Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
22-04-2023, 16:00
Əsir düşən hərbiçilərimizlə bağlı açıqlama - Rusiya XİN


Əsir düşən hərbiçilərimizlə bağlı açıqlama - Rusiya XİN

Azaraq Ermənistan ərazisinə keçən və əsir götürülən iki Azərbaycan hərbçisi - Aqşin Bəbirov və Hüseyn Axundov barəsində araşdırma ədalətli olmalı və beynəlxalq hüquq normalarına uyğun aparılmalıdır. Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat Departamentindən məlumat verilib. Rusiya XİN-dən bildirilib ki, Ermənistanda iki azərbaycanlı hərbçinin saxlanılmasından xəbərdardırlar: “Ümid edirik ki, Ermənistanın səlahiyyətli orqanları bu işlə bağlı tez bir zamanda ədalətli araşdırma aparacaqlar. Biz o qənaətdəyik ki, Ermənistanda saxlanılan şəxslərə münasibət beynəlxalq hüquq normalarına uyğun olacaq”. Qeyd edilib ki, Rusiya 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, həmçinin 31 oktyabr 2022-ci il tarixli, ən yüksək səviyyədə imzalanmış üçtərəfli bəyanatlar əsasında Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün səylərini davam etdirir.
22-04-2023, 15:30
“Qarabağ”ın müdafiəçisinin ürəyi dayandı


“Qarabağ”ın müdafiəçisinin ürəyi dayandı

"Qarabağ”ın əvəzedici komandasının məşqində xoşagəlməz hadisə yaşanıb. Hazırlıq prosesində müdafiəçi Şirxan Həsənzadənin ürəyi dayanıb. O, təcili tibbi yardımın köməyi ilə dərhal xəstəxanaya çatdırılıb. Azərbaycan U-21 millisinin üzvü Şirxan Həsənzadə paytaxtda yerləşən özəl klinikalardan birinə yerləşdirilib. 20 yaşlı futbolçunu hələ də ayıltmaq mümkün olmayıb.
22-04-2023, 15:00
Güney Azərbaycan Milli Dövlətçilik Şurası Təşəbbüs Qrupunun əsası qoyuldu


