Latviya parlamentinin sədri Şuşadadır .....                        Rəisinin helikopteri qəzaya uğradı - YENİLƏNİB .....                        Bakıda avtobuslar toqquşdu - Yaralılar var .....                        Ağsu dolaylarında asfalt çökdü - Yol bağlandı .....                        Münasibətlərimiz qonşuluq əlaqəsindən daha üstündür - Rəisi .....                        Cüdoçularımız dünya çempionatında .....                        Sabahın havası: Yağış, leysan, dolu .....                        İran-Azərbaycan dostluğu sarsılmazdır - Prezident .....                        Qeyri-regional ölkələrin işlərimizə müdaxiləsi qəbuledilməzdir .....                       
21-04-2023, 18:30
Fransa Ukraynanın tələbini yerinə yetirməkdən imtina etdi

Fransa Ukraynanın tələbini yerinə yetirməkdən imtina etdi

Ukrayna hakimiyyəti Fransadan Belarus ərazisinin rəqəmsal xəritəsini istəyib. Bu barədə Fransanın "Le Monde" qəzeti məlumat yayıb. Nəşr yazır ki, Fransa Ukraynanın tələbini yerinə yetirməkdən imtina edib. Məlumata görə, rəqəmsal xəritələr ərazini daha yaxşı tanımağa imkan verir. Belə xəritələrdə yüksək gərginlikli xətlər və ya külək turbinləri, habelə pilot üçün təhlükə yarada biləcək hərbi texnika kimi maneələr qeyd olunur. Bütün bu məlumatlar döyüş təyyarələri və ya dronların aşağı hündürlükdə tapşırıqları yerinə yetirməsi üçün vacibdir. “Le Monde” jurnalına müsahibə verən ekspertin fikrincə, peyklərdən istifadə etməklə yaradılan və daim yenilənən xəritələr ukraynalılara Rusiyaya olduğu kimi Belarusa da zərbə imkanları yarada bilər. Rəsmi Paris bildirib ki, söhbət Ukrayna ərazisinin qorunmasından gedirsə, Fransa Ukraynanı daim dəstəkləyəcək, lakin başqa dövlətlərin ərazisində əməliyyatlarda iştirakdan söhbət gedə bilməz.
21-04-2023, 17:00
Çin düşmən peyklərinə nəzarəti ələ keçirən kibersilah hazırlayır

Çin düşmən peyklərinə nəzarəti ələ keçirən kibersilah hazırlayır

Çin düşmən peyklərinə nəzarəti ələ keçirməyə imkan vermək, onların kəşfiyyat aparmaq qabiliyyətini əngəlləmək üçün yeni kibersilah hazırlayır. Bu barədə "Financial Times" nəşri məlumat yayıb. Çinin kibersilahlarının işləmə prinsipi düşmən peykinin operatordan aldığı siqnalı imitasiya etməkdir. Bu saxta siqnalla Çin ordusu ya peyki nəzarətə götürə, ya da onu sıradan çıxara bilər. Qeyd edək ki, bundan əvvəl Rusiya və ABŞ da oxşar silahlar yaratmağa başlayıb.

21-04-2023, 15:30
Sultan Əhməd məscidinin açılış mərasimi oldu

Sultan Əhməd məscidinin açılış mərasimi oldu

Türkiyənin Sultan Əhməd məscidinin açılış mərasimi olub. Məscidin açılışı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən həyata keçirilib. Qeyd edək ki, məscid 1609-1616-cı illərdə sultan I Əhmədin əmrinə əsasən Memar Sədəfkar Mehmet Ağanın rəhbərliyi ilə inşa edilib.

