17-04-2023, 16:00
2026-cı ilə qədər qarşımızda bir sıra çağırışlar dayanır - Təhsil naziriAli təhsil müəssisələri çox dar profilə sahibdir. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev Keyfiyyət Təminatı Agentliklərinin fəaliyyətinin Avropa Ali Təhsil məkanında keyfiyyət təminatı üzrə standart ve təlimatlara uyğun təşkili adlı kollegiyal məşvərət iclasında çıxışında deyib. Nazir qeyd edib ki, universitetlərin beynəlxalq reytinq cədvəlinə düşməsi üçün bir sıra Ali təhsil müəssisələri çox dar profilə sahibdir. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev Keyfiyyət Təminatı Agentliklərinin fəaliyyətinin Avropa Ali Təhsil məkanında keyfiyyət təminatı üzrə standart ve təlimatlara uyğub teşkili adlı kollegiyal məşvərət iclasında çıxışında deyib. Nazir qeyd edib ki, universitetlərin beynəlxalq reytinq cədvəlinə düşməsi üçün bir sıra proseslər dəyişməlidir. “2026-cı ilə qədər bu məsələ ilə bağlı qarşımızda bir sıra çağırışlar dayanır. Biz daha çox keyfiyyətə önəm verməliyik, nəinki universitetlərin daxilində olan məsələrə”,- deyə nazir əlavə edib. dəyişməlidir. “2026-cı ilə qədər bu məsələ ilə bağlı qarşımızda bir sıra çağırışlar dayanır. Biz daha çox keyfiyyətə önəm verməliyik, nəinki universitetlərin daxilində olan məsələrə”,- deyə nazir əlavə edib.
17-04-2023, 15:47
Şuşalıların 95%-i doğma yurduna qayıdacaq"Şuşadan olan keçmiş məcburi köçkünlərin 95 faizi bərpadan sonra doğma şəhərlərinə qayıdacaqlar. Onlar bununla bağlı öz mövqelərini bildiriblər və qayıdışa hazır olduqlarını söyləyiblər". Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Şamaxıda "İşğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyi" mövzusunda keçirilən elmi-praktik konfransda deyib. Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərin inkişafı və buraya köçəcək insanların təhlükəsizliyi ən vacib məsələlərdəndir. R.Rzayev bildirib ki, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı üçün bütün zəruri işlər görülür. "Hazırda bizim ən böyük problemimiz minalardır. İnanırıq ki, tez bir zamanda bunun da öhdəsindən birlikdə gələ biləcəyik", - Dövlət Komitəsinin sədri vurğulayıb.
17-04-2023, 15:40
Slovakiya da Ukraynaya taxıl idxalını qadağan edənlər sırasına qoşulduSlovakiya Ukraynadan taxıl idxalını qadağan edən daha bir Avropa ölkəsi olacaq. Bu barədə müvəqqəti məhdudlaşdırıcı tədbirləri baş nazir Eduard Heger feysbuk səhifəsində elan edib. Qeyd edək ki, bundan əvvəl Polşa və Macarıstan rəsmi olaraq Ukrayna taxılının idxalına qadağa qoyublar - bununla da Ukraynadan gələn dempinq qiymətindən narazı olan yerli fermerlərin etirazlarına cavab verilib. Həmçinin Bolqarıstandan da oxşar addımın atılacağı barədə anons verilib.
17-04-2023, 15:32
Çinlə iqtisadiyyat sahəsində sənəd imzalandı“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Çinin ən böyük limanlarından biri olan Qinqdao Limanı ilə anlaşma memorandumu imzalayıb. QSC-dən verilən məlumata görə, memorandumun əsas məqsədi Azərbaycandan keçən “Orta Dəhliz” vasitəsi ilə daha böyük həcmdə tranzit yük axınını cəlb etmək, adı çəkilən limanlar arasında qarşılıqlı faydalı əməkdaşlığı formalaşdırmaq və inkişaf etdirməkdir. Qeyd edək ki, Şandonq Port Qrupuna daxil Qinqdao limanı Çinin ilk tam avtomatlaşmış konteyner terminalını inşa edibdir ki, burada bütün yükaşırma insan müdaxiləsi olmadan həyata keçirilir. Yükaşırmada tətbiq olunan süni intellekt və 5G texnologiyaları vasitəsi ilə liman keçən il 26 million TEU konteyner aşırıb. Yükaşırmasına görə Qinqdao limanı Çinin 3-cü ən böyük limanıdır. Qinqdao limanının daxil olduğu Şandonq Port Qrupu Çin daxilində və ondan kənarda ən sürətlə inkişaf edən beynəlxalq şirkətdir. Çin, Mərkəzi Asiya və Avropaya yük nəqlində əhəmiyyətli paya sahib olan bu limanlar qrupu 2022-ci ildə dünya üzrə rekorda həcmdə illik 1.6 milyarda tondan çox yük aşırıb və bu göstərici hər il daha da artır. Üstəlik bu limanlar qrupu ötən il TEU ekvivalentində 37 milyondan çox konteyner aşırarıq dünya üzrə ən çox konteyner aşıran 3-cü liman olub. Bakı Limanı və Qinqdao Limanı ilə imzalanan memorandumun şərtlərinə əsasən tərəflər liman işinin təşkili və biznes tərəfdaşları ilə əlaqələr sahəsində müasir həllərdən istifadə edərək, ən yaxşı təcrübə, rəqəmsal həllər, davamlılıq və texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq edəcəklər. Eyni zamanda limanlar arasında müasir bilik və bacarıqların öyrənilməsi məqsədi ilə qarşılıqlı səfərlər və təcrübə mübadilələrinin həyata keçirilməsi də nəzərdə tutulur. Qeyd edək ki. anlaşma memorandumuna görə həm də Qinqdao Limanından Yaponiya və Cənubi Koreyadan gələn yüklərin “Orta Dəhliz” vasitəsi ilə Azərbaycandan