7-04-2023, 15:08
Özbaşına tikinti işlərinə baş vuran şəxslərin cəriməsi artacaqÖzbaşına tikinti işlərinin aparılmasına görə cərimələr artırılır. Bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Hazırda qüvvədə olan qanuna görə, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmimin manatdan iyirmi beş min manatadək məbləğdə cərimə ediləcək. İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 395.1-2-ci maddəyə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin tikinti işlərinin başlanmasına Şəhərsalma və Tikinti Məcəlləsinin məlumatlandırma icraatı olmadan tikinti obyektlərinin tikintisinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 15 min manatdan 25 min manatadək məbləğdə cərimə ediləcək. Nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyət bu maddə qüvvəyə mindikdən sonra tikintisinə başlanmış tikinti obyektlərinə münasibətdə yaranacaq. Qeyd edək ki, məlumatlandırma icraatı tələb olunan tikinti obyektləri sırasına Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evləri də daxildir. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
7-04-2023, 15:01
Rusiya Qətər və Türkiyəylə taxıl ixracı üzərində işləyəcək - Lavrov"Rusiya Ukrayna ilə bağlı danışıqlardan imtina etmir, lakin bu, yalnız Rusiyanın maraqları nəzərə alınmaqla baş tuta bilər". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında deyib. Nazir çıxışında taxıl müqaviləsindən də danışıb. Onun sözlərinə görə, sazişlərin Rusiya ilə bağlı hissəsi yerinə yetirilmir və sazişin həyata keçirilməsinə maneələr qalır. "Hətta daha da sərtləşir. Lazım gəlsə, Rusiya taxıl sövdələşməsindən kənar taxıl ixracı üzərində işləyəcək. Qətər və Türkiyə vasitəsilə. Məsələ onlarla müzakirə olunub, onlar buna hazırdırlar”, - Rusiya XİN başçısı bildirib.
7-04-2023, 14:45
Paşinyan Putinlə Laçın yolundakı vəziyyəti müzakirə etdiErmənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı Laçın yolundakı vəziyyət müzakirə olunub, 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il, 26 noyabr və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlarının icrası, o cümlədən regional nəqliyyat infrastrukturlarının blokadadan çıxarılması ilə bağlı məsələlərə toxunulub. Putin və Paşinyan ikitərəfli əlaqələr və regional mövzular barədə fikir mübadiləsi aparıb.
7-04-2023, 14:42
Cənubi Qafqazla əməkdaşlığa ehtiyac var - Rusiya XİNAzərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanat yerinə yetirilməlidir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ankarada keçirilən mətbuat konfransı zamanı məlumat verib. O qeyd edib ki, Cənubi Qafqazda əməkdaşlığa ehtiyac var. Lavrov Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından da danışıb. Nazir Rusiyanın normallaşma tərəfdarı olduğunu bildirib: "Ümid edirəm ki, regionda olmayan ölkələr əməkdaşlığımıza müdaxilə etməyəcəklər".
7-04-2023, 14:38
Şuşada keçiriləcək açılış mərasiminin vaxtı açıqlandıTÜRKSOY-a üzv ölkələr üzrə UNESCO Milli Komissiyalarına sədrlik Türkiyədən Azərbaycana keçəcək. Bu baxımdan, ötən dövr ərzində məhsuldar fəaliyyətlərinə görə Türkiyə tərəfinə təşəkkürümüzü bildiririk. Eyni zamanda, növbəti dövr üçün Azərbaycanın sədrliyi zamanı ciddi nailiyyətlər əldə ediləcəyinə əminliyimizi ifadə edirik. Bunu mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli TÜRKSOY-a üzv ölkələrin UNESCO Milli Komissiyalarının 9-cu toplantısında çıxışı zamanı deyib. “Bu il mayın 12-də “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı 2023” ilinin açılış mərasimi keçiriləcək. İnanırıq ki, Şuşada keçiriləcək tədbirlər türk dövlətləri arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafının növbəti uğuru olacaq”,- deyə Adil Kərimli bildirib.
7-04-2023, 14:35
Tikinti obyektlərinin sökülməsi qaydasına dəyişiklik edilirAzərbaycanda tikinti obyektlərinin sökülməsi qaydasına dəyişiklik edilir. Bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb. Məcəlləyə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda, tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda tikintisi başa çatmış və yaxud çatmamış tikinti obyekti söküləcək. Hazırda qüvvədə olan Məcəlləyə görə sözügedən müddətlər müvafiq olaraq 1 il və 2 ildir. Qeyd edək ki, dəyişiklik layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
7-04-2023, 14:28
Qaribaşvili Azərbaycana işgüzar səfərə gəlibGürcüstanın Baş naziri İrakli Qaribaşvili aprelin 7-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşılayıblar.
7-04-2023, 14:22
Sabahın hava proqnozuAzərbaycanda aprelin 8-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Cənub-şərq küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-11° isti, gündüz 16-19° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.
7-04-2023, 14:18
Ermənistan Müdafiə Naziriliyi hərbi təlimlərlə bağlı açıqlama verdiDünən Pentaqonun saytında “Defender 2023” təlimi ilə bağlı informasiyada Ermənistan da iştirakçı ölkələr siyahısına salınıb. Lakin bir müddət sonra ABŞ Müdafiə Nazirliyi dəyişiklik edib və Ermənistan iştirakçılar siyahısından çıxarılıb. "Armenpress" məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Aram Torosyana müraciət edib. Torosyan "Ermənistan Silahlı Qüvvələri bu təlimlərdə iştirak edəcəkmi?" sualını belə cavablandırıb: "Bu il Müdafiə Nazirliyi ABŞ-ın Avropadakı Ordu Komandanlığının təşkil etdiyi iki hərbi təlimdə iştirak etməyi planlaşdırır: Bunlar KFOR (Kosova Qüvvələri) və "Saber Junction" təlimləridir".
7-04-2023, 14:11
Blinken İsçevin NATO-ya üzv olacağı tarixi açıqladıABŞ dövlət katibi Antoni Blinken etiraf edib ki,
Dövlət Departamenti Əfqanıstanın Taliban tərəfindən ildırım sürəti ilə ələ keçirilməsinə hazır deyildi. Onun sözlərinə görə, Vaşinqton 2021-ci ildə paytaxt Kabilin Talibanın nəzarətinə keçəcəyini də gözləməyib. "Bu, çox çətin hesab olunurdu, lakin açıq-aydın baş verdi və çox ciddi bir hadisə idi. Buna hazırlaşmaq üçün daha çox şey edilə bilərdi və edilməli idi", - ABŞ rəsmisi vurğulayıb. Blinken İsveçin NATO-ya daxil olma tarixini də açıqlayıb: "Bu, iyulun 11-də baş verəcək, çünki Macarıstan və Türkiyə istisna olmaqla, demək olar ki, bütün alyans ölkələri İsveçin üzvlüyünü təsdiqləyib".