21-04-2023, 15:00
İranda fəhlələr etiraz aksiyası keçirdi

İranda fəhlələr etiraz aksiyası keçirdi

İranda fəhlələr maaş azlığına görə etiraza qalxıblar. Onlar maaşların artırılmasını tələb ediblər. Qeyd edək ki, fəhlələr Abadan neft emalı zavodunda layihə əsasında çalışırlar. Onlar maaşlarının artırılmamasına etiraz olaraq iş yerini boşaldaraq tətil keçirirlər.
21-04-2023, 14:00
Müxtəlif ölkələrində qeyd olunan Ramazan bayramından görüntülər

Müxtəlif ölkələrində qeyd olunan Ramazan bayramından görüntülər

Bu gün dünyanın bir çox ölkələrində Ramazan bayramı qeyd olunur. Butov.az fərqli ölkələrdə lentə alınan bayram görüntülərini təqdim edir. Qazaxıstanda Ramazan bayramının ilk günü ailə böyükləri ziyarət edilir, evlərdə ənənəvi ziyafət süfrələri açılır.

Misirin paytaxtı Qahirədə yüzlərlə müsəlman bayram namazını Fustatdakı Amr bin As məscidində qılıb.

Suriyalılar Ramazan bayramı namazını Bab rayonundakı Fatih məscidində qılıb. Namazdan sonra ziyafət vermək ənənəsini davam etdirən xalq yerli oyunlarla da bayram sevincini yaşayıb.

İraqın Duhok şəhərində yaşayan müsəlmanlar Ramazan bayramı namazını şəhərdəki Seyid məscidində qılıblar.

Rusiyanın paytaxtı Moskvada məscidlərə sığmayan minlərlə müsəlman bayramı namazını küçələrdə qılmağa məcbur olub. Müsəlmanlar səhər saatlarından paytaxtdakı Abidə məscidi və Tarixi məscidə, xüsusən də Moskva Mərkəzi məscidinə axışıb. Moskva Mərkəzi məscidində boş yer olmadığından minlərlə insan təhlükəsizlik səbəbi ilə nəqliyyatın hərəkətinə qapadılan küçələrə, xiyabanlara və parklara axın edib.

İordaniya müsəlmanları bayram namazını paytaxt Əmmanda idman meydançasında qılıb.

Fələstinlilər isə Ramazan bayram namazını İordan çayının qərb sahilindəki Hebron şəhərindəki Hərəm-i İbrahim məscidinin həyətində qılıb.

Özbəkistanda bayram ilə əlaqədar səhər saatlarında ölkədəki bütün məscidlərdə bayram namazı qılınıb. Daşkənddə minlərlə insan bayram namazı üçün məscidlərə axışıb. Məscidlərdə yer tapa bilməyən müsəlmanlar məscidin həyətində və küçələrdə namaz qılıblar.

Fələstinlilər bayram namazını qılmaq üçün İordan çayının qərb sahilindəki Əl Bireh bölgəsinə gediblər.

Bəhreyndə müsəlmanlar bayram namazını Ər-Rifa şəhərindəki tarlada qılıblar.

Qətərin paytaxtı Dohada müsəlmanlar Ramazan bayramı namazını qılmaq üçün şəhər stadionuna axışıblar.

21-04-2023, 13:30
Rusiya SU-34 qırıcıları ilə öz şəhərinə zərbələr endirdi

Rusiya SU-34 qırıcıları ilə öz şəhərinə zərbələr endirdi

Rusiya Aerokosmik Qüvvələrinə məxsus Su-34 qırıcı-bombardmançı təyyarəsi ehtiyatsızlıqdan Belqorod şəhərinə zərbələr endirib. Zərbələr nəticəsində xoşbəxtlikdən heç kim xəsarət almayıb. Hadisə zamanı yaşayış massivinin ortasında nəhəng deşik yaranıb və partlayış dalğası nəticəsində bir minik avtomobili zərər görüb. Rusiya Müdafiə Nazirliyi hadisə ilə bağlı açıqlama verməyib.
21-04-2023, 13:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Azərbaycanda aprelin 22-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 14-19°, bəzi yerlərdə 22° isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 762 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək. Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Günün ikinci yarısından yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 20-25° isti, dağlarda gecə 0-5°, gündüz 8-13°, bəzi yerlərdə 16-19° isti olacağı ehtimal edilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!