daşınması mümkün olacaq. Qeyd edək ki, Şandonq Port Qrupun İdarə Heyətinin Sədri və Baş Direktoru cənab Li Fenqlinin rəhbərlik etdiyi nümayəndə heyəti 16-18 aprel 2023-cü il tarixlərində Azərbaycana işgüzar səfərdədirlər. Səfərin məqsədi Şandonq Port Qrupu ilə Azərbaycanın bir sıra dövlət orqanları və qurumları, o cümlədən Bakı Limanı arasında əməkdaşlığı inkişaf etdirmək, mövcud olan biznes və ticarət imkanlarının daha da genişləndirilməsi barədə müzakirələr aparmaqdır. İmzalanma mərasmindən sonra tərəflər Ələtdə yerləşən Bakı Limanının Çinin Qinqdau Limanı ilə qardaşlaşmış limanlar memorandamunn imzalanması münasibəti ilə inşa edilən abidənin açılış mərasimində iştirak ediblər. Qinqdao Limanı tərəfindən hədiyyə olunan və Abşeron qayaları üzərində yerləşdirilən 80 ildən çox yaşı olan mayakdan ibarət abidənin Qədim İpək yolu üzərdində yerləşən Bakı Limanında ucaldılması, Azərbaycanın hələ qədim dövrlərdən Çin ilə ticarət və dostluq əlaqələrnin olmasını və müasir dövrdə də bu fəaliyyətin daha da inkişaf etdirilmiş formada davam etdirilməsini simvolizə edəcək. Qinqdao limanının tərkibinə 5 liman ərazisi daxildir. Bunlar “Qinqdao Daqanq Liman ərazisi” , “Huanqdao” neft ərazisi ”, “Qianvan” liman ərazisi”, “Donqjiakou liman ərazisi” və “Veihai” liman ərazilədir. Çin, Mərkəzi Asiya və Avropaya yük nəqlində əhəmiyyətli paya sahib olan limanlar qrupudur. Bakı Limanı ilə Qinqdao Limanı arasında imzalanan anlaşma memorandumu iki liman arasında əməkdaşlığı genişləndirməklə yanaşı, Azərbaycan və Çin arasında ticarət-iqtisadi əlaqələrin inkişafına töhfə verəcək mühüm mərhələdir.
17-04-2023, 15:26
İşğaldan azad edilmiş ərazilərin 16%-dən çoxu minalardan təmizlənibBugünədək Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin 16,4%-i, o cümlədən Ağdam ərazisinin 27,5 faizi, Füzulinin 24,8 faizi, Tərtərin 16,7 faizi, Xocalının 15,8 faizi və Xocavəndin 5,1 faizi minalardan təmizlənib. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun tərkibinə daxil olan işğaldan azad edilmiş ərazilərindəki (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov "İşğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi" mövzusunda elmi-praktik konfransda deyib. "38 726 hektar ərazi, o cümlədən Ağdam ərazisinin 17 597 hektarı, Füzulidə 11 605 ha, Tərtərdə 3 010 ha, Xocalıda 1 511 ha və Xocavənddə 5 004 ha ərazi minalardan təmizlənib", - o deyib.
17-04-2023, 15:11
Bu il üçün əhalinin sayı açıqlandı2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il mart ayının 1-i vəziyyətinə 10 135 373 nəfər təşkil edib (Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazisindəki əhali istisna olmaqla). Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd olunub ki, bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olmuşdur. Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1010 qadın düşür. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində ölkədə 19158 doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,7 təşkil etmişdir. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olmuşdur. Doğulan körpələrdən 610-u əkiz, 45-i üçəm olmuşdur.
17-04-2023, 14:30
Ermənistanda saxlanılan hərbiçilərimiz həbs edildiErmənistanda saxlanılan azərbaycanlı hərbçilər - Aqşin Bəbirov və Hüseyn Axundovla bağlı cinayət işi açılıb. Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, onlar həbs edilib.
17-04-2023, 14:00
Beyləqanda dəhşətli hadisə - Hərbiçi idarə etdiyi maşınla kanala düşdüFövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Baş Mil-Muğan kollektorunun Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində 1 nəfərin batması barədə məlumat daxil olub. FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Qeyd edək ki, Sahil Ağayevin hərbçi, idarə etdiyi maşının isə dostuna aid olduğu bildirilir.
17-04-2023, 13:00
Reznikov Ankaradan üzr istədiUkraynanın müdafiə naziri Oleksiy Reznikov ölkəsinin itkiləri barədə məlumat verərkən bunu Türkiyədəki zəlzələ qurbanlarının sayı ilə müqayisə etdiyinə görə Ankaradan üzr istəyib. Reznikov bu barədə tviter səhifəsində yazıb. "Ukrayna və Türkiyədəki hər kəsdən səmimi şəkildə üzr istəyirəm. Ukraynalılar türk xalqına simpatiya ilə baxır. Minlərlə günahsız insanın, dostun, qonşunun dəfn olunmasının nə demək olduğunu anlayırıq. Rusiya işğalı başlayandan bəri Krımla bağlı sarsılmaz dəstəklərinə görə türk dostlarımıza minnətdaram", - o qeyd edib.
17-04-2023, 12:00
Putin müdafiə naziri ilə görüşdüRusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşüb. Bununla bağlı Rusiya mətbuatı məlumat verib. Məlumata görə, Şoyqu Putinə Sakit Okean Donanmasının qəfil təftişinin gedişi barədə hesabat verib.