2-04-2023, 16:13
Avropa və ABŞ beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdır - Volodin"Liviya, İraq, Suriya, Əfqanıstan, Yuqoslaviya və Ukraynada qan tökülməsinə və dağıntılara görə məsuliyyət daşıyan Avropa və ABŞ siyasətçiləri beynəlxalq məhkəmə qarşısına çıxarılmalı və öz layiqli cəzalarını almalıdırlar". Bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün teleqram kanalında bildirib. "Donald Tramp çoxmilyonluq dələduzluqda ittiham olunur. ABŞ-ın keçmiş prezidentini cinayət təqibi gözləyir. Baydeni də gələcəkdə eyni aqibət gözləyə bilər. Kifayət qədər səbəblər var", - o əlavə edib.
2-04-2023, 16:09
Rusiyanın enerji asılılığından qurtula bilərik - Moldova prezidentiMoldova 2 il ərzində Rusiyadan enerji asılılığından azad ola bilər. Bunu ölkə prezidenti Maya Sandu deyib. Prezident qeyd edib ki, ölkə artıq enerji müstəqilliyinin formalaşdırılması ilə məşğuldur və Rusiya qazından praktiki olaraq imtina edib. "Biz bərpa olunan enerji mənbələrinə, enerji səmərəliliyinə sərmayə qoymalıyıq. Bütün bunlar baş verir, bunu 6 aya etmək mümkün deyil, amma 2 ildən sonra, Kişinyov-Vulkanesti layihəsini başa çatdırsaq, biz enerjidə tam müstəqilliyə malik olacağıq”, - deyə o bildirib.
2-04-2023, 16:07
Yuxarı Lars yolunda avtomobillərin hərəkəti dayandırıldıRusiya və Ermənistanı birləşdirən Gürcüstan-Rusiya sərhədinə gedən Yuxarı Lars yolu qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlanıb. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bildirilib ki, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində qarın yağması, temperaturun aşağı düşməsi və uçqun təhlükəsi ilə əlaqədar məhdudiyyətlər tətbiq edilib. Həmçinin qeyd olunub ki, hava şəraiti normallaşandan sonra yolda bütün nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq.
2-04-2023, 16:04
Geosiyasi hadisələr regiondakı vəziyyətə təsir edə bilər - Ohanyan"Ermənistan güclü təhlükəsizlik sistemi, milli və beynəlxalq təminatlar formalaşdırmalıdır". Bunu ölkənin keçmiş müdafiə naziri, hazırda parlamentdəki müxalif "Hayastan" fraksiyasının rəhbəri Seyran Ohanyan deyib. "Milli təminatlar ordu, iqtisadiyyat və birlik, beynəlxalq təminatlar isə güclü diplomatiya və danışıqlardır.Hərbi-siyasi vəziyyət indi elədir ki, geosiyasi hadisələr regiondakı vəziyyətə təsir edə bilər. Bundan Ermənistanın əleyhdarları istifadə edirlər", - deyə Ohanyan bildirib. O, Paşinyanın ordudakı “5-ci kolon”la bağlı dediklərinə də münasibət bildirib. Ohanyanın fikrincə, hakimiyyət öz məsuliyyət payını unudaraq bütün günahı silahlı qüvvələrin üzərinə yıxmağa çalışır.
2-04-2023, 16:00
Qar uçqunu 4 nəfərin həyatına soy qoyduNorveçin şimalında qar uçqunu nəticəsində 4 nəfər ölüb. Ölənlərdən biri sloveniyalı və biri isə italiyalı turistdir. Dövlət rəsmiləri həyatını itirən turistlərin xizək sürmək üçün bölgəyə getdiyini açıqlayıb. Bir nəfərin qar uçqunu nəticəsində ağır yaralandığı bildirilir. Qar uçqunu zamanı bir evin dənizə sürüşdüyü və bölgədə bir çox yolun nəqliyyata bağlandığı qeyd olunur. Hökumət sakinlərə qapalı əraziləri tərk etməmək barədə xəbərdarlıq edib.
