20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
23-04-2023, 14:00
Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsi quruldu


Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsi quruldu

Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Bildirilib ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.
23-04-2023, 13:30
Lerikdə dəhşətli hadisə - ailənin 4 üzvü də elektrik cərəyanından öldü


Lerikdə dəhşətli hadisə - ailənin 4 üzvü də elektrik cərəyanından öldü

Lerik rayonun Tikəband kəndində 4 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Lerik rayon prokurorluğundan verilən məlumata görə, ilkin araşdırma zamanı eyni ailənin 4 üzvünün elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.
23-04-2023, 13:00
Ukrayna hakimiyyəti sülh təşəbbüsünə mənfi reaksiya verdi


Ukrayna hakimiyyəti sülh təşəbbüsünə mənfi reaksiya verdi

Ukrayna hakimiyyətinin nümayəndələri Qərbdən səslənən növbəti sülh təşəbbüslərinə reaksiya verərək, Rusiya qoşunlarının çıxarılmasından əvvəl Rusiya Federasiyası ilə istənilən sülh danışıqlarına yenidən qəti şəkildə qarşı çıxıblar. Bu barədə "Strana" nəşri yazıb. "Rusiyanın məqsədi dəyişməz qalarkən - Ukraynanın dağıdılması - son vaxtlar səslənən sülh yolu ilə nizamlanma təşəbbüsləri rusiyayönümlü sülhməramlılıqdan başqa bir şey deyil. Bizi daim danışıqlar masasına oturtmayın, silah verin. Silah ən yaxşı vasitəçidir və Rusiya üçün başa düşdüyü yeganə ünsiyyət üçün arqumentdir", - Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov yazıb. Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak da sülh təşəbbüslərini tənqid edib. “Kimsə sülh yolu ilə nizamlanma haqqında danışanda, Ukrayna yalnız bir şeyi eşidir – “təslim ol, təslim ol, Rusiya Federasiyasının ultimatumuna əməl et”, - Podolyak yazıb. Qeyd edək ki, bundan əvvəl İtaliyanın müdafiə naziri Pekinin vasitəçiliyi ilə Moskva və Kiyevi danışıqlar masasına oturmağa çağırıb. Bundan başqa, bir gün əvvəl Braziliya prezidenti Lula da Silva yenidən danışıqlara çağırıb.
23-04-2023, 12:30
Ermənistanda Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsi komitəyə verildi


Ermənistanda Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsi komitəyə verildi

Ermənistanda Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinin ərazisi Dövlət Gəlirləri Komitəsinin yurisdiksiyasına verilib. Proses martın sonunda başa çatıb və idarə artıq Kadastr Komitəsindən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında şəhadətnamələr alıb. Keçid məntəqəsinin nə vaxt istismara hazır olacağı ilə bağlı suala Komitədən cavabda bildirilib ki, işlər ilkin mərhələdədir. Şirak bölgəsindəki keçid məntəqəsi ilə də analoji prosesin nəzərdə tutulub-tutulmamasına gəlincə, bu keçid məntəqəsinin Komitənin yurisdiksiyasına verilmədiyi məlum olub. Aprelin 21-də Ermənistan hökuməti gömrük-keçid məntəqəsinin layihəsinə 72 min dollara yaxın vəsait ayırıb. Tikinti layihəsinin ümumi dəyəri, avadanlıqların alınması, layihənin ekspertizası və s. təxminən 1.9 milyon dollardır.
23-04-2023, 12:00
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Aprelin 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-14° isti, gündüz 18-22°, bəzi yerlərdə 25° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 757 mm civə sütuna enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.
22-04-2023, 22:00
Nüvə silahının qarşısını alınacaq - Bayden


Nüvə silahının qarşısını alınacaq - Bayden

ABŞ prezidenti Co Bayden gələn həftə Cənubi Koreya lideri Yoon Suk-yeol ilə görüşəcək. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı Bayden ABŞ-ın Şimali Koreyanın nüvə hücumunun qarşısını almaq öhdəliyini vurğulayacaq. "Biz Cənubi Koreyalılarla lazımi addımları atmaq üçün son dərəcə və intensiv işləyirik", - deyə adı açıqlanmayan ABŞ rəsmisi vurğulayıb. Onun sözlərinə görə, ABŞ çox aydın şəkildə bildirib ki, nüvə silahından çəkindirmə öhdəliyi Cənubi Koreyaya qarşı sarsılmaz olaraq qalır.
22-04-2023, 21:30
Bərdə sakini qonşusunu tüfənglə vurdu