Güney Azərbaycan Milli Dövlətçilik Şurası Təşəbbüs Qrupunun əsası qoyuldu

Güney Azərbaycan Milli Dövlətçilik Şurası Təşəbbüs Qrupu yaradılıb. Bu barədə Finlandiyada yaşayan Güney azərbaycanlı siyasi fəal Çingiz Göytürk məlumat verib. Məlumatda qeyd olunur ki, şuranın təsis toplantısının 30 aprel 2023-cü il tarixdə keçirilməsini qərarlaşdırılıb: "Vətənimiz Azərbaycanın da yerləşdiyi bölgədə cərəyan edən geosiyasi gəlişmələrlə yanaşı, İran adlanan ölkədə kəskinləşən milli, siyasi və sosial proseslərdə Güney Azərbaycanda yaşayan azərbaycan türklərinin öz milli dövlətçiliyinin bərpası uğrunda başlatdıqları milli hərəkatın önəmi və həlledici rolu bir daha özünü göstərib. Məhz belə bir şəraitdə, Güney Azərbaycan Milli hərəkatının Azərbaycan mərkəzli Milli dövlətçilik düşüncəsini mənimsəyən, Milli dövlətçiliyimizin bərpası uğrunda müstəqil iradə sərgiləyən və məhz bu doğrultuda Milli gücün formalaşdırılmasını hədəfləyən güclü, vahid milli-siyasi təşkilatlanmanın zərurəti ortaya çıxıb. Bu zərurətdən yola cıxaraq 2022-ci ilin ikinci yarısından etibarən bir sıra milli qurum, təşkilat nümayəndələri və şəxsiyyətlərimiz bir araya gələrək, bu doğrultuda təşəbbüs qrupunun yaradılması qərarına gəldilər. Təşəbbüs qrupu daxildə və xaricdə apardığı müzakirə, məsləhətləşmə və razılaşmalar nəticəsində Güney Azərbaycan Milli Dövlətçilik Şurasının (bundan sonra MDŞ) aşağıdakı prinsiplər əsasında yaradılmasını və 12 Dekabr 2022-ci il Mİlli Dövlətçilik günündə elan olunmasını qərarlaşdırdı. Lakin, ümümmilli mənafeyimizi nəzərə alaraq, Təşəbbüs qrupu milli hərəkatda gərəksiz rəqabətə yol verməmək məqsədilə MDŞ-nin həmin tarixdə elan olunmasını təxirə saldı. Ancaq bu gün hərəkatımızda milli dövlətçilik şüurunun və bu doğrultuda mübarizə əzminin ön plana çıxdığı bir mərhələdə Güney Azərbaycan Milli Dövlətçilik Şurasının öz fəaliyyətinə başlaması təxirəsalınmaz bir zərurətə çevrilib. Bu zərurətdən yola çıxaraq Təşəbbüs qrupu Güney Azərbaycan Milli Dövlətçilik Şurasının təsis toplantısının 30 aprel 2023-cü il tarixdə keçirilməsini qərarlaşdırılıb",-deyə o bildirib. Güney Azərbaycan Milli Dövlətçilik Şurasının prinsipləri
1. Güney Azərbaycan Milli Dövlətçilik Şurası Güney Azərbaycan Milli Hərəkatının milli-siyasi ideya və zəngin dövlətçilik təcrübəsinə, ümumtürk milli məfkurəsinin təməl prinsiplərinə söykənir və Azadlıq, Ədalət, Milli hökumət devizi ilə milli dövlətçiliyimizin qurulması yönündə fəaliyyət göstərir.
2. MDŞ azərbaycançılıq prinsipinə dayanır, Azərbaycanı vətən sayır və ərazi bütövlüyünü toxunulmaz hesab edir. MDŞ, uğrunda savaşdığı hədəf və idealları Güney Azərbaycanın Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərvaycan, Zəngan, Həmədan və Qəzvin ostanları ilə yanaşı, müxtəlif dövrlərdə inzibati-coğrafi dəyişikliklər nəticəsində başqa ostanlara bölüşdürülmüş tarixi milli Azərbaycan ərazisində gerçəkləşdirmək istəyir.
3. MDŞ, Güney Azərbaycan Milli hərəkatının müstəqil qərarvermə zərurətinə inanır, milli dayanışmanın gerçəkləşdirilməsi və vahid milli gücün formalaşdırılması yönündə iş aparır.
4. MDŞ qadın və kişi hüquq bərabərliyini rəsmiyyətə tanıyır, qadın hüquq və azadlıqlarının hər hansı bir bəhanə ilə məhdudlaşdırılmasına qarşı çıxır və bu istiqamətdəki mübarizəni milli mücadiləmizin ayrılmaz tərkib hissəsi olaraq qəbul edir.
5. MDŞ Güney Azərbaycan Milli Hərəkatını rəsmiyyətə tanıyan, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşan, milli dövlətçilik hədəfini dəstəkləyən bütün qüvvələrlə müzakirə və əməkdaşlığa hazırdır. Rəsmi müzakirələr gərəyi terrorçu qruplar istisna olmaqla, hər hansı siyasi qurumla danışıq və müzakirə MDŞ-nın prinsipləri və birgə aldığı qərar əsasında həyata keçirililəcək.
6. MDŞ sivil, mədəni mübarizəyə üstünlük verir, özünümüdafiənin bütün məşru yollarından istifadə etməyi məqbul sayır.
7. MDŞ etnik, dini, məzhəbi və s. azlıqların hüqüqlarına hörmətlə yanaşır, bərabərhüquqlu vətəndaş cəmiyyətinin yaradılması uğrunda mübarizə aparır.
8. İran və irançılığı, hər hansı ad və ya örtü altında olursa-olsun, rədd edir, çağdaş, demokratik, dünyəvi-sekular Güney Azərbaycan dövlətinin yaradılması uğrunda mübarizə aparır.