2-04-2023, 07:32
İqor Korotçenkodan maraqlı təklif “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenkonun sözlərinə görə, Ermənistana qarşı dərhal bu cavab tədbirləri görülməlidir:1. Rusiyanın hakimiyyət dəhlizlərindən beynəlxalq erməni lobbisinin təsir agentləri təmizlənməlidir – onlar xarici siyasətlə bağlı qərarların qəbulu prosesinə dağıdıcı təsir göstərmək imkanından məhrum edilməlidir;
2. Rusiya və Ermənistan arasında ticari-iqtisadi münasibətlər dünya qiymətlərinə keçməlidir – Rusiyanın enerji daşıyıcılarının (qaz) tədarükü heç bir endirim və üstünlüklər olmadan həyata keçirilməlidir;
3. Ermənistanın kişi vətəndaşları üçün Rusiya vətəndaşlığını almaq şərti Rusiya Silahlı Qüvvələri ilə ən azı 2 il müddətinə müvafiq müqavilə bağlamaq yolu ilə “xüsusi əməliyyat zonası”nda rus bölmələrinin tərkibində döyüş əməliyyatlarında məcburi iştirak olmalıdır;
4. Rusiya ərazisində nasist əməkdaşı Qaregin Njdenin xatirəsini əbədiləşdirmək cəhdləri ilə bağlı hər hansı ictimai hərəkət Rusiya Federasiyası Cinayət Məcəlləsinin nasizmin reabilitasiyası maddəsi ilə cinayət işlərinin başlanmasına səbəb olmalıdır.
2-04-2023, 01:24
Qar uçqunu 4 nəfərin həyatına soy qoyduNorveçin şimalında qar uçqunu nəticəsində 4 nəfər ölüb. Ölənlərdən biri sloveniyalı və biri isə italiyalı turistdir. Dövlət rəsmiləri həyatını itirən turistlərin xizək sürmək üçün bölgəyə getdiyini açıqlayıb. Bir nəfərin qar uçqunu nəticəsində ağır yaralandığı bildirilir. Qar uçqunu zamanı bir evin dənizə sürüşdüyü və bölgədə bir çox yolun nəqliyyata bağlandığı qeyd olunur. Hökumət sakinlərə qapalı əraziləri tərk etməmək barədə xəbərdarlıq edib.
2-04-2023, 00:08
Qar uçqunu 4 nəfərin həyatına soy qoyduNorveçin şimalında qar uçqunu nəticəsində 4 nəfər ölüb. Ölənlərdən biri sloveniyalı və biri isə italiyalı turistdir. Dövlət rəsmiləri həyatını itirən turistlərin xizək sürmək üçün bölgəyə getdiyini açıqlayıb. Bir nəfərin qar uçqunu nəticəsində ağır yaralandığı bildirilir. Qar uçqunu zamanı bir evin dənizə sürüşdüyü və bölgədə bir çox yolun nəqliyyata bağlandığı qeyd olunur. Hökumət sakinlərə qapalı əraziləri tərk etməmək barədə xəbərdarlıq edib.
2-04-2023, 00:05
İranın iqtisadi vəziyyəti iğtişaşlara səbəb ola bilərİran hökumətinin təklif etdiyi yeni büdcə real deyil və 400 trilyon tümənə yaxın büdcə kəsiri olacaq. Bunu İran parlamentinin deputatı Calal Mahmudzadə deyib. O qeyd edib ki, hökumət alternativ mənbə tapmasa, büdcə kəsirini xalqın cibindən götürməli olacaq. "Bu isə kəskin inflyasiya və bahalığın şiddətlənməsi ilə nəticələnəcək”, - deputat xəbərdarlıq edib. Qeyd edək ki, İranda iqtisadi böhran hökm sürür. Müxtəlif hesablamalara görə, əhalinin 80%-i artıq yoxsulluq həddində yaşayır. Ekspertlər hesab edirlər ki, iqtisadi vəziyyət potensial sosial iğtişaşlara səbəb ola bilər.
2-04-2023, 00:01
Portuqaliyanı etiraz dalğası bürüdüPortuqaliyanın paytaxtı Lissabon şəhərində və ölkənin digər bölgələrində minlərlə insan küçəyə çıxıb. Bu barədə "Reuters" agentliyi yazıb. Aksiya iştirakçıları ölkədə yaşanan mənzil böhranına etiraz edir. Bildirilir ki, Lissabonda kirayə qiymətləri 2015-ci ildən bəri 65% artıb və bu dövrdə satış qiymətləri 137% artıb. Vəziyyət xüsusilə gənclər üçün ağırdır. Məlumata görə, Lissabonda bir otaqlı mənzilin kirayə qiyməti orta hesabla təxminən 1350 avro təşkil edir. Qeyd edək ki, Portuqaliya Qərbi Avropanın ən kasıb ölkələrindən biridir, hökumətin verdiyi məlumata əsasən, işçilərin 50%-dən çoxu keçən il ayda 1000 avrodan (1084 dollar) az pul qazanıb. Ölkədə aylıq minimum əmək haqqı 760 avrodur. Xatırladaq ki, bundan əvvəl Almaniya, Fransa və Britaniyada genişmiqyaslı etiraz aksiyaları keçirilib.