Bərdə sakini qonşusunu tüfənglə vurdu

Bərdə sakini qonşusunu tüfənglə yaralayıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, bu gün saat 18 radələrində Bərdə rayonunda 1978-ci il təvəllüdlü Ruhi Məmmədov şəxsi münasibətlər zəminində öz qonşusu 1993-cü il təvəllüdlü Elşad Məmmədova ov tüfəngindən atəş açaraq xəsarət yetirib. E.Məmmədov xəstəxanaya çatdırılıb, ilkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir. R.Məmmədov polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb. Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.
22-04-2023, 21:00
Güləşçilərimiz Avropa çempionatının finalına vəsiqə qazandı


Güləşçilərimiz Avropa çempionatının finalına vəsiqə qazandı

Azərbaycanın iki idmançısı Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən yunan-Roma güləşi üzrə Avropa çempionatının finalına yüksəlib. Həsrət Cəfərov (67 kq) səkkizdəbir finalda portuqaliyalı Pedro De Moraisə tam üstünlüklə qalib gəlib. Dörddəbir finalda norveçli Havard Yorgensen ilə qarşılaşan güləşçimiz qalib gəlib. Onun növbəti mərhələdə rəqibi türk Murat Fırat olub. Görüşünü qələbə ilə başa vuran pəhləvanımız finala yüksəlib. O, qızıl medal uğrunda görüşdə gürcüstanlı Coni Xetsuriani ilə üz-üzə gələcək. Səkkizdəbir finalda ukraynalı Andrey Kulikə qalib gələn Ülvi Qənizadə (72 kq) dörddəbir finalda bolqarıstanlı Deyvid Dimitrovu, yarımfinalda türk Selçuk Canı üstələyib. Həlledici görüşdə təmsilçimizin rəqibi fransalı İbrahim Qanem olacaq. Üçqat Avropa çempionu Rafiq Hüseynov (82 kq) səkkizdəbir finalda isveçrəli Mark Veberə şans verməyib. Güləşçimiz dörddəbir finalda ermənistanlı Samvel Qriqoryan ilə gərgin keçən mübarizədən də qalib ayrılıb. R.Hüseynov yarımfinalda türk Burhan Akbudaka uduzub. Güləşçimiz bürünc medal uğrunda görüşdə Branko Kovaçeviç (Serbiya) - Roland Şvarts (Almaniya) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək. Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərimizdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olublar. Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıblar. Qadınlardan isə Mariya Stadnik (50 kq) qızıl, Jalə Əliyeva (57 kq) bürünc medala sahib olublar. Avropa çempionatına aprelin 23-də yekun vurulacaq.
22-04-2023, 20:00
Braziliya prezidentinin Ukraynayla bağlı açıqlaması səs-küy doğurdu


Braziliya prezidentinin Ukraynayla bağlı açıqlaması səs-küy doğurdu

Prezident seçkilərindən sonra ilk dəfə Avropaya səfər edən Braziliya lideri Luiz İnasio Lula da Silvanın Ukrayna ilə bağlı açıqlamaları yenidən müzakirələrə səbəb olub. O, Portuqaliyaya səfəri zamanı Kiyev və Moskvanı danışıqlara çağırıb. Lula özündən əvvəlki prezident Bolsonaronun 4 illik hakimiyyətindən sonra Braziliyanın Qərblə əlaqələrini bərpa etməyə çalışır, lakin Ukrayna ilə bağlı açıqlamaları narazılıq doğurub. Braziliya lideri Lissbonda deyib ki, müharibənin başlamasında Kiyevin də günahı var. "Hökumətim Ukraynanın ərazi bütövlüyünün pozulmasını pisləsə də, biz münaqişənin danışıqlar yolu ilə siyasi həllini dəstəkləyirik", - Lula bildirib.
22-04-2023, 19:30
Şuşadakı təxribat zamanı yaralanan hərbiçilərimizə tibbi yardım göstərilib


Şuşadakı təxribat zamanı yaralanan hərbiçilərimizə tibbi yardım göstərilib

Şuşada erməni təxribatı nəticəsində yaralanan hərbçilərimiz Laçın yolu vasitəsilə Füzuli istiqamətinə aparılıb. Bundan əvvəl minaya düşən 3 hərbi qulluqçumuza təxirəsalınmaz tibbi yardım göstərilib. Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistan tərəfindən növbəti təxribat törədilib. Aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb. Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb. Dərhal yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb. Hadisə barədə Rusiya sülhməramlı kontingenti və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib. Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!