12-04-2023, 14:40
Vardanyanı döyən deputatla bağlı cinayət işi açıldı
Ermənistan parlamenti 65 lehinə səslə baş prokurorun deputat Mher Saakyana qarşı cinayət işinin başlanması ilə bağlı müraciətini təsdiqləyib. Deputatın toxunulmazlığından məhrum edilməsi məsələsi müzakirə olunmayıb. Cinayət Məcəlləsinə edilən dəyişikliyə görə, bunun üçün yeni vəsatətin müzakirəsi və qəbulu tələb olunur. Qeyd edək ki, martın 31-də parlamentdə müxalifət nümayəndəsi Mher Saakyan ilə deputat Vladimir Vardanyan arasında insident yaşanıb.
12-04-2023, 14:29
ABŞ Lavrovun toplantıya qatılması üçün hələ də viza verməyib - XİN"Rusiya XİN başçısı Sergey Lavrov və ölkəmizin nümayəndə heyətinə bu ay ABŞ-ın Nyu-York şəhərində keçiriləcək BMT Təhlükəsizlik Şurasının toplantılarına qatılmaq üçün viza hələ verilməyib". Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov söyləyib. "Moskva jurnalist Evan Gerşkoviç barəsində qanunvericiliyə uyğun hərəkət edir. Biz bu mövzu ilə bağlı təzyiqləri qəbul etmirik. Rusiya Kapustin Yar poliqonundan qitələrarası ballistik raketin buraxılması barədə ABŞ-ı xəbərdar edib. Sənədlərin sızma məsələsi də saxta və çaşdırma məqsədi güdə bilər", - deyə o bildirib.
12-04-2023, 13:00
Erməni təxribatı nəticəsində şəhid olan hərbiçi son mənzilə yola salındıÖtən gün Ermənistan ordusunun təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Vidadi Zalov Abşeron rayonunun Saray qəsəbəsində son mənzilə yolsa salınıb. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Şəhidin cənazəsi Saray qəsəbəsində yerləşən Şəhidlər qəbiristanlığında torpağa tapşırılıb.
12-04-2023, 12:30
Ermənilərin törətdiyi təxribatla bağlı cinayət işi açılıbAprelin 11-də Ermənistan tərəfinin növbəti təxribatı zamanı baş vermiş məlum hadisələr ilə əlaqədar olaraq Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılaraq təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib. Bildirilib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq. "Allahdan şəhidlərimizə rəhmət diləyir, doğmalarına dərin hüznlə başsağlığı veririk. Vətən var olsun!", - məlumatda qeyd edilib.
12-04-2023, 12:00
Şəhid olan hərbiçi ata olmağa hazırlaşırdıŞəhid Elşad Həsənov Ağstafa rayonunun Xətai kəndində son mənzilə yola salınacaq. Hazırda dəfn üçün hazırlıq işləri gedir. Bunu açıqlamasında Ağstafanın Xətai kəndinin icra nümayəndəsi Musa Hüseynov bildirib. “Şəhidimizin nəşi doğma kəndinə gətirilib. Onunla vida mərasimi keçiriləcək, daha sonra kənd məzarlığında dəfn olunacaq”, - o deyib. İcra nümayəndəsi erməni təxribatı nəticəsində şəhid olan Elşad Həsənovun bir neçə ay əvvəl ailə həyatı qurduğunu söyləyib: “Elşad bir neçə ay əvvəl evlənib. Onun yoldaşı hazırda hamilədir. Atası da dünyasını dəyişib. Şəhidin həyat yoldaşı ilə yanaşı, anası və bacısı var. Bacısı evlidir”. Qeyd edək ki, ötən gün Laçın istiqamətində Ermənistan ordusunun təxribatlarının qarşısını alarkən şəhid olan hərbçilərimizdən biri gizir Həsənov Elşad Qabil oğludur. Şəhid hərbçimiz 1994-cü il təvəllüdlüdür. O, Ağstafa rayonunun Xətai kəndinin sakini olub. Əslən Gədəbəy rayonunun Qaravəlilər kəndindəndir. Elşad Həsənov uşaq olarkən ailəsi Ağstafa rayonunun Xətai kəndinə köçüb
12-04-2023, 11:30
Şəhid olan hərbiçinin vida mərasimi keçirildiÖtən gün Laçında şəhid olan hərbçimiz Elşad Həsənovla vida mərasimi keçirilir. Şəhid gizir doğulduğu Ağstafa rayonunda dəfn ediləcək. Qeyd edək ki, düşmən təxribatının qarşısını alarkən şəhid olan E.Həsənov Xətai kəndində anadan olub. 1994-cü il təvəllüdlü şəhid müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu olub. O, bir neçə ay öncə ailə həyatı qurub.