22-04-2023, 14:00
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda aprelin 23-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-21°, bəzi yerlərdə 24° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 % , gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13°, bəzi yerlərdə 18° isti olacaq.
22-04-2023, 13:30
Molla rejiminin məmurları kütləvi şəkildə atları güllələdi


Molla rejiminin məmurları kütləvi şəkildə atları güllələdi

İranda molla rejiminin məmurları Sarıdaş (Sərdəşt) şəhərinin sərhədyanı Mirave kəndində atları güllələyiblər. Bu barədə «Azad İran» teleqram kanalı məlumat yayıb. Bildirilib ki, onlar Ramazan bayramı ərəfəsində yük daşımaqla dolanan yoxsul əhalinin atlarını güllələyərək öldürüb, sonra isə ekskavatorla basdırıblar. İranda molla rejiminin məmurları Sarıdaş (Sərdəşt) şəhərinin sərhədyanı Mirave kəndində atları güllələyiblər. Bu barədə «Azad İran» «Telegram» kanalı məlumat yayır. Bildirilir ki, onlar Ramazan bayramı ərəfəsində yük daşımaqla dolanan yoxsul əhalinin atlarını güllələyərək öldürüb, sonra isə ekskavatorla basdırıblar.
22-04-2023, 12:30
“Formula 1” səbəbindən mərkəzi küçələr bağlanır


“Formula 1” səbəbindən mərkəzi küçələr bağlanır

Bakıda daha bir neçə yol "Formua 1" üzrə Azərbaycan Qran Prisinə görə nəqliyyatın hərəkətinə bağlanacaq. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib. Bildirilib ki, bu gün saat 22:00-dan etibarən Murtuza Muxtarov, Bünyad Sərdarov küçələrinin İstiqlaliyyət küçəsi ilə kəsişdiyi hissələr beton bariyerlərin quraşdırılması səbəbindən nəqliyyatın hərəkətinə bağlanacaq. Buna səbəb “Formula 1” üzrə Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton bariyerlərin quraşdırılması prosesinin davam etdirilməsidir. Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 aprelə təsadüf edəcək.


22-04-2023, 12:00
Peskovun oğlu “Vaqner” özəl hərbi şirkətinin tərkibində döyüşür


Peskovun oğlu “Vaqner” özəl hərbi şirkətinin tərkibində döyüşür

Rusiya prezidentinin mətbuat katibinin oğlu Dmitri Peskov Ukraynadakı müharibədə "Vaqner" özəl hərbi şirkətinin tərkibində döyüşür. Bunu şirkətin təsisçisi Yevgeni Priqojin hərbi müxbir Aleksandr Simonova müsahibəsində bildirib. O, Peskovun oğlunun artilleriyaçı kimi müharibədə iştirak etdiyini deyib. Priqojin deyib ki, "bir vaxtlar tam liberal reputasiyası olan Dmitri Sergeeviç Peskovun oğlu" da döyüşlərdə iştirak edir. Priqojin mətbuat katibinin oğlunun adını çəkməyib. Ancaq söhbət 33 yaşlı Nikolay Peskovdan gedir. O, 1990-cı illərdən bəri həyatının bir hissəsini İngiltərədə keçirib. 2010-2012-ci illərdə Nikolay Peskov Strateji Raket Qüvvələrində xidmət edib.
22-04-2023, 11:30
Latviya bütün “Stinger” zenit-raket komplekslərini Ukraynaya verəcək


