikboksçusu Eduard Məmmədov Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb. Butov.az xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində döyüşən idmançı "Light Contact"da Qabor Çeytey (Macarıstan) və "Kick light"də Sqro Simone Kaloceroya (İtaliya) qalib gələrək veteran kikboksçular arasında ikiqat qitə çempionu olub. Qeyd edək ki, bunadək Eduard Məmmədov veteranlar arasında üçqat dünya çempionluğunu qazanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!