Tarix : 21-04-2023, 17:00
Çin düşmən peyklərinə nəzarəti ələ keçirən kibersilah hazırlayırÇin düşmən peyklərinə nəzarəti ələ keçirməyə imkan vermək, onların kəşfiyyat aparmaq qabiliyyətini əngəlləmək üçün yeni kibersilah hazırlayır. Bu barədə "Financial Times" nəşri məlumat yayıb. Çinin kibersilahlarının işləmə prinsipi düşmən peykinin operatordan aldığı siqnalı imitasiya etməkdir. Bu saxta siqnalla Çin ordusu ya peyki nəzarətə götürə, ya da onu sıradan çıxara bilər. Qeyd edək ki, bundan əvvəl Rusiya və ABŞ da oxşar silahlar yaratmağa başlayıb.
Paylaş
Bölmə: Dünya / Karusel / Xəbər lenti