28-04-2023, 16:39
Ermənistandakı fransız səfirliyində hərbi nümayəndəlik yaradılıbFransa Ermənistandakı səfirliyində hərbi nümayəndəlik yaradıb. Bunu Ermənistanda səfərdə olan Fransanın xarici işlər naziri Ketrin Kolonna bildirib. "Fransanın Ermənistandakı səfirliyində hərbi missiyanın yaradılması bu əsas sahədə ikitərəfli əməkdaşlığımızı dərinləşdirməyə imkan verəcək", - deyə o qeyd edib.
28-04-2023, 16:30
Özbəkistanda referendum keçiriləcəkİki gündən sonra, aprel ayının 30-da Özbəkistanda referendum keçiriləcək. Referendumda konstitusiyaya dəyişikliklər səsverməyə çıxarılacaq. Ölkə parlamenti dəyişikliklərlə bağlı qanun layihəsini mart ayının 15-də təsdiq edib. Özbəkistan Konstitusiyasının yenilənməsi zərurəti 2021-ci il oktyabrın 6-da ikinci müddətə seçilən prezident Şavkat Mirziyoyev tərəfindən bəyan edilib. O qeyd edib ki, konstitusiya dövrün tələblərinə uyğun təkmilləşdirilməlidir. Konstitusiyaya dəyişikliklərin önəmli hissəsi insanların hüquq və azadlıqları ilə bağlıdır. Dəyişiklik təklifində Özbəkistanın suveren, demokratik, hüquqi, sosial və dünyəvi dövlət olduğu bildirilir. Ölkə tarixində ilk dəfə olaraq konstitusiya əsas qanunun ölkənin ən yüksək hüquqi qüvvəsinə malik olduğunu və bütün ölkə ərazisində vahid hüquqi məkan yaratdığını təsbit edəcək. Dəyişikliyə əsasən, Özbəkistanda Prezidentinin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırılır. Həmçinin, prezidentin iki dəfədən artıq seçilə bilməməsi maddəsi ləğv edilir. Dəyişikliklərdə, həmçinin Qaraqalpaqıstan Respublikasının "suveren" statusundan imtina edilir.
28-04-2023, 16:00
Sabaha olan hava proqnozuAprelin 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 11-15° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz. Lakin gündüz bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz 24-29° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacaq.
28-04-2023, 15:30
Əli Əsədov taxılla bağlı qanuna edilən dəyişikliyi təsdiqlədiNazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nda dəyişiklik edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən Fonda taxılın tədarükü və Fondda taxılın yeniləşdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılmaqla Dövlət Sifarişçisinin qərarı, Fonddan taxılın istifadəsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Fondda saxlanılan taxılın saxlanma müddəti taxılın məhsul ilindən etibarən 24 aydan artıq ola bilməz. Dövlət Sifarişçisi tərəfindən saxlanma müddəti başa çatmamış taxılın keyfiyyətli və təhlükəsiz saxlanmasını təmin etmək məqsədilə həmin məhsulun müvafiq hissəsi yenidən işlənilə (qurudula, zərərsizləşdirilə, soyudula və təmizlənə) bilər. Fonddan taxılın istifadəsi istehlakçıların bu məhsullara olan tələbatını ödəmək, beynəlxalq öhdəlikləri yerinə yetirmək, habelə ölkənin taxıl ilə təchizatının dayanıqlılığını təmin etmək və daxili bazarda taxıl məhsulları üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədilə həyata keçirilir. Fonddan taxılın istifadə üçün buraxılması (satılması) taxılın bazar qiymətinə əsasən həyata keçirilir. Bu zaman taxılın tədarük qiymətlərindən aşağı qiymətə satılmaması üçün onun qiymətinin ölkədaxili bazar qiymətləri konyunkturası nəzərə alınmaqla saxlanılmasına cəhd edilir.
