İrana gedən azərbaycanlıların sayı azalıbBu ilin yanvar-mart aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20,2 % artaraq 358,6 min nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Rusiyaya gedən Azərbaycan vətəndaşlarının sayı 46,6 %, Gürcüstana gedənlərin sayı 44,6 %, Türkiyəyə gedənlərin sayı 6,4 % artıb, İrana gedənlərin sayı isə 25,4 % azalıb. Ölkə vətəndaşlarının 39,4 %-i Türkiyəyə, 22,9 %-i Rusiya Federasiyasına, 9,6 %-i Gürcüstana, 8 %-i İrana, 20,1 %-i digər ölkələrə səfər edib. Gedənlərin 68,9 %-ni kişilər, 31,1 %-ni qadınlar təşkil edib. I rübdə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,4 %-i hava, 30 %-i dəmir yolu və avtomobil, 2,6 %-i isə dəniz nəqliyyatından istifadə edib.