24-04-2023, 18:00
Estoniyanın Baş naziri Ukraynaya səfər etdiEstoniyanın Baş naziri Kaja Kallas Ukraynaya səfər edib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında məlumat yayıb. Baş nazir Kiyevdə Zelenski ilə görüşüb. Ukrayna lideri Rusiyaya qarşı müharibədə Estoniyanın göstərdiyi dəstəyə görə Kallasa təşəkkür edib.
24-04-2023, 17:30
Perunun sabiq prezidenti həbs olunduPerunun keçmiş prezidenti Alexandro Toledo ABŞ-dan vətəninə ekstradisiya edildikdən sonra Barbadillo adlı həbsxanaya aparılıb. Korrupsiyada şübhəli bilinən və 25 ilə qədər həbsi gözlənilən sabiq dövlət başçısı 18 ay xüsusi nəzarət altında olacaq. Toledo iş üzrə bütün istintaq tədbirləri başa çatana qədər həbsxanada qalacaq. Qeyd edək ki, Toledo 2001-2006-cı illərdə Peruya rəhbərlik edib. İttihamlara görə, o, Braziliya tikinti şirkətlərindən rüşvət alınmasında, çirkli pulların yuyulmasında və pul vəsaitlərinin şəxsi ehtiyacları üçün istifadə olunmasında iştirak edib. Eks-prezident ittihamlar üzrə beynəlxalq axtarışa verilmişdi.
24-04-2023, 16:21
Erməni qəsbkarlarının törətdiyi qətl rəhmətlə anılır
"1915-ci ildə erməni terrorçularının yaşlı, qadın, uşaq demədən vəhşicəsinə qətl etdiyi türklərə Allahdan rəhmət diləyirik". Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi twitter səhifəsində paylaşılıb. Qeyd edək ki, bu gün Ermənistanda qondarma "erməni soyqırımı"nın ildönümü günü kimi qeyd olunur.
24-04-2023, 16:00
Aİ-dən İrana qarşı 7-ci sankiyalar paketiAvropa İttifaqı (Aİ) İrana qarşı 7-ci sanksiyalar paketini qəbul edib. Bu barədə Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri qərar qəbul ediblər. Bildirilib ki, sanksiyaların əsas səbəbi İranda insan hüquqlarının kobudcasına pozulmasıdır.
24-04-2023, 15:30
Güney Azərbaycanda valideynlər məktəbin önündə keşik çəkirGüney Azərbaycanın Zəngan şəhərində valideynlər övladlarını kimyəvi terrordan qorumaq üçün məktəbin önündə keşik çəkirlər. Bu barədə “Azad İran” teleqram kanalı məlumat paylaşıb. Qeyd edək ki, son günlər İranda qızların oxuduqları məktəblərdə müəmmalı kimyəvi hücumlar olub, zəhərlənmələr baş verib.
24-04-2023, 15:00
Ərdoğanın partiyasından seçkilərə münasibət: “Asan olmayacaq”“Biz seçkidə qələbə qazanmaq üçün çalışırıq və əlimizdən gələni edirik”. Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı Şamil Ayrım bildirib. O, 14 may seçkilərinin asan olmayacağını söyləyib:
“Biz seçkilər üçün əlimizdən gəldiyi qədər çalışırıq. Hazırda hazırlıq işləri normal gedir. İndiyədək çox uğurlu fəaliyyətimiz olub. Vətəndaşlarımızın məmnunluğunu görürük. Ancaq biz bu seçkidə təkcə Türkiyədəki siyasi partiyalarla mübarizə aparmırıq. Amerikadan, Avropa İttifaqı ölkələrindən müdaxilələr olur. Qarşımızda terror qruplaşmaları, xain FETÖ var. Bu baxımdan seçkilər asan keçməyəcək”. Şamil Ayrım vurğulayıb ki, bütün çətinliklərə baxmayaraq, AKP seçkidə qalib gələcək: “Biz bütün şər qüvvələrə qarşı mübarizə aparırıq. Buna baxmayaraq, biz bu seçkilərdən qalib çıxacağıq. Prezidentimiz ilk turda qalib olacaq. Buna inanırıq”. Xatırladaq ki, Türkiyədə 14 may tarixində keçiriləcək prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınıb. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın irəli sürdüyü namizəd Sinan Oğandır.
24-04-2023, 14:30
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın sənədinə baxılmanı dayandırdıBeynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddia sənədinə baxılmanı dayandırır. Bu barədə XİN məlumat yayıb. Bildirilir ki, cari ilin 21 aprel tarixində Azərbaycan tərəfi "İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında" Konvensiya çərçivəsində Ermənistan tərəfindən Azərbaycana qarşı qaldırılmış əsas iddiaya qarşı ilkin etirazlarını Beynəlxalq Ədalət Məhkəməsinə rəsmi təqdim edib. "Azərbaycanın qeyd edilən ilkin etirazları ilə əlaqədar Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddia sənədinə baxılmanı dayandırıb"-, deyə qeyd olunur.
24-04-2023, 14:00
Zakir Həsənov gürcü həmkarı ilə saziş imzaladıAprelin 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladze ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Əvvəlcə Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad edən gürcüstanlı qonaqlar “Əbədi məşəl” abidəsi önünə əklil qoyub. Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Gürcüstanın müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb. General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm rol oynadığını xüsusi vurğulayan müdafiə naziri bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrimizin daha da güclənərək inkişaf etdiyini qeyd edib. Müdafiə naziri həmkarına Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Ermənistan tərəfindən törədilən təxribatlar barədə məlumat verib. Azərbaycana səfərindən məmnunluğunu ifadə edən cənab C.Burçuladze xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın olduğunu diqqətə çatdırıb. Hər iki dost ölkə arasında münasibətlərin inkişafında mütəmadi olaraq bu cür görüşlərin keçirilməsinin, eləcə də əlaqələrin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri ətraflı müzakirə edib. Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb, həmçinin birgə təlimlərin və işçi görüşlərin intensivliyinin artırılması barədə ətraflı fikir mübadiləsi aparılıb. Geniş tərkibdə keçirilən görüşdə "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb. Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib.
24-04-2023, 13:00
Peskovdan üçtərəfli sazişlə bağlı açıqlama"Qərb, şübhəsiz ki, 2024-cü ildə Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərinə müdaxilə cəhdlərini gücləndirəcək. Rusiya Federasiyası BRİKS-də bütün səviyyələrdə işlərini davam etdirəcək". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Rusiya Federasiyası Bakı, İrəvan və Moskva arasında mübahisəsiz qalan sazişlərin müddəalarının həyata keçirilməsi üzərində işi davam etdirəcək", - Kreml rəsmisi qeyd edib.
24-04-2023, 12:30
Lənkəranda kütləvi zəhərlənmə baş veribLənkəranda nişan mərasimində kütləvi zəhərlənmə olub. Hadisə rayonun dağ kəndi olan Bəlitonda baş verib. Belə ki, ev şəraitində nişan mərasiminə yığışanlardan 17 nəfərin vəziyyəti pisləşib. Təcili yardım avtomaşınları ilə xəstələr Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan 7 nəfərinə ilkin zəruri tibbi yardımlar göstərilərək bir neçə saat sonra evə buraxılıblar. Hazırda 10 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri normaldır. Qida zəhərlənməsi ilə xəstəxanaya gətirilənlərin 9-u uşaq, 7-si qadın və 1 nəfər kişi olub.