Latviya bütün “Stinger” zenit-raket komplekslərini Ukraynaya verəcək

Latviya silahlı qüvvələrin arsenalında olan bütün portativ “Stinger” zenit-raket komplekslərini Ukraynaya təhvil verəcək. Bu barədə Latviyanın müdafiə naziri İnara Murnietse bildirib. "Latviya Ukraynanın hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı müraciətinə cavab verib və bizdə olan bütün "Stinger" hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil vermək qərarına gəlib. Biz onların mümkün qədər tez təhvil verilməsi üçün əlimizdən gələni edəcəyik", - o deyib. Müdafiə naziri qeyd edib ki, bu, Latviyanın portativ hava hücumundan müdafiə sistemlərindən tamamilə məhrum olacağı anlamına gəlmir. "Onların əvəzinə biz daha müasir RBS sistemlərini alacağıq", - nazir bildirib. Qeyd edək ki, "Stinger" təyyarə, helikopter kimi hava hədəflərini vurmaq üçün nəzərdə tutulub.
22-04-2023, 11:00
İrana məxsus 42 milyon dollar dəyərində narkotik ələ keçirildi


İrana məxsus 42 milyon dollar dəyərində narkotik ələ keçirildi

ABŞ Hərbi Dəniz Qüvvələri Oman körfəzində 42 milyon dollar dəyərində narkotik keçirməyə çalışan balıqçı gəmisini ələ keçirib. Bu barədə ABŞ donanması məlumat yayıb. Məlumata görə, ələ keçirilən gəminin dörd ekipaj üzvü özlərini İran vətəndaşı kimi təqdim ediblər. ABŞ gəmisi qaçaqmalçılara çatmazdan əvvəl onlar 50 kisə narkotiki gəmidən atmağa çalışıblar. Kisələrin bəziləri daha sonra sudan çıxarılıb. Hərbçilərin məlumatına görə, 2023-cü ilin əvvəlindən ABŞ Hərbi Dəniz Qüvvələri bu bölgədəki qaçaqmalçılardan təxminən 150 milyon dollar dəyərində narkotik maddə ələ keçirib.
22-04-2023, 02:34
ARXADA   QALAN   48   İL
ARXADA QALAN 48 İL


Az ömür deyil. Bu illər həm qısa oldu, həm də üzun. Sevimli müəllimlərimizdən, şagird yoldaşlarımızdan ömürlük ayrılmağımız üzun yol olmaqla bərabər, qısa ömürlər bu yolu qısaltdı. Nə yaşadılar. Qaçqınlıq, köçkünlük, Vətən, yurd itgisi, doğulduğu eli, obanı itirmək bir çox ömür yollarını daha da qısa etdi. Ancaq buna baxmayaraq bu xalq ayaqda durmağı bacardı . Nə isə. Qayıdıram 48 il öncəyə, 1975-ci ilə. Bu il bir qurup şagird yoldaşlarımız oxuduqları Gığı kənd orta məktəbinin onuncu sinfini bitirdilər. Hərə öz həyat yolunu seçdi. Kimisi müəllim, kimisi həkim, kimisi polis və s. ixtisaslar seçərək ölkənin müxtəlif güşələrinə səpələndilər.

Elə bununla da ayrılıqlar başladı və hər şey xatirələrə döndü. Xatirələr, xatirələr!. Elə bu xatirələrin işığı ilə gedərək bu yaxınlarda, yəni mart ayının 26-sı bir araya gəlib Masazır qəsəbəsi, Yeni Bakı massivində yerləşən “Qədim Naxcıvan” ailəvi istirahət mərkəzində bir yerə toplanmağımız bizlərə nəsib oldu. Toplantıda şagird yoldaşlarımızdan Azadəliyev Sərvər, Hacıyev Tamxil, Bəxşəliyeva İradə, Quliyeva Zərqələm, Niftəliyeva Sahilə, Aslanova Sara, Quliyeva Tacirə, İsmayılov Muxdar, Şəkərəliyev Qəhrəman, Həsənquluyev Firudin, Ağalarov Kərəm və bir də mən- Bədəlov Xürrəm iştirak etdik. Onu da bildirim ki, gələcəyimiz olan Zərqələmin oğlu və Sahilənin nəvəsi də görüşümüzə bambaşqa rəng qatdılar. Görüşümüzü ilk olaraq Sərvər müəllim açdı və məclisi idarə etmək üçün Tamxil müəllimə həvalə etdi.