28-04-2023, 15:00
Fransa Ermənistana hərbi dəstəyini gücləndirirFransa Ermənistana silah ixracı sisteminin qurulmasına hazırlıq üçün tədbirlər görməyə başlayıb. Bu barədə Fransanın nüfuzlu "Intelligence online" portalı məlumat yayıb. Bildirilib ki, rəsmi Paris bu istiqamətdə praktiki addımlar atmağa hazırlaşır. Belə ki, Fransa tezliklə İrəvana daimi hərbi attaşe təyin edəcək. Hazırda bu funksiyanı Fransanın Tbilisidəki səfirliyinin hərbi attaşesi Frederik Kampos həyata keçirir. Bununla yanaşı, aprelin əvvəlində Fransanın Silahlanma üzrə Baş Direktorluğunun (Direction générale de l'armement, DGA) nümayəndə heyəti İrəvana səfər edib. Eyni zamanda Fransa və Ermənistan arasındakı ikitərəfli silahlanma komitəsi öz işini bərpa edir. Komitəyə Fransa silahlarının Ermənistana tədarükü üçün “strateji planlaşdırma”nı təmin etmək tapşırılıb. Nəşr 2022-ci ilin yanvarında Armen Sarkisyanın Ermənistan prezidenti postunu tərk etməsindən təəssüfləndiyini bildirir. Çünki o, Ermənistanda Fransa hərbi sənayesinin əsas “kommersiya agenti” kimi çıxış edib. Sarkisyan "Thales", "Areva", "Alstom" kimi hərbi şirkətlərin maraqlarını təmsil edirdi.
28-04-2023, 14:30
Təhsil Nazirliyi öz funksiyasını tam yerinə yetirə bilmir - DeputatElm və Təhsil Nazirliyi ümumi və ali təhsilin idarə olunmasında öz funksiyasını tam yerinə yetirə bilmir. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Ceyhun Məmmədov bildirib. “Bu gün təhsil sahəsində ciddi problemlər var. Yəqin ki, biz bu qanunlara yenidən baxmalı olacağıq. Proseslər də çox yavaş gedir. Elmlə bağlı faktiki ciddi iş görülmür, bunu qanunvericiliklə əsaslandırırlar. Sertifikasiya ilə bağlı ali təhsilin keyfiyyətində ciddi probemlər var. Həmçinin sertifikasiyada da problemlər var. Biz diplom veririk, sonra deyirik ki, sizin diploma güvənmirik və sertifikasiyaya cəlb edirik. Bununla da biz mütəxəssis müəllim yerləşdirə bilmirik”, - deyə deputat vurğulayıb.
28-04-2023, 14:00
Çavuşoğlu taxil sazişindən danışdıTürkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu taxıl sazişi barədə danışıb. O, ölkəsinin Rusiyanın taxıl sazişinin həyata keçirilməsi ilə bağlı iddialarını əsassız hesab etmədiyini bildirib. O əlavə edib ki, taxıl müqaviləsi çərçivəsində Rusiya Federasiyasından taxıla görə ödənişlərdə Türkiyə banklarının vasitəçiliyi məsələsi müzakirə olunur. Qeyd edək ki, rəsmi Moskvanın taxıl sazişi ilə bağlı müəyyən iradları var.
28-04-2023, 13:30
Peşə məktəblərində qiyabi təhsil ləğv edilirPeşə təhsili müəssisələrində qiyabi təhsilalma forması ləğv edilir. Bununla bağlı “Peşə təhsili haqqında” qanuna dəyişiklik təklif olunub. Həmçinin peşə təhsili müəssisələrində təhsil alanlar akademik məzuniyyətin verilməsi də nəzərdə tutulub.
28-04-2023, 13:00
Sertifikatlaşdırmadan keçməyənlərin yenidən iştirak hüququ olacaqÜzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərin 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ olacaq. Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məktəbə qədər təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə qeyd olunub. Qanun layihəsinə görə, təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Bundan əlavə, təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.
28-04-2023, 12:30
NATO-nun bütün döyüş potensialı Rusiyaya qarşı istifadə edilib - Şoyqu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən olan həmkarlarını bu il Moskvada keçiriləcək beynəlxalq təhlükəsizlik üzrə növbəti konfransda iştirak etməyə dəvət edib. Bu barədə TASS məlumat yayıb. "ABŞ və müttəfiqlərinin qlobal hökmranlığı saxlamaq səyləri qlobal təhlükəsizlik arxitekturasını aşındırıb. Ukraynadakı münaqişə Vaşinqtonun və onun müttəfiqlərinin digər ölkələri Moskva və Pekinlə hərbi qarşıdurmaya təhrik etməyə yönəldiyini təsdiqləyir", - nazir bildirib. "Ukraynada xüsusi hərbi əməliyyatın başlanması ilə NATO-nun demək olar ki, bütün ölkələrinin döyüş potensialı və imkanları Rusiyaya qarşı istifadə edildi. Pentaqonun Ukraynada həyata keçirdiyi hərbi-bioloji proqramlar bioloji silahların komponentlərinin hazırlanmasına yönəlib", - deyə Şoyqu iddia edib.