Əvvəlcə şəhidlərimizi, dünyasın dəyişən müəllimlərimizi və sıralarımızı bizdən qabaq tərk etmiş şagird yoldaşlarımızı sükutla yad etdik. Məktəb illərini yada salıb hərə öz təəssuratlarını bölüşməyə başladı. Həm kövrəlmişdik, həm də üzlərdə sevinc var idi. İtirdiklərimizə görə kədərlənsək də, bu gün yaşayan şagird yoldaşlarımızla bir araya gəlməyimiz bizə sevinc verirdi. Bu sevinci mən də bir vaxt yazdığım “A Gığı məktəbim, doğma məktəbim” rədifli şerimlə sizlərə bir ərmağan etməyi özümə borc bildim.

A GIĞI MƏKTƏBİM, DOĞMA MƏKTƏBİM

İndi quşlar yuva salıb sinifdə,
Doğmaların səndən köçüb, sinib də,
Qonşuların dönük çıxıb, dönüb də,
A Gığı məktəbim, doğma məktəbim.

Baxış müəllim üstümüzə qışqırmır,
Mənzilə xala da qarşıya çıxmır,
Kimsə təmir etmir, üzünə baxmır,
A Gığı məktəbim, doğma məktəbim.

Qaçmayır bu başdan o başa heç kəs,
Heç kim deməyir ki, məktəbə tələs,
Bütün yollarını ot basıb əbəs,
A Gığı nəktəbim, doğma məktəbim.

Rasim qaçaraq zəngini vurmur,
Şakir də qapında növbətçi durmur,
Qabilsə oxumur, özünü yormur,
A Gığı məktəbim, doğma məktəbim.

Bax nə tələsən var, nə də gecikən,
Nə bağ belləyən var, nə də ki, əkən,
Nə vaxt ötürən var, nə dala çəkən,
A Gığı məktəbim, doğma məktəbim.

Həsən müəllim bir dərya bölgədə,
Ermənini saxlamışdı kölgədə,
Qalsaydı Nobel alar bəlkə də,
A Gığı məktəbim, doğma məktəbim.


Müəllimlik ən gözəl bir sənətdi,
Müslət müəllim də dili öyrətdi,
Məşqulat müəllim özü hikmətdi,
A Gığı məktəbim, doğma məktəbim.

Bəlkə də daşını söküb satıblar,
Bəlkə də uçurub yerdən atıblar,
Bəlkə də od vurub səni çatıblar,
A Gığı məktəbim, doğma məktəbim.

Tarixə baxanda neçə igidlər,
Səndə oxuyublar neçə şagirdlər,
Hərəsi bir yana səpələndilər,
A Gığı məktəbim, doğma məkrəbim.

Hər kəs o bulağın gözündən içib,
Özü həyat yolu arayıb, seçib,
Gör o gündən nələr, nə vaxtlar keçib,
A Gığı məktəbim, doğma məktəbim.

Xürrəm tapşırmışıq qoyunu qurda,
Bu el qayıdacaq o doğma yurda,
Yenə doğmalarım oxuyar orda,
A Gığı məktəbim, doğma məktəbim.


Bəli vaxt gələcək biz yenidən öz doğma ata- baba yurdumuza qayıdacağıq. Uşaqlarımız bizim yarımçıq qoyduğumuz işləri tamamlayacaq və yenidən o torpağı gülüstana çevirəcəyik.

Hörmətlə; Xürrəm Qafanlı.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!